Məhkəmə qərarları › İş №2(103)-5657/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5657/2025

12.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5657/2025 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehlərin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Yasamal RPI-nin Istintaq şöbəsinin ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın surətindən həmçinin görünür ki, cavabdeh2 istintaq şöbəsinə gətirilməsi və izahatının alınması mümkün olmamışdır.

2. “xxxx” ASC-nin Binəqədi filialı tərəfindən xarici valyutanın satışı barədə ##.##.2023-cü il tarixli qəbzə əsasən cavabdeh1 5.106 manat ekvivalentində 3000 ABŞ dollarını almışdır.

3. Həmin qəbzin arxa tərəfində rus dilindən tərcümədə “3.000 ABŞ dollarını verdim, 7.000 ABŞ dolları borc qaldı” ifadələrinin altından imza çəkilmiş, “3.000 ABŞ dolları ##.##.2023-cü il tarixdə verdi, 7.000 ABŞ dolları qaldı, söz verib ##.##.2024-cü il tarixinədək qaytaracaq” ifadələri altından imza çəkilmiş yazı əks olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 7.000 ABŞ dollarının Azərbaycan manatına olan nisbətində hesabladıqda 11.900 manat, vəkil xidməti üçün ödənilmiş 720 manat və ödənilmiş 128 manat dövlət rüsumu olmaqla cəmi 7.000 ABŞ dolları və 848 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tanışı olan cavabdeh2 xaricdən qadın geyimləri gətirərək öz "DIVA" adlanan mağazasında satır. Hürü ondan 2023-cü ilin əvvəllərində 25.000 ABŞ dolları istəməklə xaricdən mal gətirəcəyini və həmin məbləği artıqlaması ilə qaytaracağını bildirmişdir. Daha sonra Hürünün ona yalan danışdığını görüb pulunu geri tələb etmişdir. Hürü müxtəlif vaxtlarda hissəvi şəkildə 15.000 ABŞ dollarını geri qaytarsa da, yerdə qalan 10.000 ABŞ dollarını qaytarmırdı. Hürünün bacısı Həmşiyeva Şəfa Üzeyir qızı onunla söhbət edərək Hürünün ona olan borcunu ödəməyi öhdəsinə götürmüş və bir müddət sonra ##.##.2023-cü il tarixdə ona 3.000 ABŞ dolları ödəmişdir. Lakin yerdə qalan 7.000 ABŞ dollarını bu günə qədər müxtəlif bəhanələr gətirərək ödəmir. Buna görə onun məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmamışdır.

6. Cavabdehlərin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə iddianın rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmdişdir ki, bir müddət cavabdeh cavabdeh2 ilə birlikdə çalışmışdır. Cavabdeh cavabdeh1 2023-cü ilin dekabr ayında ona 3.000 ABŞ dolları verərək həyat yoldaşı ilə Gürcüstan Respublikasında biznes fəaliyyəti ilə məşğul olan oğluna çatdırmasını xahiş etmişdir. Hətta ilk olaraq 10.000 ABŞ dollar verəcəyini bildirmiş sonra isə 3.000 ABŞ dollar vermişdir. Cavabdeh cavabdeh1 7.000 ABŞ dollar isə özü bank vasitəsi oğluna göndərmişdir. Qohumluq münasibətləri olması səbəbindən cavabdeh1 3.000 ABŞ dollar məbləği verən zaman hər hansı sənədə imza çəkməmişdir.

8. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddianı etiraf etməyərək bildirmişdir ki, iddiaçıdan 2012-ci ildə əldə etdiyi 25.000 ABŞ dollar borcu artıq ödəniş etməklə geri qaytarmışdır. Hazırda həmin borcun yenidən ondan tələb edilməsi əsassızdır.

9. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, iddiaçı ilə aralarında borc münasibətləri olmamışdır. Bacısının iddiaçıdan borc pul almasını sonradan bilmişdir. Iddiaçı bacısına 25.000 ABŞ dolları borca pul vermiş və o da öz növbəsində 15.000 ABŞ dolları bir dəfəyə, qalan məbləği isə hissə-hissə ödəniş etməklə geri qaytarmışdır. Qəbzdə olan 3.000 ABŞ dollarını oğlu Gürcüstan Respublikasında biznes fəaliyyəti ilə məşğul olduğu üçün ona göndərmiş, qalan 7.000 ABŞ dollarını isə sonradan göndərmişdir. Ona görə ki, məşğul olduğu biznes fəaliyyətlə bağlı hesabatdan məlumatı olsun ki, ona nə qədər pul göndərmişdir. Qəbzdə olan məbləğin iddiaçıya heç bir aidiyyəti yoxdur. Qəbzdə olan imza ona məxsus olsa da həmin qəbzin iddiaçı necə əldə etdiyi barədə məlumatı yoxdur. Həmin qəbzi sonradan qaralama kağız kimi istifadə etmiş və iddiaçı onu sonradan necə əldə etdiyini bilmir.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.İ.Abbasov) iddia tələbi təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 verilmiş borca görə 7.000 ABŞ dollarının-ödəniş günü qüvvədə olan manata məzənnədə Azərbaycan Respublikası manatı ilə, ödənilmiş 128 manat dövlət rüsumunun və hüquqi xidmətlərə görə ödənilmiş 720 manatın əvəzinin alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdeh cavabdeh2 pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, razılaşma şifahi qaydada həyata keçirilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında pulun borc kimi verilməsinə dair şifahi qaydada bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə iclasında cavabdeh cavabdeh2 tamamilə qaytardığını qeyd etməklə iddiaçı tərəfindən ona ümumilikdə 25.000 ABŞ dolları verilməsini etiraf etmişdir. Digər cavabdeh cavabdeh1 ümumiyyətlə ona borca pul verilməsini etiraf etməsə də, məhkəmə iclasında dinlənilmiş səs yazısında borcunu il ərzində qaytaracağına söz verən səsin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh1 iddiaçı tərəfindən sübut kimi təqdim edilən bank qəbzində imzanın ona məxsus olmasını etiraf etsə də, qəbzin borca aid olmadığını, oğluna pulun göndərməsini özündə əks etdirən sadə qeyd olmasını bildirmişdir. Eyni zamanda təqdim edilən “Whatsap” yazışmasında iddiaçının borcun hər ikisindən tələb etməklə 7.000 ABŞ dolları məbləğinin ona geri qaytarılmasını xahiş etmişdir. Belə olan halda cavabdeh cavabdeh1 hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış şəxs olmuş, cavabdeh2 isə borcu bilavasitə iddiaçıdan alan şəxs kimi məsuliyyəti yaranmış və cavabdeh1 ilə birgə cavabdehlik daşımışdır.

13. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında pulun borca verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh cavabdeh2 özünün şifahi izahatı ilə 25.000 ABŞ dolları məbləğin iddiaçı tərəfindən ona verilməsini təsdiq etməklə, borcun tam olaraq qaytardığını qeyd etsə də, iddiaçı tərəfindən təqdim edilən sübutlarla borcun 10.000 ABŞ dolları hissəsinin sonradan bacısı cavabdeh1 verməsi sübut olunur. Həmin 10.000 ABŞ dolları məbləğdən cavabdeh1 tərəfindən 3.000 ABŞ dolları qaytarılmış, 7.000 ABŞ dolları isə borc olaraq qalmaqdadır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlər əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin məbləği ona qaytarmalıdırlar.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh1 bank qəbzində yazılanların sadəcə özü tərəfindən yazılmış yaddaş qeydi olması, həmin qəbzin iddiaçı tərəfindən ələ keçirilməklə sonradan onun tərəfindən əlavə sözlər yazılması dəlilləri digər sübutlarla yanaşı əsaslı və etibarlı olmamaqla ağlabatan deyildir.

15. Məhkəmə iddia tələbinin ödənilmiş 128 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə də iddia təmin edilməlidir.

16. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən vəkilə ödənilmiş 720 manat cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır.

17. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməli olması əsaslarına gəldikdə isə qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında bu münasibətlərin yaranma müddəti barədə iş materiallarında heç bir sübut olmamaqla, borcun cavabdeh2 2012-ci il tarixdə verilməsi sadəcə öz mülahizələrindən ibarətdir. Əksinə işdə olan qəbzdə ##.##.2023-cü il tarixdə borcun bir hissəsinin qaytarılması, qalan məbləğin isə 2024-cü il tarixinə qaytarılacağı barədə qeyd aparılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (Mülki Məcəllənin 439.4-cü maddəsi).

18. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 386.1, 740.1, 740.2, 1091, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1, 121.1, 439.2, 439.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin iddiaçı qarşısında borcun müvcudluğu barədə məhkəmənin gəldiyi nəticə sübuta yetirilmiş hesab oluna bilməz. Qətnamə bir neçə sübutlarla əsaslandırılmışdır, lakin onların heç biri məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmamalı idi. Belə ki: 1. Iş materalllarına əlavə olunmuş Yasamalrn Polis Idarəsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından müəyyən olunur ki, araşdırma zamanı cavabdeh cavabdeh2 polis idarəsində dindirilməsi və izahatın alınması mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, məsələ ilə bağlı digər cavabdeh cavabdeh1 adı belə çəkilməmişdir. Yəni, bu qərar borcun müvcudluğunu və ümumiyyətlə pulun məhz cavabdeh2 və cavabdeh1 tərəfindən götürülməsini sübut etmir. 2. Iş materallarında olan “xxxx “ASC-nin valyuta satışı barədə ##.##.2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, 3.000 ABŞ dolları cavabdeh1 tərəfindən alınmışdır və qəbzin arxa tərəfində “3.000 ABŞ dolları ##.##.2023-cü il tarixdə verdi, 7.000 ABŞ dollarını ##.##.2024-cü il tarixədək qaytaracaq” sözlərin altından imza çəkilmiş yazı əks olunmuşdur (qət. 3-cü vər. yuxarıdan 6-cı abz.). Bildirir ki, “3.000 ABŞ dolları ##.##.2023-cü il tarixdə verdi, 7.000 ABŞ dollarını ##.##.2024-cü il tarixədək qaytaracaq” sözlərin altından yazılan sözlər cavabdehlərin yazdığı sözlər deyil. Məhkəmənin istinad etdiyi sözlər iddiaçı tərəfindən yazılmışdır. Bunun sübutu odur ki, qəbzin aşağı hissəsində yazılan “##.##.2024-cü il tarixədək qaytaracaq“ sözlərindən görünür ki, bu sözlər iddiaçının özünün yazdıqlarıdır. Cavabdeh şəxs bu halda “##.##.2024-cü il tarixədək qaytaracağam“ yazmış olardı. Nəzərə alınmalıdır ki, iddiaçı bu sözləri özü tərəfindən yazdığını məhkəmə iclasında etiraf etmiş, lakin onun nə məqsədlə yazılmasına dair heç bir söz deyə bilməmişdir. 3. Qətnamədə göstərilir: işin müəyyən edilmiş faktiki hallarındandır ki, iddiaçı tərəfindən pul cavabdeh2 verilmişdir (qət.3-cü vər. 9 cu abz.). Belə olan halda sual yaranır ki, hansı əsaslara görə bu işə cavabdeh1 cavabdeh kimi cəlb olunmuşdur. Məhkəmə iclasında dinlənilmiş səs yazısında (qət.3-cü vər. aşağıdan 2-ci abz.) hansı borcun və hansı miqdarda qaytarılması barədə söz belə deyilmədiyi halda, məhkəmə bunu kifayət hesab etmiş, cavabdeh1 bu iş üzrə məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Halbuki, iddiaçı tərəfindən pulun məhz cavabdeh1 verilməsi barədə heç sübut təqdim edilməmişdir. 4. Qətnamədə tərəflərin “Watsapp” yazışmasına istinad olunur (qət.3-cü vər aşağıdan 2-ci abz.) . Həmin abzasda göstərilir ki, iddiaçının borcun hər ikisindən tələb etməklə 7.000 ABŞ dolların ona qaytarılmasını xahiş etmişdir. Belə olan halda, cavabdeh1 əsassız varlanmış, cavabdeh2 isə borcu alan şəxs kimi birgə cavabdehlik daşımışdır. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında cavabdeh cavabdeh2 əvvəllər iddiaçıdan 25.000 ABŞ dolların alınmasını etiraf etmiş və borcun tam qaytarmasını bildirmişdir ( qət. 2-ci vər. 3-cü abz). Ehtimal etsək ki, cavabdeh2 götürdüyü borcu qaytarmayıb və götürdüyü pulun bir hissəsini cavabdeh1 vermişdir- bu hal borcun müştərək qaydada cavabdeh2 və cavabdeh1 tələb etmək üçün əsas ola bilməz. 5. Məhkəmənin iddia müddətinin tətbiqi ilə bağlı gəldiyi nəticə əsaslı ola bilməz, o səbəbdən ki, tərəflər arasında münasibətlərin yaranma müddəti barədə işdə heç bir sübut yoxdur (qət. 4-cü vər. aşaqıdan 3-cü abz). Lakin məhkəmə nəzərə almamışdır ki, qətnamədə istinad olunan “Watsapp” yazışmasında iddiaçı ##.##.2024-cü il tarixli yazısında birmənalı göstərir ki, “siz artıq mənə 3 ildir ki vədlər verirsiz”. Yəni, iddiaçı bununla etiraf edir ki, 2024-cü ildə borcun qaytarmasının son günündən artıq 3 il keçmişdir. Borcun mövcudluğunu sübut olunmuş hesab etsək belə, bu halda məhkəmənin iddia müddətinin tətbiqindən imtinası tamamilə əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, borcun mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir, məhkəmə tərəfindən tətqiq olunan sübutlar mötəbər sübutlar kimi qəbul olunmalı deyil. Bununla yanaşı, iddiaçının özü tərəfindən yazdığı və məhkəmə tərəfindən tədqiq olunan “Watsup” yazışması əsasında (##.##.2024 il tarixdə borcun 3 ildir ki qaytarılmadığı barədə etiraf) məhkəmə iddia müddətini mütləq tətbiq etməli idi. Yekun olaraq, pulların alınması sübuta yetirilməmişdir. Məhkəmənin çıxarılmış qətnamədə istinad etdiyi məqamları mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə sübutlara (daha düzgün desək sübutların olmamasına) düzgün qiymət verilmədiyinə görə əsassız və qanunazidd nəticəyə gəlmişdir. Cavabdeh cavabdeh1 məxsus qəbzin üzərində iddiaçı tərəfindən yazıların kim tərəfindən, nə məqsədlə və nə vaxt yazılması aydınlaşdırılmayıb. Işin hallarından müəyyən etmək mümkün deyil ki, vaxtılə cavabdeh2 tərəfindən götürülmüş pul tam qaytarılıb, ya yox. Belə halda iddianın sübuta yetirilməmiş hesab etmək əvəzinə məhkəmə iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, pulu Hürü xanıma vermişdi. Xanımla dost idi, bir yerdə işləyirdi. Birinci dəfə pulu Hürüyə evində vermişdi. Hürü ondan qabaq 15.000 ABŞ dollarını hissə-hissə qaytardı. Ona deyirdi ki, “tələsmə, torpaqlarım var, satım, pulu birdəfəlik sənə verəcəyəm”. Xeyli gözlədi, sonra dedi ki, “əməliyyata gedirəm, mənə pul lazımdır”. Sonradan dedi ki, pulu bacısı Şəfaya vermişdir. O, Şəfanı heç tanımır, üzünü belə görməmişdi. Hürü onu Şəfanın üstünə göndərdi. Şəfa ona yığıb dedi ki, “pulu mənə vermişdi, pis vəziyyətdədir, onu əsəbləşdirməyin, o pul məndədir, mən sizə qaytaracağam.” Gəlib evinə, o qəbzi necə əldə edə bilərdi?! Şəfanın səsini diktofona yazmışdı.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

26. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarı Mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Mülki Məcəllənin 739.2-ci maddəsi ilə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanılmalı olduğu təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bərabər hüquqlu subyektlər arasında yaranan münasibətləri tənzimləyən və əsasən dispozitivlik prinsipinə əsaslanan Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq ictimai mənafenin və şəxsiyyətin qorunması zərurəti olduğu halda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından yolverilən hesab edilməlidir. Belə yanaşmanın məqsədi fiziki şəxslər (tərəflər) arasında borc münasibətinin mövcudluğunun, onun məbləğinin və digər şərtlərinin məhkəmə mübahisələri zamanı mötəbər şəkildə sübuta yetirilməsini təmin etməkdən ibarətdir. Bu halda forma tələbi mövcud hüquq münasibətini inkar etməyə deyil, mübahisə zamanı sübutetmə prosesini asanlaşdırmağa və mötəbərliyini təmin etməyə xidmət edəcəkdir. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli Qərarı: MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən cavabdehlər qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31.

32. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol verilmişdir. Bu hallar isə qətnamənin ləğv edilməsi üçün əsasdır.

33. Işdə olan sübutlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında borc münasibətləri olmuşdur. Iddiaçının bildirdiyinə görə, cavabdehə verdiyi borc məbləğindən 7.000 ABŞ dolları qaytarılmamışdır.

34. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlərin əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin məbləği ona qaytarmalı olmasına istinad etmişdir.

35. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan ##.##.2026-cı il tarixli qərarındakı hüquqi mövqeyə görə fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.

36. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh2 izahatında iddiaçıdan 2012-ci ildə 25.000 ABŞ dolları borca götürdüyünü, daha sonra isə artıq ödəniş etməklə geri qaytardığını qeyd etmişdir.

37. Göründüyü kimi, cavabdeh məhkəmə iclasında iddiaçıya borcunun olduğunu və həmin pulu tam qaytardığını bildirsə də, borcun qaytarılmasını sübut edə bilməmişdir.

38. Mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə cavabdehin həmin pul vəsaiti iddiaçıya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən pulu cavabdehə verməsi sonuncu tərəfindən etiraf olunduğundan iddiaçı həmin halı sübut etmək yükündən azad olur.

39. Iddiaçı isə həmin borc məbləğindən 10.000 ABŞ dollarının qaytarılmadığını, sonradan Həmşiyeva Şəfa Üzeyir qızının onunla söhbət edərək Hürünün ona olan borcunu ödəməyi öhdəsinə götürdüyünü və ##.##.2023-cü il tarixdə 3.000 ABŞ dolları ödədiyini bildirmişdir.

40. Qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

41. Cavabdeh Həmşiyeva Şəfa Üzeyir qızı birinci instansiya məhkəməsinin iclasında ##.##.2023-cü il tarixli qəbzin əslində olan imzanın ona məxsus olduğunu qəbul etmişdir.

42. Iddiaçının izahatı, cavabdeh Şəfa Həmşiyevaya məxsus qəbzin əslinin iddiaçıda olması, onun arxa tərəfindən iddiaçı tərəfindən qeyd edilən ödənilməmiş borc məbləğinin altında cavabdeh tərəfindən imza edilməsi Şəfa Həmşiyeva tərəfindən iddiaçının razılığı ilə cavabdeh2 iddiaçı qarşısında olan borc öhdəliyinin öz üzərinə götürülməsi təsdiq edilir.

43. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 7.000 ABŞ dolları məbləğində pulun iddiaçıya qaytarılması iş materialları ilə sübut olunmadığından, həmin məbləğ cavabdeh Həmşiyeva Şəfa Üzeyir qızından tutularaq iddiaçıya ödənilməlidir.

44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi digər cavabdeh cavabdeh2 münasibətdə təmin edilə bilməz.

45. Kollegiya iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəmədə iddia qaldırıldığı iş üzrə müəyyən edilmir. Belə ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli qəbzin arxa tərəfində qalan 7.000 ABŞ dolları borc məbləğinin ##.##.2024-cü il tarixinədək qaytarılacağı göstərilmiş, tərəflər arasında borcun qaytarılması vaxtı ##.##.2024-cü il müəyyən edildiyindən iddia müddətinin axımı növbəti gün başlamış, iddia isə mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülmədən ##.##.2025-ci il tarixdə verilmişdir.

46. Məhkəmə iddiaçının hüquqi yardıma görə vəkilə ödənilmiş 720 manatın cavabdehdən tutulması tələbini əsaslı hesab edir. Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh cavabdeh1 7.000 ABŞ dolları (ödəniş günü qüvvədə olan manata məzənnədə Azərbaycan Respublikası manatı ilə), 720 manat vəkil xərci, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 128 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar