Məhkəmə qərarları › İş №2(103)-5616/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5616/2023

16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5616/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh AR DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan bütün cərimələrin silinməsini və qanunsuz olaraq həbsə alınmış avtomobilnin azad olunmasını, xx.xx.2018-ci ildə alınmış və geri qaytarılmayan sənədlərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023cü il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını və ya əks təqdirdə mülki işin Bakı Apelliyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 28 iyul 2023cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin 26 iyul 2023-cü il tarixli qərardaddan İddiaçı şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, iddiaçı X4 tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə şikayətin forması konkret olaraq tənzimlənməsə də, qətnamədən verilmiş apellyasiya şikayəti üçün nəzərdə tutulmuş forma məhz qərardaddan verilmiş şikayətlərə də şamil olunmalıdır. Belə ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Göründüyü kimi, iddiaçı X4 tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətlərə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətlərə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar