Məhkəmə qərarları › İş №2(103)-5678/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5678/2024

21.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5678/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASCyə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2470/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan və LPO Cavabdeh2 ASC-dən 3,224 ABŞ dolları (manatla 1,7020 x 3,224 ABŞ dolları = 5,487 manat) məbləğində pulun, habelə ödədiyi 75 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2470/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh LPO Cavabdeh2 ASC-dən 3.200 ABŞ dolları məbləğində pulun tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh X2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2470/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı cavabdeh X2 ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiklərini qeyd etmiş və şikayətdən imtinanın qəbul edilməsi haqqında qərardad qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətindən imtina etməsinə etiraz etmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İzah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Kollegiya hesab edir ki, cavabdeh X1 münasibətdə apellyasiya icraatına xitam verilməsi və imtinanın qəbul edilməməsinə əsaslar müəyyən edilmədiyindən şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməli, məhkəmə xərcləri üzrə tələb olmadığından apellyasiya üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2470/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5678/2024 saylı mülki iş üzrə cavabdeh X1 münasibətdə apellyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar