Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5715/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə (müstəqil tələb irəli sürməyən Maraqlı şəxs1 və Maraqlı şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qeyri-yaşayış binasına dair sahiblik, istifadə və sərəncam qaydası, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi LPO Cavabdeh ASCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qeyri-yaşayış binası ümumi paylı mülkiyyət hüququ ilə LPO Cavabdeh ASC, İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsusdur. Hazırda sözügedən bina demək olar ki, tamamilə cavabdeh tərəfindən idarə olunur və gəlir əldə olunur. Halbuki, mülkiyyətçilər arasında onun konkret sahələrinin idarə edilməsi haqda şifahi razılaşma mövcuddur və son dövrədək ona riayət olunurdu. Faktiki olaraq, həmin razılaşma cavabdeh tərəfindən pozulmuşdur. Onun faktiki sahibliyi və istifadəsində olan iki sahə zəbt olunmuşdur. Cavabdehə müraciət edərək qeyri-yaşayış binasına dair sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin ümumi paylı mülkiyyət hüququnun rejiminə uyğun olaraq həyata keçirilməsini xahiş etmiş, lakin Cavabdeh bu müraciətə cavab verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, iddia ərizəsi geri qaytarılaraq, İddiaçı məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə, iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunması qərara alınmışdır (sədrlik edən: Anar İbadzadə). Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararaq, İddiaçı məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə, iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olmasını izah etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyi qənaətinə gəlmiş və həmin qərardaddan verilmiş şikayəti təmin etməyərək şükayəti mülki iş materialları ilə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməklə mülki prosessual qanunvericiliyin tələblərini pomuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd edilən prosessual normaların tələblərindən də görünür ki, məhkəmənin məhkəmə aidiyyəti ilə bağlı qərardadından verilmiş şikayətə baxıldıqdan sonra, həmin şikayət baxılması üçün Ali Məhkəməyə göndərilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin qeyd edilən normasının tələblərini nəzərə almadan, şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Odur ki, iddiaçının şikayəti qismən təmin edilməli, mülki iş Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsinin tələblərinə riayət olunması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı, 32.7-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2882/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5715/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5715/2022
05.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver