Məhkəmə qərarları › İş №2(103)-5639/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5639/2023

11.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5639/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1416/2023 saylı üşi üzrə xx.xx.2023cü il tarixli qərardadından mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(001)-1416/2023 saylı qətnaməsinə əsasən, Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə hesablanmış borcdan 2724,48 manatın silinməsi qərara alınmışdır. Qətnamə 4 may 2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. 5 iyun 2023-cü il tarixdə cavabdeh tərəfindən elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(001)- 1416/2023 saylı qərardadına əsasən, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun gəlmədiyi üçün geri qaytarılmışdır. Həmin qərardad 14 iyun 2023-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. 14 iyul 2023-cü il tarixdə cavabdeh məhkəmənin 13 iyun 2023-cü il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(001)-1416/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(001)-1416/2023 saylı qərardadından mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1416/2023 saylı qərardadının ləğv edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1416/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134, 135.1, 135.5, 135.6, 268.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qeyd olunan qərardadı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirsə də bu barədə Cavabdeh İB-yə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) məlumat çatdırmamış, Birliyin nümayəndəsi isə məhkəmə tərəfindən həmin iş üzrə proses iştirakçısı kimi “Elektron məhkəmə” informasiya sisteminə daxil edilməmişdir. Belə olan halda isə qanunvericiliyin tələblərinə əsasən həmin qərardad Cavabdeh İB-yə rəsmi qaydada çatdırılmış hesab oluna bilməz. Bu səbəbdən də Məhkəmənin 2(001)-1416/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı barədə Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixində iş üzrə İddiaçı Birliyə daxil olmuş şikayət ərizəsi araşdırılan zaman məlumatı olmuşdur. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(001)- 1416/2023 saylı qətnaməsindən apellyasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş müddət ərzində və qanunvericiliklə müəyyən olunmuş formaya riayət edilməklə verildiyindən, həmçinin də Cavabdeh İB-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində 41000-dən çox məhkəmə işinin olması səbəbindən, eyni zamanda da məhkəmə tərəfindən Birliyin nümayəndəsinin həmin iş üzrə proses iştirakçısı kimi “Elektron məhkəmə” informasiya sisteminə daxil edilmədiyindən qətnamədən apellyasiya şikayəti verildikdən sonrakı prosesləri izləmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi isə qətnamədən verilmiş apellyasiya şikayətini qanunsuz olaraq (şikayətin geri qaytarılmasının qanunsuz olması ilə bağlı əsasları Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətdə ətraflı qeyd etmişik) geri qaytarmışdır. Hazırda isə qərardaddan verilmiş şikayəti geri qaytarmaqla da Cavabdeh İB-ni məhkəmənin 13 aprel 2023-cü il tarixli, 2(001)- 1416/2023 saylı qətnaməsindən qanunvericiliklə nəzərdə tutulmuş apellyasiya şikayəti vermək hüququndan qanunsuz olaraq məhrum edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-1416/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, cavabdeh müddətin ötürülməsini özü etiraf edir, lakin bunun ondan asılı olmayan, məhkəmənin qüsurlu fəaliyyətindən və işlərin çoxluğundan irəli gələn üzrlü səbəbdən baş verdiyini bildirir. Qeyd edilməlidir ki, qərardad 14 iyun 2023-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmiş, cavabdeh isə 14 iyul 2023-cü il tarixdə şikayət təqdim etmişdir. Şikayətdə sadalanan ziddiyyətli dəlillər sübuta yetirilmir və onların üzrlü hesab edilməsi üçün müddətin bərpasına dair ərizə-vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinin tələblərinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Qeyd edilənlərə və sübuta yetirilməyən əsassız dəlillərə görə, xüsusən də müddətin ötürülməsinin üzrlü səbəblərinin olması barədə müzakirələrin aparılması prosessual səlahiyyətlərin hədlərini müəyyən edən qanunvericiliyin tələbləri baxımından yolverilməzdir və ona görə şikayət təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1416/2023 saylı üşi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar