Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5634/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı mülki iş (Açar sözlər: «aldadılma nəticəsində bağlanmış əqdin etibarsızlığı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1491/2025 saylı, 14 iyul 2025ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Məmmədov X2 Şəhla Əli qızı ilə 15 avqust 2005-ci il tarixdə nikah bağlayıb. Birgə nikah dövründə Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89, Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 132, mənzil 44 və ünvan 1 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil alınıb və sonuncu mənzil X3 adına xx.xx.2021-ci il tarixdə 1588 saylı müqavilə ilə rəsmiləşdirilmişdir.
2. X6 xx.xx.2023-cü ildə ölüb.
3. Cavabdeh2 X3 bacısı oğludur. İddiaçı ona miras əmlaklarla bağlı vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün xx.xx.2023-cü il tarixdə Ucar rayon Notariat ofisində etibarnamə vermişdir. Həmin etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Bakı şəhəri 53 saylı Notariat Ofisinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 və Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132, mənzil 44-ə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edib.
4. Bakı şəhəri 11 saylı Notariat Ofisində imzalanmış xx.xx.2024-cü il tarixli ərizə ilə İddiaçı Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzilin müqavilə pozulduqdan sonra Cavabdeh2 adına rəsmiləşməsinə etiraz etmədiyini bildirib.
5. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1588 nömrəli müqavilə ilə ünvan 1 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil Cavabdeh2 verilmiş, tarixsiz maliyyə arayışı əsasında mənzilə görə borcunun olmadığı göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh "xxxx" MənzilTikinti Kooperativi və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
7. İddiada göstərilib ki, həyat yoldaşının vəfatından sonra həmin mənzilə onun vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün mərhumun bacısı oğlu - Cavabdeh2 mülki etibarnamə əsasında müvafiq səlahiyyətlər etibar edilmişdir. Həmin tarixdən sonra, Cavabdeh2 sənədləşmənin normal qaydada aparılması barədə yaşlı və onkoloji xəstə olan iddiaçıda əminlik yaratmışdır. Davamında müəyyən müddət keçdikdən sonra Cavabdeh2 iddiaçıya müraciət edərək ev alması ilə əlaqədar bu mənzilin girova qoyulması üçün kömək istəmişdir. Yaxın qohumluq münasibətlərinə əsasən, iddiaçı bu xahişlə razılaşmış və ona kömək edəcəyini bildirmiş, növbəti dəfə Milli Onkologiya Mərkəzinə müayinə olmaq üçün Bakıya gələrkən xx.xx.2024-cü il tarixdə saat 16:06-da cavabdehin xahişi ilə Bakı şəhəri 11 saylı Notariat Ofisinə gedib ona təqdim olunan ərizəyə qol çəkmişdir. Verilmiş vəkil sorğusuna Milli Onkologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunur ki, İddiaçı barəsində həqiqətən də onkoloji xəstə kimi xx.xx.2024-cü il tarixdə laborator və instrumental müayinələr aparılmışdır. 2024-cü ilin dekabr ayında İddiaçı mənzilin yerləşdiyi binanı inşa etmiş Cavabdeh1 MTK-nın satış/xidmət ofisində olarkən mənzilin Cavabdeh2 adına rəsmiləşdirildiyini və əsas kimi yuxarıda qeyd olunan ərizəni göstərmişlər. Həmin mənzillə bağlı aparılmış sənədləşmə qovluğunun rəsmi qaydada əldə olunması üçün verilmiş vəkil sorğusuna Cavabdeh1 MTK xx.xx.2024-cü il tarixdə cavab verərək həmin mənzilin sənədləşməsinin iddiaçının ərizəsi əsasında aparıldığı qeyd edilmiş, lakin tələb olunan sənəd qovluğunun surəti təqdim olunmamışdır. Ümumiyyətlə qeyd olunması zəruridir ki, keçən bu müddət ərzində də cavabdeh mənzili öz adına rəsmiləşdirmək niyyəti, habelə aşkarlanmış hazırki faktiki əməli barədə iddiaçıya heç bir məlumat verməmişdir. Hətta məsələ aşkarlanandan sonra, iddiaçının kəskin iradları qarşısında Cavabdeh2 heç bir tutarlı əsas gətirməmiş, “lazım gələrsə evin qiymətini iddiaçıya ödəyəcəyini” bildirmişdir. İndiki məqamda məsələnin həlli yalnız məhkəmə qaydasında mümkündür və aşağıdakılara əsasən mərhum X4 məxsus olan həmin mənzilin Cavabdeh2a adına rəsmiləşdirilməsi üçün aparılmış sənədləşmə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki işdə- birgə nikah dövründə əldə edilmiş mənzilin ilkin mülkiyyətçisi X1 həmin mənzil barədə hər hansı sərəncamverici əqdi (bağışlama müqaviləsi və ya vəsiyyətnamə) mövcud olmadığından, həmin mənzil xx.xx.2023-cü il tarixdən onun miras əmlakına (aktiv qismində) daxil olmuşdur. Digər bir ifadə ilə, həmin mənzilə mülkiyyət hüququnun üçüncü şəxsə ötürülməsi yalnız qanunla müəyyən edilmiş vərəsəlik əsasında həyata keçirilə bilər. Bunun məntiqi davamıdır ki, mərhumun qanun üzrə birinci dərəcə tək vərəsəsi İddiaçı cavabdehə müvafiq işlərin görülnməsi üçün notarial etibarnamə vermişdir. Bununla belə, Cavabdeh2 həmin etibarnamə ilə ona etibar olunan işləri həyata keçirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (https://exidmet.justice.gov.az:8284/Notariat/İnheritanceİnfo) elektron portalından əldə edilən məlumata əsasən, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 miras əmlakına münasibətdə vərəsəlik işi aşkarlanmamışdır. Bu baxımdan, həmin mənzilə münasibətdə qanunla müəyyən edilmiş vərəsəlik işi açılmadan və müvafiq icraat aparılmadan həmin mənzilə hüquqların bu şəkildə ötürülməsi/sənədləşdirilməsi qanünvericiliyinin imperativ tələblərinin kobud pozulmasıdır. Vərəsəlik üzrə müvafiq icraat yekunlaşmadan, iddiaçının mübahisəli ərizənin onun azad iradəsi ilə yazıldığını “bir anlığa fərz etdiyimiz” halda da həmin ərizə əhəmiyyətsiz sənəd olduğundan, etibarlı hüquqi nəticələr yarada bilməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.3-cü maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
8. İddiaçı MPM-in 53-cu maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizə ilə müraciət edərək ünvan 3 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilin Cavabdeh2 qanunsuz sahibliyindən məcburi qaydada alınaraq İddiaçı verilməsi barədə qətnamə cıxarılmasını xahiş edib.
9. Ərizədə göstərilib ki, İddiaçı xx.xx.2005-ci il tarixdən rəsmi nikah olduğu (mərhum həyat yoldaşı) X3 xx.xx.2023-cu il tarixdə vəfatından sonra, yaxın qohumu (mərhum həyat yoldaşının bacısı oğlu) Cavabdeh2 etibarnamə verərək mərhumun miras əmlakına vərəsəlik sənədləşməsində muvafiq koməklik etməyi xahiş etmişdir. X1 öldüyü tarixdə, iddiaçı ilə birgə nikah dövründə Bakı şəhərində əldə etdiyi üç daşınmaz əmlakı movcud olmuşdur: 1. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89, 2. Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132, mənzil 44, 3. Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 24 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil. Cavabdeh2 iddiaçı tərəfindən Ucar rayon notariat ofisində verilmiş xx.xx.2023-cu il tarixli etibarnamə əsasında, cavabdehin səlahiyyətli numayəndəsi qismində Bakı 53 saylı Notariat ofisinə xx.xx.2023-cu il tarixdə muraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Bununla belə, iş materiallarındakı vərəsəlik işindən muəyyən edilir ki, Cavabdeh2 notariat ofisində vərəsəlik işinin acılması üçün notariat ofisinə etdiyi yazılı müraciətində şüurlu şəkildə yalnız iki mənzil (Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 və Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 132, mənzil 44) barəsində məlumat vermişdir. Ayrıca, Cavabdeh2 imzaladığı xx.xx.2023-cu il tarixli ərizədə mərhumun İddiaçı başqa vərəsəsinin olmadığını bəyan etmişdir. Davamında, (iddiaçının səlahiyyətli numayəndəsi qismində) Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2023-cu il tarixli ərizədə də mərhumun mirasını qəbul etmiş tək vərəsənin İddiaçı olduğu, ondan başqa mirası qəbul edən vərəsənin olmadığını təkrarən bəyan edilmişdir. Bakı 53 saylı Notariat ofisi tərəfindən (V-44/2023 nömrəli vəsərəslik işi uzrə) verilmiş xx.xx.2023-cu tarxili 2V-146 reyestr qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə “ünvan 5 ünvanda yerləşən miras əmlakı və xx.xx.2023-cu tarixli 2V-147 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə “ünvan 6 ünvanda yerləşən miras əmlakı uzrə tam payda İddiaçı qanun üzrə vərəsəliyi tanınmışdır. (qeyd: həmin mənzillərə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dovlət reyestrində qeydə alınması və sonrakı tarixlərdə üçüncü şəxslərə satılması da iddiaçının etibarnaməsi əsasında yenə Cavabdeh2 tərəfindən təmin edilmişdir.) İşin hallarından da açıq göründüyü kimi, yaxın qohumluq munasibətlərində olan Cavabdeh2 ilk oncə vərəsəlik sənədləşməsinin, davamında satış prosesinin normal qaydada aparılması barədə onkoloji xəstə olan 75 yaşlı iddiaçıda özünə qarşı tam əminlik, etibar yaratmışdır. Qəribə və təəssufverici hal budur ki, Cavabdeh2 tərəfindən şüurlu şəkildə hazırki işdəki mubahisəli mənzil (Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 24 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cu blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil) barəsində vərəsəlik işi acılmış notariusa hec bir məlumat verilməmişdir. (sözsüz ki iddiaçıda da bu barədə məlumat olmamışdır.) Sonrakı dovrdə isə, iddiaçının verdiyi məlumata əsasən, Cavabdeh2 iddiaçıya muraciət edərək ev alması ilə əlaqədar mubahisəli mənzilin girova qoyulması ucun ondan komək istəmişdir. Hələ mərhum həyat yoldaşının yaşadığı dovrdən kecən müddətdə aralarında yaranmış mehriban qohumluq munasibətlərinə və sonrakı dovrdəki cavabdehdə yaratdığı inam/etibara guvənərək, iddiaçı bu xahişlə razılaşmış və ona komək edəcəyini bildirmiş, novbəti dəfə Milli Onkologiya Mərkəzinə müayinə olmaq ucun Bakıya gələrkən xx.xx.2024-cu il tarixdə saat 16.06- da cavabdehin xahişi ilə Bakı 11 saylı notariat ofisinə gedib ona təqdim olunan ərizəyə qol cəkmişdir. 2024-cu ilin dekabr ayında İddiaçı mənzilin yerləşdiyi binanı inşa etmiş Cavabdeh1 MTK-nın satış/xidmət ofisində olarkən mənzilin Cavabdeh2 adına rəsmiləşdirildiyi bildirilmiş və əsas kimi yuxarıda qeyd olunan ərizə gostərilmişdir. Ümumiyyətlə qeyd olunması zəruridir ki, kecən bu muddət ərzində də cavabdeh mənzili oz adına rəsmiləşdirmə niyyəti və faktiki əməli barədə iddiaçıya hec bir məlumat verməmişdir. Hətta məsələ aşkarlanandan sonra, iddiaçının kəskin iradları qarşısında Cavabdeh2 hec bir tutarlı əsas gətirməmiş, “lazım gələrsə evin qiymətini iddiaçıya odəyəcəyini” bildirmişdir. Məhkəmənin “subutların təmin olunması” barədə qərardadı əsasında Cavabdeh1 MTK tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: a) Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə b) İddiacının xx.xx.2024-cu il tarixli ərizəsi. c) X6 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 1588 saylı müqavilə (Təqdim olunan sənədlərin də natamam olduğunu Məhkəmənin diqqətinə xususilə catdırmaq istərdik. Belə ki, MTK-larda müqavilədən əlavə əsas huquq təsdiq edici sənəd Maliyyə Arayışıdır və gələcəkdə daşınmaz əmlakın dovlət reyestrində mulkiyyət huquqlarının dovlət qeydiyyatına alınması ucun məhz Maliyyə Arayışı tələb/təqdim olunur. Hesab edirik ki, indiki məqamda da Cavabdeh1 MTK tərəfindən həmin sənəd gizlədilərək digər cavabdeh ucun əlverişli şərait yaradılmağa cəhd edilir. Bu isə birmənalı yol verilməzdir!) Mubahisəli mənzil X3 birgə nikah dovrundə əldə etdiyi daşınmaz əmlak olduğundan əmlakdakı payın 1\2 hissəsi birbaşa iddiaçıya aid olmaqla, əmlakın mərhuma məxsus digər 1\2 hissəsi uzrə payın isə üçüncü şəxslərə kecməsi yalnız vərəsəlik qaydasında təmin oluna bilərdi. Bunun məntiqi nəticəsidir ki, üç əmlakdan ikisi barədə vərəsəlik proseduru aparılaraq 1-ci novbəli qanun üzrə vərəsə kimi iddiaçının mülkiyyət hüququ tanınmış və sonrakı tarixlərdə ücüncü şəxslərə ozgəninkiləşdirilmişdir. Bu baxımdan, hazırki mubahisəli mənzilə də qanünvericilikdə müəyyən edilmiş rəsmiləşdirmə notariat ofisində açılmış vərəsəlik cərcivəsində təmin edilən ana kimi həmin mənzilin mülkiyyətinin “ötürülməsi” hüquqi imkanını yaradan sərəncam hər hansı formada verilə bilməzdi. Təsadüfi deyil ki, yol verdiyi qanunsuzluğun fərqində olan Cavabdeh2 məsələ aşkarlanandan sonra, aldadıldığını gorən iddiaçının kəskin iradları qarşısında hec bir tutarlı əsas gətirməmiş, “lazım gələrsə evin qiymətini iddiaçıya odəyəcəyini” bildirmişdir. Hazırda birgə nikah dövründə əldə edilmiş mənzilin mülkiyyətcisi X1 həmin mənzilin Cavabdeh2 güzəşt edilməsi barədə hər hansı sərəncamverici əqdi (bağışlama müqaviləsi və ya vəsiyyətnaməsi) mövcud olmadığından, həmin mənzil xx.xx.2023-cu il tarixdən onun miras əmlakına (aktiv qismində) daxil olmuşdur (hətta X1 belə bir vəsiyyət iradəsi olsaydı belə, İddiaçı mənzilin 1/2 hissəsinı ümumi birgə mülkiyyət, digər 1/2 hissəyə isə, məcburi pay hüququ cərcivəsində haqqı yaranırdı.) Göründüyü kimi, mübahisəli mənzil barəsində mülki qanünvericilikdə müəyyən edilmiş qanun uzrə vərəsəlik proseduru daxilində sənədləşmə aparılmadan və müvafiq vərəsəlik şəhadətnaməsi alınmadan həmin mənzilə hüquqların Cavabdeh2 adına rəsmiləşdirilməsi qanünvericiliyin imperativ tələblərinin kobud pozulmasıdır. Bu baxımdan, mənzilə munasibətdə vərəsəlik uzrə müvafiq icraat yekunlaşmadan, iddiaçının mübahisəli ərizəsinin onun azad iradəsi ilə yazıldığını “bir anlığa fərz etdiyimiz” halda da həmin ərizə əhəmiyyətsiz sənəd olduğundan, etibarlı huquqi nəticələr yarada bilməzdi. Halbuki, məhkəməyə təqdim ediləcək sübutlardan da iddiaçının etibarından sui-istifadə edilərək aldadıldığı işin mübahisəsiz halı kimi muəyyən/sübut edilir. Digər tərəfdən, məhkəmə iclaslarında iddiaçının güya hazırda iddia tələbini irəli sürməyə “subyektiv huququnun” movcud olmadığı barədə səslənən etirazların da qəbul edilməz olduğunu bəyan edir. Çünki hazırki işdə iddiaçının birgə nikah dövrundə əldə edilmiş həmin mənzilə vərəsə kimi tam mülkiyyət hüququnu əldə etmə gözləntisi vardır və cavabdehlər tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində iddiaçı həm ümumi birgə mulkiyyət huququ uzrə oz payından, həm də tək İ növbəli qanuni vərəsə olaraq miras əmlakından pay əldə etmə hüququndan məhrum olunmuşdur. Yəni, vəfat etmiş həyat yoldaşının mülkiyyətindəki əmlakı onun ölümündən sonra əldə etmə hüququ tək vərəsə kimi yalnız iddiaçıya məxsusdur. (qeyd: bütün hallarda həmin evdən hüquqi nöqteyi nəzərdən bəhərlənmə imkanı Cavabdeh2 məxsus deyil.) Təəssüf ki, X1 qanuni və vəsiyyət üzrə vərəsəsi olmayan Cavabdeh2 isə həmin əmlaka qanunsuz sahiblik etməklə onun bəhrələrindən əsassız qaydada faydalanmaqda, iddiaçı isə qanunla əldə etməyə umid etdiyi imkanlardan yol verilmiş qanunsuz əməl nəticəsində məhrum olmuşdur. Bu baxımdan hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında aparılmış bütün sənədləşmələr (xususən Maliyyə Arayışı) etibarsız hesab edilməli və mənzil Cavabdeh2 qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmalıdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1491/2025 saylı, 14 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbinin qismən təmin edilərək ünvan 3 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024- cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi; ünvan 3 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cu blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzili Cavabdeh2 qanunsuz sahibliyindən məcburi qaydada alınması; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X6 arasında nikah xx.xx.2005-ci il tarixdə Ucar rayon qeydiyyat şöbəsində 151 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, birgə nikah dövründə ünvan 3ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil alınmış və sonuncunun adına xx.xx.2021-ci il tarixdə 1588 saylı müqavilə ilə rəsmiləşdirilmişdir. Göstərilən mənzildən başqa X1 öldüyü tarixdə, iddiaçı ilə birgə nikah dövründə Bakı şəhərində əldə etdiyi digər daşınmaz əmlakları - Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 və Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 132, mənzil 44 mövcud olmuşdur. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşin materiallarından görünür ki, həyat yoldaşının vəfatından sonra iddiaçı arvadından qalmış miras əmlaklarla bağlı vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün mərhumun bacısı oğlu - Cavabdeh2 Ucar rayon notariat ofisində verilmiş xx.xx.2023-cü il tarixli mülki etibarnamə əsasında müvafiq səlahiyyətlər etibar edilmişdir. Cavabdeh2 bu etibarnamə əsasında, iddiaçının səlahiyyətli nümayəndəsi qismində Bakı 53 saylı Notariat ofisinə xx.xx.2023-cu il tarixdə müraciət edərək göstərilən əmlaklardan yalnız Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 64, mənzil 89 və Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132, mənzil 44-ə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, notariat ofisinə verdiyi ərizədə mərhumun İddiaçı başqa vərəsəsinin olmadığını, mərhumun mirasını qəbul etmiş tək vərəsənin iddiaçının olduğu, ondan başqa mirası qəbul edən vərəsənin olmadığını göstərmişdir. Bakı 53 saylı Notariat ofisi tərəfindən sözügedən 2 mənzil üzrə (V-44/2023 nömrəli vəsərəslik işi uzrə) verilmiş xx.xx.2023-cu tarxili 2V-146 reyestr və xx.xx.2023-cu tarxili 2V-147 reyestr saylı «qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»ləri əsasında İddiaçı göstərilən mənzillərə münasibətdə qanun uzrə vərəsəliyi tanınmışdır. İddiaçı tərəfin izahatlarından görünür ki, həmin mənzillərə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dovlət reyestrində qeydə alınması və sonrakı tarixlərdə üçüncü şəxslərə satılması da iddiaçının etibarnaməsi əsasında yenə Cavabdeh2 tərəfindən təmin edilmişdir. İddiaçı tərəfin iddiasının dəlillərinə əsasən cavabdeh tərəfindən vərəsəlik işi acılmış notariusa mübahisəli olan Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əhmədov kücəsi, 24 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cu blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində hec bir məlumat verilməmişdir. Cavabdeh iddiaçıya müraciət edərək ev alması ilə əlaqədar mübahisəli mənzilin girova qoyulması ücün ondan komək istəmişdir. Hələ mərhum həyat yoldaşının yaşadığı dövrdən kecən müddətdə aralarında yaranmış mehriban qohumluq munasibətlərinə və sonrakı dövrdəki cavabdehdə yaratdığı inam və etibara güvənərək, iddiaçı bu xahişlə razılaşmış və ona komək edəcəyini bildirmiş, cavabdehin xahişi ilə Bakı 11 saylı notariat ofisinə gedib ona təqdim olunan ərizəyə imza etmişdir. 2024-cu ilin dekabr ayında İddiaçı mənzilin yerləşdiyi binanı inşa etmiş Cavabdeh1 MTK-nın ofisində olarkən mənzilin Cavabdeh2 adına rəsmiləşdirildiyi bildirilmiş və əsas kimi yuxarıda qeyd olunan ərizə gostərilmişdir. Bununla bağlı cavabdehə iradlarını bildirərək evin adına keçirilməsindən narazılığını ifadə etmiş və bu mübahisə aralarında olan telefon danışığı zamanı qeydə alınmışdır. Cavabdeh tərəf isə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzili üzrə Cavabdeh1 ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin yalan əqd olmasını, əslində, həqiqətdə xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmasını, həmin müqavilə üzrə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzilinin dəyəri cavabdeh tərəfindən öz hesabına Cavabdeh1 MTK-ya tam şəkildə ödənilməsini, qeyd olunan müqavilədə payçı qismində formal olaraq Ş.Ə.İsmayılovanın adının qeyd olunmasını, sözügedən mənzil ilə əlaqədar bütün danışıqların yalnız cavabdehlə aparılmasını və bu vasitəçilik xidmətləri barədə cavabdehlə müqavilə bağlamasını göstərmişdir. Cavabdeh tərəf bununla bağlı mövqeyini davam etdirərək əlavə olaraq göstərmişdir ki, mərhum Şəhla İsmayılova cavabdehin doğma xalasıdır, İddiaçı ilə X1 birgə nikahından uşaqları olmadıqları üçün Cavabdeh2 onlara oğul əvəzi olmuş və o, həmin ailənin bir üzvü hesab edilmişdir. Bu baxımdan xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilədə payçı qismində formal olaraq xalası və ailənin bir üzvü olan X3 adı qeyd olunmuşdur. Ş.Ə.İsmayılovanın vəfatından sonra cavabdeh iddiaçının ona verdiyi etibarnamə əsasında iddiaçının nümayəndəsi kimi Şəhla İsmayılovanın mülkiyyətində olan iki mənzili vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilməsini təmin etmiş, iddiaçı da öz növbəsində yalan əqd olan xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin payçı qismində həqiqi tərəfi olan cavabdehin adına rəsmiləşdirilməsi üçün Cavabdeh1 MTK-ya 01 fevral 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi ünvanlamışdır. Bu razılıq ərizəsi əsasında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında nömrəsi (xx.xx.2021-ci il tarixli müqavilənin nömrəsi ilə) eyni “1588” olan xx.xx.2024-cü il tarixli həqiqi müqavilə bağlanmış və həmin mənzilin dəyərinin cavabdehin ödədiyi barədə Cavabdeh1 MTK tərəfindən cavabdehin adına maliyyə arayışı verilmişdir. Odur ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzili üzrə yalan əqd olan xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin payçı qismində həqiqi tərəfi göstərmişlər. Hazırda iddiaçı tərəf Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini və mənzilin Cavabdeh2 qanunsuz sahibliyindən məcburi qaydada alınaraq İddiaçı verilməli olmasını iddia edir. Məhkəmə iddiaçı tərəfin dəlillərinə qiymət verərək iddianın mübahisəli mənzilin İddiaçı verilməsi hissəsi istisna olmaqla aşağıdakı əsaslara görə digər hissələr üzrə irəli sürülən arqumentlərinin işin digər araşdırılmış halları ilə uzlaşdığı üçün əsaslı olması qənaətinə gəlir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının mərhumə ilə nikah dövründə övladları olmamış və sonuncunun bacısı oğlu olan cavabdehlə ailədaxili mehriban və səmimi münasibətləri olmuşdur. Təsadüfi deyildir ki, mərhumənin ölümündən sonra iddiaçı onunla nikah dövründə əldə etdiyi əmlaklara vərəsəlik hüquqlarını rəsmiləşdirmək üçün cavabdehə müvafiq etibarnamə vermiş, mülkiyyət hüquqlarını əldə etdikdən sonra yenə də onun vasitəsilə onlar üzərində sərəncam belə vermişdir. Lakin iddiaçı mübahisəli mənzillə bağlı MTK-ya cavabdehin mənafeyi üçün verdiyi ərizənin notariat təsdiqi olmasına baxmayaraq məzmununu təsdiq etməyərək həmin evin arvadının adından cavabdehin adına rəsmiləşdirilməsinin onun iradə ifadə olmamasını göstərmişdir. Cavabdeh tərəf iddiaçının göstərilən notarial qaydada təsdiq edilmiş ərizənin mübahisəli evin mərhumənin adına olmasına baxmayaraq cavabdehin öz şəxsi vəsaiti hesabına əldə etməsi barədə məlumatlı olmasını, rəsmiləşdirmə üçün təklif edilən kimi etiraz etmədən qeyd edilən ərizəni verməsini göstərsə də, cavabdeh tərəf ilk növbədə «Şərur” Mənzil-Tikinti Kooperativi ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin yalan əqd olmaqla həmin əqdin əhəmiyyətsiz olmasını sübut edən tutarlı və mötəbər dəlillər irəli sürməmişlər. Cavabdeh tərəfin həqiqətən də xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanması, həmin müqavilə üzrə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 1588 saylı mənzilinin dəyərinin də Cavabdeh2 tərəfindən öz hesabına tam şəkildə ödənilməsi, qeyd olunan müqavilədə payçı qismində formal olaraq Ş.Ə.İsmayılovanın adının qeyd olunmasına dair göstərdikləri subyektiv mülahizədən başqa bir şey olmamışdır. Belə ki, iddiaçı bu halları inkar edir və mərhumə ilə nikah dövründə əldə etdikləri bütün əmlakı, hətta mübahisəli mənzili də birgə nikah dövründə öz vəsaiti hesabına əldə etməsini göstərir. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfin mənzilin əldə edilməsinə dair təqdim etdiyi beh müqaviləsində cavabdehin adının göstərilməsi və mənzilin əldə edilməsində vasitəçi rolunda iştirak etmiş şahid qismində ifadə vermiş şəxslərin ifadələrinin məzmunu da iddianın əsassız olmasını təsdiq etmir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanünvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin təqdim etdiyi şahid ifadələri məhz onun maraq və mənafeyi baxımından verilən ifadələr olduğu üçün sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə beh müqaviləsində göstərilən 1000 manat məbləğlə bağlı onun cavabdeh tərəfindən verilməsinin göstərilməsi halı da mənzilin qalan dəyərinin də məhz onun tərəfindən ödənilməsinə təsdiq etmir. İddiaçı tərəf mənzilə görə ödənilmiş 76000 manatın özünün tərəfindən ödənilməsinin cavabdeh tərəfindən etiraf edilməsinə dair aralarında olan telefon danışığının səs yazısını təqdim etmişdir. Həmin səs yazısının məzmunu aşağıdakı kimidir: “.... zatən həyatım boğazıma, xirtdəyimə yığılıb hər şey, bütün həyatımda hər şey alt-üst gedir, siz də mənim beynimi belə şey eləməyin, alt-üst etməyin, başa düşdüz?!” “Lənət şeytana eyy, satırsız?! Neçəyə satırsız?! Neçəyə almısan?! 76-ya almamısan? Gəl oturaq danışaq, pulunu götür. Başa düşdün?! Mən tapıb sənin pulunu verəcəyəm.” Cavabdeh tərəfin qeyd edilən halla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə həyatında ilk dəfə qanuni nikaha daxil olmuş, onun övladı dünyaya gəlməmişdən əvvəlki dövrlərdən başlayaraq (övladı xx.xx.2024-cü il tarixdə anadan olmuşdur) həyat yoldaşı ilə münaqişəli bir həyat yaşadığı vaxtlarda Cavabdeh2 həmin səs yazısını iddiaçıya göndərmişdir (hazırda isə Cavabdeh2 şəxsi ailə həyatında məhkəmə qaydasında boşanma mərhələsindədir). Bundan başqa, mərhum Ş.Ə.İsmayılovanın adına olan vərəsəlik qaydasında iddiaçının adına keçmiş başqa mənzili iddiaçının Cavabdeh2 vasitəsilə satdırması və Cavabdeh2 ayrı-ayrı vaxtlarda borc pullar alması iddiaçının aşırı xərclərinin olduğunu göstərir. Eyni zamanda, iddiaçı tərəfin təqdim etdiyi digər səs yazılarından da göründüyü kimi, sözügedən mənzil əvvəllər formal olaraq X3 adına rəsmiləşdirildiyi üçün iddiaçı davamlı olaraq Cavabdeh2 zəng edir, onu gərəksiz narahat edir və bütün bunlar Cavabdeh2 əlavə psixolojik yorğunluq verir. Beləliklə, Cavabdeh2 aşırı daxili boşluq və psixoloji yorğunluq vəziyyətdə qeyd edilən sözləri söyləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95-ci maddəsinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektləri “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə görə məhkəmə qərarı əsasında telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarı»nda göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birilərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konstitusiya məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeyi rəhbər tutaraq qeyd edir ki, iddiaçının nümayəndəsinin təqdim edilmiş səs yazısı sübut növu kimi qiymətləndirilməlidir. Belə ki, hər hansı şəxslə olan hüquqi münasibəti məhkəmədə münahisələndirilərkən, həmin mübahisədə iddianı sübut edə biləcək həmin şəxslə olan hər hansı yazışma, telefon səsi yazısı və s. məhkəməyə sübut kimi təqdim edilə bilər və bu zaman həmin şəxsi bu barədə (telefon danışığının qeydə alındığı barədə) əvvəlcədən xəbərdarlıq etməyə ehtiyac olmadığı üçün bu sübut qanunu pozmaqla əldə edilmiş sübut kimi dəyərləndirə bilməz. Çünki həmin telefon danışığı da tərəflər arasında olmuş, hazırki mübahisə də məhz onlar arasındadır və onların aralarında mövcud olmuş münasibətlər və baş vermiş bütün danışıqlar bir-biriləri üçün sirr deyil, tanışdır. Şəxsin iştirak etdiyi söhbəti xüsusi qurğular vasitəsilə qeydə alması və bu yazıdan öz məqsədləri daxilində, yəni borcun etirafı, əqdin pozulmasının ifadə edilməsi və digər məsələlərin təsbiti üçün istifadə etməsi şəxsi toxunulmazlıq hüququnun pozulması kimi təfsir edilə bilməz. Məhkəmə hesab edir ki, təqdim edilən səs yazısı cavabdehin hansı vəziyyətdə olmasında asılı olmayaraq tərəflər arasında mübahisəli evlə əlaqədar onların əsil niyyətlərinin aşkarlanmasının təsdiq edilməsinə kömək edən birbaşa sübut növüdür və ən əsası cavabdeh tərəf həmin danışıqlarda mübahisəli evə dair iddiaçı tərəfin göstərdiyi halların doğru olmamasını təkzib edə bilməmiş, əksinə, evin alması üçün sərf edilən məbləği belə tapıb qaytarmağa hazır olmasını göstərmişdir. Məhkəmə cavabdehin göstərilən danışıq apararkən ailə münasibətləri zəminində aşırı daxili boşluq və psixoloji yorğunluq vəziyyətdə olmasına dair cavabdeh tərəfin bu mövqeyinə tənqidi yanaşır, göstərilənləri faktiki və real olaraq bildirilmiş həqiqəti təkzib etməyə cəhd kimi qiymətləndirir. Belə ki, mənzilə görə əgər iddiaçı 76000 manat ödəmədiyi halda cavabdehin hansı vəziyyətdə olmasından asılı olmayaraq heç kim onu məcbur etmirdi ki, iddiaçıya evin alınmasına görə aldığı məbləği qaytarmağı təklif etsin. Göstərilənlər danışıqlar zamanı cavabdehin hansı vəziyyətdə olmasının önəmli ola bilməməsinə bir daha dəlalət edir. Həmçinin də tərəflərin izahatlarında daha sonra məlum olur ki, cavabdeh istifadəsində olan avtomaşını belə iddiaçının tələbi ilə onun özünə rəsmiləşdirmə yolu ilə qaytarmışdır. Cavabdeh tərəf bu xüsusatla bağlı avtomobilin iddiaçının olduğu üçün onun tələbi ilə qaytarmasını, lakin mənzilin aid olmadığı üçün qaytarmalı olmamasını xüsusilə vurğulasa da, məhkəmə hesab edir ki, avtomaşının qaytarılması faktının mövcudluğu belə mübahisəli evin cavabdehə məxsus olmaqla onun adına rəsmiləşdirilməsində iddiaçının iradə ifadəsinin olmasının təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə eyni zamanda mübahisəli mənzilin cavabdehin adına rəsmiləşdirilməsinin də qanünvericiliyin tələblərinə uyğun olmamasını qeyd edir. Belə ki, işin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 miras əmlakına münasibətdə vərəsəlik işi açılarkən bu mübahisəli mənzilə aid olmamışdır. Başqa sözlə, mübahisəli mənzillə bağlı mərhumənin MTK ilə aralarında müvafiq müqaviləsi olsa da, dövlət reyestrindən mülkiyyət kimi qeydiyyata alınmamışdır. Lakin hər bir halda məhkəmə hesab edir ki, bu mərhumənin sağlığında iddiaçı ilə birgə nikah dövründə əldə etdiyi birgə əmlak olmaqla onun gözlənilən mülkiyyət hüquqları mövcud olmuşdur. X3 vəfatından sonra həmin mənzilin miras kütləsinə daxil olmamasının səbəbi qeyd edildiyi kimi əmlakın reyestrdə qeydə alınmaması olmuşdur. Məhkəmə qeyd edir ki, onun ölümü isə adından bağlanmış müqavilənin ləğvinə əsas vermir və nikah dövründə əldə edilmiş birgə əmlak olmasına baxmayaraq mənzillə bağlı bütün hüquq və vəzifələr yalnız vərəsəlik hüququ baxımından müvafiq rəsmiləşdirmə əsasında iddiaçıya keçə bilər. Lakin işin materiallarından görünür ki, iddiaçı bu rəsmiləşdirmələri həyata keçirmədən birbaşa olaraq mənzilə dair notarial qaydada verdiyi ərizədə arvadı X3 MTK ilə bağladığı xx.xx.2021-ci il tarixli 1588 saylı müqavilənin pozulması ilə əladəqar qanünvericiliyə və MTK Nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmişdir. Yuxarıda qeyd edildiyi kimi şəxsin ölümü onunla bağlanmış müqavilənin ləğvinə əsas vermir, yəni, MTK vərəsəlik hüququnu rəsmiləşdirməyən şəxsin ərizəsi ilə nikahda olmuş arvadının adına olan müqavilənin pozulmasını həyata keçirə bilməzdi. Bundan əlavə, məhkəmə hesab edir ki, arvadının adına olan müqavilənin pozulmasını xahiş etməyə səlahiyyəti olmayan iddiaçının həmin mənzili də özünün mülahizəsinə görə ərizədə adını qeyd etdiyi şəxsin, yəni, Cavabdeh2 adına rəsmiləşdirilməsinə etirazının olmamasının göstərməsi də əhəmiyyətsiz olmuşdur. Belə ki, hər iki halda iddiaçının buna subyektiv hüququ olmamış və Cavabdeh1 MTK da öz növbəsində iddiaçının qeyd edilən ərizəsi əsasında X3 MTK ilə bağladığı xx.xx.2021-ci il tarixli 1588 saylı müqavilənin pozmaqla tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində cavabdehlər Cavabdeh2 ilə xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə bağlamaqla və mənzilə görə heç bir ödəniş etmədiyi halda sonuncunun adına həmin muqavilə əsasında maliyyə arayışı verməkdə haqlı olmamışdır. Beləliklə də məhkəmə hesab edir ki, ünvan 3 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 13-cü blok, 15-ci mərtəbə, 1588 nömrəli mənzil barəsində cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanılmış xx.xx.2024-cu il tarixli 1588 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı qanünvericiliyin tələbləri baxımından düzgün bağlanmadığı və verildiyi üçün etibarsızdırlar, eləcə də mübahisəli mənzil hazırda Cavabdeh2 qanunsuz sahibliyindədir. Məhkəmə bu qənaətə gələrkən mübahisəli mənzilin nikah dövründə əldə edilmiş birgə əmlak olmaqla mənzillə bağlı bütün hüquqların yalnız vərəsəlik hüququ baxımından müvafiq rəsmiləşdirmə əsasında üstnlük hüququnun bütünlükdə iddiaçıya aid olmasını mütləq olaraq nəzərə alır və eyni zamanda hesab edir ki, iddiaçı mənzilin Cavabdeh2 qanunsuz sahibliyindən məcburi qaydada alınması tələbini irəli sürməkdə haqlı olsa da hazırki mövcud vəziyyətdə mənzilin ona verilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, həmin mənzilin onunla mərhum arvadının birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisəsiz halı olsa da, mənzilin ona təhvil verilməsi yalnız hüquqverici sənədlərin (vərəsəlik şəhadətnaməsi və ya onun əsasında verilmiş müvafiq çıxarış) qarşılığında həyata keçirilə bilər. Buna görə də məhkəmə iddianın mənzilin İddiaçı verilməsi hissəsi istisna olmaqla digər hissələrdə əsaslı olduğu üçün təmin ediməsi nəticəsinə gəlir. Məhkəmə cavabdeh tərəfin iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmamasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, mübahisə predmeti olan mənzil mərhumə X6 ilə iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakı olduğu və iddiaçının notarial qaydada verdiyi ərizə cavabdehin adına müqavilə rəsmiləşdirilməsinə əsas olduğu üçün, eləcə də iddiaçının vərəsəlik hüquqlarını rəsmiləşdirmədən, başqa sözlə buna hüququ olmadan qeyd ərizəni verdiyindən, ən əsası ərizədə göstərilənlərin onun iradə ifadəsinə uyğun olmamasını iddia etdiyindən o, hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik olmuşdur. Məhkəmə bu qənaətə gələrkən, həmçinin də mənzilin cavabdehin tərəfindən əldə edilməklə formal olaraq mərhumənin adına rəsmiləşdirməsi kimi halların da öz təsdiqini tapmamasını da nəzərə almışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil3) apellyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilərək həmin hissədə də iddianın rədd olunmasını xahiş edib göstərir ki, iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsinin məzmununda yazılıb: Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri,Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, 24 b ünvanında inşa edilmiş yaşayış binasının 13-cü girişində, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 53.39 kv.m. olan 1 otaqlı 1588 saylı mənzilə dair arvadım X3 Cavabdeh1 MTK ilə bağladığı xx.xx.2021-ci il tarixli 1588 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və Cavabdeh1 MTK-nın nizamnaməsinə uyğun tədbir görməyinizi xahiş edirəm. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə heç bir etirazım yoxdur və bununla bağlı Cavabdeh1 MTK-ya qarşı heç bir iddia və tələbim yoxdur, gələcəkdə də olmayacaq”. Bu ərizədən təxminən 11 ay 20 gündən sonra iddiaçı məhkəməyə müraciət edərək sözügedən mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1588 saylı müqavilənin etibarsız hesab edilməsini, mənzilin Cavabdeh2 alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçı bu iddiasında iki əsasla çıxış edir: 1) iddiaçının notarial qaydada təsdiq olunmuş xx.xx.2024cü il tarixli ərizənin məzmunundan məlumatı olmamışdır, Cavabdeh2 iddiaçını aldadaraq həmin ərizənin verilməsinə nail olmuşdur (daha əvvəl isə, iddiaçı ümumiyyətlə həmin ərizəni yazmadığını bildirirdi); 2) “mübahisəli mənzil barəsində mülki qanunvericilikdə müəyyən edilmiş qanun üzrə vərəsəlik proseduru daxilində sənədləşmə aparılmadan və müvafiq vərəsəlik şəhadətnaməsi alınmadan həmin mənzilə hüquqların Cavabdeh2 adına rəsmiləşdirilməsi qanunvericiliyin imperativ tələblərinin kobud pozulmasıdır”. Əgər mənzilin dəyərinin iddiaçı (yaxud, mərhum arvadı) tərəfindən ödənildiyini həqiqi qəbul etsə, o zaman, həm ər-arvadın ümumi mülkiyyətində olan əmlak kimi, həm də mərhum arvadın miras əmlakı kimi, mübahisəli mənzil iddiaçının mülkiyyəti sayılır. Belə olan halda, öz mülkiyyəti barəsində sərəncam vermək üzrə iddiaçının subyektiv hüququ olmuşdur. Özü də, xatırlatmaq yerinə düşər ki, iddiaçı arvadının yeganə vərəsəsidir, yəni, miras əmlak barəsində tam pay hüquqlu vərəsədir və miras əmlak barəsində kiminsə iradəsindən hüquqi olaraq asılı deyildir. İddiaçı da yeganə ixtiyar sahibi kimi mülkiyyətində olan mənzilin barəsində müstəqil iradə ifadəsi kimi sərəncam verərək, mənzili oğlu kimi qəbul etdiyi Cavabdeh2 adına keçirmişdir (hakim də qətnamədə onların “ailədaxili mehriban və səmimi münasibətlərinin” olduğunu müəyyən etmişdir). Bunun üçün isə o, hələ istismara qəbul olunmamış binada yerləşən mənzilə mülkiyyət hüququnun qeyrimüəyyən gələcəkdə nə zamansa qeydiyyatını gözləməmiş, hazırda da geniş tətbiq olunan işgüzar adətdən – mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış, lakin tikinti şirkətlərindən müqavilə əsasında alınmış mənzilin “şirkət daxili addan-ada” keçirilməklə özgəninkiləşdirilməsi üsulundan istifadə etmişdir. Belə olan halda, bu cür rəsmiləşdirilməni özü seçmiş iddiaçının bu rəsmiləşdirmə üsulunu qanunsuz hesab etmək əsassızdır. Maraqlı yanaşma sərgiləyən hakimin qənaətinə görə, şahidin ifadəsi ona görə sübut kimi qəbul olunmur ki, şahidin bildiyi və məhkəmədə bildirdiyiişin halları barədə olan həqiqət cavabdehin mənafeyinə uyğun imiş. Bu cür əsasla şahid ifadəsinin sübut növü kimi qəbul olunmasından imtina olunması qanunsuzdur. Şahid ifadəsinin mötəbərliyi, qanuniliyi meyarı bu ifadənin hansı tərəfin mənafeyinə uyğun olub-olmasında deyil, onsuz da həmin ifadədə olan həqiqət qarşı-qarşıya olan tərəflərdən yalnız birinin mənafeyinə uyğun olmalıdır. Şəxsin şahidliyində həqiqəti ifadə etməkdən başqa hər hansı digər marağının olmasına dair, eləcə də, onun yalan ifadə verməsinə dair sübutlar olduğu halda, onun ifadəsi sübut kimi qiymətləndirilməyə bilər. Lakin hazırkı işdə cavabdeh tərəfin təqdim etdiyi şahid ifadələri üçün bu cür prosessual əsaslar müəyyən olunmadığından, onların ifadələrini sübut kimi qiymətləndiməyən hakim düzgün qənaətə gəlməmişdir. Qətnamədən görünür ki, 76.000 manatın ifadə olunduğu səs yazısında Elnurun cümləsi belə başlayır: “Doktor belə danışmayın”. Məgər bu ifadə təkzib, inkar deyil?! Əlbəttə bu ifadə iddiaçının bu cümləyə qədər ifadə etdiklərinə, dedikdlərinə açıq-aşkar təkzibdir. Digər tərəfdən, səs yazısından da aydın görünür ki, şəxsi problemləri ilə ilə yanaşı, iddiaçı ilə olan mübahisə də cavabdehi bezdirib, o, da daha iddiaçı ilə mübahisəni davam etdirə biləcək psixoloji durumda olmadığından, “tapıb sənin pulunu verəcəm kimi” ifadə işlətmişdir. Hətta bu ifadə belə iddiaçının öz iradəsi ilə mənzilini Cavabdeh2 verməsi faktının qanuniliyini aradan qaldırmır. Çünki həmin mənzilin cavabdehə verilməsinin məhz aldatma nəticəsində baş verməsi barədə iddia ərizəsində göstərilənlərə dair iddiaçı heç bir sübut təqdim edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
13. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdyi apellyasiya şikayətinə yazılı etirazda hazırki qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş edib etirazında göstərib ki, hazırki işdəki iddiaçının mübahisəli ərizəsinin məzmunundakı iradə ifadəsi - öz mülkiyyətindəki əmlakın güzəşti haqqında yox, təcrübədə geniş yayılmış həyat yoldaşının adına olan mənzilin satılmasına razılıq ərizəsidir. Yəni həmin ərizənin bir anlığa həqiqiliyini fərz etsək belə, bu ərizədə iddiaçının iradə ifadəsi mənzilə dair hüquqların ötürülməsi istiqamətində hüquqi nəticə yarada bilməzdi, çünki iş materiallarında mərhum Şəhla İsmayılovanın mübahisəli mənzilə dair mülkiyyət hüququnu hər hansı formada cavabdeh olan bacısı oğluna ötürülməsini sübut edən heç bir hüquqtəsdiqedici sənəd mövcud deyil. İstər birinci instansiya məhkəməsindəki izahatlar verilərkən, istər də apellyasiya şikayətində işgüzar praktika irəli sürülməklə arqumentlər əsaslandırılmağa çalışılır. 20 ilə yaxın müddətdə yeni tikili bina inşa edən hüquqi şəxslərə hüquq dəstəyi göstərən peşəkar vəkil kimi bildirim ki, praktikada bu kimi mənzillər “vərəsələrin dairəsini və paylarını” bildirən notariat ofisinin vərəsəlik barədə arayışları və ya miras əmlakının bölüşdürülməsi haqqında notarial müqavilələr əsasında ad-addan keçirilir. Hazırki işdə isə, bu mənzillə bağlı (iddiaçının nümayəndəsi qismində) cavabdeh şəxsən özü mübahisəli mənzili vərəsəlik işi açılmış notariat ofisinə bildirməmiş, onu kənarda saxlamış, iki mənzil üzrə iddiaçının adına vərəsəlik şəhadətnaməsi aldıqdan 3 ay sonra üçüncü mənzili bu formada adına keçirməyə cəhd etmişdir. Bu isə, ən sadə deyimlə, dürüst davranış deyil, başqa bir ifadə ilə iddiaçının güvəndiyi cavabdehin əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi mənasına gələn hüquqdan sui-istifadədir, bu isə birmənalı qəbuledilməzdir. Burada digər cavabdeh Şərur MTK-nın da kifayət qədər qərəzli davrandığı hazırki işin gedişatında üzə çıxmışdır. Mübahisəli mənzillə bağlı vəkil sorğusuna başdansovdu cavabdan sonra, məhkəmənin sorğusuna və sübutların təmin olunmasına dair məhkəmə qərardadına baxmayaraq uzun müddət cavab verməməklə dirənmiş, yalnız cərimənin tətbiq olunmasına dair ərizədən sonra mənzilə dair müqaviləni verməyə məcbur olmuş, israrlı tələbindən sonra mənzilə dair maliyyə arayışını da almağa Məhkəmə ilə birlikdə müvəffəq olmuşdur. Məhkəmə icraatı dövründə MTK-nın bu miqyasda birtərəfli davranışından məntiqi olaraq aydın olur ki, Şərur MTK vərəsəliklə bağlı qanunvericilik tələblərinə niyə məhəl qoymayıb! Belə bir məqamda, mənzilin Cavabdeh2 adına MTK-da aparılmış sənədləşmənin də heç bir hüquqi etibarlılığı ola bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdi.
16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı:
18. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.
19. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. Təmin edildiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
27. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
29. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mübahisələndirilən hissədə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
30. Əvvəla, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Mübahisələndirilən müqavilənin etibarsız əqd kimi mübahisə edilən əqd olması işin həqiqi halları ilə təsdiq olunur. Başqa sözlə, qeyd olunan müqavilənin bağlanma səbəbi etibarsızlıq nəticəsi yaradan hallarla bağlı olmuşdur.
31. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
32. İddiaçının xx.xx.2024-cü il tarixdə verdiyi ərizədən 11 ay, 20 gün sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməsi onun haqlı olmadığına dəlalət etmir. Çünki məhkəmə müdafiəsi hüququndan istifadə etmək hər hansı bir müddətlə məhdudlaşdırıla bilməz. İddiasını əsaslandırma forması da onun əsassız olduğu demək deyil. Yetər ki, hüquqlarının cavabdeh tərəfindən pozulduğuna dair sübutlar təqdim etsin və bu da məhkəmə tərəfindən təsdiq edilmiş olsun. Birinci instansiya məhkəməsi də iddiaçının hüquqlarının məhz cavabdeh tərəfindən pozulduğunu müəyyən və təsbit edib.
33. Bundan əlavə, mübahisə mənzilin mərhum arvadı ilə birgə nikah dövründə əldə etdiyini, həm də arvadının yeganə vərəsəsi olduğundan onun üzərində qanuni əsaslarla hüquqlarının yarandığını məhkəmə tərkibi də qəbul və təsdiq edir. Bununla əlaqədar, iddiaçının həmin mənzil üzərində sərəncam verməyə subyektiv hüququ da mübahisə doğurmur. Lakin iddiaçının həmin mənzil üzərində sərəncam verərkən iradəsi və iradə ifadəsi qüsurlu olmamalı idi. Ancaq işin halları ilə tam təsdiq olunub ki, iddiaçının qeyd olunan mənzil üzərində əvəzsiz olaraq sərəncam vermək iradəsi olmamışdır. Başqa sözlə, cavabdeh yaşlı və ağır xəstə olan iddiaçını aldatmasa idi, sonuncu qeyd olunan mənzilin onun adına əvəzsiz olaraq keçməsinə razılıq verməzdi. Başqa sözlə, cavabdeh özünə ev(mənzil) alması ilə əlaqədar mübahisəli mənzili “girov” qoymaq adı ilə iddiaçını aldatmasa idi yaxud bağlayacağı müqavilənin məzmunu və mahiyyəti barədə iddiaçıya yalan məlumat verməsə idi və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu həqiqi niyyəti barəsində qəsdən məlumat vermədiyi üçün bu cür etibarsız əqdin bağlanmasına nail olmuşdur. Ona görə mənzilin cavabdehin adına keçməsinin rəsmiləşdirilmə üsulu deyil, iradə olmadan cavabdehin ixtiyarına keçməsi qanunsuz olmuşdur.
34. Bundan başqa, şahid ifadələri mötəbər sübut olaraq iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki şahid ifadələri də işdə olan digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir. Birinci instansiya məhkəməsinin şahid ifadələrini iddiaya etirazın əsası kimi istinad edilən halların sübuta yetirilməsində mötəbər sübut kimi qiymətləndirməyərkən apardığı hüquqi dəyərləndirmə cavabdeh tərəfi qane etməsə belə, həqiqətən şahidlərin ifadəsi apellyasiya şikayətinin təmin edilməsi üçün əsas deyil. Çünki bu ifadələrin mötəbər olmaması işin digər halları ilə tam təsdiq edilib. Yəni həqiqətən də mənzilə ödənilən pul cavabdehə məxsus olmuşdursa, müqavilənin onun adına bağlanmasına nə maneə var idi yaxud mənzilin alınmasında vasitəçilik edən makler şahidlər həqiqəti necə bildi və müəyyən etdilər ki, mənzili cavabdeh özü üçün alır, sadəcə xalasının adına rəsmiləşdirilir. Əlbətdə ki, bu mövqe ritorik sual kimi səslənsə də cavabdeh tərəf qeyd olunan dəlillərdən istifadə edərkən bu cür yarana biləcək sualların mümkün ola biləcək cavabını da ən azından şikayətdə açıqlamalı idi.
35. Göstərilənlərdən əlavə, cavabdehin səs yazısı həm maddi daşıyıcıda, həm də məzmunu qətnamədə göstərilib. Birinci instansiya məhkəməsi tərəfindən həmin səs yazısı üzrə hüquqi dəyərləndirmə aparılıb və iddianı əsaslı edən mötəbər sübut kimi qəbul edilib. Cavabdehin həmin səs yazının məzmunu ilə bağlı həqiqəti təhrif etməyə cəhd etməsi şikayəti əsaslı edə bilməz. Çünki səs yazısının məzmunu cavabdehin iddiaçını aldatmasını bilavasitə təsdiq edir və kifayət və yetərli olan mötəbər sübut sayılır. Ona görə də cavabdehin bu cür dəlillərdən istifadə etməsi də uğursuz olmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda etibarsız əqdlər və onun nəticələri, başqalarına zərər vurmaq məqsədi ilə hüquqdan sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
37. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1491/2025 saylı, 14 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1491/2025 saylı, 14 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.