Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5608/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili X11, Cavabdeh “xxxxx” MTK-nın nümayəndəsi X12, Üçüncü şəxs “xxxxxxxxxx” MMC-nin nümayəndələri X6 və X7, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunduğunu hesab edən Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh “xxxxx” Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunduğunu hesab edən Maraqlı şəxs apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış binasının 5-ci girişində 10-cu mərtəbəsində ümumi sahəsi 90 kv.m olan 2 otaqlı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə MTK ilə 173 saylı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx müqavilə bağlanmış, müqaviləyə əsasən MTK inşa edəcəyi binanın 4-cü girişində, 2-ci mərtəbədə yerləşən 114.4 kv.m sahəsi olan 177 nömrəli 3 otaqdan ibarət mənzilin tikintisini başa çatdıraraq təhvil verilməsini öz öhdəsinə götürmüşdür. MTK-da sədr vəzifəsində işləyən X12 və X4 ona məxsus olan MTK tərəfindən inşa edilmiş həmin mənzili xx xxxxxx 2006-cı il tarixdə satıb mənimsəmişlər. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 1(101)-585/2014 saylı hökmü ilə X12 və həmin kooperativin təsisçisi olan X4 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin aralarında razılaşma olduğundan, yəni dəymiş ziyan ödəmək məqsədi ilə ona mənzil verdikləri üçün 2 il şərti cəzaya məhkum edilmişlər. Onlar şərti cəzaya ona görə məhkum edilmişlər ki, məhkəmə gedişatı dövründə, yəni xx xxxx 2014-cü ildə MTK-nın nizamnaməsinə əsasən hərəkət edən onun sədri X4 ilə aralarında 001 (013) saylı “Qarşılıqlı razılaşma müqaviləsi” bağlanaraq ünvan 1 ünvanda inşa ediləcək yaşayış binasının 5-ci girişində, 10-cu mərtəbəsində, ümumi sahəsi 90 kv.m olan 2 otaqlı mənzilin ona verilməsini öhdəsinə götürmüşdür. Sonradan bu razılaşma xx xxxx 2014-cü il tarixli "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" 013 saylı müqavilə ilə əvəz edilimiş və imzalanaraq MTK-nın möhürü ilə təsdiqlənmişdir. xx xxx 2015-ci il tarixdə 1-ci tərəf X19, 2-ci tərəf "xxxxx" MTK-nın sədri X4 və "xxxxxxxxx” MMCnin direktoru X6 arasında “Hündür mərtəbəli yaşayış binasının tikilməsinə dair əməkdaşlıq” müqaviləsi bağlanmışdır. Təxminən 1 il əvvəl X4 vəfat etmişdir. "xxxxx" MTKnın digər təsisçiləri isə ona məxsus mənzili bu günədək təhvil vermir və hətta onun həmin yaşayış binasında mənzilinin olmadığını bildirirlər. Dəfələrlə şifahi və yazılı müraciətinə baxmayaraq mənzilini ona təhvil vermirlər. Tərəfindən MTK-ya rəsmi ərizə ilə müraciət edilmiş və müraciətdə yaşayış binasında hansı mənzilin ona aid olduğunun bildirilməsini xahiş etmiş, MTK-nın sədri X12 tərəfindən müraciətə verilmiş cavabda xx xxxx 2014-cü il tarixli 013 saylı müqaviləni qəbul etmədiyini və öhdəliyini yerinə yetirə bilmədiyini göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)- 747/2018 saylıqətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişində, 10-cu mərtəbəsində, ümumi sahəsi 90 kv.m olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh “xxxxx” MTK-nin üzərinə qoyulması, cavabdeh “xxxxx” MTK-dan 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamə onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. O, xx xxxx 2017-ci il tarixdə “xxxxxxxxxx” MMC ilə alqı-satqı haqqında müqavilə bağlayaraq ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 97.5 kv.m olan 60 nömrəli mənzili 97500 manata almış, mənzili əldə etmək üçün MMC-yə pulu nağd şəkildə ödəmiş və MMC tərəfindən maliyyə arayışı da verilmişdir. Mənzili əldə etdikdən bir müddət sonra evə köçmək məqsədi ilə təmir işlərinə başlamış, istər evi əldə etdiyi müddətdə, istərsə də, təmir müddətdində ona heç kim tərəfindən bu evin kiməsə məxsus olması ilə bağlı müraciət olunmamışdır. Külli miqdarda vəsait qoyaraq evi təmir etdirərkən 2019-cu ilin sonlarında Binəqədi İcra və probasiya şöbəsinin əməkdaşları evdə olmamağından sui-istifadə edərək qanunsuz olaraq mənzilin kilidini sındırmış və İddiaçı vermişlər. Onun mənzili yerləşən bina “xxxxxxxxxx” MMC-yə məxsusdur, mərtəbələr və evin sahələri fərqlidir. Qətnamə yalnış ev üzrə icra edilmişdir. İddiaçının müqaviləsi “xxxxx” MTK ilə bağlanmışdır. Məhkəmə Kollegiyası tərəfindən “xxxxxxxxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, qətnamə icraya yönəldilmiş, ilk dəfə xx.xx.2018-ci il tarixdə icra həyata keçirilmişdir. “xxxxxxxxxx” MMC-nin təsisçisi Xanlar Cəfərov bilirdi ki, həmin mənzil ona məxsusdur, hətta 2019-cu ilin yanvarında X.Cəfərovun oğlu zəng edərək, evin ona təhvil veriləcəyini bildirmişdir. Mənzilə qapı qoysa da, təmir etməmişdir. İlk icra həyata keçiriləndən sonra isə o, mənzilə buraxılmamışdır. İkinci dəfə icra həyata keçiriləndə artıq mənzil təmirli olmuşdur. Cavabdeh MTK-nın nümayəndəsi bildirmişdir ki, "xxxxx" MTK-ya məxsus binanın tikintisini "xxxxxxxxxx" MMC davam etdirmişdir, yəni "xxxxx" MTK tərəfindən başlanılmış binanın beşinci blokunu MMC inşa etməli, binanı təhvil verməli, bunun müqabilində "xxxxx" MTK-ya 1400 kv.m. yaşayış sahəsi verməli idi. X16rla bağladığı müqavilənin şərtini pozaraq, "xxxxx" MTK-nın inşa etdiyi 4 girişli binanın tam yaxınlığında mövcud layihə üzrə 5-ci girişi inşa etmək əvəzində, "xxxxx" MTK-ya ayrılmış torpaq sahəsinə əlavə 3500-4000 kv.m torpaq sahəsi də əldə edərək müstəqil şəkildə 1 girişli bina inşa etmiş, həmin binadan onlara heç bir yaşayış və qeyri-yaşayış sahəsi verməmişdir. Bu səbəbdən "xxxxx" MTK İddiaçı qarşısında yaranan öhdəliklərini yerinə yetirə bilməmişdir. Həmin bina "xxxxx" MTK-nın tikməli olduğu yaşayış binasının 5-ci blokudur, hər dəfə "xxxxxxxxxx" MMC-yə yaşayış sahələrinin verilməsi ilə bağlı müraciət etdikdə, binanın tikintisinin yekunlaşmasını gözləmələrini, yekunlaşdığı zaman veriləcəyini bildirmişlər. Bununla bağlı bu müddət ərzində məhkəmədə iddia qaldırmamışlar. Aralarında olan müqaviləyə əsasən həmin bina Xanlar Cəfərov tərəfindən inşa edilib, hesab etmişlər ki, 5-ci blok "xxxxx" MTKnın sərancamı əsasında inşa edilib, "xxxxxxxxxx" MMC-nin 2016-cı ildə müstəqil sərancam və layihə alaraq həmin binanı tikməsindən məlumatları olmamışdır. Kollegiyanın iclasında üçüncü şəxs “xxxxxxxxxx” MMC-nin nümayəndəsi Xanlar Cəfərov qeyd etdi ki, X19, "xxxxx" MTK-nın sədri X4 və "xxxxxxxxxx" MMC-nin direktoru kimi onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli "Hündür mərtəbəli yaşayış binasının tikilməsinə dair əməkdaşlıq" müqaviləsinə əsasən, "xxxxx" MTK inşa etdiyi 5 bloklu binanın tikilməmiş qalan 5-ci blokunun tikintisini başa çatdırmaq üçün onlara təhvil vermişdir. Razılaşmanın şərtlərinə görə, tikintisi başa çatdırılacaq yaşayış binasının ümumi sahəsi 14700 kv.m, yaşayış sahəsi 12000 kv.m, qeyri yaşayış sahəsi 2000 kv.m, mansardın sahəsi 700 kv.m təşkil etməli idi. Həmin sahələrdən X13 payına 3600 kv.m yaşayış sahəsi, "xxxxx" MTK-nın payına 1400 kv.m yaşayış sahəsi, “xxxxxxxxxx” MMC-nin payına isə 7000 kv.m yaşayış, 2000 kv.m qeyri yaşayış və 700 kv.m mansard sahəsinin düşməsi razılaşdırılmışdır. Lakin həmin vaxtadək "xxxxx" MTK-nın inşa etdiyi 4 girişli binanın satışı ilə bağlı böyük problemlərin olduğunu görüb, o, əməkdaşlıq sazişindən imtina etmiş və özü müstəqil şəkildə “xxxxxxxxxx” MMC-nin adına sənəd toplayıb, aralıda 4 girişli binaya aidiyyəti olmayan 1 girişli mütsəqil bina inşa etmişdir. Belə ki, ayrıca torpaq sahəsi əldə edib, tikintiyə sərancam alaraq, 1 girişli binanın yeni layihəsini təsdiq etdirərək, müstəqil şəkildə yeni bina inşa etmişdir və həmin binanın "xxxxx" MTK-nın daha əvvəl inşa etdiyi 4 girişli binaya heç bir aidiyyəti yoxdur. “xxxxxxxxxx” MMC-nin hazırki iş üzrə İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur, mübahisəsi gedən 60 saylı mənzil isə “xxxxxxxxxx” MMC tərəfindən Maraqlı şəxs satılmışdır. “xxxxxxxxxx” MMC-nin digər nümayəndəsi də iddiaçının tələbinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Kollegiyanın iclasında qəbul edilmiş qətnamənin maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, o, 2017-ci ildə hər kv.m üçün 1000 manat olmaqla 97.5 kv.m üçün 97500 manat ödəməklə mənzil almışdır. 3-4 ay ərzində təmir işləri getmiş, 2019-cu ilin sonlarında mənzilə qapı qoydurmuş, təmir işləri yekunlaşdığı zaman, təxminən 2020-ci ilin fevral ayında icra məmuru tərəfindən qanunsuz olaraq mənzili əlindən alınaraq iddiaçıya təhvil verilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş Binəqədi İcra şöbəsinin böyük icra məmuru X9 bildirdi ki, o, icra məmuru olaraq icra sənədinə əsasən qətnamənin icrasını həyata keçirmişdir, icra zamanı da həmin binanın “xxxxx” MTK tərəfindən inşa edilmiş binanın 5-ci bloku olduğunu hesab edərək, həmin binaya münasibətdə icranı həyata keçirmişdir. İlk dəfə icra sənədi xx.xx.2018-ci ildə mübahəli mənzil barəsində icra olunaraq, mənzil İddiaçı təhvil verilmiş və həmin tarixli qərarla icra icraatına xitam verilmişdir. Həmin vaxt mənzil təmirsiz olmuşdur. Lakin sonradan mənzilə Maraqlı şəxs sahib çıxdığından, məhkəmə tərəfindən icra sənədi yenidən icraya yönəldilmiş və icra sənədi xx.xx.2019-cu il tarixli qərarla onun icraatına qəbul edilərək, tələbin könüllü icrası barədə “xxxxx” MTK-ya bildiriş göndərilmişdir. Lakin icra sənədi könüllü icra edilmədiyindən xx.xx.2020-ci il tarixdə icra prosesi həyata keçirilərək, mübahisəli mənzil təkrar iddiaçıya təhvil verilmişdir. Həmin vaxt mənzil artıq qismən təmirli olmuşdur. Bir daha qeyd edir ki, mübahisəli mənzilin “xxxxx” MTK tərəfindən inşa edilmiş binanın 5-ci blokuna aid olması qənaətinə gəldiyi üçün icra sənədinin icrasını təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməlidir. "xxxxx" MTK ilə sədr X5 şəxsində və payçı X14 arasında xx xxxx 2004-cü il tarixdə bağlanmış 173 nömrəli "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" müqavilədən görünür ki, kooperativ tərəfindən Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon 1300-cü məhəllə ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 4-cü giriş, 2-ci mərtəbə, 3 otaqdan, 114.4 kv.metr ümumi sahədən ibarət 177 saylı mənzilini payçıya təhvil verilməsi, payçı tərəfindən isə mənzilin qəbul edilməsi və müəyyən edilmiş dəyərinin ödənilməsi müqavilənin predmetini təşkil etmişdir. X5 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 1(101)-585/14 saylı hökmünə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxx” MTK-da sədr vəzifəsində işləyən təqsirləndirilən şəxs X12, həmin kooperativin təsisçisi olan və hal-hazırda MTK-da baş mühəndis vəzifəsində çalışan X4 ilə razılaşıb özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək vətəndaş X8m etibarından sui-istifadə edib, ona məxsus olan həmin MTK tərəfindən inşa edilmiş, ünvan 4 ünvandakı 4 girişli, 16 mərtəbəli binanın 4-cü girişin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 114.4 kv. metr olan, üç otaqlı mənzili xx xxxxxx 2006-cı il tarixdə vətəndaş X1 müqabilində aldığı pulu verməyi vəd edərək M.V.Paşayevin həyat yoldaşı, vətəndaş İddiaçı çatmalı olan 51.500 manatı ələ keçirib zərərçəkmiş şəxs N.V.Alahverdiyevaya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. "xxxxx" MTK ilə sədr X2 şəxsində və tələbkar İddiaçı arasında xx xxxx 2014-cü il tarixdə bağlanmış 001 (013) saylı qarşılıqlı razılaşma müqaviləsindən görünür ki, kooperativ tərəfindən kooperativə ayrılmış ünvan 5 ünvanında inşa ediləcək yaşayış binasının 5-ci girişində, 10-cu mərtəbəsində, ümumi sahəsi 90 kv.m olan 2 otaqlı mənzilin digər tələbkara verilməsi, tələbkarın kirayədə qaldığı mənzil üçün bir il altı ay müddətinə razılaşdırılmış 6.300 manat məbləğinin tərəfə ödənilməsi, tələbkar tərəfindən isə Müslət Nəcəfova qarşı irəli sürülmüş tələblə bağlı verilmiş ittihama xitam verilməsi tələbində duraraq, ona qarşı hər hansı tələbinin olmadığını ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə bildirilməsi müqavilənin predmetini təşkil etmişdir. "xxxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 013 saylı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" müqavilədən görünür ki, kooperativ ona ayrılmış ünvan 1 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək binanın 5-ci giriş 10-cu mərtəbə 90 kv.m. sahədən barət 2 otaqlı N saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında mövcud xx xxxx 2014cü il tarixli 001 (013) saylı müqaviləyə əsasən mənzilin ilkin dəyəri 27000 manata razılaşdırılmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq dəyəri tam şəkildə ödənilmiş hesab edilir. MTK-nın xx xxxx 2014-cü il tarixli mədaxil qəbzindən görünür X4 tərəfindən 13 və 013 saylı müqaviləyə əsasən mənzil payının dəyişdirilməsi üçün 51.500 manat qəbul edilib. X19 (1-ci tərəf), "xxxxx" MTK - sədri X2 şəxsində (2-ci tərəf) və "xxxxxxxxx" MMC direktoru X3 şəxsində (3-cü tərəf) xx xxx 2015-ci il tarixdə bağladıqları "hündür mərtəbəli yaşayış binasının tikilməsinə dair əməkdaşlıq" müqaviləsindən görünür ki, müqavilə üzrə 1-ci tərəf ünvan 6 ünvanında yerləşən mülkiyyət hüququ yaranmış yarımçıq tikilinin tikintisini başa çatdırmaq üçün 2-ci və 3-cü tərəfə təhvil verir (müqavilənin 1.1-ci bəndi), 3cü tərəf 18 ay müddətində yarımçıq qalmış beş bloklu yaşayış binasının (4 bloku əvvəlcədən inşa edilmiş) 5-ci bloku yenidən inşa edərək tikinti quraşdırma işlərinin görülməsi üçün tələb olunan xərclərin görülməsini, 2-ci tərəfin adından dövlət qurumlarına təhvil verilməsini, istismara qəbul edilməsini öz üzərinə götürür (müqavilənin 1.2-ci bəndi), tikintisi başa çatdırılacaq yaşayış binasının ümumi sahəsi 14700 kv.m, yaşayış sahəsi 12000 kv.m, qeyri yaşayış sahəsi 2000 kv.m, mansardın sahəsi 700 kv.m təşkil edir (müqavilənin 1.3-cü bəndi). Həmin müqavilənin 2-ci bəndinə əsasən tərəflərin pay bölgüsü aşağıdakı qaydada müəyyən edilmişdir: 1-ci tərəf - 3600 kv.m yaşayış sahəsi, 2-ci tərəf - 1400 kv.m yaşayış sahəsi, 3-cü tərəf - 7000 kv.m yaşayış, 2000 kv.m qeyri yaşayış və 700 kv.m mansard sahəsi, 2-ci və 3-cü tərəf bina tikintisi başlandığı andan 1-ci tərəfə payına uyğun olaraq 3600 kv.m yaşayış sahəsini rəsmiləşdirərək təhvil verirlər. Sazişin 4.2-ci bəndinə görə, yaşayış, qeyri-yaşayış sahələrinə, o cümlədən mansardın satışı ilə bağlı sənədlərin rəsmiləşdirilməsi yalnız 3-cü tərəfin adından həyata keçiriləcəkdir. 2-ci tərəfin bu sahələrin satılmasına dair bağladığı müqavilələr etibarsız hesab ediləcəkdir. İddiaçı ərizəsinə cavabdeh “xxxxx” MTK-nın sədri Natiq İsmayılov tərəfindən verilən cavab məktubundan görünür ki, sonuncu iddiaçı ilə xx xxxx 2014-cü il tarixdə bağlanmış 013 nömrəli müqavilə əsasında iddiaçıya verilməli olan mənzilin, həmin binanın 5-ci blokunun tikintsini aparan "xxxxxxxxxx" MMC tərəfindən "xxxxx" MTK-ya 1400 kv.m yaşayış sahəsini verməkdən imtina edilməsi səbəbindən mümkün deyildir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış "mənzil tikinti haqqında müqavilə"sinə dair üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır, cavabdehin öz öhdəliyini yerinə yetirə bilməməsini onun qarşısında yerinə yetirilməyən başqa bir öhdəlikdən asılı etməsi tam əsassızdır. Apellyasiya baxışında aparılmış araşdırma nəticəsində həmçinin aşağıdakılar müəyyən edilmişdir: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli Sərəncamından görünür ki, Binəqədi rayonu, Binəqədi şosesi, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli 18/03-8/2210 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş, “xxxxxxxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 20 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə “xxxxxxxxxx” MMC tərəfindən yaşayış binasının tikintisinə dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 18/04-02 nömrəli məktubu ilə razılaşdırılmış işçi layihəsinin təsdiq olunmuş surəti Kollegiyaya göndərilmiş, həmin məktubda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 288 saylı sərəncamı, 13194 saylı inşaat pasportu və xx.xx.2016-cı il tarixli 18/04-378 saylı məktub əsasında Binəqədi rayonu, Binəqədi şosesi, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində tikintisi nəzərdə tutulan yaşayış binasının təqdim olunmuş işçi layihəsinə baxılaraq, onun memarlıq hissəsi razılaşdırılmışdır. “xxxxxxxxxx” MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsi əsasında sonuncu ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 9cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 97.5 kv.m olan 60 nömrəli mənzili 97.500 manata almış, MMC tərəfindən verilmiş həmin tarixli maliyyə arayışından isə görünür ki, mənzilin dəyəri Maraqlı şəxs tərəfindən tam ödənilmiş, onun MMC-yə borcu yoxdur. Apellyasiya baxışı zamanı mübahisəli binaların yerləşdiyi əraziyə və binalara baxış keçirilmişdir. Yerli baxış zamanı baxış keçirilən sahədə 4 bloklu yaşayış binası və ayrıca 1 bloklu yaşayış binasının olduğu və həmin yaşayış binaları arasında təxminən 20 metr məsafənin olduğu müəyyən edilmişdir. Həmçinin, 1 bloklu yaşayış binasının müstəqil bina olması, 4 bloklu yaşayış binası ilə əlaqəsinin olmadığı, bu iki yaşayış binasının layihə, dizayn və görünüşünə görə tam fərqli olması, 1 bloklu yaşayış binasının müstəqil girişçıxışının və özünün yeraltı qarajının olması müşahidə edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, “xxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binası müstəqil sərancam və layihə əsasında, fərqli görünüşdə tikilmiş, müstəqil infrastrukturu və özünün ayrıca giriş-çıxışı (o cümlədən yeraltı qarajı) olan müstəqil yaşayış binasıdır. Həmin binanın “xxxxx” MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binası ilə hər hansı bağlılığı müəyyən edilməmişdir. Kollegiya onu da qeyd edir ki, hər iki binanın bir-biri ilə bağlı olmaması və müstəqil layihə əsasında inşa edilməsi həm də “xxxxx” MTK-nın iddiaçıya verilməsini öhdəsinə götürdüyü 2 otaqlı mənzilin sahəsi ilə (90 kv.m) “xxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş və Maraqlı şəxs satılmış 2 otaqlı mənzilin sahəsi (97,5 kv.m) arasında fərqlə də müəyyən olunur. Kollegiya qeyd edir ki, “xxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasının “xxxxx” MTK tərəfindən köhnə layihə əsasında tikilməsi planlaşdırılan yaşayış binası ilə əlaqəsinin olmadığı müəyyən edildiyindən, MMC tərəfindən inşa edilmiş həmin binanın MTK-nın tikmək niyyətində olduğu yarımçıq qalmış beş bloklu yaşayış binasının (4 bloku əvvəlcədən inşa edilmişdir) 5-ci bloku kimi qiymətləndiriməsi mümkün deyildir. Qeyd olunan hallara əsasən Kollegiya qeyd edir ki, hazırki qətnamə ilə apellyasiya şikayəti vermiş Maraqlı şəxs hər hansı mənafeyinə toxunulması halı müəyyən edilmir, belə ki, göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi “xxxxx” MTK-nin üzərinə qoyulmuşdur. Maraqlı şəxs məxsus mənzil isə “xxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş, “xxxxx” MTK-ya məxsus yaşayış binasına aidiyyəti olmayan müstəqil yaşayış binasına məxsus olan mənzildir. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, əgər birinci instansiya məhkəməsinin qətnaməsi Maraqlı şəxs mənzilinə münasibətdə icra edilmişsə, o zaman, sonuncu həmin icra məmurunun hərəkətini mübahisələndirməklə, bu barədə müstəqil iddia ilə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Belə olan halda Kollegiya hesab edir ki, hazırki qətnamə ilə Maraqlı şəxs mənafeyinə toxunulması halı müəyyən edilmədiyindən, onun apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)- 747/2018 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-5608/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5608/2020
05.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver