Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5696/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(009)-411/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin X3nın rəisinin xx.xx.2021-ci il tarixli 314 №-li əmrinin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsinə və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-411/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 314 №-li, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə tələbin borclu tərəfindən düzgün icra edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilməsi qərara alınmışdır. Eləcə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(009)- 411/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı X3 rəisinin 152 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(009)- 411/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(009)-411/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə baxılmadan mülki iş apelyasiya şikayətinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(009)-411/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli, iddiaçı tərəfindən verilmiş ərizəyə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(009)-411/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-5696/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5696/2022
26.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver