Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5642/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X8 təşkilatı ASC-yə qarşı «çıxarışın etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1874/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X8 təşkilatı ASC-yə qarşı «çıxarışın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, F.Qasımov küçəsində yerləşən, 95.5 kv.m.-dən ibarət, 3 otaqlı evə dair Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X7 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX № ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh X8 Təşkilatı ASC ilə onun arasında xx xxxx 2015-ci il tarixli, 2015/00054-01 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh BOKT-dan ona illik, faktiki 26 faiz ödəmə şərti ilə 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit borcunun təminatı olaraq, kredit təşkilatı ilə onun arasında onun şəxsi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, F.Qasımov küçəsində yerləşən, 95.5 kv.m.-dən ibarət, 3 otaqlı evə dair ipoteka müqaviləsi bağlanmışdır. Ölkədə baş verən devalvasiyadan sonra minlərlə ölkə vətəndaşı kimi onun da öz öhdəliklərini yerinə yetirmək vəzifəsinin icrası mümkünsüz olmuşdur. Belə ki, o, dəfələrlə BOKT-a müraciət edərək bağladığı müqavilənin hazırkı vəziyyətə uyğun dəyişdirilməsini xahiş etmişdir. Bir nəticə görməyəndə mülki qaydada məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh X8 X6 Cəmiyyəti özü də iddiaçı qismində «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması» tələbi ilə Sumqayıt Şəhər Məhkəməsində ona qarşı iddia qaldırmış, lakin məhkəmədə onun iştirakı təmin olunmamış və iş üzrə xx xxxxxxx 2016-cı il tarixli qətnamə qəbul edilərək iddia tələbi təmin olunmuşdur. Onun həmin məhkəmə prosesi barədə məlumatı olmadığından yəni, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən yalnız, Sumqayıt Şəhər İcra Şöbəsinin əməkdaşları vasitəsi ilə gec xəbər tutduğundan, xx xxxx 2017-ci il tarixində həmin qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. Bu günlərdə ona məlum olmuşdur ki, o, apellyasiya şikayəti verəndən bir müddət sonra Cavabdeh BOKT ASC tərəfindən onun mülkiyyətində olan və ailə üzvləri ilə birgə yaşadığı ev, hansısa şübhəli yollarla cavabdehin adına rəsmiləşdirilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X7 tərəfindən hüquqlarını təsdiq edən xx.xx.2017-ci il tarixli, Seriya RX, ******* saylı çıxarış verilmişdir. Vəkil sorğusu əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4 cavab məktubundan ona məlum olmuşdur ki, guya onun evi hərrac vasitəsi ilə satılmış və həmin hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 1874/2020 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia ərizəsi təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin olunması xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və s. göstərilmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdlir ki, o hüquqi savada malik olmadığından məhkəməyə müraciət edən zamanı özünə məxsus, ipoteka qoyulmuş yaşayış evinin məhz hərrac vasitəsilə cavabdehin mülkiyyətinə keçməsini, ilk öncə hərracı mübahisələndirməli olmasını bilməmiş, bu səbəbdən də yalnız cavabdehin adına verilmiş çıxarışın etibarsız sayılmasını tələb etmişdir. İşəbaxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən qeyd etmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(060)-14262/2016 saylı icra vərəqəsi üzrə görülmüş icra tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəs., Fuad Qasımzadə küç., 56A saylı fərdi yaşayış evi təkrar hərracda xx xxxx 2017-ci il tarixli, Y-330 saylı protokola əsasən Cavabdeh BOKT ASC tərəfindən 38250 manata əldə edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mübahisələndirilən çıxarış məhkəmə qətnaməsinin icrası sahəsində keçirilmiş hərracın nəticələrinə görə (hərracın yekunlarına dair protokol və s.) səlahiyyətli inzibati orqan tərəfindən cavabdehin adına verilmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların başqasına keçməsinin əsaslarından biri də ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokoldur. İddiaçı isə keçirilmiş hərracı (hərracın nəticələrinə görə tərtib olunmuş hüquqmüəyyənedici sənədləri) mübahisələndirmədən, yalnız cavabdehin adına verilmiş çıxarışın etibarsızlığı tələbini irəli sürmüşdür ki, bu hal da özü-özlüyündə iddianın əsassız olması nəticəsinə gəlməyə əsas verir. Çünki, hərracın nəticələri hüquqi qüvvədə olduğu müddətdə ona əsasən daşınmaz əmlaka dair verilmiş çıxarış qanuni sayılır (iddiaçı çıxarışı başqa digər əsaslara mübahisələndirməmişdir). Məhkəmə kollegiyası işə irəli sürülmüş tələb həddində baxaraq, ondan kənara çıxmağı məqsədəmüvafiq hesab etmir (iddiaçı birinci instansiya məhkəməsində iştirak etmiş və tələbini dəyişdirmək imkanında olmuşdur). Çünki, MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki nəticəsi iddiaçının hərracla bağlı məsələləri (hərracın nəticələrini) mübahisələndirmək hüququnu istisna etmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh X8 təşkilatı ASC-yə qarşı «çıxarışın etibarsız sayılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1874/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 1874/2020 saylı qətnaməsi dəyişdirilmədənsaxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5642/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5642/2020
21.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver