Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5708/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi zərərə görə pul təzminatının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pul təzminatının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1322/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Cavabdeh idarə etdiyi “Toyota Prius” (hibrid) minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Hyunday Azera” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə və digər üç avtomobillə toqquşmuş və nəticədə hər dörd avtomobilə ziyan dəymişdir.
2. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hadisə ilə bağlı toplanmış və birinci instansiya məhkəməsinə təqdim olunmuş materiallardan müəyyən olunmuşdur ki, Cavabdeh məxsus və onun tərəfindən idarə edilən “Toyota Prius” (hibrid) minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil Dövlət Sığorta Kommersiya Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi”nə əsasən sığortalanmışdır.
3. Bakı şəhər DYPİ tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında ******* №-li qərara əsasən “Toyota Prius” (hibrid) minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vəliyev X3 Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olmuşdur.
4. Araşdırma zamanı iddiaçıya məxsus “Hyunday Azera” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3.647,63 manat məbləğində zərərin dəyməsi müəyyən olunmuş və proporsional qaydaya riayət edilməklə sığorta şirkəti tərəfindən iddiaçıya 766 manat sığorta ödənişi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pul təzminatının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əmlaka vurulmuş maddi zərərə görə 3.647,63 manat, çəkilmiş taksi xərclərinə 400 manat, mənəvi zərərə görə 1000 manat və məhkəmə rüsumuna görə 71 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, ona məxsus “Hyunday Azera” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, F.Bayramov küçəsində parklanma nəzərdə tutulmuş yerdə park etmişdir. Sonradan ona məlumat vermişdilər ki, “Toyota Prius” (hibrid) minik markalı **-TY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh stop nişanın tələbini pozaraq soldan Mercedes Benz CLK minik markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, o da zərbə nəticəsində onun park etdiyi maşını əzmişdir. BŞDYPİ-dən və icbari sığorta üzrə əməkdaşlar yaxınlaşmış və sənədləşmə aparmışdılar. “Toyota Prius” (hibrid) minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vəliyev X3 Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olmuşdur. Onun maşınına 3.647,63 manat məbləğində ziyan dəymiişdir. Dəymiş ziyan qarşılanmadığında ona iki aydır ki, taksi vasitəsi gedib-gəlməklə 400 manat əlavə zərər dəymişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-1322/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın qismən təmin edilməsi, Cavabdeh əmlaka vurulmuş maddi zərərə görə 2.881,63 manat və ödənilmiş 71 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 766 manat çıxılmaqla qalan 2.881,63 manat (3647,63 manat – 766 manat) məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
9. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, iddia çəkilmiş taksi xərclərinə 400 manat, mənəvi zərərə görə 1000 manatın tutulması hissəsində rədd edilməlidir. Belə ki, həmin məbləğləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz göndərsə də, iddia tələbini təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 21.1, 21.2, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
13. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə ancaq qarşı tərəfin təqdim edə bilmədikləri və subuta yetirə bilmədikləri dəlilər əsasında qətnamə qəbu edib. Məhkəmə işə baxarkən iddiaçı tərəfindən qaldırılmış iddianı bir tərəfli qaydada həll etmiş, iş üzrə ekspertiza təyin edilməmiş və ziyan muəyyən edilməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə əsasında nümayəndəsi X6 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır
23. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
28. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası Cavabdeh etibarnamə əsasında nümayəndəsi X2 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi, iş materialları və digər sübutlarla tam təsdiqini tapmışdır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
40. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh idarə etdiyi “Toyota Prius” (hibrid) minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı məxsus “Hyunday Azera” minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində, yəni cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsini əsas götürərək birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində məhkəmənin işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamasını, iddiaçının təqdim edə bilmədikləri və subuta yetirə bilmədikləri dəlilər əsasında qərnamə qəbu etməsini, işə baxarkən iddiaçı tərəfindən qaldırılmış iddianı bir tərəfli qaydada həll etməsini, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmamasını bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
42. Eyni zamanda, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin iş üzrə ekspertiza təyin edilməməsi və ziyanın muəyyən edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin yol nəqliyyat hadisəsi törətməsi onun İnzibati Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olması barədə Bakı şəhər DYPİ tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında ******* №-li qərarla və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını, həmçinin iş üzrə ekspertiza keçirilməsini zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir.
43. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
45. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
46. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1322/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.