Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5711/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili X2 və digər vəkili X3, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2848/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindənilk iddia üzrə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 ABŞ dolları məbləğində pul vəsaitinin, xx.xx.2019-cu il tarixdən etibarən həmin borc üçün illik bank uçot dərəcəsi əsas götürülməklə 10000 ABŞ dolları məbləğində faizlərin, maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Sahil” biznes mərkəzində şirkət rəhbərinin tərcüməçisi və asistenti işləmişdir. Cavabdehin anası Adilə Əkbərova da orada işləmişdir. Cavabdehin qızı Fəridə Sadıqova onun yanında ingilis və alman dilindən dərs keçmişdir. Dərslərin ödənişi 8 dərs ingilis dili üçün 150 ABŞ dolları, alman dili üçün isə 180 ABŞ dolları razılaşdırılmışdır. O, ümumilikdə 5-6 il dərs keçmiş, dərslərin son ili cavabdehin evində keçirildiyindən onların münasibətləri yaranmışdır. Onların aralarında hətta iş birliyi də olmuş, cavabdeh ondan iş qurmaq məqsədilə 11500 ABŞ dolları almış və həmin pulu da qaytarmamışdır. Cavabdeh ondan 10000 ABŞ dolları məbləğində borc pul istəmişdir. Notariat qaydasında bağlanmış xx.xx.2016-cı il traixli kredit müqaviləsinə əssən iddiaçı cavabdehə 10000 ABŞ dolları borc vermiş, cavabdeh isə həmin pulu xx.xx.2019-cu il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hal-hazıra kimi o borcu qaytarmamışdır. Öhdəliklər vaxtında icra olunmadığına görə borc məbləği üçün illik bank uçot dərəcəsi əsas götürülməklə müvafiq faizlər də hesablanaraq ödənilməlidir. Bundan başqa Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdə göstərilən məbləğlər onun qızı X6 tərəfindən keçilmiş ingilis və alman dərslərinə görə ödənilən məbləğlərdir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1000 manat məbləğində hüquqi xidmət xərcinin, iş vaxtını itirməyə görə 300 manat, 30 manat dövlət rüsumunun, ümumilikdə 1330 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ona 10000 ABŞ dolları məbləğində borc vermişdir. Lakin sonradan 2016-cı ildə bir neçə dəfəyə həmin borcun 6310 ABŞ dolları məbləğində hissəsi ödənilmiş və iddiaçı bu barədə qəbzi imzalamışdır. Eyni zamanda iddiaçı onunla heç bir başqa pul münasibətinin olmadığını bildirmişdir. Qəbzlərdə olan imzalar iddiaçının özünə məxsusdur və bu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2848/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 10000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 7 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmşdir. Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İlk iddia üzrə iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin “maddi və mənəvi ziyanın ödənilməsi barədə tələbinin rədd edildiyi” hissəsi ilə narazıdır. Belə ki, məhkəmə iclasında o, apteklərdən alınmış təxminən 1500 manat məbləğində olan dərmanların ödəniş qəbzlərini təqdim etmişdir. O, “Medistyle Hospital”da həkim müayinəsində olaraq evdə ambulator müalicə almışdır. 2019-cu ilin yanvar ayında ödənilməli olan məbləğ vaxtında ödənilmədiyindən həmin ilin mart-aprel aylarında o, səhhətində ciddi problemlər yaşamışdır. O, nevropotoloq qəbulunda olmuş, aparılan müayinələrdən sonra ona nevrosteniya, tez-tez müşahidələnən, baş-beyin qan çatışmazlığı diaqnozu qoyulmuşdur. İlk iddia üzrə cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istinad etdiyi hüquq normalarını tərəflərin məhkəmə iclasında öz təsdiqini tapmış münasibətlərinə uyğun tətbiq etməmiş, sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə onun 6310 ABŞ dollarını ödəməsinə dair dəlilinə münasibət bildirərkən belə nəticəyə gəlmişdir ki, guya həmin pul borc müqaviləsinin icrası üçün verilməmişdir. İlk iddia üzrə iddaçı tərəflər arasında sözügedən müqavilədən əvvəl hər-hansı pul münasibətlərinin olmadığını dəfələrlə məhkəməyə bildirmişdi. Qəbzlər pul vəsaitlərinin qəbul edilməsinə dair olduğundan və tərəflər arasında digər pul münasibətləri olmadığı etiraf edildiyindən tərəflərin qarşılıqlı pul münasibətləri yalnız həmin müqavilədən yaranmış və ödənilmiş pul vəsaitləri də yalnız həmin borcun ödənilməsinə yönəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-13116/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2848/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən ilk iddia üzrə İddiaçı və Cavabdeh ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1213/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı və Cavabdeh kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərar alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)İddiaçı, onun nümayəndəsi və vəkili X2 və digər vəkili X5 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və ilk iddia üzrə cavabdehin apellyasiya şikayətini isə qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Ənvər Əmirəliyev tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasından tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətini isə qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2848/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində dəyişdirilərək Cavabdeh tutularaq İddiaçı ödəniləcək məbləğ 3690 (üç min altı yüz doxsan) ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X4 Əkbərovaya 10000 ABŞ dolları məbləğində borc pul vermiş və sonuncu həmin məbləği xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6-cı bəndində göstərilmişdir ki, borc verən müqavilə üzrə öhdəliyin icasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Göründüyü kimi, hazırki işdə tərəflər öhdəliyin icrasının qəbulu qaydasını müqavilə ilə müəyyən etmişlər, lakin borc sənədinin üzərində ödəmə ilə bağlı heç bir qeyd aparmamışlar. Cavabdeh isə ilkin iddiaya etiraz edərək, Cavabdeh tərəfindən Marinaya 6310 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə sübut olaraq məhkəməyə sadə yazılı qəbz təqdim etmişdir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdu ki, 1 ədəd yuxarı tərəfində “Marina” və “Kunay” yazıları yazılmış qəbzdə “Marina” yazısından aşağıda olan imzalar: həmin qəbzin aşağı sol və sag künclərində olan imzalar, qəbzin arxa tərəfinin yuxarı sag hissəsində olan imza İaradanguliev Marina tərəfindən icra olunmuş, 1 ədəd yuxarı tərəfində “Marina” və “Kunay” yazıları yazılmış qəbzin yuxarı sol küncündə “Marina” yazısı İaradanguliev Marina tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş qəbzə münasibətdə hesab etmişdir ki, qeyd olunan qəbzdə rəqəmlərin nəyi ifadə etməsi, hansı tarixlərdə imzalanması əks olunmamış, yalnız qəbzin arxa hissəsində “xx.xx.2016” tarixi qeyd olunmuşdur. Müqavilənin xx.xx.2016-cı il tarixdə bağlanması və xx.xx.2016-cı il tarixə kimi, yəni 6 ay ərzində borcun 6310 ABŞ dolları hissəsinin qaytarılması, bundan sonra 3 il ərzində heç bir ödəniş aparılmaması da inandırıcı deyildir. Buna görə də birinci instansiya məhkəməsi ilk iddianın qismən, “10000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması” hissəsində təmin edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın da rədd edilməsi qənaətinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin göstərişləri əsasında araşdırma apararaq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış və gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisə borcun qaytarılmaması ilə bağlıdır və borcun qaytarılmasını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Cavabdeh borcu qismən yəni 6310 ABŞ dolları olmaqla hissə-hissə qaytardığını mübahisələndirir və bunu sübut edən hal kimi qeyd edilən məbləğdə pulun qaytarılmasına dair qəbzləri birinci instansiya məhkəməsinə təqdim edir. İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq həmin qəbzlərin sübut kimi nəzərə alınmasına etiraz edir və bunu onunla əsaslandırır ki, həmin qəbzlərdəki imza ona məxsus deyildir. Qeyd edilən halın araşdırılması üçün iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə ümumilikdə 6310 ABŞ dollarının hissə-hissə ödənilməsinə dair cavabdehin təqdim etdiyi qəbzdəki imzaların iddiaçı tərəfindən icra edildiyi müəyyən edilir. Bundan sonra iddiaçı qeyd edilən məbləğdə (6310 ABŞ dolları) pulun alınmasına dair qəbzlərdəki imzaların onun tərəfindən icra edildiyini bildirir və göstərir ki, həmin qəbzlə ona ödənilmiş pullar 10000 ABŞ dollarının qaytarılması ilə bağlı deyil, cavabdehin qızına ingilis və alman dilindən keçdiyi dərslərə görə olmuşdur. İddiaçının qeyd edilən etirazını sübut kimi qəbul edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdəki 6310 ABŞ dolları cavabdehin qızına edilmiş tədrislə əlaqədar ödənilmiş məbləğdir və həmin məbləğin borc müqaviləsindəki öhdəliklərin yerinə yetirilməsinə aidiyyatı yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. HəminMəcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. HəminMəcəllənin 88-cimaddəsinəəsasənisəməhkəməsübutlaraobyektiv, qərəzsiz, hərtərəflivətambaxdıqdansonrahəminsübutlaratətbiqedilməlihüquqnormalarınamüvafiqolar aqqiymətverir. Heçbirsübutunməhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur. Əvvəla iddiaçının bildirdiklərindən görünür ki, o, 2012-ci ilin aprel ayından başlayaraq cavabdehin qızına 6 il müddətində ingilis və alman dilindən dərslər keçmiş və cavabdeh 8 dərsə görə ingilis dili üçün 150, alman dili üçün 180 ABŞ dolları olmaqla bu müddətdə yəni 6 il müddətində ona pul ödəmişdir. Eyni zamanda iddiaçının bildirdiklərindən görünür ki, o, 2012-ci ilin aprel ayından başlayaraq cavabdehin qızına bir müddət “Sahil” biznes mərkəzində, son üç il isə evdə dərs demişdir. Lakin iddiaçı 2016-cı il istisna olmaqla qeyd etdiyi dövrlərdə cavabdehin qızına edilmiş tədrisə görə “Sahil” biznes mərkəzinə və yaxud ona pulun köçürülübköçürülməməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı cavabdehdən hissə-hissə olmaqla qəbul etdiyi pulların məhz etdiyi tədrisə görə ona verildiyini iddia etdiyi halda 2016-cı il istisna olmaqla qalan dövrlərə münasibətdə cavabdeh tərəfindən ona bu qaydada (qəbzlərə imza etməklə) etdiyi tədrisə görə pulların ödənilməsinə dair də sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh aldığı borcu qismən qaytardığını iddia etməklə bunu təsdiq edən hal kimi yazılı qəbzləri təqdim etdiyinə, iddiaçı isə bu pulların cavabdehin qızına edilmiş tədrislə əlaqədar ona verildiyini göstərdiyinə görə sonuncu 6310 ABŞ dolları məbləğində pulun tədrislə əlaqədar ona verildiyini sübut etməli idi. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin təqdim etdiyi qəbzlərdə göstərilən ödənişlər hesabına ümumilikdə 6310 ABŞ dolları məbləğində pul iddiaçının cavabdehə verdiyi 10000 ABŞ dollarının bir hissəsinin ödənişi kimi qəbul edilməli və həmin məbləğin məhz borc müqaviləsinin icrası ilə bağlı nəzərə alınmalıdır. İlk iddia üzrə iddiaçının “10000 ABŞ dolları məbləğində qərarın çıxarıldığı gün üçün Milli Bank uçot dərəcəsini əsas götürməklə müvafiq faizlərin ödənilməsi” barədə iddia tələbinə münasibətdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulan “özgəsinin pul vəsaitini qanunsuz saxlama”, “özgəsinin pul vəsaitindən faydalanma” ilə bağlı hallar hazırki işdə müəyyən olunmadığı üçün cavabdehdən buna görə faizlərin tutulması barədə iddia tələbini düzgün olaraq təmin etməmişdir. İlk iddiaçının “cavabdehdən 10000 manat maddi və mənəvi ziyanın tutulması” ilə bağlı tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi aptekdən alınmış dərmanlarla bağlı çeklər əvvəla həmin dərmanların məhz iddiaçı üçün alındığını, “Medistyle Hospital”ın baş həkimi tərəfindən verilmiş arayış və reseptlər isə iddiaçıya qoyulmuş diaqnozun və yazılmış dərmanların cavabdehin ona olan borcunun qaytarılmamasına görə maddi və mənəvi gərginlik keçirməsini və buna görə də ona maddi və mənəvi ziyanın vurulduğunu təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, özünün hansı şəxsi qeyri-əmlak hüquqlarının pozulmasını məhkəmədə sübuta yetirə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər Marina İaradangulievin səhhətindəki problemlərin məhz cavabdehin ona olan borcunu qaytarmaması nəticəsində yaranması barədə hər hansı sübutu təqdim edə bilmədiyi üçün əsassızdır və qətnamənin ilk iddia tələbinin təmin olunmadığı hissələrdə ləğvi üçün əsas yaratmır. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İlk iddia üzrə cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, qarşıqılı iddianın isə rədd edildiyi hissələrdə ləğvi olunması üçün əsas vermir. Belə ki, qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı məhkəmənin qənaətinə, bu barədə qeyd olunmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçı 1000 manat hüquqi xidmət haqqı və iş vaxtını itirməyə görə 300 manatı tələb edərkən cavabdehin ona qarşı əsassız iddia qaldırmasına istinad etmişdir. Hazırki iş üzrə aparılan araşdırmalar zamanı ilk iddia “3690 ABŞ dolları məbləğində borcun tutulması” hissəsində əsaslı olub təmin edildiyindən, Kollegiya mülki prosessual qanunvericiliyin tələbinə görə qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldiyini, bu işdə də ilk iddia tələbinin qeyd olunan hissədə təmin edildiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbləri təmin edilə bilməz. Buna görə də məhkəmə qətnaməsi qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə də qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2848/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində dəyişdirilərək Cavabdeh tutularaq İddiaçı ödəniləcək məbləğ 3690 (üç min altı yüz doxsan) ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2848/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində dəyişdirilərək Cavabdeh tutularaq İddiaçı ödəniləcək məbləğ 3690 (üç min altı yüz doxsan) ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5711/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5711/2020
19.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver