Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5647/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun təsdiq edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarılmışdır) Bakı şəhəri 23 sentyabr 2024-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3408/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********20-06301 olan qeyri-yaşayış binasının ½ hissədə pay üzərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı yazısının ləğv edilməsi, həmin hissədə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı hüquqlarının dövlət qeydiyyatı yazısının və 01 iyun 2024-cü il tarixindən xx.xx.2021-ci il tarixi icarə müqaviləsi üzrə hüquqlarının bərpa edlməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3408/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılması qərara alınmışdır.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırki iddia tələbinə “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, eyni zamanda “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” həmin iddia tələbinə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. İddia ərizəsinin dəlillərində iddiaçı bildirir ki, Əmlak Məsələləri Dövlət Xidməti Səbail Rayon İcra şöbəsinin məktubunda qeyd edilən göstərişlərindən kənara çıxmış və ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının mülkiyyətçilərinin hüquqlarına özbaşına daşınmaz əmlakın dövlət reyestrində xitam vermişdir. Mülkiyyətçilərin daşınmaz əmlakın dövlət reyestrində hüquqlarına, yalnız əgər hərrac qanuni keçirilərsə, onun keçirilməsi və keçirilməsinə əsas olan icra sənədi mübahisələndirilməzsə, yekun hərrac protokolu əsasında xitam verilə bilər. Bu baxımdan iddia ərizəsindən görünür ki, iddiaçının mübahisəsi müvafiq dövlət orqanında əvvəllər onun adında olan qeydiyyat yazısının bərpa edilərək, mülkiyyət hüquqlarının təsdiq olunması ilə bağlıdır. İddia ərizəsinin dəlillərindən göründüyü kimi, hazırda iddiaçı cavabdeh olan inzibati orqanın hərəkətlərini mübahisələndirir, həmin dövlət orqanının hərəkətlərinin qanunsuz olduğunu hesab edir. Bu baxımdan qeyd olunmalıdır ki, mülkiyyət hüququnun təsdiq edilməsi (tanınması) məsələsi məhkəmənin səlahiyyətinə aid deyil. Bu baxımdan hesab edir ki, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9nin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq ərizə ilə müraciət edə bilər və onun müraciəti müsbət həll olunmadığı təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçı qərardaddan şikayət vermiş və qərardadın ləğv edilib, işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki,iddia ərizəsinin dəlillərində iddiaçı bildirir ki, Əmlak Məsələləri Dövlət Xidməti Səbail Rayon İcra şöbəsinin məktubunda qeyd edilən göstərişlərindən kənara çıxmış və ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının mülkiyyətçilərinin hüquqlarına özbaşına daşınmaz əmlakın dövlət reyestrində xitam vermişdir. Mülkiyyətçilərin daşınmaz əmlakın dövlət reyestrində hüquqlarına, yalnız əgər hərrac qanuni keçirilərsə, onun keçirilməsi və keçirilməsinə əsas olan icra sənədi mübahisələndirilməzsə, yekun hərrac protokolu əsasında xitam verilə bilər. Bu baxımdan iddia ərizəsindən görünür ki, iddiaçının mübahisəsi müvafiq dövlət orqanında əvvəllər onun adında olan qeydiyyat yazısının bərpa edilərək, mülkiyyət hüquqlarının təsdiq olunması ilə bağlıdır.İddia ərizəsinin dəlillərindən göründüyü kimi, hazırda iddiaçı cavabdeh olan inzibati orqanın hərəkətlərini mübahisələndirir, həmin dövlət orqanının hərəkətlərinin qanunsuz olduğunu hesab edir. Bu baxımdan qeyd olunmalıdır ki, mülkiyyət hüququnun təsdiq edilməsi (tanınması) məsələsi məhkəmənin səlahiyyətinə aid deyil. Bu baxımdan hesab edirəm ki, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9nin 1 saylı BakıƏrazi İdarəsinə müvafiq ərizə ilə müraciət edə bilər və onun müraciəti müsbət həll olunmadığı təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Beləliklə, hesab edirəm ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmırıq. Belə ki, iddia tələbi 3 hissədən ibarətdir və həmin hissələr aşağıdakılardan ibarətdir: - ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********20-06301 olan qeyri yaşayış binasının ½ hissədə pay üzərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı yazısının ləğv edilməsi, - həmin hissədə daşınmaz əmlakın dövlət reyestrində İddiaçıhüquqlarının dövlət qeydiyyatı yazısının, - 01 iyun 2024-cü il tarixindən xx.xx.2021-ci il tarixi İcarə müqaviləsi üzrə hüquqlarının bərpa edlməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Göründüyü kimi, mübahisənin hər üç halına hər hansı bir inzibati akt qəbul edilməmişdir və mübahisənin aradan qaldırılması üçün inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmasına zərurət yoxdur. ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********20-06301 olan qeyri-yaşayış binasının ½ hissədə pay üzərində İddiaçı qeydiyyata alınmış mülkiyyət və icarə hüquqları mübahisələndirilir. Bu mübahisələrin baxılması İnzibati məhkəmənin səlahiyyətində deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ½ pay hissədə İddiaçı mülkiyyət hüquqları, ½ hissədə X1 mülkiyyət hüquqları qeydə alınmışdır. Bildiririk ki, qeyri-yaşayış binası üzərində İddiaçı ½ pay hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində **********20- 06301 nömrə ilə xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Qeyd etmək istəyirik ki, xx.xx.2021-ci il tarixində ünvan 2 ünvanı üzrə hüquqi qeydiyyata alınan “X10” Tam Orta Ümumtəhsil Məktəbi Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış İcarə müqaviləsinə əsasən İddiaçı şəxsinə aid pay hissəsi 5 il müddətinə icarəyə verilmişdir. “X10” Tam Orta Ümumtəhsil Məktəbi MMC-dən Bildiriş daxil olmuşdur və Bildirişdə İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ½ pay hissəsinə digər mülkiyyətçi X1 ½ hissədə payı ilə birlikdə tutmanın yönəldildiyi və bununla da 5 il müddətinə bağlanmış xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinə xitam veriləcəyini bildirmişlər. Bildirişə əsas olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin 31 may 2024-cü il tarixli məktubu əlavə edilmişdir. Həmin məktubda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikası Dövlət nəfinə alınma nəzərdə tutulduğundan qeyd olunan daşınmaz əmlak üzərində X2 və İddiaçı mülkiyyət hüquqlarına daşınmaz əmlakın dövlət reyestrində (**********20-06301 reyestr nömrəsi) xitam verilmişdir. Göstərilənlərə əsasən dövlət mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsinə dair sərəncamçısı Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması təklif edilmişdir və 3 iş günü müddətində cavab verilməsi xahiş edilmişdir Cavabdeh1ndən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı icra vərəqəsi ilə bağlı əldə etdiyimiz xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, müsadirə edilməsi nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının maliyyə orqanının nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “X3” X9 tərəfindən etibarnamə ilə nümayəndə ayrılması, satışdan əldə edilən pul vəsaitinin dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi, icranın nəticəsi barədə məhkəməyə, şöbəyə və maliyyə orqanına məlumatın verilməsi xahiş olunmuşdur. Görünüdüy kimi, hərrac yekunlaşmadan mülkiyyət və icarə hüquq münasibətlərinə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hər hansı bir inzibati akt qəbul edilmədən müdaxilə olunmuşdur.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3408/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3408/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
11. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının tələbi bir neçə hissədən ibarətdir. ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********20-06301 olan qeyri-yaşayış binasının ½ hissədə pay üzərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı yazısının ləğv edilməsi, həmin hissədə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı hüquqlarının dövlət qeydiyyatı yazısının və 01 iyun 2024-cü il tarixindən xx.xx.2021-ci il tarixi İcarə müqaviləsi üzrə hüquqlarının bərpa edlməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmənin qəbul etdiyi qərardadda ümumi olaraq qeyd edilmişdir ki, hazırki tələb mülkiyyət hüququnun təsdiq edilməsi ilə bağlı olduğundan həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
13. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş məktubda Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi icra vərəqəsi əsasında mübahisə predmeti olan qeyri-yaşayış binasına xüsusi müsadirə tətbiq edildiyi qeyd edilmişdir.
14. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hər bir tələb üzrə iddianın mümkünlüyü məsələsinə qiymət vermədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi icra vərəqəsi əsasında mübahisə predmeti olan qeyri-yaşayış binasına xüsusi müsadirə tətbiq edilməsi halını aydınlaşdırmadan iddia ərizəsini qeyri-mümkün hesab etmişdir.
15. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3408/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır.
16. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3408/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********20-06301 olan qeyriyaşayış binasının ½ hissədə pay üzərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı yazısının ləğv edilməsi, həmin hissədə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı hüquqlarının dövlət qeydiyyatı yazısı və 01 iyun 2024-cü il tarixindən xx.xx.2021-ci il tarixi icarə müqaviləsi üzrə hüquqlarının bərpa edlməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev