Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5703/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, X1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-il tarixli, 2(001)-56/2020saylı qətnaməsindən X2 və cavabdeh “B.X6 Zavodu” TASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdeh “B.X6 Zavodu” TASC-a qarşı “əmək xəsarəti ilə bağlı ödənilməli olan pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.800 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, B.X6 Zavodundan xx.xx.1987-ci il tarixdə iş zamanı istehsalatda əmək xəsarəti alaraq əmək fəaliyyətinin 20%-ni itirmiş və həmin tarixdən də əmək haqqının 20%-nin ona ödənilməsi təyin edilmişdir. Həmin məbləğ 2006-cı il tarixədək ödənilmiş, lakin sonra heç bir ödəniş edilməmişdir. Cavabdeh şifahi və yazılı şəkildə müraciətlər olunsa da, heç bir nəticə verməmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, “B.X6 Zavodu” TASC-da onun ixtisası üzrə əmək haqqı 600 manat təşkil edir. Bu səbəbdən də cavabdeh ödənilməyən 140 ayın əmək haqqının 20%-nin ona ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək qeyd etmişdir ki, ödənilməyən ayların sayı 140 ay deyil, 173 ay təşkil edir. Ona görə də, hesab edir ki, cavabdeh 2006-cı ildən xx xxxx 2020-ci il tarixədək iddiaçıya ödəməli olan pul vəsaitini ödəmədiyinə görə, həmin məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Ödənilməyən aylar sayı 173 ay təşkil etdiyindən, iddiaçıya ödənilməli olan pul məbləği 20760 manatdır. (173x600x20%=20760) Buna görə də, cavabdeh “B.X6 Zavodu” TASC-dən 20760 manat alınaraq X2na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-il tarixli, 2(001)-56/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “B.X6 Zavodu” TASC-dan 9.757,20 (doqquz min yeddi yüz əlli yeddi manat 20 qəpik) manat pul vəsaitinin tutularaq X2na ödənilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərcinin cavabdeh “B.X6 Zavodu” TASC-dan tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-il tarixli, 2(001)-56/2020 saylı qətnaməsinin qismən, iş üzrə iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddiamın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki,“B.X9 Zavodunda xx.xx.1987-ci il tarixdə iş zamanı istehsalatda əmək xəsarəti alaraq əmək fəaliyyətimin 20 %-ni itirmişəm və həmin tarixdən də əmək haqqımın 20 %-nin mənə ödənilməsi təyin edilmişdir. Həmin məbləğ 2006-cı il tarixədək ödənilmiş, lakin həmin tarixdən indiyədək mənə heç bir ödəniş edilməmişdir. Cavabdehə bir neçə dəfə şifahi qaydada müraciət edərək ona ödənilməli olan məbləğin qanuna müvafiq hesablanaraq ödənilməsini xahiş etsə də, cavabdeh buna heç bir əhəmiyyət verməmişdir. Hətta xx.xx.2017-ci il tarixdə yazılı şəkildə müraciət etsə də, cavabdeh tərəfindən müraciətiə heç bir cavab verilməmişdir. Qeyd edir ki, “B.X6 Zavodu” TASCdə onun ixtisası üzrə işləyənlərin maaşı hal-hazırda 600 manat təşkil edir. Hesab edir ki, “B.X6 Zavodu” TASC-də onun ixtisası üzrə işləyənlərin maaşının hal-hazırda 600 manat təşkil etməsi nəzərə alınmaqla və Azərbaycan Respubilkası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Ümümi müddəalarının 3.5. bəndinin tələbinə uyğun olaraq ona ödənilməli olan məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Beləliklə, cavabdeh 2006-cı ildən ona ödənilməli olan pul vəsaitini ona ödəmədiyinə görə, həmin məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Ödənilməyən aylar 140 ay təşkil etdiyindən və zavodda onun ixtisası üzrə işləyənlərin maaşı hal-hazırda 600 manat təşkil etdiyindən ona ödənilməli olan məbləğ 16800 manatdır (140 *600*20%=16800). Bundan sonra iddia tələbini dəqiqləşdirərək qeyd etmişdir ki, “əmək xəsarəti ilə bağlı ödənilməli olan pul vəsaiti iddia ərizəsi məhkəməyə verilən tarixədək tələb edilmişdir. Hazırda isə ödənilməyən ayların sayı 140 ay deyil, 173 ay təşkil edir. Ona görə də hesab edir ki, cavabdeh 2006-cı ildən - xx xxxx 2020-ci il tarixədək iddiaçıya ödəməli olan pul vəsaitini ödəmədiyinə görə, həmin məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Qətnamədən cavabdeh “B.X6 Zavodu” TASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-56/2020 saylı qətnaməsinin qismən təmin edilmiş hissədə ləğv edilib, iddanın qismən təmin edilərək cavabdeh “B.X6 Zavodu” TASC-dən 1222.62 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsixahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, tərəflərindən verilmiş və iş materiallarında olan arayışa əsasən, xx.xx.2017-ci il tarixədək Cəmiyyətin iddiaçıya aylıq 6.73 manat olmaqla hesablanmış 1222,62 manat istehsalat zədəsi üzrə ödənc borcu qalmışdır və iddiaçı 2017-ci ildən etibarən bu günədək Cəmiyyətə yaşayış yerindən arayışı təqdim etmədiyi üçün həmin dövr üzrə hesablamalar aparılmamışdır. Halbuki, iddiaçı 2017-ci ilədək hər il belə bir arayışı Cəmiyyətə təqdim etmiş və xx.xx.2001-ci il tarixdən etibarən Cəmiyyətdə kütləvi əmək haqqı artımı aparılmadığı üçün 2017-ci ilədək ona xx.xx.2001-ci il tarixdən müəyyən edilmiş aylıq 6.73 manat olmaqla istehsalat zədəsi üzrə ödənc hesablanmışdır. Həmin arayışların tələb olunmasında məqsəd həmin şəxsin sağ olmasının (vəfat etməməsinin) müəyyən edilməsidir ki, həmin arayışlar da istehsalat zədəsi üzrə ödəncin hesablanmasının davam etdirilməsi üçün Cəmiyyətin mühasibatlığında yeganə rəsmi sənəd kimi çıxış edir. Beləliklə, iddiaçı xx.xx.2017-ci il tarixdən etibarən bu günədək Cəmiyyətə yaşayış yerindən arayışı təqdim etmədiyi və Cəmiyyətdə xx.xx.2001-ci il tarixdən etibarən kütləvi əmək haqqı artımı aparılmadığı üçün Cəmiyyətin iddiaçıya olan istehsalat zədəsi üzrə ödənc borcu xx.xx.2017-ci il tarixədək aylıq 6.73 manat olmaqla hesablanmış 1222,62 manat təşkil edir və iddia qismən təmin edilərək 1222,62 manat məbləğində pul vəsaitinin Cəmiyyətdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı X7 nümayəndəsi və vəkili X4 qarşı tərəfin apellyasiya şikayətini rədd edərək, öz apellyasiya şikayətlərini müdafiə etdi, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh “B.X6 Zavodu” TASC məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin düzgün həlli üçüniş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, ekspertizaya köməklik üçün Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mütəxəsis qismində işə cəlb olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.1987-ci il tarixli 8 nömrəli aktdan və TSEK-in qərarında görünür ki, xx.xx.1987-ci il tarixdə bədbəxt hadisə nəticəsində Eyvaz İbrahimov 1 il müddətinə əmək qabiliyyətinin 25%-ni itirilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxxxxxxxxxxxx” ASC “B.X6 Zavodu” TASC-in xx.xx.2018-ci il tarixli arayışından görünür ki, E.İbrahimovun 1987-ci ildə aylıq əmək haqqı 284 rubl 35 qəpik olmuşdur. Sonuncu dəfə hesablanma xx.xx.2001-ci il tarixdə aparılmış və o dövrdəki pul vahidi ilə 33.680 AZM (hazırkı pul vahidi ilə 6.73 manat) istehsalat zədəsi üzrə ödənc hesablanmışdır. xx.xx.2000-ci il tarixədək E.İbrahimova ödənişlər edilmiş, xx.xx.2000-ci il tarixdə xx.xx.2017-ci il tarixədək 1.222,62 manat ödənc borcu qalmışdır. 2017 və 2018-ci illərdə E.İbrahimov yaşayış yerindın arayış gətirmədiyi üçün 2017-ci il və 2018-ci ilin ilk 3 ayı üzrə hesablamalar aparılmamışdır. Həmçinin arayışda qeyd edilmişdir ki, cəmiyyətdə nəqliyyatla yük nəql edici peşəsi mövcud olmadığından həmin peşə üzrə əmək haqqının miqdarı barədə məlumat vermək mümkün olmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən verilmiş arayışlardan məlum olur ki, cəmiyyətdə nəqliyyatla yüknəqledici peşəsi mövcud olmadığından həmin peşəyə uyğun fəhlə peşəsi sayılır və 2018ci tarixə fəhlə ştatının aylıq əmək haqqı 282 manat təşkil etmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1562 nömrəli ekspert rəyinə əsasən, iddia ərizəsində qeyd edilən aylar 140 ay təşkil etdiyindən və zavodda həmin ixtisas üzrə işləyənlərin maaşı 600 manat təşkil etməsi məhkəmə tərəfindən əsaslı hesab edildiyi təqdirdə yekunda iddia tələbinə görə X8 ödənilməli olan məbləğin 16.800 manat müəyyən edilə biləcəyi qeyd edilmişdir. Kollegiya hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddısinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti üzrə və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə ekspertiza təyin olunduqdaiş üzrə icraatı dayandıra bilər. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97- 98, 255.0.5, 256.0.2, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsin. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin. Ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilsin. Ekspertizanın aparılmasına Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mütəxəsis qismində cəlb edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun: 1.X5 “B.X6 Zavodu” TASC-da işləmiş olduğu yüknəqledici peşəsi üzrə əmək qabiliyyətinin 20% itirilməsi nəzərə alınmaqla, 2006-cı ildən xx xxxx 2020-ci il tarixədək əmək xəsarəti ilə bağlı ödənilməli olan pul vəsaiti hansı məbləğ təşkil edir? Ekspertə rəy verilməsi üçün 2(103)-7218/2020 saylı mülki iş təqdim edilsin. Ekspert rəyi alınana kimi hazırki iş üzrə icraat dayandırılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5703/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5703/2020
30.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver