Məhkəmə qərarları › İş №2(103)-571/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-571/2020

17.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-571/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edənxxxxməruzəçi), X27xxxxX17 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh1nə (bundan sonra – MTK) qarşı “əmlak tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamədən İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X11xxxxX12 birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçının, habelə üçüncü şəxslər T.Qələndərov, Z.QələndərovxxxxV.Qələndərovun birgə vəkili (nümayəndəsi) vəkili X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsixxxxAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizələr ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, son nəticədə, pilot layihə çərçivəsində cavabdeh MTK tərəfindən sökülərək tikilməsi nəzərdə tutulan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov prospekti 72 ünvanda yerləşən obyektin inşa olunaraq, obyektin sahibi olmuş mərhum X3 vərəsələri, yəni iddiaçı (mərhumun arvadı) İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (mərhumun övladları) X19, X20, X21xxxxCavabdeh2 arasında bərabər paylarda bölünməsixxxxqeyri-yaşayış sahəsinin icarə haqqı qismində verilən aylıq 1.500 manat məbləğində pul vəsaitinin vərəsələr arasında bərabər paylarda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, (mərhum) X13 ilə iddiaçının nikahından 8 övladı var. Onlar 1951-ci ildə Ermənistan Respublikasından ailəlikcə köçərək Bərdə rayonunun, Əmirli kəndində yaşamışlar. İskəndər Qələndərovun müraciətindən sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 244 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov prospekti 72 ünvanda yerləşən bir mağazanın inşasına icazə almış, mağaza inşa olunduqdan sonra isə həmin mağazaya sahiblik etməklə ondan istifadə etmişlər. xx.xx.2015-ci il tarixdə iddiaçının əri İ.Qələndərov vəfat etmişdir. Əri vəfat edəndən sonra iddiaçı, xeyli müddət səhhəti ilə bağlı narahatçılıqlar keçirdiyi üçün mağaza ilə maraqlanmamış, mağaza övladları tərəfindən istifadə olunmuşdur. Münasib vaxt tapanda mağazaya öz adına mülkiyyət hüququnu qeydiyyata aldırıb övladları arasında bölünməsini qərarlaşdırmışdır. xx.xx.2018-ci il tarixində sahiblik etdiyi mağaza cavabdeh MTK tərəfindən qanunsuz olaraq, daha doğrusu onunla hər hansı bir müqavilə bağlanmadan mağazanın dəyəri ödənilmədən sökülmüşdür. Ortancıl oğlu Zahir Qələndərov mağazanın söküntüsü ilə maraqlananda məlum olmuşdur ki, mağazanın sökülməsi ilə əlaqədar MTK-nın nümayəndələri digər oğlu Cavabdeh2la hansısa formada əlaqə saxlayaraq razılığa gəlmişdir. Hansı ki, nə iddiaçı tərəfindən, nə də mərhum əri İ.Qələndərov tərəfindən sözügedən mağaza ilə bağlı Cavabdeh2 səlahiyyət verilməmişdir. Mağaza əri ilə iddiaçının birgə nikah dövründə təsərrüfat aparmaqla əldə etdiyi pul vəsaiti hesabına inşa olunduğundan MTK tərəfindən mağaza söküləcəyi təqdirdə istənilən halda onunla razılaşmalı idi. MTK-nın bu hərəkəti qanunvericiliyin tələbləri baxımından da hüquqazidd olduğundan iddiaçı hesab edir ki, ona dəyən həm maddi, həm də mənəvi ziyan ödənilməlidir. Çünki qeyd olunan mağaza əri ilə iddiaçının birgə nikahdan əldə etdiyi maddi vəsaiti hesabına Sabunçu RİH başçısının xx.xx.2007-ci il tarixli sərəncamı əsasında qanuni əsaslarla inşa olunmuşxxxxhəmin mağazadan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadə etmişlər. Mağazanın tikinti sahəsi 428 kv.m təşkil edir ki, qeyri-yaşayış sahəsi olaraq yerləşdiyi ərazidə qeyri-yaşayış sahəsinin bir kv.m-nin minimal qiyməti 2.300 manat təşkil edir ki, bu da 428x2.300=984.400 manat deməkdir. Qanunsuz olaraq MTK tərəfindən mağazanın sökülməsi iddiaçıya psixi təsir etməklə emosional gərginlik yaradır ki, bu da onun mənəvi ziyan çəkməyinə səbəb olur. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, pilot layihə çərçivəsində cavabdeh MTK tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov prospekti 72 ünvanda sökülmüş mağazanın yerində inşa ediləcək yaşayış binasından 120 kv.m tam təmirli qeyri-yaşayış sahəsixxxx120 kv.m yaşayış sahələrinin inşasının təmin olunaraq həmin sahələr üzərində İddiaçı, T.Qələndərov, Z.Qələndərov, V.QələndərovxxxxCavabdeh2 bərabər paylarının, yəni hər birinin 1/5 payının müəyyən edilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, geri qalan 15 manatın isə iddiaçıya aid edilməsini qət etmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, habelə üçüncü şəxslər T.Qələndərov, Z.QələndərovxxxxV.Qələndərov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddianın tam həcmdə təmin edilməsini xahiş etmişlər. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, Rayon Məhkəməsinin qətnaməsi maddixxxxprosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmış, iş üzrə hərtərəflixxxxobyektiv araşdırma aparılmamışdır. Belə ki, həm məhkəmə iclasında cavabdeh iddianı etiraf edərkən, həm də məhkəmə konkret olaraq hansı ölçüdə yaşayışxxxxqeyri-yaşayış sahəsinin iddiaçıxxxxonun tərəfindən olan müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə veriləcəyini rəsmi şəkildə dəqiqləşdirməyi xahiş etdiyi üçün cavabdeh 120 kv.m qeyri-yaşayış sahəsi, 235 kv.m yaşayış sahəsinin iddiaçıxxxxüçüncü şəxslərə verilməsini, həmçinin icarə haqqı qismində aylıq olaraq 1.500 manat pulun verilməsinin nəzərdə tutulması ilə bağlı xx.xx.2019-cu il tarixli, 23 nömrəli məktubla məhkəməyə müraciət etmişdir. Lakin sonrakı məhkəmə iclaslarında hakim bildirdi ki, cavabdeh MTK tərəfindən təqdim edilmiş məktubda yaşayış sahəsinin ölçüsü 235 kv.m yox, 120 kv.m qeyd olunmuş, eyni zamanda aylıq icarə haqqı olan 1.500 manat pulun verilməsi əksini tapmamışdır. Hansıki, Rayon Məhkəməsi qətnamə çıxararkən cavabdehin ikinci məktubuna istinad etmişdir. Görünən odur ki, cavabdeh MTK işə baxmış Rayon Məhkəməsinə ikinci məzmunda məktubu təqdim edərkən birinci məktub iş materiallarından xaric edilmişdir ki, bu hal da yolverilməz olmaqla bizlərin hüququnun olduqca kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Elə bu səbəbdən də, Rayon Məhkəməsi tərəfindən bütün bu sübutlar, məhkəmə gedişatı zamanı verilən ifadələrxxxxiş materiallarına əlavə olunmuş sənədlər gözardı edilərək məlum olmayan səbəbdən cəmi 240 kv.m sahə təmin olunmuşdur. İddiaçının, habelə üçüncü şəxslər T.Qələndərov, Z.QələndərovxxxxV.Qələndərovun birgə vəkili (nümayəndəsi) S.Kərimov, habelə apellyasiya baxışının əvvəlki iclasında iştirak edən iddiaçı özüxxxxüçüncü şəxs Z.Qələndərov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilərxxxxşikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) X9 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək mübahisənin məhkəmənin mülahizəsi əsasında həll edilməsini xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək öz izahatında bildirdi ki, iddiaçı onun anası, iş üzrə digər üçüncü şəxslər isə qardaşlarıdır. Mübahisəli qeyri-yaşayış sahəsini o, öz vəsaiti hesabına tikmiş, sonradan tikili qəzalı vəziyyətə düşdüyünə görə sökmüşdür. Atası, anası, qardaşları bu obyektin tikintisinə vəsait xərcləməmişlər. İddiaçı olan anası Bərdə rayonunda yaşamışxxxxhazırda da həmin rayonda yaşayır. Valideynləri, qardaşları bu obyektdə olmamışlarxxxxistifadə etməmişlər. Həmçinin obyekt daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna görə də, iddia əsaslı hesab edilə bilməz. İş üzrə üçüncü şəxs olan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti apellyasiya baxışının yerixxxxvaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apelyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-nin 376.2-ci maddəsinə əsasən işə Sabunçu RİH-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtıxxxxyeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, İİ-JQ seriyalı, 336143 saylı “Nikahın bağlanması haqqında şəhadətnamədən” görünür ki, X14 ilə (iddiaçı) X32 arasındakı nikah xx.xx.1963-cü il tarixdə bağlanmışdır. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 244 saylı xx.xx.2007-ci il tarixli sərəncamından görünür ki, X7 Bakıxanov qəsəbəsi, İsmayılov prospektində təsdiq edilmiş layihə əsasında ticarət mağazasının tikintisinə etiraz edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X16 Dövlət Agentliyinin xx.xx.2007-ci il tarixli 0262 saylı Tapşırığından görünür ki, obyektin işçi layihəsi seysmik davamlılıq baxımından dövlət ekspertizasından keçməmişdir, bununla əlaqədar X16 Dövlət Agentliyinin müvafiq qərarı olmadan obyektdə işlərin davam etdirilməsi qadağan edilir. AZ-İ seriyalı, 735357 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X14 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçının vəkili (nümayəndəsi) X4 Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ünvanlanmış 1/630 saylı, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Nazim İsmayılov küçəsində yerləşən qeyri-yaşayış obyekti ilə bağlı bildirilir ki, obyektin sahibi (iş üzrə üçüncü şəxs) Cavabdeh2 İsgəndər oğlu ilə müvafiq şərtlər daxilində razılıq əldə etdikdən sonra həmin tikili onun özü tərəfindən sökülmüşdür. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 20 saylı sərəncamından görünür ki, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 70, 72, 74, Ərəblinka küçəsi 14, 14A, 16, 18, 18AxxxxR.Qəmbərov küçəsi 19, 21 saylı ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülərək yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə Cavabdeh1 MTK -ya icazə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 136 saylı xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov prospekti 72 ünvanda yerləşən mağazanın qiyməti 485.000 manat təşkil edir. MTK-nın 23 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospektində yerləşən qeyri yaşayış obyekti Cavabdeh1 MTK tərəfindən həmin ərazidə yaşayış binasının tikintisi ilə bağlı qarşılıqlı razılıq əsasında həmin qeyri-yaşayış obyektinin sahibi tərəfindən sökülmüşdür. Sahibkar tərəfindən Cavabdeh1 MTK-ya tikintiyə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 18/03-8/2412 saylı xx.xx.2017-ci il tarixli təsdiq edilmiş layihəxxxxtikintiyə dair Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2007-ci il tarixli 244 saylı Sərəncamı təqdim edilmişdir. Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş sənədlərə uyğun olaraq X8 yeni tikiləcək yaşayış binasından 120 kv.m tam təmirli qeyriyaşayışxxxx120 kv.m yaşayış sahəsi təklif edilmişdir. X18, X15xxxxX22 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar, xx.xx.2015-ci ildə vəfat etmiş ataları X5 vəfatından sonra qalmış miras əmlakdan vərəsəlik qaydasında onlara çatası payı qəbul etməmiş, gələcəkdə buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişlər. X2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2015-ci il tarixində vəfat etmiş atası X6 ölümündən sonra açılmış miras haqqında məlumatı var. Miras əmlaka iddiası yoxdur, faktiki olaraq vərəsəlik hüququna daxil olmuşdur. Məhkəməyə müraciət etmək fikri yoxdur. X19xxxxX11 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onlar xx.xx.2015-ci il tarixində vəfat etmişxxxxvəfat etdiyi zaman Azərbaycan Respublikası Bərdə şəhəri, Əmirəli kəndində qeydiyyatda olmuş ataları X5 ölümündən sonra qanunla onlara çatası miras qəbul edir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. X12 Azəbaycan Respublikası Bərdə şəhəri, Əmirəli kəndində yaşamış atası X5 ölümündən sonra vərəsəliyin bütün əsasları üzrə mirası qəbul edir. Məhkəmə tərəfindən müəyyən edilir ki, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 244 saylı xx.xx.2007-ci il tarixli sərəncamı ilə iddiaçının əri X7 Bakıxanov qəsəbəsi, İsmayılov prospektində təsdiq edilmiş layihə əsasında ticarət mağazasının tikintisinə razılıq verilmiş, lakin inşa edilmiş obyektin işçi layihəsi seysmik davamlılıq baxımından dövlət ekspertizasından keçməmiş, bununla əlaqədar X16 Dövlət Agentliyinin müvafiq qərarı olmadan obyektdə işlərin davam etdirilməsi qadağan edilmişdir. Bununla əlaqədar həmin əmlak daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən özbaşına tikili hesab edilirxxxxdaşınmaz əmlak kimi miras kütləsinə daxil deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericilikləxxxxya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdəxxxxonlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) (maddə 11.1.). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquqxxxxvəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insafxxxxmənəviyyat tələbləri nəzərə alınmalıdır (maddə 11.2.). Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsindəxxxxya buna lazımi icazələr almadanxxxxya şəhərsalmaxxxxtikinti normalarınıxxxxqaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğuxxxxya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarınıxxxxqanunla qorunan mənafelərini pozursaxxxxya fiziki şəxslərin həyatıxxxxsağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.2.). Rayon Məhkəməsi hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydə alınmasa da, həmin mağaza faktiki olaraq mövcud olmuşxxxxhazırda sökülmüş həmin mağazanın yerində Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş sənədlərə uyğun olaraq X8 yeni tikiləcək yaşayış binasından 120 kv.m tam təmirli qeyriyaşayışxxxx120 kv.m yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, X14 xx.xx.2015-ci ildə vəfat etdiyindən bərabərlik prinsipinə uyğun olaraq mağazanın sökülməsi ilə əlaqədar təqdim edilən 120 kv.m tam təmirli qeyri-yaşayışxxxx120 kv.m yaşayış sahəsi ailə üzvləri arasında bərabər şəkildə bölünməlidir. Bunun əksi yanaşma, yəni cavabdeh tərəfindən təqdim edilmiş 120 kv.m tam təmirli qeyri-yaşayışxxxx120 kv.m yaşayış sahəsinin bölünməsindən həmin mağazanın özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 münasibətdə faktiki olaraq qanunsuz güzəştlərinxxxximtiyazların tətbiq edilməsinəxxxxnəhayət, hüquqxxxxvəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Yuxarıda qeyd olunanlara əsasən Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, X28, X23, X33xxxxX2 mübahisə predmetindən onlara çatası paydan imtina etməsini, həmçinin mübahisə predmeti olan mağazanın İddiaçıxxxxövladları T.Qələndərov, Z.Qələndərov, V.QələndərovxxxxCavabdeh2 tərəfindən idarə edilməsini nəzərə alaraq hesab edir ki, pilot layihə çərçivəsində cavabdeh MTK tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov prospekti 72 ünvanda sökülmüş mağazanın yerində inşa ediləcək yaşayış binasından 120 kv.m tam təmirli qeyri-yaşayışxxxx120 kv.m yaşayış sahələrinin inşası təmin olunaraq həmin sahələr üzərində İddiaçı, T.Qələndərov, Z.Qələndərov, V.QələndərovxxxxCavabdeh2 bərabər payları müəyyən edilməlidir. Eyni zamanda, Rayon Məhkəməsi iddiaçının iddia ərizəsində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icarə haqqı qismində verilən aylıq 1.500 manat məbləğində pul vəsaitinin İddiaçı, T.Qələndərov, Z.Qələndərov, V.QələndərovxxxxCavabdeh2 arasında bərabər paylarda bölünməsini xahiş etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etmədiyini göstərərək, iddianın həmin hissədə təmin edilməməli olması qənaətinə gəlmişdir. Rayon Məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsi də məhkəmə iclasında icarə haqqı qismində verilən aylıq 1.500 manat məbləğində pul vəsaitinin verilməsindən məlumatının olmamasını bildirmişdir. Lakin Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qətnaməsində yaşayış sahəsinin ayrılmasıxxxxayrılacaq sahənin ölçülərinin müəyyən edilməsi, habelə icarə haqqı tələbinin rədd edilməsi hissəsində iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən iddia tələbində pilot layihə çərçivəsində MTK tərəfindən sökülərək tikilməsi nəzərdə tutulan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov prospekti 72 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin inşa olunaraq vərəsələr arasında bərabər paylarda bölünməsinin tələb edilməsinə baxmayaraq, Rayon Məhkəməsi cavabdeh MTK-nın məlumatına əsaslanaraq 120 kv.m yaşayış, 120 kv.m qeyri-yaşayış sahəsinin ayrılması qənaətinə gəlmişdir. Digər tərəfdən, iddiaçıxxxxüçüncü şəxslərin bildirdiklərinə görə qeyri-yaşayış sahəsinin sökülməzdən əvvəl sahəsi 428 kv.m olmuşdur. Bunun əvəzində 120 kv.m qeyriyaşayış sahəsinin verilməsi ədalətsizdir. Məhkəmə hesab edir ki, iddiaçıxxxxüçüncü şəxslərə yalnız qeyri-yaşayış sahəsi ayrılmalıxxxxayrılacaq qeyri-yaşayış sahəsinin ölçüsü 428 kv.m müəyyən edilməlidir. Belə ki, Məhkəmə tərəfindən işin baxılmasına cəlb edilmiş “xxxxxxxxxxxxx” MMCnin 003/Mİ/20 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, mübahisəli tikilinin ümumi sahəsi 431 kv.metr, o cümlədən zirzəmi 81 kv.metr, İ mərtəbə 110 kv.metr, İİ mərtəbə 120 kv.metr, İİİ mərtəbə 120 kv.metr olmuşdur. Tikilinin yerləşdiyi yerdə qeyriyaşayış sahələrinin icarə haqqı müxtəlifdirxxxx5-10 manat arasındadır. Qeyd edilən bu tikilinin ayliq kirayə haqqı 2.000-2.500 manat təşkil edir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, sökülmüş qeyri-yaşayış sahəsinin ümumi ölçüsü “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyində qeyd edildiyi kimi, 431 kv.metr deyil, iddia ərizəsində qeyd edildiyi kimi, yəni 428 kv.metr, həmin qeyri yaşayış sahəsinin aylıq icarə haqqı 2.000-2.500 manat deyil, iddia ərizəsində qeyd edildiyi kimi 1.500 manat göstərilməlixxxxiddia ərizəsində MTK tərəfindən 1.500 manat icarə haqqının verilməsi nəzərdə tutulduğundan, iddia tələbində də 1.500 manat icarə haqqının bölünməsi tələb edildiyindən, yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək icarə haqqı olaraq 1.500 manat tikilinin söküldüyü tarixdən hesablanmaqla iddiaçıxxxxüçüncü şəxslərə verilməlidir. Çünki, MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alanxxxxMPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən yəni, “iddiaçıyaxxxxiş üzrə üçüncü şəxslərə cavabdeh MTK tərəfindən 120 kv.metr ölçüdə təmirli yaşayış yerinin ayrılması”xxxx“cavabdeh MTK tərəfindən onlara ayrılmalı olan təmirli qeyri-yaşayış sahəsinin ölçüsünün 120 kv.metr müəyyən edilməsi”, habelə “qeyriyaşayış sahəsinin icarə haqqı qismində verilən aylıq 1.500 manat məbləğində pul vəsaiti barədə tələbin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər T.Qələndərov, Z.Qələndərov, V.QələndərovxxxxCavabdeh2 cavabdeh MTK tərəfindən ayrılmalı olan təmirli qeyri-yaşayış sahəsinin ölçüsü 428 kv.metr kimi müəyyən edilməsi, həmin qeyri-yaşayış sahəsi cavabdeh MTK tərəfindən təhvil verilənə qədər həmin sahənin aylıq icarə haqqı olaraq 1.500 manat məbləğində pul MTK-dan tutularaq iddiaçıyaxxxxmüstəqil tələb irəli sürməyən üçüncü şəxslərə bərabər hissələr ilə, yəni hər birinə 300 manat olmaqla verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilməlidir. Yuxarıda göstərilənlərə əsasənxxxxAzərbaycan Respublikası MPM-nin 384, 392, 393xxxx405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamə qismən, yəni “iddiaçıyaxxxxiş üzrə üçüncü şəxslərə Cavabdeh1 tərəfindən 120 kv.metr ölçüdə təmirli yaşayış yerinin ayrılması”xxxx“Cavabdeh1 tərəfindən onlara ayrılmalı olan təmirli qeyri-yaşayış sahəsinin ölçüsünün 120 kv.metr müəyyən edilməsi”, habelə “qeyri-yaşayış sahəsinin icarə haqqı qismində verilən aylıq 1.500 manat məbləğində pul vəsaiti barədə tələbin rədd edilməsi” hissəsində ləğv edilsinxxxxhəmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X20, X21xxxxCavabdeh2 Cavabdeh1 tərəfindən ayrılmalı olan təmirli qeyri-yaşayış sahəsinin ölçüsü 428 kv.metr kimi müəyyən edilsin. Həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən təhvil verilənə qədər həmin sahənin aylıq icarə haqqı olaraq 1.500 (min beş yüz) manat məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X20, X21xxxxCavabdeh2 bərabər hissələr ilə, yəni hər birinə 300 (üç yüz) manat olmaqla verişlin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxx 2019cu il tarixli qətnamənin qalan hissəsi, yəni “pilot layihə çərçivəsində Cavabdeh1 tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov prospekti 72 ünvanda sökülmüş mağazanın yerində inşa ediləcək yaşayış binasından təmirli qeyri-yaşayış sahəsinin üzərində İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X20, X21xxxxCavabdeh2 bərabər paylarının, yəni hər birinin 1/5 payının müəyyən edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının Cavabdeh1ndən tutularaq İddiaçı ödənilməsi, qalan 15 manatın isə İddiaçı özünə aid edilməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar