Məhkəmə qərarları › İş №2(103)-5705/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5705/2025

17.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5705/2025 17.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “kommunal xidmətlərin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1652/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, kommunal xidmətlərə görə 8.563,20 manat borcun və 106 manat dövlət rüsumunun, ümumilikdə 8.669,20 manat pulun Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, kommunal xidmətlərə görə 7.492,80 manat borcun və 94,92 manat dövlət rüsumunun, ümumilikdə 7.587,72 manat pulun Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin səbəbini üzürlü hesab edərək, müddətin bərpa edilməsini və apellyasiya şikayətini işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1652/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sadəcə bir cümlə ilə qeyd etmişdir ki, cavabdehin elektron kabineti var və o kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət etmişdir. Lakin məhkəmə bu zaman cavabdehin 70 yaşının olmasını, günün reallığını nəzərə almamışdır. Cavabdeh komputer texnikasından şəxsən istifadə etməsi qeyrimümkündür. Eyni zamanda, məhkəmənin EMS-də qətnaməni yerləşdirməsi və həmin qətnamənin cavabdehə ünvanlanmasına dair heç bir qeyd yoxdur. Belə olan halda məhkəmənin öz vəzifəsini icra edərək, qəbul edilmiş məhkəmə aktını cavabdehə çatdırmaq vəzifəsini icra etmədiyi halda, qətnamənin elektron kabinetdə yerləşdirilməsinə dair istinadı tamamilə qanunsuzdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra cavabdehin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin elektron kabinetdən heç vaxt istifadə etməməsnin, eyni zamanda göstərilən dövrdə yaşı ilə əlaqədar ürəyində problemlərin olması səbəbindən müalicə almasının nəzərə alınmasını xahiş etmişdir. Lakin işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 134.1-ci və 134.1.5-ci maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir; 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından cavabdehə münasibətdə qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025ci il tarixdə bitmişdir. Bundan sonra cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsinin səbəbini üzürlü hesab edərək, bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin nə vəsatətdə, nə də ki, şikayətdə göstərilənlər müddətin ötürülməsinin səbəbinin üzürlü hesab edilməsi və müddətin bərpa edilməsi üçün əsas yaratmır. Belə ki, cavabdeh öz mövqeyini elektron kabinetdən istifadə edə bilməməsi, habelə qətnamənin EMS-də ona ünvanlanmasına dair heç bir qeydin olmaması ilə əsaslandırır. Lakin cavabdeh xx.xx.2025-ci il tarixdə həmin sistem vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi yardımla bağlı vəkillə müqavilə imzalayacağını və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bu da onun həmin sistemdən nəinki istifadə edə bildiyini, həmçinin real olaraq istifadə etdiyini təsdiq edir. Qeyd edilən qətnamənin xx.xx.2025-ci il tarixdə cavabdehin “Elektron” məhkəmə informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilməsi və ona bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada çatdırılması işin mübahisəsiz halıdır. Bununla da həmin qətnamə rəsmi qaydada cavabdehə verilmiş hesab edilir. Bu səbəbdən ərizədə göstərilənlər üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Hər bir halda, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırda cavabdeh tərəfindən göstərilən hallar bu hallara aid deyil. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayət vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, müddəti bərpa etməmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1652/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar