Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-567/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsinə, "xxxx" MMC-nə və 3-cü şəxs "xxxx" BOKT MMC-nə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dairmülki iş üzrə İş № 2(103)-567/2023 (Açar sözlər: Hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, 3-cü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(010)-1700/2022 saylı qətnaməsindən 3-cü şəxs "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Suraxanı rayon İcra Şöbəsinin sifarişinə əsasən digər cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş "Hərracın nəticələri haqqında" xx.xx.2019-cu il tarixli, Y-215 nömrəli protokol əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzili 3-cü şəxs "xxxx" BOKT MMC-nə 39525 manata satmış və bu barədə müqavilə bağlamışdır. 2.İddiaçı, hərrac təşkilatı tərəfindən keçirilmiş hərracın qanunsuz olduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müarciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsinə, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nə və 3-cü şəxs "xxxx" BOKT MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3210/2018 nömrəli qətnaməsi üzrə verilmiş 30 yanvar 2019-cu il tarixli icra vərərqəsi əsasında Suraxanı rayon icra və probasiya şöbəsinin sifarişi üzrə "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilinin satışının təşkili ilə bağlı keçirilmiş hərracın, o cümlədən hərracın nəticələri barədə protokol və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Suraxanı rayon probasiya şöbəsinin (İPŞ) sifarişinə əsasən digər cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş "Hərracın nəticələri haqqında" xx.xx.2019-cu il tarixli, Y-215 nömrəli protokol əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 14saylı mənzili 3-cü şəxs "xxxx" BOKT MMC-nə 39,525 manata satmış və bu barədə müqavilə bağlamışdır. Həmin hərrac qanunvericiliyin tələbləri pozmaqla keçirildiyindən həm hərracın nəticələri haqqında protokol və protokol əsasında bağlanmış müqavilə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı ləğv edilməlidir. Belə ki, İddiaçı "xxxx" BOKT MMC ilə bağladığı kredit müqaviləsi üzrə kredit borcunu ödəyə bilməməsi səbəbindən "xxxx" BOKT MMC məhkəməyə müraciət etmiş və yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 30 yanvar 2019-cu il tarixli icra vərəqəsi Suraxanı rayon icra şöbəsinə göndərmişdir. Bundan sonra icra ilə bağlı aparılmış hərəkətlər barədə iddiaçının xəbəri olmamışdır. Bu yaxınlarda kommunal hesabların ödənilməsi zamanı iddiaçıya mənzilin BOKT-un adına keçdiyi məlum olmuş və bunun araşdırılması üçün vəkillə müqavilə bağlanmışdır. Vəkil tərəfindən xx.xx.2020-ci il tarixində Suraxanı İPŞ-nə verilmiş sorğuya xx.xx.2020-ci il tarixində təqdim edilməsindən sonra işlə bağlı sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən aydın olur ki, cavabdeh Suraxanı İPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə 35221/19-18-18 nömrəli məktubla Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-nə hərracın keçirilməsi haqqında sifariş göndərilmişdir. xx.xx.2019-cu il tarixli bildirişə əsasən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 62000 (altmış iki min) manat olmaqla xx.xx.2019-cu ildə açıq hərraca çıxarılması məlumatı verilmişdir. Lakin həmin bildiriş Suraxanı rayon icra və probasiya şöbəsi, "xxxx" BOKT MMC və İddiaçı ünvanlansa da, "xxxx" MMC tərəfindən həmin bildiriş iddiaçıya göndərilməmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə əmlakın satış qiyməti 52700 (əlli iki min yeddi yüz) manat olmaqla xx.xx.2019-cu ildə təkrar hərraca çıxarılması barədə bildiriş yenə Əmlak İxisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən iddiaçıya çatdırılmamışdır. Nəhayət, xx.xx.2019-cu il tarixli "xxxx" MMC Hərracın nəticələri haqında Y-215 nömrəli protokol tərtib edilmişdir. Protokolda göstərilir ki, keçirilən hər iki hərrac baş tutmadığına görə ilkin qiyməti 62000 (altmış iki min) manat olan əmlak "İpoteka haqqında" AR Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan "xxxx" BOKT MMC tərəfindən 39525 manata alınmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə mətbuatda elan verilməli, hərracın keçirilmə tarixi barədə bildiriş mənzil mülkiyyətçisinə təqdim edilməli idi. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 5.Cavabdeh Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 məhkəmə iclasında iddianı iddianı qəbul etməyərək bildirmişdir ki, icra sənədinə əsasən, borclular İddiaçı və digərindən cəmi 48321,48 ABŞ dolları məbləğində borc və 60 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Hovsan qəsəbəsi, İ.Əhlimanov küçəsindəki 10b saylı evin, 14 saylı mənzilində ilkin satış qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməklə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilməli, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə cavabdeh X6 arasında bağlanılmış 01 may 2015-ci tarixli kredit müqaviləsinə xitam verilməli olduğu üçün, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər X2 və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməli, tutulacaq məbləğ isə borclu İddiaçı məxsus Bakı şəhəri, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsindəki 10b saylı evin, 14 nömrəli mənzilinə yönəldilməli, həmin əmlakın ilkin satışqiyməti 62.000 manat olmaqla açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində tələbkar "xxxx" BOKT MMC-nə ödənilməli, Bakı şəhəri,Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsindəki 10b saylı evin, 14 saylı nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra borclular İddiaçı tərəfindən boşaldılaraq "xxxx" bank olmayan kredit təşkilatı MMC-nə təhvil verilməli idi. Bununla bağlı icra sənədi icraya daxil olduqdan sonra borcluya rəsmi qaydada bildiriş göndərilmiş və 10 gün müddət də verilmişdir. Bununla əlaqədar hərracın keçirilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət olunmuş və həmin MMC tərəfindən tərəflərə məlumat verilməli və qəzetdə elan verilməli idi. Lakin qəzetdə elan verilməsindən və tərəflərə məlumat verilməsindən onun məlumatı yoxdur.Belə ki, bu hərrac təşkilatı tərəfindən həyata keçirilir. Hal-hazırda "xxxx" MMC öz fəaliyyətini dayandırmışdır. Bu səbəbdən də yalnız icra işinin materiallarında olan sənədlər mövcuddur.
6. 3-cü şəxs "xxxx" BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddianı iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə müraciət olunub və daha sonra 2020-ci il tarixdə hərracın nəticələri barədə vəkil sorğusu göndərilmişdir. Həmin müddətdən bir il keçmişdir. Belə ki, onlar borclu İddiaçı ilə danışıqlar aparmış, borclunun mülkiyyətdə olan daşınmaz əmlakın banka girov qoyulmasından məlumatlı olmuş, lakin bununla bağlı heç bir addım atılmamışdır. Belə ki, tərəflərə açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və hərracın keçirilməsinə dair qəzetdə elan verilmişdir. İddiaçı qanunsuzluğa yol verilməsini iddia etsə də, bank bununla bağlı heç bir risk daşımır. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 iyul 2022-ci il tarixli, 2(010)-1700/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Leyla Talıbova) iddia tələbi təmin edilərək, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli “hərracın nəticələri haqqında” Y-215 saylı protokolunun və "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı evin, 14 saylı mənzilinin alğı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqaviləsinin etibarsız hesab edilməsi,Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsi ev 10b saylı evin 14 saylı mənzilinin alğı-satqısına dair ödənilmiş 39525 (otuz doqquz min beş yüz iyirmi beş) manatın "xxxx" BOKT MMC-yə qaytarılması qət edilmişdir. 8.İş materiallarına əlavə edilmiş ünvan 4 ünvanladığı xx.xx.2020-ci il tarixli sorğusundan müəyyən olunur ki, tələbkar "xxxx" BOKT MMC-nin borclu İddiaçı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-3210/2018 nömrəli qətnaməsi üzrə verilmiş icra vərərqəsinin icrası ilə əlaqədar Suraxanı rayon icra və probasiya şöbəsi tərəfindən keçirilmiş icra tədbirləri haqqında məlumatı və sənədlərin surətini göndərilməsini xahiş etmişdir. 9.İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının tərəfindən verilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-553/2017 nömrəliqətnaməsi üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra vərərqəsinin surətindən görünür ki, cavabdehlər X2 və İddiaçı müştərək qaydada 34,063,95 (otuz dörd min altmış üç dollar 95 sent) ABŞ dolları məbləğində əsas borc, 13.257,53 (on üç min iki yüz əlli yeddi dollar 53 sent) ABŞ dolları məbləğində faiz borcu və 1.000 (min) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 48,321,48 (qırx səkkiz min üç yüz İyirmi bir dollar 48 sent) ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı "xxxx" bank olmayan kredit X3 Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər X2 və İddiaçı müştərək qaydada iddia ərizəsi verilriiəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx"BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər X2 və İddiaçı müştərək qaydada tutulmalı olan cəmi 48.321.48 ABŞ dolları məbləğində borc və 60 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ipoteka itə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Hövsan qəsəbəsinin İ.Əhlimanov küçəsindəki 10b saylı evin, 14 saylı mənzilinə ilkin satış qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməklə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq, iddiaçıya olan borcun ödənilməsi, iddiaçı “TBC Kredit' Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanılmış 01 may 2015-ci il tarixli BAKU1- 24021-11209 saylı kredit müqaviləsinə xitam verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat məbləğində pul vəsaiti cavabdehlər X2 və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 150(yüz əlli) manat “TBC Kredit" BOKT MMC-dən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********. Benefisiar (alan) bank: "xxxx" ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülməsi qeyd olunmuşdur. 10.İş materiallarına əlavə edilmiş 08 iyun 2019-cu il tarixli, 624 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı, Suraxanı rayon icra və probasiya şöbəsi və "xxxx" BOKT MMC-nin rəhbərliyinə açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 11.İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 697 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı, Suraxanı rayon icra və probasiya şöbəsi və "xxxx" BOKT MMC-nin rəhbərliyinə açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 12.İşə əlavə edilmiş sifarış məktubundan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əzizxan Eminov tərəfindən "xxxx" MMC-nə mübahisəli fərdi yaşayış evi barədə hərrac keçirilməsini xahiş edərək Sifariş məktubu göndərilmişdir. 13.İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli “hərracın nəticələri haqqında” Y-215 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında ünvan 5 ünvanında yerləşən mənzilinin alğı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli“Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən mənzili ilkin satış qiyməti 62000 manat və əmlakın satılmış son qiyməti 39525 manat məbləğ qarşısında "xxxx" BOKT MMC-yə satılmışdır. 14.İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. 15.Məhkəmə qeyd etmişdir ki,təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməli olsa da, "xxxx" MMC tərəfindən 08 iyun 2019-cu il tarixli, 624 saylı və 05 iyul 2019-cu il tarixli, 697 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”lərdən görünür ki, birinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuş və ikinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. Beləliklə iş materiallarından müəyyən olunur ki, 30 günlük müddət gözlənilməmişdir. Bundan başqa İddiaçı keçirilmiş hərrac barədə məlumatlandırılmamışdır. 16.Məhkəmə hesab etmişdir ki, ipoteka qoyan alıcı qismində iştirak etmək hüququna malik olsa da, bu hüquqdan məhrum edildiyindən və ona bununla bağlı olaraq rəsmi qaydada məlumat verilmədiyindən və hərrac müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyindən "xxxx" MMCnin xx.xx.2019-cu il tarixli “hərracın nəticələri haqqında” Y-215 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı evin 14 saylı mənzilinin alqı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsi etibarsız hesab hesab olunmalıdır. 17.Məhkəmə,həmçinin qeyd etmişdir ki,tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi,10b saylı evin, 14 saylı mənzilinin alğı-satqısına dair ödənilmiş 39525 (otuz doqquz min beş yüz iyirmi beş) manat "xxxx" BOKT MMC-yə geri qaytarılmalıdır. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin415.1, 415.2, 415.3, 416.1, 416.2, 337.1, 337.2, 337.3, 340.2, 337.4, 339.5-ci: Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 və 227-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19.Qətnamədən 3-cü şəxs "xxxx" BOKT MMC apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılır ki,hərracın keçirilməsi qaydalarının pozulmasını təsdiq və ya inkar edən sübut məhkəmə iclasında təqdim və tədqiq edilməmişdir.Məhkəmə bu münasibətlərə nə üçün “İpoteka haqqında” AR Qanununun deyil, AR Mülki Məcəlləsinin tətbiq edildiyini əsaslandırmamışdır. Halbuki, hərracın keçirilməsi qaydasını tənzimləyən normalar arasında kolliziya yoxdur. Hərracın keçirilməsi vaxtı və yeri barədə İpotekaqoyana bildirişin lazımi qaydada göndərilməsini və ya əksini sübut edə biləcək poçt qəbzləri məhkəməyətəqdim edilməmiş və tədqiq edilməmişdir.Cavabdeh hərrac şirkəti məhkəmə iclasının vaxtıvə yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır.Belə ki, ona göndərilən məktub ünvana çatdırılmamışdır. Bu səbəbdən çəkişmə prinsipinə əməl edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
22.Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 23.Cavabdehlər Suraxanı rayon İcra Şöbəsi, "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndəsi, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 24.İddiaçının nümayəndəsi və vəkili X8 ərizə ilə müraciət edərək, iddiaçının özünün Rusiyada olduğundan və özünün səhhəti ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəklərini, buna görə də məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin üzürlü səbəbləri ilə bağlı sübutlar təqdim olunmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 25.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 26.Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 27.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 28.Maddə 416.Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 29.Maddələr 41.2, 41.3 və 41.5.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. 30.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 31.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 32.Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 33.Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 34.Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 37.Maddələr 385.1.1, 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40.Məhkəmə kollegiyası 3-cü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 41.Belə ki, məhkəmənin eyni hakiminin icraatında olmuş 2(010)-709/2021 saylı mülki iş materiallarında hərracla bağlı sənədlərin lazımi qaydada təsdiq olunmuş surətləri mövcud olduğundan, həmin mülki iş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəmədən tələb olunmuşdur. 42.2(010)-709/2021 saylı mülki iş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən göndərilmiş 08 iyun 2019-cu il tarixli, 624 saylı və 05 iyul 2019-cu il tarixli, 697 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”lərdən görünür ki, birinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuş və ikinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuş, həmçinin iddiaçının ünvanına göndərilmiş bildirişlər “qapı bağlıdır” qeyd ilə geri qayıtmışdır. 43.Məhkəmə Mülki Məcəllə ilə müəyyən edilmiş hərracın keçirilməsinin ümumi qaydalarını müəyyən edən 415-ci maddəsinə istinad edərək, birinci və təkrar hərracın keçirilməsində 30 günlük müddətin gözlənilməməsi qənaətinə gəlməklə, maddi hüquq normalarının tələblərini pozmuşdur. 44.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. 45.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. 46.08 iyun 2019-cu il tarixli, 624 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”dən görünür ki, birinci hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. Bununla da, birinci hərrac 30 təqvim günündən gec olmayaraq keçirilmişdir. 47.Təkrar hərraca dair bildiriş xx.xx.2019-cu il tarixdə verilmiş və hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. 48.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 49.Hazırki halda, xx.xx.2019-cu ildə birinci hərrac keçirildiyi halda, təkrar hərrac xx.xx.2019-cu ildə keçirilməklə, 20 təqvim günündən gec hərrac keçirilmiş, bununla da“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinin tələbləri pozulmuşdur. 50.Həmçinin, mülki iş materiallarına əlavə edilmiş “Market” qəzetinin xx.xx.2019-cu il tarixli buraxılışında dərc olunmuş məlumatdan görünür ki,iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən mənzilə dair təkrar hərracın keçirilməsinin tarixi xx.xx.2019-cu il göstərilmişdir. Hansı ki, bildirişdə təkrar hərracın keçirilməsi tarixi xx.xx.2019-cu il qeyd olunmuşdur. 51.Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının məlumatlandırılmasına əsas hesab edilən qəzet məlumatının özündə təkrar hərracın keçirilməsi tarixi fərqli qeyd olunmuşdur (bildirişdə xx.xx.2019-cu il, qəzetdə xx.xx.2019-cu il). Bu hal iddiaçının hərracın keçirilməsində məlumatlı olmaması qənaətinə gəlmək üçün əsas yaradır. 52.Məhkəmə kollegiyası hesab edir ki, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyindən, bununla da, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmadığından, bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olduğundan, hərrac etibarsız hesab edilməlidir. 53.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 54.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. 55.Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2019cu il tarixli “hərracın nəticələri haqqında” Y-215 saylı protokolu etibarsız hesab edilməli, onun doğurduğu bütün hüquqi nəticələr- "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı evin 14 saylı mənzilinin alqısatqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilməli və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsi ev 10b saylı evin 14 saylı mənzilinin alqı-satqısına dair ödənilmiş 39525 (otuz doqquz min beş yüz iyirmi beş) manat "xxxx" BOKT MMC-yə qaytarılmalıdır. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: 3-cü şəxs "xxxx" BOKT MMCtərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(010)-1700/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli “hərracın nəticələri haqqında” Y-215 saylı protokolu və "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b saylı evin, 14 saylı mənzilinin alğı-satqısına dair bağlanmış xx.xx.2019cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsi ev 10b saylı evin, 14 saylı mənzilinin alğı-satqısına dair ödənilmiş 39525 (otuz doqquz min beş yüz iyirmi beş) manat "xxxx" BOKT MMC-yə qaytarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov