Məhkəmə qərarları › İş №2(103)-5611/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5611/2023

06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5611/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Məhəmədiyyə qızı və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1nə və X20 (“Yeni Klinika” X36, X10 və X22 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı1 Məhəmədiyyə qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi Nümayəndə, Cavabdeh X16 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2023 nömrəli, 07 iyun 2023cü il tarixli qətnaməsindən İddiaçı1 Məhəmədiyyə qızının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. X5 18 yanvar 2023-cü il tarixdə "xxxx" klinikasında cavabdeh X24 tərəfindən “septoplastika” əməliyyatı keçirmişdir. Əməliyyatdan öncə klinikada pasiyentdən müəyyən analizlər, o cümlədən “ekspress-test” vasitəsilə “Covid-19” analizini götürmüş, ağciyərlərin rentgenoqrafiyası, ürəyin exo-kartioqrafiyası kimi müayinələrdən keçirilmişdir. Əməliyyatda ağırlaşma müşahidə edilməmiş, əməliyyatdan sonra həmin klinikada vəziyyəti pisləşmiş, təzyiqi düşmüş, bədən temperaturu qalxmışdır. Xəstədən onun “Covid19” virusunun yoluxub-yoluxmamasını təyin etmək məqsədilə yenidən analiz götürülmüş, PZR analizin nəticəsi müsbət olmuşdur. Daha sonra xəstə “X38”-a köçürülmüş, orada xəstəyə müəyyən müalicə müayinə prosedurları həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə icra edilən KT müayinəsi xəstənin ağciyərlərində 70-80 faiz buzlaşmanın olduğunu təsbit etmişdir. Bundan sonra xəstə “Yeni Klinika” ya köçürülmüş, orada vəfat etmişdir.

2. İddiaçı1 Məhəmədiyyə qızı və İddiaçı2 X13 "xxxx" Tibb Mərkəzi»nin həkimi Natavan Əliyevanın səhlənkarlığı nəticəsində ölməsi haqqında Binəqədi rayon prokurorluğuna müraciəti əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir.

3. 15.07.2021-ci il tarixdə qeyd edilən qərar ləğv edilmiş və xx.xx.2022-ci il tarixdə yenidən «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Sonuncu qərar Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli qərarı ilə ləğv edilmiş və iş əlavə araşdırılmaya göndərilmişdir.

4. Binəqədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və həmin qərar hazırda qüvvədədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 Məhəmədiyyə qızı və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC və “"xxxx" Tibb Mərkəzinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 MMC-dən 700 manat, cavabdeh “City Hospital" MMC-dən 1800 manat məbləğində pul vəsaitlərinin maddi zərər kimi tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi; cavabdehlərdən mənəvi zərər kimi 500.000 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə; Həkim-Lor kimi özünü təqdim edən Natəvan Əliyevanın barəsində müvafiq araşdırma aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 övladı və digər İddiaçı2 doğma bacısı X17 18 yanvar 2021-ci il tarixdə "xxxx" Tibb Mərkəzində həkim (Lor) Natəvan Əliyeva tərəfindən, sonuncunun təşəbbüsü ilə cərrahi əməliyyat olunmuş və həmin əməliyyatdan sonra G. Əliyevanın vəziyyəti qəfildən ağırlaşaraq, səhhətindəki bu ağırlaşma bir neçə gün ərzində Günay Əliyevanın ölümü ilə nəticələnmişdir. Günay Əliyeva tənəffüsündə məhdudiyyət yaranması səbəbindən "xxxx" Tibb Mərkəzində fəaliyyət göstərən həkim (Lor) Natəvan Əliyevaya müraciət etmiş, həkim N.Əliyeva onu müayinə edərək, tənəffüsündə çətinlik yaranmasını Günay Əliyevanın burnunda çəpər olması ilə əlaqələndirmişdir. X28 Günay Əliyevaya təxirəsalınmadan cərrahi əməliyyat edilməsinin zəruriliyini bildirmişdir. Bundan sonra, X28 xx.xx.2021-ci il tarixdə Günay Əliyeva ilə telefon əlaqəsi yaradaraq, cərrahiyyə əməliyyatını xx.xx.2021-ci il tarixdə həyata keçirəcəyini bəyan etmişdir. Qeyd edilən tarixdə X29 tərəfindən Günay Əliyevanın burun nahiyyəsində cərrahiyyə əməliyyatı icra olunmuşdur. Lakin, sonradan iddiaçılara bəlli olmuşdur ki, X29 və klinikanın tibbi personalı tərəfindən bütün zəruri təhlillər və müayinələr, xüsusi ilə pandemiya şəraitində əməliyyatdan öncə Günay Əliyevanın müvafiq qan təhlilləri və ağ ciyər nahiyyəsinin müayinəsi aparılmamışdır. Nəticədə, xəstə üzərində zəruri müayinələr aparılmadan, sonuncu cərrahiyyə əməliyyatına buraxılmış və burun nahiyəsində sadə bir əməliyyat edildikdən sonra Günay Əliyevanın qəfildən vəziyyəti ağırlaşmışdır. Əməliyyat olunan gündən başlayaraq Günay Əliyevanın orqanizminin son dərəcə zəiflədiyi, tez-tez və davamlı olaraq ögümə və qusma hallarının olması, çox miqdarda qan itirdiyi, təzyiqinin anormal olaraq aşağı düşdüyü xəstəxanadan iddiaçılara bildirilmişdir. Lakin, Günay Əliyeva vəziyyətinin ağırlaşmasının səbəbləri barədə klinikadan onun yaxınlarına, o cümlədən iddiaçılara heç bir məlumat verilməmişdir. X29, Günay Əliyevanın vəziyyətinin ağırlaşdığını qeyd edərək, onun başqa xəstəxanaya, daha doğrusu Cavabdeh2 klinikasına keçirilməsinin zəruriliyini Günay Əliyevanın yaxınlarına bildirdikdən sonra, iddiaçılar məhz onun məsləhətini nəzərə alaraq, xx.xx.2021-ci il tarixində Günay Əliyevanı həkimin dediyi "City Hospital” klinikasına köçürmək məcburiyyətində qalmışlar. Cavabdeh2 klinikasına keçirildikdən sonra xx.xx.2021-ci il tarixdə səhər saatlarında həmin klinikanın Toğrul adlı həkimi xəstənin vəziyyətinin ağır olduğunu, onda böyrək çatışmazlığı və qara ciyərində ciddi problemlər yarandığını Günay Əliyevanın yaxınlarına bildirmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə axşam saat təxminən 17.00-18.00 radələrində Cavabdeh2 klinikasının baş həkimi X30 Əliyevanın koronovirusa yoluxduğunu, vəziyyətinin daha da ağırlaşdığını bildirərək, onun “Yeni Klinika” tibb müəsissəsinə keçirilməsini məsləhət görmüşdür. İddiaçılar dərhal həmin axşam Günay Əliyevanı “Yeni Klinika” tibb müəsissəsinə köçürmüşlər. Növbəti gün, yəni xx.xx.2021- ci il tarixdə səhər saat 08.00 radələrində həkimlərin bütün müdaxilələrinə baxmayaraq Günay Əliyevanın həyatını xilas etmək mümkün olmamışdır. Nəticə etibarı ilə, həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın, sonuncunun işlədiyi "xxxx" Tibb Mərkəzinin və Cavabdeh2 klinikasının tibbi personalının, bütün zəruri tibbi müayinə və təhlillər aparılmadan, zəruri müalicə tədbirləri həyata keçirilmədən, səhiyyə qanunvericiliyinə və tibbi normativlərə birbaşa zidd fəaliyyəti nəticəsində Günay Əliyeva həyatdan məhrum olmuşdur. İddiaçıların səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən cavabdehlər "xxxx" Tibb Mərkəzinə və Cavabdeh2 klinikasına müvafiq sorğular verilməklə, mərhum 1986-cı il təvəllüdlü X13 müayinəsi (analizlər daxil olmaqla) və müalicəsi, o cümlədən sonuncu üzərində aparılmış cərrahi əməliyyat barədə bütün tibbi sənədlərin, habelə mərhum Günay Əliyevanın xəstəlik tarixi barədə sənədlərin təsdiq edilmiş surətləri, X13 müayinəsi və müalicəsində iştirak etmiş həkimlər və tibb personalının, cərrahi əməliyyatı həyata keçirmiş X29nın ixtisasları barədə sənədlər, o cümlədən onların diplomları, sertifikasiyadan keçmələri barədə sənədlərin, habelə əmək müqavilələrinin təsdiq edilmiş surətləri tələb edilsə də, cavabdehlər tərəfindən vəkil sorğularına heç bir cavab verilməmişdir. Sonradan cavabdeh "xxxx" Tibb Mərkəzində fəaliyyət göstərən X29nın 29 il otolarinqoloq (lor) kimi iş təcrübəsinin olduğu qeyd edilmiş internet səhifəsində, onun 1991-1992-ci il tarixlərdə pediatriya üzrə internatura keçdiyi müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddiaçılar tərəfindən Cavabdeh3 MMC-yə ödənilmiş 700 manat, Cavabdeh2 MMC-yə ödənilmiş 1800 manat məbləğində pul vəsaitləri müvafiq olaraq cavabdehlərdən maddi zərər kimi tutulmalı, eyni zamanda cavabdehlərdən mənəvi zərər kimi 500.000 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq mərhumun yaxınlarına iddiaçılar X3 və İddiaçı2 ödənilməlidir. Qeyd edilən pul vəsaitlərinin tutulduğu təqdirdə, həmin vəsaitlərin, X5nın azyaşlı uşaqlarının adına açılacaq bank hesablarında, onların yetkinlik yaşına çatana qədər saxlanılması, ana qayğısından məhrum olan uşaqların gələcək müqəddəratı və iddiaçılar - mərhumun anası və bacısının mənəvi təskinlik tapması üçün zəruridir. Eyni zamanda, həkim-Lor kimi özünü təqdim edən Natavan Əliyevanın barəsində müvafiq araşdırmanın aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq, Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini də zəruri hesab edir.

7. Daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək iddia ərizəsində göstərilən ilkin cavabdehlərin əsl cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC ilə əvəz edilməsi xahiş edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 3107/2021 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

9. Mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan zaman iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, X16 cavabdeh kimi işə cəlb olunmasını, cavabdeh "xxxx" MMC-dən 700 manat, Cavabdeh2 MMC-dən 1800 manat məbləğində pul vəsaitləri maddi zərər kimi tutularaq iddiaçılar X3 və İddiaçı2 qızma ödənilməsi; cavabdehlərdən mənəvi zərər kimi 500.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçılar X3 və İddiaçı2 ödənilməsi barədə qətnamə; Həkim- Lor kimi özünü təqdim edən Natavan Əliyevanın barəsində müvafiq araşdırma aparılması və əsaslar olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddiaçılar İddiaçı1 Məhəmədiyyə qızı və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1nə və X20 qarşı, “Yeni Klinika” X36, X10 və X22 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə» maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı tərəfə aid edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1099, 1112-ci, «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun 59cu, «Özəl tibbi fəaliyyət» haqqında Qanunun 9, 16-cı, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 80, 88, 101.7, 103.1, 106.1, 206.1, 265.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli” Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı1 Məhəmədiyyə qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə məhkəmə iş üzrə eyni məzmunlu 2 ekspert rəylərinə əsaslanmışdır. Məhkəmənin qənaətinə görə həmin rəylərdə birmənalı olaraq qeyd edilmişdir ki, "xxxx" X31 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. Həmçinin də ekspert rəylərində konkret olaraq qeyd edilmişdir ki, xəstə Cavabdeh2da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City hospitalda” X15 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur. (Qətnamə səh. 13,abz.5) Lakin, nə qədər qəribə görünsə də, qətnamədə 2 ekspert rəylərinə istinad edən hakim Mehriban Əfəndizadə, məhkəmə araşdırması zamanı özündən əvvəl işə baxmış hakim tərəfindən təyin edilmiş birinci ekspertiza rəyini əvvəlcə kifayət qədər ziddiyyətli və aydın hesab etməyərək, ikinci dəfə məhkəmə-tibb ekspertizası təyin etmiş və sonradan ikinci ekspert rəyinin əvvəlki rəyi olduğu kimi təkrar etməsinə baxmayaraq, nədənsə hər iki eyni məzmunlu rəyi aydın və əsaslı hesab etmiş və onlara əsaslanmışdır. Halbuki, həmin ekspert rəylərində, cavabdehlər qismində cəlb edilmiş həkim və hər iki klinikanın xəstəyə münasibətdə qüsursuz və qüvvədə olan təlimatlara uyğun fəaliyyət göstərdikləri əks olunsa da, qeyd olunan təlimatlar (normativlər) barədə rəylərdə heç bir məlumat göstərilməmiş, həmçinin, rəylərdə qoyulmuş sualların əksəriyyətinə cavab verilməməsi ilə yanaşı, COVİD-19 virusuna yoluxduğu göstərilən xəstə Günay Əliyevanın üzərində cərrahi əməliyyat keçirilməsinə və bundan sonra bu sahədə ixtisaslaşmayan "xxxx" Tibb Mərkəzində və Cavabdeh2da nə səbəbə bu xəstənin qəbul edilərək üç gün saxlanılmasına, ixtisaslaşdırılmış tibb müəssisəsinə vaxtında köçürülməməsinə də aydınlıq gətirilməmişdir. Ekspertlər tərəfindən, klinikalarda tərtib olunmuş tibbi sənədlərdə, xüsusən xəstəlik tarixlərində aparılmış qeydlərdə xəstənin vəziyyəti barədə aşkar ziddiyyətlərin olmasına, xəstənin "xxxx" Tibb Mərkəzindən digər tibb müəssisəsi Cavabdeh2a köçürülərkən, onun COVİD-19 virusuna yoluxması barədə Cavabdeh2ın həkimlərinə məlumat verilməməsinə (bu fakt xəstə qəbul edilərkən orada iştirak edən klinikanın həkimlərinin ifadələri ilə tam təsdiq edilmişdir) ekspert rəylərində heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin qətnamədə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçılar onlara maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. (Qətnaməsəh. 13,abz.9) Qəribədir, birinci instansiya məhkəməsinin hakimi yuxarıdakıları öz qətnaməsində yazarkən, nədənsə, COVİD-19 virusuna yoluxduğu göstərilən, iki azyaşlı uşaq anası olmuş gənc bir qadın Günay Əliyevanın dərhal bu sahədə ixtisaslaşdırılmış klinikaya keçirilməsi üçün tədbirlər görülməli olduğu halda, COVİD xəstəsi ola-ola sonuncu üzrərində cərrahi əməliyyatın icra edilməsi və bundan sonra üç gün COVİD xəstəsinin bu sahədə ixtisaslaşmayan klinikalarda əsassız və qanunsuz saxlanılmasının, xəstənin ölümünə gətirib çıxaran əsas səbəb olduğunu görə bilməmişdir. Aşağıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış və həmin hallara heç bir münasibət bildirilməmişdir: 1.Tənəffüs yollarında planlı cərrahi müdaxilədən əvvəl KT və Covid-19 müayinələrinin aparılması vacib olduğu halda, təcili və təxirəsalınmaz əməliyyat olmayan burun çəpəri əməliyyatı ərəfəsində, Elmed” Tibb Mərkəzi və X29 tərəfindən xəstə Günay Əliyevaya münasibətdə həmin müayinələr hansı səbəblərdən aparılmadığı, bu sahədə normativ tələblərin nədən ibarət olduğu məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. 2."xxxx" Tibb Mərkəzi və X29 tərəfindən, sonuncunun dediklərinə əsasən, tənəffüs yollarında planlı cərrahi müdaxilədən əvvəl COVİD-19 virusunun yoxlanılması“(kart-test)” vasitəsilə həyata keçirilmişdir, təcili və təxirəsalınmaz əməliyyat olmayan burun çəpəri əməliyyatı keçirilməmişdən əvvəl hansı səbəbdən COVİD-19 virusunun yoxlanılmasının TƏBİB vasitəsilə deyil, aptekdən alınmış “(kart-test)” vasitəsilə həyata keçirilməsinə, "xxxx" Tibb Mərkəzinin COVİD-19 virusunun yoxlanılması üçün təhlillər aparmaq səlahiyyətinin olmadığına, TƏBİB-in sistemində qeydiyyatdan keçmədiyinə, heç bir münasibət bildirilməmişdir. Məhkəmə bu məsələ ilə bağlı normativ tələblərin nədən ibarət olduğunu aydınlaşdırmamışdır. 3. Birinci instansiya məhkəməsi, "xxxx" Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində əməliyyat icra edilən gün, yəni xx.xx.2021-ci il tarixdə əməliyyat ərəfəsində xəstənin ağciyərlərində heç bir patalogiya olmadığının guya rentgen vasitəsilə müəyyən olunması qeyd olunsa da, növbəti gün, yəni xx.xx.2021ci il tarixdə, xəstənin COVİD xəstəsi olduğunun müəyyən edilməsinə, bir gün ərzində həmin xəstənin ağciyərlərində 75 % buzlaşma (buzlu şüşə sahəsinin) əmələ gəlməsinə və bundan sonra xəstənin ixtisaslaşdırılmış klinikaya köçürülməsi üçün heç bir tədbir görülməməsinə qiymət verməmişdir. 4.Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, "xxxx" Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il, saat 14.30-da xəstə Günay Əliyevanın əməliyyatının fəsadsız yekunlaşdığı, xəstənin vəziyyətinin əməliyyatdan sonrakı dövrə uyğun olduğu, qanaxma olmadığının aşkar qeyd edilməsinə baxmayaraq, nədənsə xəstə əməliyyat olunan günün sonunda evə buraxılmamış və növbəti günə qədər xəstəxanada saxlanılmış, "xxxx" Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il, saat 14.30-dan xx.xx.2021-ci il saat 10.00-a qədər heç bir qeyd aparılmamış, xəstənin vəziyyəti, habelə onunla hansı müayinə və müalicə tədbirlərinin aparıldığı qeyri-müəyyən qalmışdır. Göstərilən zaman kəsiyində xəstənin vəziyyəti, müayinə və müalicələrinin nədən ibarət olduğu məlum olmamışdır. 5. "xxxx" Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il, saat 10.00-11.00-a olan qeydlərdən görünür ki, xəstənin vəziyyətində nisbi dəyişiklik var, ....xəstənin burnuna qoyulan tamponlar qurudur, burun udlaqdan axıntı yoxdur, xəstənin təzyiqinin düşməyə meyilli olması nəzərə alınaraq, eyni qrup A(İİ)+250 ml qan köçürülməsinə qərar verilmişdir. Qanaxma olmadığı halda, yalnız təzyiqin düşməyə meyilli olması səbəbindən qan köçürülməsinin hansı səbəblərdən icra olunması da birinci instansiya məhkəməsi üçün maraqlı olmamışdır. 6. "xxxx" Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində xx.xx.2021-ci il tarixdə saat 13.20-də xəstənin vəziyyətində yaxşılaşma qeyd olunmadığı və hərarətinin 38,5 olduğu göstərilmiş və bu nəzərə alınaraq xəstənin qanı Starlab klinikasına COVİD-19 virusuna yoluxmanın yoxlanılması üçün saat 14.15-də göndərilmiş və 15.23-də təhlilin nəticəsi pozitiv çıxmışdır. Belə vəziyyətdə, COVİD-19 virusuna yoluxan xəstəni saat 15.30-dan 19.45-ə qədər saxlayan "xxxx" Tibb Mərkəzi xəstənin nə səbəbə ixtisaslaşdırılmış klinikaya köçürülməsi üçün heç bir tədbir görməməsinə birinci instansiya məhkəməsi göz yummuşdur. 7."xxxx" Tibb Mərkəzindən götürülmüş xəstəlik tarixində saat 19.40-da qeyd edilmişdir ki, xəstə G.Əliyevanın vəziyyəti qənaətbəxşdir, müsbət hemodinamik göstərişlər, huşu aydın vəziyyətdə City Hospitala köçürüldü, valideynlərinin təkidi ilə, belə halda, yəni xəstənin vəziyyəti qənaətbəxş idisə, sonuncunun “CityHospital”a köçürülməsi hansı zərurətdən irəli gəlirdi, huşu aydın olan xəstəyə və yaxınlarına COVİD-19 virusuna yoluxması barədə yazılı məlumat verilməməsi, bu virus üzrə ixtisaslaşmayan klinikaya köçürülmənin xəstənin və onun qohumlarının yazılı razılığı olmadan həyata keçirilməsinin normativlərə uyğun olub olmaması birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir. 8. Məhkəmə araşdırması zamanı “CityHospital”ın həkimlərinin ifadələrindən müəyyən edilmişdir ki, xəstənin COVİD- 19 virusuna yoluxması barədə "xxxx" Tibb Mərkəzindən onlara heç bir məlumat verilməmiş, xəstənin heç bir tibbi sənədi, xəstəlik tarixi onlara təqdim edilməmişdir. Belə olan halda, yəni son dərəcə ağır vəziyyətdə olan xəstənin Cavabdeh2a köçürülməsi zamanı, xəstənin tibbi sənədlərinin (xəstəlik tarixinin), habelə xəstənin COVİD-19 virusuna yoluxması barədə məlumatın "xxxx" Tibb Mərkəzi tərəfindən Cavabdeh2a təqdim edilməməsinin işin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyinə baxmayaraq, hakim bu halı görməzdən gəlmişdir. 9.Cavabdeh2ın xəstəlik tarixindən müəyyən edilir ki, xəstə Günay Əliyeva, xx.xx.2021-ci il tarixdə saat 19.45-də Cavabdeh2a daxil olarkən, vəziyyəti son dərəcə ağır olmuş, kəskin tənəffüs çatışmazlığı olmuşdur. COVİD-19 virusuna yoluxmaya əsaslı şübhələr olduğu halda, bu sahədə ixtisaslaşmayan Cavabdeh2 klinikası hansı səbəbdən belə xəstənin müvafiq təhlillərini aparmadan (test etmədən) onu xəstəxanaya qəbul etməsinə də məhkəmə heç bir münasibət bildirməmişdir. Məhkəmə eyni zamanda, xəstə köçürülərkən,"xxxx" Tibb Mərkəzinin xəstəlik tarixində xəstənin vəziyyətinin qənaətbəxş, müsbət hemodinamik göstərişlər olduğu barədə qeydlər ilə “CityHospital” klinikasının xəstəlik tarixində isə eyni vaxt üçün, əksinə xəstənin vəziyyətinin son dərəcə ağır olması, kəskin tənəffüs çatışmazlığının olması barədə qeydlər arasında ziddiyyətləri də aydınlaşdırmaq istəməmişdir. Bu ziddiyətlərlə bağlı suallar qarşısında, ekspertlər də aciz qalmışlar 10. COVİD-19 virusuna yoluxması qeyd olunan xəstə Günay Əliyeva xx.xx.2021-ci il tarixdə, saat 19.45-də Cavabdeh2a daxil olduqdan dərhal sonra onun KT müayinəsindən keçirilməməsi, bu müayinənin yalnız növbəti gün xx.xx.2021-ci il tarixdə keçirilməsinin, nəticədə xəstənin lüzumsuz yerə ixtisaslaşmayan klinikada saxlanılmasının davam etdirilməsi və sonuncunun vəziyyətinin daha da ağırlaşması və sonda onun həyatını itirməsinə səbəb olmasına da məhkəmə münasibət bildirmək istəməmişdir. 11. Hər iki klinikanın və həkimlərin, xüsusilə, Natavan Əliyevanın bütün imkanları olduğu halda, COVİD-19 virusuna yoluxması qeyd olunan xəstə Günay Əliyeva üzərində dərhal, təxirəsalınmadan KT və Covid-19 müayinələrinin aparılması və TƏBİB-ə məlumat verilməsi, sonuncunun ixtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilməsi üçün heç bir tədbir görülməməsinə məhkəmə lazımi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaşçı İddiaçı2 və İddiaçı1 Məhəmədiyyə qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X16 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 MMC nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

24. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

«Əhalinin sağlamlığının qorunması haqqında» Qanun

25. Maddə 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinəyetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

«Özəl tibbi fəaliyyət» haqqında Qanun

26. Maddə 9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərinverdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.

27. Maddə 16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıqvəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.

39. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

40. Mülki qanunvericiliyin tələbinə görə cavabdehin yol verdiyi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu baxımdan deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

41. Məhkəmə kollegiyası ilk öncə iddianın əsaslılığını müzakirə edərək, "xxxx" Tibb Mərkəzində fəaliyyət göstərən həkimlərin (o cümlədən həkim X16) hərəkət və ya hərəkətsizliyinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılmasının zəruri olduğunu qeyd edir. İş materiallarında olan:

42. "xxxx" Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rentgen müayinəsində dös qəfəsi orqanlarının R-skopiyasının müayinəsi olaraq ağ ciyərlərdə patoloji ocaqlar aşkar edilmədiyi, Bronx-damar şəklinin gücləndiyi, köklərin şaxəli struktur olduğu, sinusların tam açıldığı, diaqrafmanın hərəkətinin sərbəst olduğu və ürəyin adi formada olduğu qeyd olunur.

43. "xxxx" Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli infeksiya müayinə sənədində “COVİD-19” (kart test) üzrə müayinə nəticələrinin neqativ olduğu qeyd edilmişdir.

44. "xxxx" Tibb Mərkəzinin xəstə yaxud yaxını tərəfindən verilən iltizamnadən aydın olur ki, xəstə Əliyeva Günay endotraxeal narkoz altında cərrahi müdaxilə zamanı, narkozla bağlı ağırlaşmalar ola biləcəyi,Əməliyyatdan sonra qarın boşluğunda, ağçiyər və tənəffüs yollarında irinli iltihabi ağırlaşmaların meydana çıxa biləcəyi və s. barədə xəbərdar edilmiş və məlumatlı olması barədə iltizamzaməyə imza atmışdır.

45. "xxxx" Tibb X1 aid xəstəlik tarixindən aydın olur ki, X17 tibb mərkəzinə burnun çəpər əyriliyi diaqnozu ilə qəbul olunmuşdur. Septoplastika cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. Həkimin müşahidə gündəliyindən aydın olur ki, xx.xx.2021-ci il tarixdə ümumi dövr edən hermodinamikanı stabilləşdirmək məqsədi ilə eyni qrup A(ıı) Rh (+) 250 ml kütlə köçürülməsi üçün göstəriş verilmişdir.

46. Kadrlar uçotunun şəxsi vərəqəsindən aydın olur ki: X24 Azərbaycan Tibb Universitetində “Pediatriya” fakültəsini 1992-ci il tarixdə bitirmiş, bununla bağlı ona xx.xx.1991-ci il tarixli diplom verilmişdir; 1992-ci il tarixdə “Pediatriya” ixtisası üzrə internatura/rezidentura bitirmişdir; 2013-cü il tarixdə “otolorinqologiya” üzrə 6 həftə ərzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda kurs keçmişdir; xx.xx.2007-ci il tarixdə 34 nömrəli Şəhər Poliklinikasında həkim-otorinolarinqoloq vəzifəsi üzrə işə qəbul olunmuşdur.

47. xx.xx.1991-ci il tarixli UB 113739 nömrəli diplomun surətindən aydın olur ki, X24 N.Nərimanov adına Azərbaycan Tibb Universitetində “pediatriya” ixtisası üzrə təhsil almışdır.

48. 30.09.2013-cü il tarixli, AH 009473 və xx.xx.2018-ci il tarixli, AH 030064 nömrəli “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələrinin surətindən aydın olur ki, X20 otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.

49. Əmək müqaviləsinə dəyişiklik edilmiş edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 "xxxx" Tibb Mərkəzində “məşğulluq təsnifatı üzrə : tibb bacısı, peşəkar; əmək müqaviləsi üzrə : Əməliyyat tibb bacısı” vəzifəsi üzrə işə qəbulla bağlı xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitir.

50. 088197 nömrəli lisenziyanın surətindən aydın olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Cavabdeh1 MMC-yə özəl tibb fəaliyyəti həyata keçirmək üçün müddətsiz icazə verilmişdir.

51. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən icazə verilmiş ixtisasların siyahısından aydın olur ki, Cavabdeh1 MMC-yə otorinolarinqologiya, otorinolarinqoloji ambulator tibb xidməti üzrə, ümumi cərahiyyə, ümumi cərrahi stasionar tibb xidməti üzrə işlərin görülməsinə icazə verilmişdir.

52. xx.xx.2021-ci il tarixli, ******* nömrəli xəstəlik tarixindən aydın olur ki, X17 haqqında patoloji rəydə “Covid-19 pozitiv, KRVİ, iki tərəfli ağır gedişli pnevmoniya, tənəffüs çatışmazlığı, börək çatışmazlığı diaqnozu verilmiş, ölüm səbəbi olaraq ürək-ağciyər çatışmazlığı göstərilmişdir.

53. “X38” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd olunur ki, X8 20:00 radələrində Cavabdeh2 MMC-dən "xxxx" Tibb Mərkəzinə təxliyyə olunmuş, Daxil olarkən vəziyyəti olduqca ağır (Spo2-86% AT 60.30 mm ç.s Nəfəs sayı 28. Ağ ciyər üzərində çoxlu sayda xırıltılar. Anuriya) olmuşdur. Xəstə müayinə olunmuş, Kranial KT, ağ ciyər KT-abdominal, ağ ciyər nakterial infeksiya müəyyən olunmuşdur.

54. Cavabdeh2 MMC tərəfindən verilmiş elektrokardioqrafik müayinədən aydın olur ki, X2 taxikardiyası. ÜEO-nun normal vəziyyəti. Sol mədəciyin ön-yan divarında qan təchizatının pozulması diaqnozu qoyulmuşdur.

55. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli döş qəfəsinin KTdə qeyd olunur ki, traxeya və baş bronxlar normal genişlikdə olub, açıqdır. Divar aralığında damar strukturları və ürək normal forma və lokalizasiyadadır. Perikard boşluğinda maye izlənillmədi. Divar aralığında böyümüş limfa düyünləri görülmədi. Sağ ağciyərin yuxarı və aşağı paylarında, sol ağciyərdə yayılmış şəkildə subplebral və mərkəzi yerləşmiş “buzlu şüşə” sahəsi və konsolidasiya sahələri izlənilir. Sağ ağciyərin orta payında “buzlu şüşə” sahəsi aşkar edilir. Hər iki hemitoraksda plevral maye izlənmədi. Döş qəfəsinin yumşaq toxumalarına və sümüklərinə aid patologiya təyin edilmədi. Nəticə olaraq hər iki aöçiyərdə qeyd olunan dəyişikliklər viral pnevmoniya lehinə dəyərləndirilmişdir (75%-80%).

56. “X38” MMC tərəfindən verilmiş stasionar xəstənin ******* (279) saylı tibbi kartından çıxarışda qeyd olunur ki, Müşayiət edən yaxınlarının bildirdiyinə görə, xəstə təxminən 1 həftə öncə qızdırma, halsızlıqdan və boğulmadan, nəfəs darlığından şikayət etmiş və həmin şikayətlərlə 18 yanvar 2021-ci il tarixdə "xxxx" klinikasına müraciət etmişdir. Klinikada xəstəyə otolarinq tərəfindən baxış keçirilmiş və burun çəpərinin əyriliyinin olması müəyyən edilmişdir. Şikayətlərin burun çəpəri əyriliyinə bağlı olması xəstənin yaxınlarına bildirilmiş və əməliyyat aparılması məqsədəuyğun hesab edilmişdir. Həmin gün xəstəyə endotıaxeal narkoz altında “Septoplastika” əməliyyatı aparılmışdır. Lakin əməliyyatdan dərhal sonra xəstənin durumu kəskin pisləşmişdir. Xəstəyə 2 paket (hər biri 300 ml olmaqla) eyni qrup qan köçürülmüşdür. Lakin xəstənin vəziyyəti pisləşməkdə davam etmiş və Cavabdeh2a müraciət edilmişdir. 19 yanvar 2021 tarixdə saat 19.00 radələrində Cavabdeh2 reanimatoloqu tərəfindən "xxxx" klinikasında xəstəyə baxış keçirilmişdir. Baxış zamanı xəstənin durumu olduqca ağır kimi dəyərləndirilmişdir. Saat 19.45 radələrində qohumlarının və "xxxx" klinikasının həkimlərinin xahişi ilə ambulans vasitəsilə, oksigen dəstəyi ilə son dərəcə ağır vəziyyətdə “City Hospitala” gətirilmişdir. Daxil olarkən xəstənin ümumi vəziyyəti son dərəcə ağırdır. Huşu alaqaranlıq, dəridə görünən selik qişaları solğundur, kəskin halsızlıq, ümumi zəiflik qeyd edilir. Auskultasiyada ağ ciyərlər üzərində tənəffüs zəif eşidilir. Tənəffüs hərəkətlərinin sayı 18 vurğu/dəq. Ürəkdöyünmələrin sayı 116 vurğu/dəq. A/T — 90/60 mm.c.st. SpOo - 90%. Peritonun qıcıqlanma sindromu mənfidir. Döyəcləmə simptomu hər iki tərə mənfidir. Bədən səthi boyu geniş dəri səpgiləri və ishal qeyd edilir. Daxil olarkən durumu son dərəcə ağır və çıxarkən də durumu son dərəcə ağır olaraq qiymətləndirilmişdir.

57. “Yeni Klinika” X36 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdə qeyd olunur ki, xəstə X17 xx.xx.1986-cü il təvəllüdlü xx.xx.2021 tarixində TTY vasitəsi ilə Cavabdeh2dan, KRVİ, COVİD-19 pozitiv, ağ ciyərlərin iki tərəfli total pnevmoniyasi, kəskin tənəffüs çatışmazlığı “Dz” ilə Yeni klinikaya gətirilmiş, ilkin dəyərləndirmədə saturasiyani təyin etmək olmamış, intub-boruda, sedasiyasi fonunda reanimasiya şöbəsinə yerləşdirilmişdir. Evdə şikayətləri boğulmadan olmuşdur. Xəstə yaxınlarının deməsinə görə özünü 2 gündür ki xəstə hesab edir, burun çəpəri probleminə görə müalicə aldığını deyiblər. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, SP02-66% ,A/T 76/43 PS 87, temperatur 36,0 C olmuşdur. Xəstəyə STA-na qoşulmuş,AC/PC rejimdə saturasiya 75% qədər yüksəlmişdir. Xəstəyə antibakterial, antiviral müalicəyə aparılmışdır. Qanın qaz tərkibi, hemogram, koagulyasiya, kimyəvi, infeksion və digər göstəricilərə ciddi nəzarət olunmuşdur.Xəstəxanaya daxil olandan xəstədə sidik ifrazı olmamış, burun ,ağız və bədənin müxtəlif nahiyyələrindən qanaxmalar olmuş. Endotraxeal borudan daimi qanlı ifzarat gəlmişdir. Lakin aparılan bütün tədbirlərə baxmayaraq xəstənin vəziyyəti proqressiv pişləşmiş. A/T düşməyə meylli olmuş, inotrop dəstək verilmişdir . Xəstənin vəziyyəti daha da ağırlaşmış, xx.xx.2021 -ci il tarixdə saat 07:20 da ürək fəaliyyəti dayanmışdır, xəstədə asistoliya qeyd olunmuşdur. Aparılan CPR tədbirləri yetersiz olmuş, 08:00 da bioloji ölüm qeyd edilmişdir.

58. Səhiyyə Nazirliyinin cərahiyyə üzrə baş mütəxəssisi Elçin Ağayev tərəfindən Səhiyyə Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Sahib Səfərova ünvanlanmış cavab məktubunda qeyd olunur ki: əgər xəstə fövqəladə- təxirəsalınmaz və ya təxirəsalınmaz qaydada əməliyyat icra olunursa o zaman mövcud şəraitdən asılı olaraq KT və “COVİD 19” müayinələri aparılmaya bilər. Yox əgər xəstəyə tənəffüs yollarında planlı cərrahi müdaxilə icra olunursa o zaman bu müayinələrin aparılması vacibdir. Hazırda COVİD-19 virusunun müəyyən edilməsi üçün standart kart-test üsulu stasionar müalicəyə qəbul olunan bütün xəstələr (fövqəladə təxirəsalınmaz əməliyyatlar istisna olunmaqla) üçün qəbuldan öncə məcburi qaydada həyata.keçrilir. Əməliyyat icra olunan gün xəstəyə aparılan rentgenoloji müayinə zamanı ağciyərlərdə “buzlu şüşə” əlaməti aşkar olunmaya bilər. Belə ki bu, sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. Bu baxımdan əməliyyatdan bir gün sonra daha dəqiq müayinə üsullları (məsələn döş qəfəsinin KT müayinəsi) vasitəsilə ağciyərlərin müəyyən qismində (bu halda 75%) “buzlu şüşə” əlaməti aşkar oluna bilər. Klinikalarda reanimasiya və intensiv terapiya şöbələrinin mövcudluğu, bu klinikaların fəaliyyət spektri ilə bağlıdır. Əgər konkret desək böyük həcmli cərrahi müdaxilələr (ürək-damar, döş qəfəsi və qarın boşluğu orqanlarında aparılan mürəkkəb əməliyyatlar) icra olunan klinikalarda reanimasiya şöbəsinin olması vacibdir. Burada əsas normativ tələblər reanimatoloji xidmətin həyata keçirilməsi üçün lazımi avadanlıqların və kadr potensialının olmasıdır.

59. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X36 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, KEŞ-109 nömrəli rəydən müəyyən olunur ki, 1986-cı il təvəllüdlü X13 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Bütün planlı cərrahi müdaxilələrdən əvvəl mütləq sayılan “COVİD-19” virusuna yoluxma halının təyini üç in müayinələrin aparılması, insanlar arasında koronavirus infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsi “TƏBİB” və Səhiyyə Nazirliyinin metodik göstərişləri ilə tənzimlənir. Bu təlimat müvəqqəti xarakter daşıyır. Təqdim olunan tövsiyyələr ABŞ, Avropa və Çin dövlətlərinin X4, eləcə də X12 (ÜST) mütəxəssisləri tərəfindən dərc olunmuş faktiki məlumatlara əsaslanır və mütəmadi olaraq yenilənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol N29) təsdiq edilmiş “Koronavirus İnfeksiyasının (Covid-19) X37 Metodik Təlimat”ından da göründüyü kimi “COVİD-19” virusuna yoluxmuş xəstələrin vəziyyəti nəzərə alınaraq ev şəraitində (ambulator), stasionar, reanimasion və “COVİD-19” virusunun müalicəsi üzrə ixtisaslaşmış müəssisələr kimi şəraitlərdə aparıla bilər. Xəstənin bir klinikadan başqa klinikaya köçürülməsinin mümkün olub-olmaması onun vəziyyətindən asılıdır. Tibbi sənədlərdən də göründüyü kimi planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsulu ilə yoxlanılması, və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur. Rentgenoloji müayinə zamanı “Bıızlu şüşə” görüntüsü aşkar edilməyə bilər, beləki bu sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür. Xəstənin evə buraxılması onun vəziyyəti kafi olduqdan sonra mümkündür, bu göstərici gün və saatlarla tənzimlənmir Xəstənin hər hansı bir cərrahi müdaxilədən sonra stasionar müalicə günlərinin sayı orta hesabla nəzərə alınır və sağlamlığı kafi olduqda evə buraxılır. Tibbi sənədlərə əsasən, xx.xx.2021 il tarixdə hər bir saatdan bir olmaqla daim xəstəyə instrumental müayinələr aparılmış, an.eraf təzyiqi, tənəffüsün sayı, temperaturu və ürək döyüntülərinin sayı müayinə təyinat kamrda qeyd edilmişdir. "xxxx" X31 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. Tibbi sənədlərdə göstərilənlərə əsasən xəstə.mn vəziyyətinin qənaətbəxş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması orun xəstə yaxınlarının təkidi ilə Cavabdeh2a köçürülməsinə imkan vermişdir. Xəstənin başqa şöbəyə və xəstəxanaya köçürülməsi Klinikada reanimasiya və intensiv terapiya şöbəsinin mövcudluğu hv klinikanın fəaliyyət spektri ilə bağlı olduğundan xəstənin vəziyyəti nəzərə alınaraq lazımi normativ tələbləri yaratmaq və reanimatoloji xidmətləri göstərmək üçiin daha çox ixtisaslaşmış kadr potensialı, avadanlıqları olan xəstəxana və şöbələrə köçürülə bilər. Cavabdeh2da digər tibb müəssisələri kimi ağır vəziyyətdə gələn xəstənin qəbulundan imtina edə bilməz, xəstə qəbul olunmalı və vəziyyəti stabilləşdikdən sonra daha ixtisaslı xəstəxanaya köçürülüb, müalicəsi davam etdirilməlidir. Xəstə “City hospitalda qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City hospitalda” X15 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur. Tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstə G.Əliyevanın vəziyyətinin xx.xx.2021 -ci il tarixdə axşam saatlarında deyil, xx.xx.2021 -ci il tarixdə səhər saatlarında ağırlaşdığı qeyd olunub. “Covid-19” virusu aşkarlandıqdan sonra xəstə yaxınlarının təkidi ilə daha ixtisaslaşmış “City Hospitalda göndərilə bilər.

60. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X36 tərəfindən verilmiş xx.xx.2023-c2 il tarixli, 53 nömrəli rəyinin nəticə hissəsinə əsasən 1986-cı il təvəllüdlü X13 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2.3 Bütün planlı cərrahi müdaxilələrdən əvvəl mütləq sayılan “COVİD-19” virusuna yoluxma halının təyini üçün müayinələrin aparılması, insanlar arasında koronavirus infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsi “TƏBİB” və Səhiyyə Nazirliyinin metodik göstərişləri ilə tənzimlənir. Bu təlimat müvəqqəti xarakter daşıyır. Təqdim olunan tövsiyyələr ABŞ, Avropa və Çin dövlətlərinin X4, eləcə də X12 (ÜST) mütəxəssisləri tərəfindən dərc olunmuş faktiki məlumatlara əsaslanır və mütəmadi olaraq yenilənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol N29) təsdiq edilmiş “Koronavirus İnfeksiyasının (Covid- 19) X37 Metodik Təlimat”ından da göründüyü kimi “COVİD-19” virusuna yoluxmuş xəstələrin vəziyyəti nəzərə alınaraq ev şəraitində (ambulator), stasionar, reanimasion və “COVİD-19” virusunun müalicəsi üzrə ixtisaslaşmış müəssisələr kimi şəraitlərdə aparıla bilər. Xəstənin bir klinikadan başqa klinikaya köçürülməsinin mümkün olub-olmaması onun vəziyyətindən asılıdır. Tibbi sənədlərdən də göründüyü kimi planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsulu ilə yoxlanılması, və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur. 4 Rentgenoloji müayinə zamanı “Buzlu şüşə” görüntüsü aşkar edilməyə bilər, beləki bu sadə rentgenoloji müayinə üsulunun imkanları xaricindədir. “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranması mümkündür.

5. Xəstənin evə buraxılması onun vəziyyəti kafi olduqdan sonra mümkündür, bu göstərici gün və saatlarla tənzimlənmir. Xəstənin hər hansı bir cərrahi müdaxilədən sonra stasionar müalicə günlərinin sayı orta hesabla nəzərə alınır və sağlamlığı kafi olduqda evə buraxılır.

6. Tibbi sənədlərə əsasən, xx.xx.2021 il tarixdə hər bir saatdan bir olmaqla daim xəstəyə instrumental müayinələr aparılmış, arterial təzyiqi, tənəffüsün sayı, temperaturu və ürək döyüntülərinin sayı müayinə təyinat kartında qeyd edilmişdir. 7-11 "xxxx" X31 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur. 12 Tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstə yaxınlarının təkidi ilə Cavabdeh2a köçürmək üçün xəstənin vəziyyətinin qənaətbəxş olduğu qeyd edilmiş, müsbət hemodinamik göstəricilərinin və huşunun aydın olması onun köçürülməsinə imkan vermişdir. 13-16.18 Xəstənin başqa şöbəyə və xəstəxanaya köçürülməsi Klinikada reanimasiya və intensiv terapiya şöbəsinin mövcudluğu bu klinikanın fəaliyyət spektri ilə bağlı olduğundan xəstənin vəziyyəti nəzərə alınaraq lazımi normativ tələbləri yaratmaq və reanimatoloji xidmətləri göstərmək üçün daha çox ixtisaslaşmış kadr potensialı, avadanlıqları olan xəstəxana və şöbələrə köçürülə bilər. Cavabdeh2da digər tibb müəssisələri kimi ağır vəziyyətdə gələn xəstənin qəbulundan imtina edə bilməz, xəstə qəbul olunmalı və vəziyyəti stabilləşdikdən sonra daha ixtisaslı xəstəxanaya köçürülüb, müalicəsi davam etdirilməlidir. Xəstə Cavabdeh2da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City hospitalda” X15 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur. 17.19 Cavabdeh2da X13 adına tərtib edilmiş xəstəlik tarixindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19:45-də “Kəskin tənəffüs çatmamazlığı” diaqnozu ilə daxil olmuşdur. Onun vəziyyətinin ağırlığına uyğun olaraq instrumental müayinələr, döş qəfəsi orqanlarının KT müayinəsi, xəstəyə cərrahın, reanimatoloqun, kardioloqun və nefroloqun konsultasiyası və infuzion terapiya icra edilmişdir. Sonra hipoksiyanı nəzərə alaraq xəstə intubasiya edilərək süni ventilyasiyaya keçirilmişdir. Xəstənin vəziyyəti onun digər tibb müəssisəsinə köçürülməsinə imkan verəcək qədər stabilləşdirildikdən sonra xx.xx.2021-ci il tarixdə, saat 20:00-da 103 vasitəsilə ağır vəziyyətdə “Yeni Klinika”ya köçürülmüşdür.

61. Binəqədi rayon prokurorluğunun müstəntiqi X18 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasını rədd edilməsi haqqında qərardan aydın olur ki, araşdırm zamanı "xxxx" Tibb Mərkəzinin həkimi X16 işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi halları müəyyən olunmamışdır. Günay Əliyevaın meyitinin müayinə olunmaması səbəbindən ölümün səbəbinin və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən X13 ölməsi faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir.

62. Binəqədi rayon prokurorluğunun müstəntiqi X18 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasını rədd edilməsi haqqında qərardan aydın olur ki, istintaq ilkin araşdırma zamanı alınmış izahatları, ekspert rəylərini və digər sübutları yenidən sadalamaq zərurəti duymadan həmin sübutların mötəbərliyi əsasında cinayət işinin başlanmasının rədd edilməsi nəticəsinə gəlmişdir. X13 ölümü ilə bağlı "xxxx" Tibb Mərkəzinin həkimi X16 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

63. Mülki işin materiallarından görünür ki, iş üzrə hazırki mülki mühakimə icraatı çərçivəsində ümumilikdə 2 dəfə məhkəmə-tibbi ekspertizası təyin edilərək həyata keçirilərək ekspertlər qarşısında iddia tələblərinin əsaslılığı baxımından müvafiq suallar qoyulmuşdur. Ekspertiza rəylərində birmənalı olaraq qeyd edilmişdir ki "xxxx" X31 Əliyevanın vəziyyəti düzgün qiymətləndirilmiş, aparılmış müayinə və müalicələr, intensiv terapiyalar, təyin olunmuş dərman preparatlarının dozaları xəstənin hemodinamikasında yaranmış vəziyyətin aradan qaldırması üçün göstərilmiş tibbi tədbirlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimatlara uyğun olmuşdur.

64. Həmçinin də ekspert rəylərində konkret olaraq qeyd edilmişdir ki, xəstə Cavabdeh2da qəbul olunarkən tərtib edilmiş tibbi sənədlərə əsasən “City hospitalda” X15 göstərilmiş xidmətlər, aparılmış müayinələr səhiyyə sistemində qüvvədə olan təlimatlara uyğun olmuşdur.

65. Beləliklə, mülki iş materiallarında olan ekspert rəyləri G.Əliyevanın ölməsi ilə cavabdeh klinikaların həkimləri tərəfindən həyata keçirilmiş əməliyyat arasında hər hansı bir əlaqənin olması istisna edilmişdir. Əməliyyatı icra etmiş həkim barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə prokurorluq tərəfindən qəbul edilmiş qərar dəfələrlə ləğv edilmiş və sonuncu əlavə araşdırma zamanı da eyni məzmunlu qərar qəbul edilərək "xxxx" Tibb Mərkəzinin həkimi X16 əməlində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və bu qərar hazırda qüvvədədir.

66. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qətnamədə iki ekspert rəyinə istinad olunması, ilk rəyin ziddiyyətli və aydın olmaması əsası ilə ikinci dəfə təkrar ekspertizanın keçirilməsi dəlilinə münasibətdə bildirir ki, hər iki ekspertizanın keçirilməsinə dair məhkəmə qərardadından məlum olmuşdur ki, müvafiq olaraq ekspertizalar iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə əsasən, təkrar ekspertiza Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 102.3-cü maddəsi əsas götürülməklə təyin edilmişdir.

67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olaraq qeyd olunan G.Əliyevanın ölümü ilə nəticələnən hadisənin həkim və xəstəxananın tibbi protokola zidd davranışı ilə əlaqədar olmasının məhkəmə tərəfindən iddia tələbinin təmin olunması üçün əsas götürülməməsinə münasibətdə bildirir ki, baş vermiş hadisənin tibb müəssisəsinin və onun əməkdaşlarının təqsiri ilə əlaqədar olub-olmaması təyin olunmuş ekspertiza zamanı ekspert qarşısında qoyulmuş suallarla əhatə olunmuş, atılan addımların tibbi protokola uyğunluğunun aydınlaşdırılması sahə üzrə xüsusi bilik tələb etdiyindən, ekspert rəyi əsas götürülmüşdür.

68. Müəyyən edilmişdir ki, X5 Elmed” Tibb Mərkəzinin həkimi X24 tərəfindən əməliyyat olunmamışdan əvvəl “COVİD-19” (kart test) aparılmış, nəticə «neqativ» olmuşdur. Ekspertiza rəylərindən də göründüyü kimi, planlı cərrahi müdaxilədən əvvəl döş qəfəsinin rentgeni və “COVİD-19” virusunun kart-Test üsulu ilə yoxlanılması, və onun hospitalizasiyası düzgün həyata keçirilmişdir ki, bu da hazırda mövcud olan metodik təlimatlara və tövsiyələrə uyğun olmuşdur.

69. Kollegiya bildirir ki, ekspert rəylərindən “Buzlu şüşə” görüntüsünün 1-4 gün ərzində yaranmasının mümkün olduğu müəyyən edilir.

70. Məhkəmə kollegiyasının qənaətinə görə X6” Tibb Mərkəzinin həkimi X24 tərəfindən əməliyyat olunmamışdan əvvəl onda “COVİD-19” virusuna yoluxmasının əlamətləri artıq var idisə belə, əməliyyatdan əvvəlki müayinələr əsasında bu hal müəyyən edilmədiyindən əməliyyadan sonrakı dönəmdə onun vəziyyətinin ağırlaşmasının səbəbi kimi həmin virusun əlamətlərinin onda olmasının büruzə verməsi cavabdehlər tərəfindən işlərinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi hallarının təsdiqi kimi qiymətləndirilə bilməz.

71. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" Tibb Mərkəzinin həkimi X24 tərəfindən Günay Əliyevanın üzərində burnunda çəpər əyriliyi ilə bağlı hər hansı qeyriqanuni hərəkətə və ya öz xidməti vəzifəsinin yerinə yetirməsi ilə bağlı hər hansı hərəkətsizliyə yol verməsi həm istintaq orqanı, həm də iş üzrə keçirilmiş eksertiza rəyləri ilə də təsdiq edilmir.

72. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, X16 işlədiyi "xxxx" Tibb Mərkəzinin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.

73. Eyni hallar digər cavabdeh “X38”a da aid olmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əməllərə yol verilməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamışdır.

74. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

75. Məhkəmə kollegiyası araşdırılmış halları və mülki prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar, o cümlədən dindirilmiş ekspertlərin, şahidlərin ifadələri təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir.

76. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən həmçinin də nəzərə alır ki, iddiaçı tərəfin izahatları isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə və qiymətləndirilə bilməzdi. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

77. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

78. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

79. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.”

81. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

82. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir.

83. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

84. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

85. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

86. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı1 Məhəmədiyyə qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar