Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5653/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X8» Publik Hüquqi şəxsinə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(011)-2745/2024 saylı qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə “X8”nda ultrasəs müayinəsindən keçmiş, daha sonra xx.xx.2016-cı, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində müxtəlif tibb müəssisələrində müayinədən keçmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışa əsasən, xəstə İddiaçı 2017-ci ilin sentyabr ayında keçirdiyi güclü stress nəticəsində xəstənin əllərində güclü qıcolmalar baş vermiş, sifətində keyləşmələr, görmənin pozulması və ağızın əyilməsi baş vermişdir. Bu səbəbdən xəstə dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Hazırda 46 saylı polikilinikada dispanser qeydiyyatdadır. 2.İddiaçı 2014-2015-ci illərdə X4 keçdiyi müayinələr zamanı ona qoyulmuş səhv diaqnoz nəticəsində sarsıntılar keçirdiyini və nəticədə səhhətinin pisləşdiyini, nəticədə ona maddi və mənəvi zərər dəydiyini bildirərək, hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər X8 və həkim Cavabdeh2 tərəfindən onun sağlamlığına vurulmuş maddi zərərə görə 900 (doqquz yüz) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, ümumilikdə 50.900 (əlli min doqquz yüz) manat pulun müştərək olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixində X5 poliklinikasında Dr.Cavabdeh2 tərəfindən ultrasəs müayinəsindən keçmişdir. O iddiaçıya bildirmişdir ki, sağ böyrək D-7,8x 3,7 sm parenxima D1,2sm sol böyrək D-9,2x 3,9sm parenxima D-1,1sm 0,5sm ölçüdə s konkrement izlənir. Hər iki böyrəkdə kristallaşmış duzlar diaqnozu qoymuşdur. Həmçinin onurğada ciddi problem olduğunu bildirmişdir. Daha sonra X11 yanına gemodializ şöbəsinə göndərmişdir. Hüseynova Şəhla iddiaçıya uzun siyahı təqdim edərək bildirmişdir ki, problem ciddidir. İddiaçı isə imkansız olduğumu bildirmiş, o, isə demişdir ki, pul tap, mütləq bu müayinələrdən keç. İddiaçı isə çətinliklə pul tapmış və müayinələrdən keçmişdir. Müayinələrin bəzilərinin cavablarını Şəhla həkimə vermiş, o isə məzuniyyətə çıxdığını və 3 ay sonra yene yanına gəlməsini bildirmişdir. İddiaçı 2015ci ilin noyabrın 19-da yenidən doktor Cavabdeh2 Gül-Ağa oğlunun yanına getmişdir. O bildirmişdir ki, sağ böyrək D-7,8x3,6, sol böyrək D-9,0x4,0 yuxarı hissədə 0,5sm ölçüsü olan konkrement izlənir, sonra nəticəni Şəhla həkimə göstərmişdir. O, isə bildirmişdir ki, vəziyyət daha ciddidir.İddiaçı evə gəlmiş və şok keçirtmişdir. Şəkəri aşağı düşmüş və görmə qabiliyyətini itirmişdir. Əsəb sistemim pozulmuş, göz institutunda qeydiyyata düşmüşdür. Hələ də görmə qabiliyyətini həkimlər bərpa edə bilmirlər. Dövlətdən müalicəsi üçün kömək istəmiş, onu Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına göndərmişdirlər. Radioloq Hacıyev sağ böyrəyin normal ölçüləri 93-34 olduğunu və daş çöküntüsünün olmadığını bildirmişdir. Sol böyrək ölşüləri 91-37 daş və çöküntü yoxdur, konkrement yoxdur-deyə bildirmişdir. Daha sonraiddiaçı Neftçilər Xəstəxanasına getmiş, şöbə müdirinə olanları danışmışdır. O bildirmişdir ki, Cavadzadənin cavablarına inanmırlar. İddiaçı yenidə Səhiyyə Nazirliyinə müraciət etmiş və onu yenidən Cavadzadəyə göndərmişdirlər. Orada iddiaçıya xx.xx.2017-ci il tarixdə “böyrəklər tam sağlamdır" diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2017-ci tarixində X12muş,onlarda böyrəklərin tam sağlam olması diaqnozunu qoymuşdurlar.X5 həkimlərinin iddiaçının başına gətirdikləri bütün bu hadisələrdən iddiaçıya maddi olaraq 900 (doqquz yüz) manat ziyan dəymişdir. Həmçinin keçirtdiyi şokla və stresslə əlaqədar olaraq görmə qabiliyyətini itirmiş, əsəb və stressdən yuxu sistemi pozulmuşdur. Həmçinin görmə qabiliyyətimi itirdiyi üçün əmək fəaliyyətini də itirmişdir və artıq heç bir yerdə işləyə bilmir. İddiaçı hesab edir ki, bu məsələlərin əvəzində cavabdeh tərəflər kimi həm Mərkəzi Neftçilər xəstəsanası, həm də xəstəxananın həkimi Cavabdeh2 məsuliyyət daşıyırlar. Odur ki, cavadehlər tərəfindən 50.000 (əlli min) manat məbləğində pulun iddiaçıya dəyən mənəvi, 900 (doqquz yüz) manat pulun isə maddi zərərin kompensasiyası kimi verilməsinə haqqının olduğunu hesab edir. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, Hacıyev Namiq və Şəhla Hüseynova onu analizlər verməyə göndərmiş, lakin “X8” PHŞ qəbz vermədiyi üçün onda bu analizləri verməsi ilə bağlı qəbzlər yoxdur. Pulları nağd formada ödəmişdir. O, ilk dəfə 2014-cü ildə xəstəxanaya getmiş və ona “böyrəyin kiçilməsi” diqanozu qoyulmuşdur. Daha sonra “X8” PHŞ-də və başqa yerlərdə analizlər vermişdir. Ona tez-tez başqa nömrələrdən böyrəyinin götürülməsi ilə bağlı zənglər gəlmiş və o, bununla bağlı səhərisi gün dərhal aidiyyəti orqanlara müraciət etmişdir. Həmin nömrələrdən gələn zənglərlə onu xaricə müalicə almağa dəvət etmişdirlər. O, həmin adamların “X8” PHŞ ilə dəqiq əlaqəsinin olduduğu bildirmişdir. Bu müddət ərzində ona bəzi adamlar yaxınlaşmışdır. Həmin o şəxs məhşur adamdır, aktyordur. Onun anası, bacısı ona yaxınlaşmış və “X8” PHŞ-yə getməsini demişdirlər. Həmin o adamların “X8” PHŞ ilə nə əlaqələri olduğunu hələ də aydınlaşdıra bilmədiyini bildirmişdir. Həmin adamla xəstəxana arasında olan əlaqəni təsdiq edə biləcək sübutu yoxdur, bunu ancaq “X8” PHŞ özü bu məsələni aydınlaşdıra bilər. Ona "Keşlə"də dayanacaqda dayanarkən də yaxınlaşmışdırlar, lakin bunu hal-hazırda o, heç nə ilə sübut edə bilmir. Onun stress keçirməsinin əsas səbəbi onu müxtəlif şəxslərin izləmələri olmuşdur. O, adicə marketə düşəndə belə onu izlədiklərini görmüşdür. O, iki dəfə “X8” PHŞ-yə müraciət etmiş və ona iki dəfə səhv diaqnoz qoymuşdurlar. Daha sonra o, Milli Məclisdə Ə.Əmiraslanovun qəbulunda olmuş və onu Cavadzadə Xəstəxanasına göndərmişdirlər. Orada ona böyrəyində heç bir problem olmadığını bildirmişdirlər. Bununla bağlı “X8” PHŞ-yə yenidən müraciət etmiş və orada onlar Cavadzadəyə inanmadıqlarını bildirmişdirlər. Namiq həkim ona hər dəfə onurğasında problem olduğunu bildirmiş və onu onurğa həkiminə yönləndirmişdir. Daha sonra ona onurğa həkimi zəng vurmuş və ona yolda yaxınlaşaraq onurğa həkiminə yönləndirmişdirlər. O daha çox həkimin ikinci, yəni altı ay sonrakı diqanozundan stress keçirmişdir. Çünki, həkim ikinci diaqnozda birinci diaqnozun yanlış olduğunu bildirə bilərdi. Lakin həkim ona bildirmişdir ki, diqanoz qoyulan gün elektrik şəbəkəsi olmamışdır, iddiaçı isə qeyd edir ki, elektrik enerjisi olmayan halda kompüterlər işləyə bilməzdi. Həkim ikinci yoxlanışda da diaqnozun eyni olduğunu bildirmişdir. Bu hadisədən sonra bir il ərzində on beş kiloqrama yaxın çəki itirmiş, onu görənlər heç tanımamışdır. İkinci dəfə analizin cavablarını aldıqdan sonra ona tez-tez yaxınlaşmışdırlar. Hətta bir dəfə Heydər Əliyev prospektində bir nəfər adam ona yaxınlaşmış və onun eynəyini çıxardaraq diqqətlə onun gözlərinə baxmışdır. Onu qan analizlərinə Namiq həkim yox, Şəhla həkim göndərmişdir. Namiq həkim ona yalnız onurğa həkiminə getməsini bildirmişdir. Cavadzadəyə getdikdən sonra o, “X8” PHŞ-in direktoruna yaxınlaşaraq onları məhkəməyə verəcəyini bildirmişdir. Daha sonra o, 2017-ci ildə dövlət büdcəsi hesabına vəkillə təmin olunmuş və “X8” PHŞ-ni məhkəməyə verəcəyini bildirmişdir. Vəkil isə ona həkimi məhkəməyə verməyin mümkün olduğunu bildirmişdir. Lakin, o əvvəldən xəstəxananı məhkəməyə vermək istəmişdir, çünki, orada bu işdə sadəcə Namiq həkimin yox, bir çox həkimin əli vardır. “X8” PHŞ-də bir nəfər həkim onu Fəxri Quliyevin yanına göndərmişdir. Fəxri Quliyev isə ona bildirmişdir ki, çəkinin artmamasına diqqət etsin, çünki, çəki artarsa, böyrəyin gücü çatmayacaqdır. O, böyrəyi ilə bağlı heç bir müalicə almamışdır, çünki bununla bağlı dövlətdən yardım istəmiş və Cavadzadədə böyrəyinin sağlam olduğunu bilmişdir. Ona daha çox o, birinci dəfə məhkəməyə müraciət etdikdən sonra yaxınlaşmağa başlamışdırlar, hətta onun evinə gəlmişdirlər. Onun evinə Fərhad adlı bir nəfər gəlmiş və Namiq həkimin qohumu olduğunu bildirmişdir. Həmin adam əvvəllər “JEK”-in rəisi olmuşdur. Ona maşına minməyi və onlarla gedərək həmin məsələni həll etməyi təklif etmişdirlər. İddiaçı qeyd edir ki, o bunu rədd etmiş və hüquq-mühafizə orqanlarına bununla bağlı məlumat vermişdir. O, daha sonra ona zəng gələn nömrəni araşdırmış və nömrənin “Ombudsman”-a aid olduğunu örgənmişdir. Namiq həkim ona bildirmişdir ki, bu işdə bir çox həkimin əli var, Şəhla həkimin adı niyə hallanmır. Bu hadisədən üç gün sonra Namiq həkim onu “X8” PHŞ-yə çağırmışdır. Bir neçə gün sonra isə məhkəmə baş tutmuşdur. Həmin adamlar məhkəmənin olacağını ondan daha əvvəl bilmişdirlər. Daha sonra o öyrənmişdir ki, Fərhad adlı şəxs keçmiş X6 qohumudur. Ona görə də Ombudsmandan ona zənglər gəlmişdir. Hacıyev Namiqin verdiyi "UZİ" kağızındakı ölçülər böyrəyin kiçilməsini göstərir. Namiq həkim ona "UZİ" kağızını verdikdən sonra onu zorla başqa həkimlərə yönləndirmişdir. Ancaq onun buna ixtiyarı yoxdur, onun bu işdə başqa marağı olmuşdur. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə öz izahatında bildirmişdir ki, Namiq həkim tərəfindən verilmiş "UZİ" kağızında iddiaçıda sadəcə xırda daş olduğu qeyd edilmişdir. Həmin kağızda böyrəkdə hər hansı ciddi onkoloji xəstəlik olması halı qeyd edilməmişdir. Bu tələblə bağlı artıq iddiaçı bir dəfə məhkəməyə müraciət etmiş və hər üç instansiyada iddiası təmin edilməmişdir. Artıq bu qərarlar qanuni qüvvəsini də almışdırlar. İddiaçının tək sübutu "UZİ" kağızıdır, lakin həmin kağızda da hər hansı ciddi xəstəlik, “böyrəyin kiçilməsi” diqanozu qoyulmamışdır. Həmin kağızdakı məlumatları axtarışa versək burdan görünür ki, həmin kağızdakı ölçülər norma daxilindədir. Bütün bunlara görə iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 may 2024-cü il tarixli, 2(011)-2745/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Samirə Eyvazova)iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 8.“X8” PHŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ultrasəs müayinəsinə əsasən, sağ böyrək D- 7,8x 3,7 sm. Parenxima: D-1,2sm. sol böyrək D-9,2x 3,9sm Parenxima: D-1,1sm. 0,5sm ölçüdə 1 konkrementizlənir. Həriki böyrəkdə kristallaşmış duzlar izlənir diaqnozu qoymuşdur. 9.“X8” PHŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ultrasəs müayinəsinə əsasən, sağ böyrək D- 7,8x 3,6 sm. Parenxima: D-1,1sm. sol böyrək D-9,0x 4,0sm Parenxima: D-1,5sm. Yuxarıhissədə 0,5sm ölçüdə 1 konkrementizlənir. Hər iki böyrəkdə xırda kristallaşmış duzlar izlənir diaqnozu qoymuşdur. 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli X7 əsasən, “sağ böyrək: yerləşməsi normal, hüdudları hamardır, ölçüləri 93-37 sm. Parenximanın qalınlığı 9-14 mm, exoqenliyi normal, kortikomedullar fərq təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib. Daş və çöküntü yoxdur. Sol böyrək: yerləşməsi normal hüdudları hamardır, ölçüləri 91-37 sm. Parenximanın qalınlığı 8-13 mm, exoqenliyi normal, kortikomedullar fərq təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib. Daş və çöküntü yoxdur. Böyrəküstü vəzilər böyüməmişdir.” diaqnozu qoyulmuşdur. 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli X7 əsasən, “sağ böyrək: yerləşməsi normal, hüdudları bir qədər nahamardır, ölçüləri 95-36 sm. Parenximanın qalınlığı 8-14 mm, exoqenliyi az artıb, kortikomedullar fərq zəyif təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib. Sol böyrək: yerləşməsi normal, hüdudları bir qədər nahamardır, ölçüləri 100-39 sm. Parenximanın qalınlığı 8- 17 mm, exoqenliyi az artıb, kortikomedullar fərq təyin olunur. Kasacıq-ləyən sistemi genişlənməyib” diqanozu qoyulmuşdur. 12.“X14” tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qarın boşluğu orqanlarının USM-na əsasən, hər iki böyrək tipik yerləşir, ölçüləri norma daxilindədir. Struktur dəyişiklik yoxdur. 13.xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışa əsasən, xəstə İddiaçı 2017-ci ilin sentyabr ayında keçirtdiyi güclü stress nəticəsində xəstənin əllərində güclü qıcolmalar baş vermiş, sifətində keyləşmələr, görmənin pozulması və ağızın əyilməsi baş vermişdir. Bu səbəbdən xəstə dəfələrlə abulator və stasionar müalicələr almışdır. Hazırda 46 saylı polikilinikada dispanser qeydiyyatdadır. 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, İddiaçı həqiqətən də müayinədə olub. Müayinə zamanı zəif dərəcəli hepermeteopiya diaqnozu təyin olunmuşdur. 15.Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2018 saylı, 01 may 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” iddianın təmin edilməməsi qət edilmişdir. 16.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi tərəfindən verilmiş 2(103)-7775/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2018 saylı, 01 may 2018-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 17.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(102)-828/2019 saylı qərarına əsasən, İddiaçı və vəkili İsmayılova Xavər Bəxtiyar qızının kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi tərəfindən verilmiş 2(103)-7775/2018 saylı 20 iyul 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. 18.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi tərəfindən verilmiş 2(103)-5047/2019 saylı 29 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2120/2018 saylı, 01 may 2018-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 19.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6014/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. 20.Məhkəmə iddia tələblərinin qanuni əsasının deliktdən əmələ gələn öhdəlik olduğu qənaətinə gələrək, öncə cavabdeh (həkim) Cavabdeh2 yönəlmiş tələblə bağlı hesab etmişdir ki, 12 fevral 2019-cu il tarixli 2(102)-828/2019 saylı AR Respublikası Ali Məhkəməməsi Mülki Kollegiyasının qərarından göründüyü kimi, İddiaçı Cavabdeh2 qarşı “maddi zərərə görə 900 (doqquz yüz) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, ümumilikdə 50.900 (əlli min doqquz yüz) manat pul” tələbinə dair mülki iş üzrəqanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan MPM-in 261.0.2-ci maddəsinə əsasən Cavabdeh2 münasibətdə icraata xitam verilməlidir. 21.İddianın əsassız hesab edən məhkəmə mövqeyin belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2014cü il və xx.xx.2015-ci il tarixlərdə “X8”nda ultrasəs müayinəsindən keçmişdir.Daha sonra xx.xx.2016-cı il xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixlərində müxtəlif tibb müəssisələrində müayinədən keçmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışa əsasən, xəstə İddiaçı 2017-ci ilin sentyabr ayında keçirdiyi güclü stress nəticəsində xəstənin əllərində güclü qıcolmalar baş vermiş, sifətində keyləşmələr, görmənin pozulması və ağızın əyilməsi baş vermişdir. Bu səbəbdən xəstə dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Hazırda 46 saylı polikilinikada dispanser qeydiyyatdadır. Qeyd edilən sənədlərdən də göründüyü kimi iddiaçının cavabdeh “X8”nda keçdiyi sonuncu müayinə tarixi xx.xx.2015-ci ilə təsadüf edir, lakin xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışda isə iddiaçının 2017-ci ilin sentyabr ayında güclü stress keçirtdiyi qeyd edilmişdir. İddiaçının qeyd etdiyi kimi şok və stresslə əlaqədar olaraq görmə qabiliyyətini itirməsi, əsəb və stressdən yuxu sisteminin pozulması halları cavabdeh “X8”nda keçdiyi xx.xx.2015-ci il tarixli müayinədən sonra baş verməmiş, üzərindən iki ilə yaxın bir zaman keçdikdən sonra, yəni 2017-ci ilin sentyabr ayına təsadüf edir. 22.Cavabdehin əməlində hüquqa zidd olma halları, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 23.Mənəv zərərlə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı 2015-2017ci illərdə X4 keçdiyi müayinələr zamanı ona qoyulmuş səhv diaqnoz nəticəsində sarsıntılar keçirdiyini və nəticədə səhhətinin pisləşdiyini bildirmiş, məhz X1 müayinələrdən sonra onun ayrıayrı şəxslər tərəfindən izləndiyini və bütün bunlar nəticəsində daha çox stress keçirdiyini bildirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. 24.Lakin məhkəmə araşdırması zamanı iddiaçını 2017-ci ildə keçirdiyi sarsıntı, stress, mənəvi iztirabın cavabdehin təqsiri, təqsirli hərəkət və ya hərəkətsizliyi üzündən baş verməsi halları müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslı deyil və rədd edilməlidir. 25.Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi iddiaçının sağlamlığına vurulmuş maddi zərərə görə 900 (doqquz yüz) manat pulun cavabdeh X2 alınaraq ona ödənilməsini hissəsində də,məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona maddi ziyanın vurulması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən rədd edilməlidir. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.3-cü; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı; Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 82.4, 88, 107, 119.1, 217.4, 218.3, 261.0.2-ci maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 27.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının dispanser qeydiyyatda olduğu 46 saylı poliklinikada 2017-ci ilin sentyabr ayında keçirdiyi güclü stress nəticəsində əllərində güclü qıcolmalar baş verməsi, sifətində keyləşmələr, görmənin pozulması və ağızın əyilməsi baş verməsi səbəbdən dəfələrlə ambulator və stasionar müalicələr alması faktını araşdırmadan səhvə yol vermiş və yanlış olaraq belə nəticəyə gəlmişdir ki,...iddiaçının cavabdeh “X8”ndakeçdiyi sonuncu müayinə tarixi xx.xx.2015-ci ilə təsadüf edir, lakin xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışda isə iddiaçının 2017-ci ilin sentyabr ayında güclü stress keçirtdiyi qeyd edilmişdir. İddiaçının qeyd etdiyi kimi şok və stresslə əlaqədar olaraq görmə qabiliyyətini itirməsi, əsəb və stressdən yuxu sisteminin pozulması halları cavabdeh “X8”nda keçdiyi xx.xx.2015-ci iltarixli müayinədən sonra baş verməmiş, üzərindən iki ilə yaxın bir zaman keçdikdən sonra, yəni 2017-ci ilin sentyabr ayına təsadüf edir.Cavabdehin əməlində hüquqa zidd olma halları, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.Halbuki, hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddiaçı qeyd edir ki, 2015-ci ildə noyabrın 19-da yenidən cavabdehlərə müraciət etmişdir və doktor Cavabdeh2 muayinədən sonra nəticəni Şəhla həkimə göstərdi və dedi ki, vəziyyət daha ciddidir. Bu sözlər ona güclü təsir etdi, şok keçirtdi, şəkəri aşağı düşdü və görmə qabiliyyətni itirdi. Əsəb sistemi pozuldu. Göz institutunda qeydiyyata düşdü. Hələ də görmə qabiliyyətini bərpa edə bilmir. Zərərvuran tibb müəssisəsi zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə məsuliyyətdən azadedilir. Cavabdehzərərin onun təqsiri üzündən baş vermədiyini sübutayetirməmişdir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şəxsləri şahid qismində dindirməmişdir. Hazırki iş üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll etməmişdir. Keçirdiyi sarsıntı, stress, mənəvi iztirabın cavabdehin təqsiri, təqsirli hərəkət və hərəkətsizliyi üzündən baş verib-verməməsi hallarını müəyyən edilməsi üçün iş üzrə ekspertizatəyin edilməmişdir. Belə ki, peşəkar hüquqi yardıma ehtiyacı olan iddiaçı vəkil ilə təmin olumadığı səbəbdən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Cavabdehin iddiaçıya 2015-ci ildə keçdiyi müayinədən sonra ağır xəstə olduğunu və mütləq ciddi müalicə tələb olunmasını bildirmişdir. Bu hal özü hər bir insan üçün stress yaşadıcı haldır. Üstəlik iddiaçı bu halda 2(iki) il ölüm-dirim mübarizəsi apararaq yaşamışdır. İki ildən sonra isə 2017-ci ildə başqa Tibb müəssisəsində keçdiyi müayinədən sonra səhhəti ilə bağlı cavabdehin ona bildirdiklərinin qanunazidd və yalan olduğunu bilmişdir ki, bu hal özüözlüyündə ona növbəti psixoloji zərbə və travma olaraq əsəb və stress yaşatmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq qeyd etdi ki, UZİ məlumatlarında qeyd olunmasa da, həkim tərəfindən ona bildirilmişdir ki, onda onkoloji xəstəlik vardır. 31.İş üzrə cavabdeh “X8” PHŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 33.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 34.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 35.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 36.Maddə 1112.Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası idddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 42.Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə “X8”nda ultrasəs müayinəsindən keçmiş, ona böyrəyində daş və duz olması bildirilmişdir. Daha sonra xx.xx.2016-cı, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində müxtəlif tibb müəssisələrində müayinədən keçmiş, ona böyrəyində daş və duzların olmadığı bildirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışa əsasən, xəstə İddiaçı 2017-ci ilin sentyabr ayında keçirdiyi güclü stress nəticəsində xəstənin əllərində güclü qıcolmalar baş vermiş, sifətində keyləşmələr, görmənin pozulması və ağızın əyilməsi baş vermişdir. Bu səbəbdən xəstə dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Hazırda 46 saylı polikilinikada dispanser qeydiyyatdadır. 43.Göründüyü kimi iddiaçı, onun şok və stresslə əlaqədar olaraq görmə qabiliyyətini itirməsi, əsəb və stressdən yuxu sisteminin pozulması hallarının cavabdeh “X8”nda keçdiyi xx.xx.2015-ci il tarixli müayinədən sonra baş verdiyini iddia etsə də, qeyd olunan halların həmin müayinədən iki ilə yaxın bir zaman keçdikdən sonra, yəni 2017-ci ilin sentyabr ayına təsadüf etməsi müəyyən edilmişdir. 44.Mülki Qanunvericiliyin yuxarıdakı bəndlərdə qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 46.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 47.Kollegiya qeyd edir ki, iddiaçı ona cavabdeh Tibb Müəssisəsində onkoloji xəstəliklə bağlı diaqnoz qoyulduğunu bildirsə də, bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır, əksinə cavabdeh Tibbi Müəssisəsində iddiaçı ultrasəs müayinəsindən keçərkən, ona yalnız böyrəyində daş və duzun olması bildirilmişdir. Həmin ultrasəs müayinəsi iddiaçının 2017-ci ilin sentyabr ayında keçirdiyi güclü stressdən iki ilə yaxın müddət əvvəl baş vermişdir. 48.Bununla da, məhkəmə araşdırması zamanı iddiaçının 2017-ci ildə keçirdiyi sarsıntı, stress, mənəvi iztirabın cavabdehin təqsiri, təqsirli hərəkət və ya hərəkətsizliyi üzündən baş verməsi halları müəyyən edilmədiyindən məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbi maddi zərərlə bağlı hissədə əsaslı deyil və rədd edilməlidir. 49.Kollegiya apellyatorun ekspertiza keçirilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu barədə birinci instansiya məhkəməsində yazılı vəsatət verilməmiş, digər tərəfdən yuxarıda qeyd olunan işin hallarına əsasən ekspertizanın təyin edilməsi üçün lüzum olmamışdır. 50.Kollegiya iddia tələbinin mənəvi zərərlə bağlı hissədə əsassız olması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı 2014-2015-ci illərdə X4 keçdiyi müayinələr zamanı ona qoyulmuş səhv diaqnoz nəticəsində sarsıntılar keçirdiyini və nəticədə səhhətinin pisləşdiyini, məhz X1 müayinələrdən sonra onun ayrı-ayrı şəxslər tərəfindən izləndiyini və bütün bunlar nəticəsində daha çox stress keçirdiyini bildirmişdir. 51.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. 52.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 53.Yuxarıda qeyd olunanlara əsasən, şəxsin mənəvi cəhətdən ziyana uğraması halıbir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya işyerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərinaçıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqahüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrumolması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onundigər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasındatədqiq edilmiş sübutlarla öztəsdiqini tapmamışdır. Buna görə də, məhkəmə düzgün olaraq hesab etmişdiir ki, qeyd edilən hissədə iddiaəsassız olduğundan rədd edilməlidir. 54.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “X8” PHŞ-nin həkimlərinin əməlində hüquqa zidd olma halları, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması halları iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə iddia tələblərini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. 55.Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(011)-2745/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 57.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 59.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 60.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına uyğun olaraq, vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə büdcə vəsaiti hesabına müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. 61.Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hesabat təmin edilməlidir. 62.Belə ki, hesabatda işlə tanışlıq üçün 4 saat, hüquqi yardım göstərilən şəxslə görüş üçün 6 saat, prosessual sənədlərin tərtib edilməsi üçün 8 saat, məhkəmədə iştirak üçün 2 saat olmaqla hüquqi hardım üçün toplam 20 saat vaxt sərf edildiyi qeyd olunması ağlabatandır. 63.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya göstərilmiş hüquqi yardım üzrə vəkil tərfiindən 20 saat vaxt sərf edilməsi ağlabatan və inandırıcı olmaqla, cəmi 20 saatlıq hüquqi yardıma görə 120 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabına Vəkil ödənilməlidir. 64.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(011)-2745/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçıya göstərilmiş 20 saatlıq hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabına Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Vəkil ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasəmov