Məhkəmə qərarları › İş №2(103)-5625/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5625/2021

01.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5625/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçının vəkili Vəkil1, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə mənzildən çıxarılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon məhkəməsinin 14.04.2021-ci il tarixli e-2(006)-1637/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə mənzildən çıxarılması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı “İddiaçı" Mənzil-Tikinti Kooperativi iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 1 ünvanındakı fərdi yaşayış binanın fasadlanma işlərinin aparılmasının dayandırılması və fasadlanan hissədə aqlay daşlarının sökülməsi öhdəliyinin Cavabdeh2 Novruz qızının üzərinə qoyulması, ünvan 1 ünvanındakı fərdi yaşayış binasında uşaq bağçasının fəaliyyətinin dayandırılması və 091492 №-li Lisenziyanın dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon məhkəməsinin 14.04.2021-ci il tarixli e-2(006)-1637/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı iddianın təmini tədbiri barədə ərizəsinə tərəflərin iştirakı ilə baxılmalı olduğu halda, iclas barədə məlumat verməmiş, məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmiş və ərizənin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Bununla da iddiaçının mülki prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. İş materiallarında olan sənədlərdən və ərizəyə əlavə edilmiş şəkillərdən də müəyyən olunur ki, mübahisəli yaşayış sahəsinın ətrafında müvafiq Sərəncam və icazələr əsasında tikinti işləri aparılır. Həmçinin həmin ərazidə bir çox sakinlərlə razılıq əldə olunaraq müqavilələr bağlanılmış və onlar köçürüldükdən sonra evləri sökülərək yerində yeni bina inşa edilir. Tikinti ərazisində Cavabdeh2 tərəfindən mübahisəli yaşayış binasından qeyri-yaşayış binası kimi istifadə edərək uşaq bağçası olaraq fəaliyyətinin həyata keçirilməsinin davam edilməsi təhlükəlidir və fəaliyyətinin davam edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə bilər. Həmçinin iddia tələblərində mübahisəli yaşayış binasının sökülməsi tələbi olduğndan məhkəmə mübahisəsi həll edilənədək hal hazırda həmin binanın üzərində hər hansı təmir işlərinin aparılması gələcəkdə qətnamənin icrasını çətinləşdirə bilər. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli e-2(006)-1637/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, İİİ və V hissələrinə, 28-ci maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Hazırkı halda isə ünvan 1 ünvanındakı fərdi yaşayış binasında uşaq bağçasının fəaliyyət göstərməsinin və uşaq bağçasının təmir edilməsinin gələcəkdə qəbul ediləcək qətnamənin icrasının mümkünsüz edəcəyinə dair hərhansı əsas müəyyən edilmir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddianı təminetmə tədbirinin tədbiq edilməsinə dair ərizəyə mülki-prosessual qanunvericiliyə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Göründüyü kimi, imperativ qaydada ərizəyə tərəflərin iştirakı ilə baxılmalı olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan baqa kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, məktəbəqədər təhsil müəssisəsinin (dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələrinə (Azərbaycan Respublikası Təhsil Nazirliyi) aiddir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının mülkyyətində olan əmlakın ətrafında tikini işlərinin aparılması və bunun nəticəsində həmin əmlaka təhlükənin yaranması, cavabdehin məsuliyyəti dairəsinə aiddir və bu əsasla şikayət təmin edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhər Nəsimi Rayon məhkəməsinin 14.04.2021-ci il tarixli e- 2(006)-1637/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon məhkəməsinin 14.04.2021-ci il tarixli e-2(006)-1637/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmasın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar