Məhkəmə qərarları › İş №2(103)-5640/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5640/2020

10.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5640/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(004)-616/2020 saylı işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.09.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına vurulmuş 29339 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X6 18.09.2017-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Səbail rayonu, Salyan yolu Salyan-Bakı istiqamətində idarə etdiyi, iddiaçının mülkiyyətində olan «Lexus GS350» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən «Volkswagen Tiguan» markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı Səbail RPİ-nin tədqiqat şöbəsində cinayət işinin başlanması rədd edilmiş və onların barələrində inzibati məsuliyyətə cəlb edilmələri üçün materiallar Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail RPİ-nin Tədqiqat şöbəsində iş üzrə avtotexniki ekspertiza təyin olunmuşdur və ekspertiza rəyinə əsasən «Volkswagen Tiguan» markalı, 90- VJ-709 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Anar Ağazadənin idarə etdiyi iddiaçıya məxsus olan avtomobilə hadisənin qarşısını almağa texniki imkanının olmaması və hərəkətlərində həmin Qanunun tələblərinə uyğunsuzluq olmaması müəyyən edilmişdir. Bunun məntiqi ardıcıllığı olaraq Səbail Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Səbail Rayon Məhkəməsinin 18 aprel 2018-ci il qərarı ilə isə Anar Ağazadənin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə dair iş üzrə icraata xitam verilmişdir, həmin qərardan apelyasiya şikayəti verilsə də Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. «xxxx» MMC tərəfindən verilmiş 349 saylı qüsur aktına əsasən «Lexus GS350» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri dəyişməsi və bərpa işlərinin görülməsi üçün 29339 manat tələb olunduğu müəyyən edilmişdir. 18 sentyabr 2017-ci il tarixdən bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi üçün heç bir hərəkət edilməmişdir. Əksinə bu məsələ ilə bağlı iki ildən çoxdur ki, məhkəmə çəkişməsi getmiş, birinci instansiya məhkəməsində Anar Ağazadə tərəfindən qaldırılmış iddia əsassız olaraq təmin olunmamış, həmin qətnamədən apelyasiya şikayəti verilmiş, apelyasiya instansiyası məhkəməsi qeyd olunan qətnaməni ləğv edərək iddia tələbini qismən təmin etmiş, sonradan işə cavabdehin kassasiya şikayəti əsasında Ali Məhkəmədə baxılmış və məhkəmə iddianın Anar Ağazadə tərəfindən deyil, Aytən Ağazadə tərəfindən verilməli olduğu əsas gətirilərək müvafiq qərar qəbul etmişdir. Bu səbəbdən də hazırki iddianı bu dəfə mülkiyyətçi olaraq iddiaçı məhkəməyə müraciət etmişdir. Bundan əlavə cavabdehin bu hərəkətləri nəticəsində iddiaçıya həmçinin 5000 manat məbləğində mənəvi ziyan dəymişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qardaşı X6 18.09.2017-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu Salyan-Bakı istiqamətində idarə etdiyi, mülkiyyətində olan «Lexus GS350» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən «Volkswagen Tiguan» markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı Səbail RPİ-nin tədqiqat şöbəsində cinayət işinin başlanması rədd edilmiş və onların barələrində inzibatı məsuliyyətə cəlb edilmələri üçün materiallar Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail RPİ-nin tədqiqat şöbəsində iş üzrə avtotexniki ekspertiza təyin olunmuşdur və ekspertiza rəyinə əsasən «Volkswagen Tıguan» markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Anar Ağazadənin idarə etdiyi ona məxsus olan «Lexus GS350» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisənin qarşısını almağa texniki imkanının olmaması və hərəkətlərində həmin Qanunun tələblərinə uyğunsuzluq olmaması müəyyən edilmişdir. Bunun məntiqi ardıcıllığı olaraq Səbail Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Səbail Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qərarı ilə isə iddiaçının qardaşı Anar Ağazadənin Azərbaycan Respublikası İXM-nin 327.8-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. «xxxx» MMC tərəfindən verilmiş 349 saylı qüsur aktına əsasən «Lexus GS350» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri dəyişərək və bərpa işlərinin görülməsi üçün 29339 manat tələb olunduğu müəyyən edilmişdir. 18 sentyabr 2017-ci il tarixdən bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi üçün heç bir hərəkət edilməmişdir. Əksinə bu məsələ ilə bağlı iki ildən çoxdur kı. məhkəmə çəkişməsi getmiş, birinci instansiya məhkəməsində qardaşı Anar Ağazadə tərəfindən qaldırılmış iddia əsassız olaraq təmin olunmamış, həmin qətnamədən apelyasiya şikayəti verilmiş, apelyasiya məhkəməsi qeyd olunan qətnaməni ləğv edərək iddia tələbini qismən təmin etmiş, sonradan işə cavabdehin kassasiya şikayəti əsasında Ali Məhkəmədə baxılmış, Ali Məhkəmə qərəzli və ədalətsiz mövqe bildirərək iddianın əsli qardaşının deyil, onun tərəfindən verilməli olduğunu, ən əsası isə qüvvədə olan qərarlar ola-ola qardaşının da inzibati təqsirli olmasını əsas gətirərək ziyanlarına qərar qəbul etmişdir. Bu səbəbdən də hazırki iddianı bu dəfə mülkiyyətçi olaraq iddiaçı qaldırmış və istinad etdiyi bütün qərarları iddia ərizəsinə əlavə edir. Bundan əlavə hesab edir ki, cavabdehin bu hərəkətləri nəticəsində ona həmçinin mənəvi ziyan dəymişdir və mənəvi ziyanı 5000 manat məbləğində dəyərləndirir. Məhkəmə həmin iddia ərizəsini əsassız olaraq təmin etməmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qərarı ilə qardaşı Anar Ağazadənin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətməyə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Amma nədənsə bütün məhkəmələr 18 sentyabr 2017-ci il tarixli Səbail RPİdə aparılmış araşdırmanın yekun nəticəsinə görə hər iki sürücünün təqsirli olmasını əsas gətirir. Bəs Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarı necə oldu. İddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsinə iddiaçıya avtomobilinə dəymiş zərərə görə 5000 manat məbləğində icbari sığorta ödənişi verilmişdir. Cavabdeh yazılı ərizə təqdim edərək hazırkı iddia tələbi üzrə maddi zərərə görə 5800 manat iddiaçının xeyrinə ödəməyə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10.11.2017-ci il tarixli, 3(009)-687/2017 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli, 3(009)-586/2017 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə mövqeyinin onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.01.2018-ci il tarixli, 337 saylı ekspert rəyinə əsasən, “Wolksvagen Tiquan” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanın) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin, həmin rəydə qeyd olunmuşdur ki, “Lexus GS 350” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 19.02.2019-cu il tarixli, 3(103)-383/2019 saylı qərarı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli, 3(009)- 586/2017 saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2018-ci il tarixli, 2(004)-4937/2018 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmu ş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 02.11.2018-ci il tarixli, 2(103)-11530/2018 saylı qətnaməsi ilə iddiaçı X3 şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2018-ci il tarixli, 2(004) 4937/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 29339 manat, mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X4 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(102)-2983/2019 saylı qərarı ilə Cavabdeh şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 02.11.2018-ci il tarixli, 2(103)-11530/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(103)-9358/2019 saylı qətnaməsi ilə iddiaçı X3 şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2018-ci il tarixli, 2(004)-4937/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı X3 Cavabdeh qarşı yol nəqliyyat hadisəsi və cavabdehin təqsirli hüquqazidd hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 29.339 manat, mənəvi ziyanın əvəzi olaraq isə 10000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Səbail RPİ-nin TŞ-nin baş təhqiqatçısı Cavid Hüseynovun 16.10.2017-ci il tairxli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə, 18.09.2017-ci il tarixdə Səbail rayonu, Salyan yolunda baş vermiş YNH-si əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2, 86.1 və 212.1-ci maddələrinə əsasən, cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Cavabdeh və X3 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələrindən ötrü toplanmış material Səbail RPİ-nin DYPŞ-nin vasitəsi ilə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Habelə həmin qərardan görünür ki, aparılmış təhqiqat araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 13.10.2017-ci il tarixdə Səbail RPİ-nə daxil olmuş, 12.10.2017-ci il tarixli, 24087 saylı məhkəmə ekspertizasının rəyinin tədqiqatın nəticəsi hissəsində “Volkswagen Tiquan” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-cı hissəsinin 2.4 “Yol verin" üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, “Lexus” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısını almağa texniki imkanı olması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması, sürücü A.C.Ağazadənin “Lexus” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60km/saatdan atrıq, yəni 70 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluğun olması göstərilmişdir. Səbail rayon Prokurorluğunun 11.06.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək materialın əlavə yoxlamaya qaytarılması barədə qərarı ilə Səbail RPİ-nin TŞ-də araşdırılaraq cinayət işinin başlanması rədd olunmuş 315/17 nömrəli ilkin yoxlama materialı üzrə Səbail RPİ-nin TŞ-ni təhqiatçısı Anar Hacıyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09.02.2018-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş və material əlavə araşdırma aparılması və qanuni qərar qəbul edilməsi üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Səbail RPİ-nin TŞ-nin baş təhqiqatçısı Cavid Hüseynov tərəfindən qəbul edilmiş 16.10.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı X3 məhkəmə nəzarəti qaydasında verdiyi şikayət əsasında Səbail Rayon Məhkəməsinin 16.11.2017-ci il tarixli qərarı ilə ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Səbail RPİ-nə qaytarılmışdır. Əlavə araşdırma zamanı hadisə anının əks etdirən görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Volksvagen Tiguan” markalı maşın hərəkətə başlarkən “Lexsus” markalı avtomaşınla toqquşmanın arasındaki vaxt fərqi 1.31 saniyə təşkil etmişdir. Göstərilən protokol əsasında keçirilmiş məhkəmə avtotexniki ekspertizasının 26.01.2018-ci il tarixli, 337 saylı rəyinə əsasən, X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin (2.4 “yol verin” üstünlüy yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Digər sürücü X3 hadisənin qarşısını almağa imkanı olmamış və onun hərəkətlərindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Əlavə araşdırma nəticəsində Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı Anar Hacıyev tərəfindən 09.02.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Səbail RPİ-nin TŞ-nin baş müstəntiqi X5 18.07.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 18.09.2017-ci tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda baş vermiş YNH-si əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, vətəndaş X1 və X3 Azərbaycan Repsublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələrindən ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi, vətəndaş X1 inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada cərimə edilməsinin nəzərə alınması qərara alınmışdır. Habelə həmin qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol nəqliyyat hadisələrinin ekspertizasının 16.07.2018ci il tarixli 17493 saylı rəyində “Volksvagen Tiguan” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-cı hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, “Lexus GS 350" markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısını almağa texniki imkanı olması və onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması, sürücü A.C.Ağazadənin “Lexus GS 350” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan atrıq, yəni 70 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması göstərilmişdir. Səbail Rayon Prokurorluğunun 10.10.2019-cu il tarixli məktubunda bildirmişdir ki, 18.09.2017-ci il tarixdə qeydə alınmış yol-nəqliyyat hadisəsinə dair Səbail RPİ-nin İŞ-nin müstəntiqi Vüqar Hüseynovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18.07.2018-ci il tarixli qərarı ləğv edilməmiş və həmin qərar hazırda qüvvədədir. Apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3293 saylı, 02.10.2020-ci il tarixli rəyinə əsasən, tədqiq edilən 2007-ci il buraxılışlı, “Lexus GS350” markalı, ** LN *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanını məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 10800 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin maddi zərərin ödənilməsinin rədd edilməsi hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinməsinə, qardaşı X3 inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair məhkəmə qərarı ilə əsaslandırmışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin maddi zərərin ödənilməsi hissəsində təmin edilməməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, X3 inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuş Səbail RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı Səbail rayon prokurorunun qərarı ilə ləğv edilmiş və qanuni qüvvəsini itirmişdir. Daha sonra yol nəqliyyat hadisəsinin tərəflərin hər iksininin təqsirli hərəkətləri nəticəsində baş verməsi öz təsdiqini tapmışdır. Bundan başqa, qeyd edilən yolnəqliyyat hadisəsi zamanı iddiaçının müıkiyyətində olan nəqliyyat vasitəsini idarə edən qardaşı X3 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2983/2019 saylı, 02 may 2019-cu il tarixli qərarında 18 sentyabr 2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində hər iki sürücünün təqsirli olması, onların hadisənin qarşısını almağa texniki imkanlarının olması işin faktiki halları ilə müəyyən edilməsi, pozuntu törətmiş şəxslərin inzibati məsuliyyətə cəlb olunub-olunmamasının mübahisənin mahiyyətinə təsir etməməsi qeyd edilmişdir. Belə olan halda maddi ziyan vurulması barədə hissəsində iddia tələbinin təmin edilməli olması iddiaçı tərəfindən sübuta yetirilmir. Bununla əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki sürücünün hadisənin qarşısını almağa texniki imkanlarının olmasının müəyyən edilməsi iddiaçının həmin nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərəri cavabdehdən tələb etmək hüququndan məhrum etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.[ Lakin Kollegiya nəzərə alır ki, apelyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan avtomobilin əsaslı təmiri rentabelli hesab olunmamış və dəymiş maddi ziyanın təxminən 10800 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi izahatında həmin nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə 5000 manat icbari sığorta ödənişi edildiyini bildirmiş, cavabdeh isə yazılı ərizə təqdim edərək iddianı 5800 manat maddi zərərin ödənilməsi hissəsində etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 106.3-cü maddəsinə əsasən cavabdehin iddiaçıya 5800 manat maddi ziyan vurması faktını yazılı etiraf etməsi iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad edir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsinə iddiaçıya məxsus avtomobilə dəyən 10800 manat maddi zərərə görə ona ödənilmiş 5000 manat icbari sığorta ödənişi nəzərə alınmaqla qalan 5800 manat maddi zərər məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, Kollegiya hesab edir ki, iddia tələbi mənəvi zərərin vurulması hissəsində əsaslandırılmadığı və buna dair sübutlar təqdim edilmədiyi üçün həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin olunaraq, cavabdehdən maddi zərərə görə 5800 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-616/2020 saylı iş üzrə 20 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 5800 (beş min səkkiz yüz) manat pul və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 06 (altı) manatı İddiaçı xeyrinə tutulsun. İşin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar