Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5717/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər:iddia ərizəsinin forma və məzmununa əməl olunmaması, ərazi aidiyyatı, prosessual pozuntu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələblərinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzili İddiaçı (MMC) tərəfindən 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında lizinqə verilmək məqsədilə satın alınmışdır.
2. MMC ilə Cavabdeh2 arasında 08 noyabr 2019-cu il tarixdə bağlanmış D050 saylı "xxxx"nə əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzili lizinq məbləği 130 000 (yüz otuz min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərtilə Cavabdeh2 lizinqə verilmişdir.
3. MMC ilə X4 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı zaminlik müqaviləsinə görə, X4 MMC və Cavabdeh2 arasında bağlanmış D050 saylı "xxxx" üzrə lizinq alan Cavabdeh2 öhdəliklərinin icrasına zamin durmuşdur.
4. MMC tərəfindən tərtib olunmuş 0068/21 saylı xx.xx.2021-ci il tarixli borca dair arayışa görə, Cavabdeh2 MMC-nə arayış tarixinədək lizinq məbləği üzrə 120 113 (yüz iyirmi min yüz on üç) manat, lizinq mükafatı (faiz məbləği) üzrə 32 162 (otuz iki min yüz altmış iki) manat və 43 368 (qırx üç min üç yüz altmış səkkiz) manat hesablanmış cərimə olmaqla ümumilkdə 195 643 manat öhdəliyi mövcuddur. Lizinq predmeti 16 ay istifadədə olmuş, bu müddət ərzində cəmi 4 ay ödəniş edilmiş, istifadə olunmuş və ödənilməyən müddət üçün aylıq 5308 manat nəzərə alınmaqla cəmi 63 696 manat borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC və Cavabdeh2 arasında bağlanmış 08 noyabr 2018-ci il tarixli D050 saylı "xxxx"nin ləğv olunması, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 63 696 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq "Faktor Lizinq” MMC-nə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 saylı mənzilinə (yeni qaydalarla AZ1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmiş, bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədilə əmlakın əvvəlki mülkiyyətçisi ilə 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil alındıqdan sonra MMC və Cavabdeh2 arasında 08 noyabr 2019-cu il tarixdə D050 saylı "xxxx" bağlanmış, müqaviləyə əsasən MMC-nin mülkiyyətində olan həmin mənzil (lizinq obyekti) lizinq məbləği 130 000 (yüz otuz min) manat, lizinq müddəti 12 ay, lizinq mükafatı illik 27 faiz olmaq şərtilə lizinqə verilmiş, zamin qismində Cavabdeh1 çıxış etmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli olduğu halda, Cavabdeh2 öhdəliklərini mütamadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş, xx.xx.2021-ci il tarixindək lizinq məbləği üzrə 120 113 (yüz iyirmi min yüz on üç ) manat, lizinq mükafatı (faiz məbləği) üzrə 32 162 (otuz iki min yüz altmış iki) manat və 43 368 (qırx üç min üç yüz altmış səkkiz) manat hesablanmış cərimə olmaqla ümumilkdə 195 643 manat öhdəliyi yaranmışdır. Lizinq predmeti 16 ay istifadədə olmuş, bu müddət ərzində cəmi 4 ay ödəniş edilmişdir. İstifadə olunmuş və ödənilməyən müddət üçün aylıq 5308 manat nəzərə alınmaqla cəmi 63 696 manat borc hesablanmışdır. Cavabdehə müqavilə öhdəliklərinin icrası ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş və öhdəliklərin icrası tələb edilmiş, əks təqdirdə müqavilənin ləğv edilərək əmlakın geri alınacağı barədə xəbərdarlıq ünvanlanmışdır. Odur ki, lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti cavabdehin istifadəsindən geri alınmalı və lizinq üzrə ödənilməmiş lizinq məbləği, hesablanmış lizinq mükafatı və cərimə tutularaq MMCnə ödənilməlidir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər mülki qanunvericiliyin tələblərinə uyğun olaraq lizinq müqaviləsi bağlamış, iddiaçı öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, MMC-nin iddia ərizəsinin təsviri və əsaslandırıcı hissəsində cavabdeh X1 zaminlik müqaviləsi bağlaması və digər Cavabdeh2 öhdəliklərinə zamin durması əsaslandırılsa və bununla bağlı sübutlar təqdim olunsa da, ərizənin nəticə hissəsində X5 qarşı konkret tələb irəli sürülməmişdir. Bundan başqa, iddia ərizəsində Cavabdeh2 MMC qarşısındakı öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanmış cərimə məbləği barədə qeyd olunsa da, nəticədə cavabdehdən cərimə məbləğinin tutulması da tələb olunmamışdır. Odur ki, məhkəmə işə yalnz irəli sürülmüş tələb həcmində baxır.
9. Qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, təmsil etdiyi şəxsin müqavilənin bağlandığı xx.xx.2019-cu il tarixdən “COVİD-19” pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiq edildiyi xx.xx.2020-ci il tarixinədək ödənişləri həyata keçirdiyi, bu tarixdən sonra iş yerlərinin bağlanması səbəbilə ödənişlər edə bimədiyi və iddiaçıya müraciət edərək müqaviləni yeni şərtlərlə bağlamağı xahiş etdiyi, lakin iddiaçının onun təkliflərini qəbul etmədiyi, beləliklə öhdəliyin icrasının onun özündən asılı olmayan səbəblərlə gecikdiyi, lakin məhkəmənin bu hala qiymət vermədiyi, eləcə də iddianın ancaq Cavabdeh2 qarşı irəli sürülməsinə, onun isə Biləsuvar rayonunda qeydiyyatda olmasına baxmayaraq, işə aidiyyat qaydaları pozularaq baxıldığı, ümumiyyətlə Cavabdeh2 iddia ərizəsində zamin kimi göstərilmiş şəxsin zaminliyinə hər hansı razılığının olmadığı arqumentləri ilə əsaslandırmışdır.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
10. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
11. İddia ərizəsində cavabdeh kimi göstərilmiş X4 məhkəməyə ünvanladığı teleqramda aşağıdakıları göstərmişdir: “Mən, Cavabdeh2 İddiaçı şirkətinə pul ödəməsi üçün zamin durmamışam. Cavabdeh2 mənim həyat yoldaşımın adına olan mənzilimizi alıb, biz satıcı tərəfik, mən zamin ola bilmərəm. Ancaq mənzilin satıldığı xx.xx.2019-cu il tarixdə deyil, pandemiya dövründə məni şirkətə çağırıb satdığımız evlə bağlı bəzi sənədlərin imzasız olduğunu bildirdilər. Mən də oxumadan bəzi sənədlərə imza etmişəm. Lakin sonralar məhkəmə prosesləri başlayanda məlumat aldım ki, guya mən Cavabdeh2 zamin dayanmışam ki, İddiaçıə pul ödəsin. Mən heç vaxt ona zamin dayanmamışam. Biz evimizi satmışıq”.
12. Əvvəlki məhkəmə iclasında iştirak edən X4 teleqramında göstərilən məzmunda izahat vermiş, eyni zamanda artıq Biləsuvar rayonunun Aşağı Cürəli kəndində pasport qeydiyyatında olduğunu bildirmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
15. Maddə 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.
16. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.
17. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər.
18. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
19. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
20. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
21. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb.
22. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə.
23. Maddə 259.0.12. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, hakim ərizəni baxılmamış saxlayır.
24. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
25. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
27. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa; 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.
Apellyasiya baxışının həddi
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
31. Qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla kollegiya hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, ərazi aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla mübahisələndirilən qətnamə ləğv edilməli, iş aidiyyatı üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir.
32. Belə ki, iddiaçının iddia ərizəsində cavabdehlər qismində göstərdiyi Cavabdeh2 Biləsuvar rayonunun Aşağı Cürəli kəndində, Oktay Yolçiyev isə ünvan 1 ünvanında (Polis İdarəsinin inzibati binası) qeydiyyatda olmuş, bununla belə Oktay Yolçiyevə qarşı heç bir tələb irəli sürülməmişdir.
33. Belə olan halda, əslində birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməklə prosessual qanunvericiliyin pozuntusuna yol vermiş (§ 22), daha sonra işə baxılmasını davam etdirməklə aidiyyat qaydalarını pozmuşdur (§ 14). Nəzərə alınmalıdır ki, iddia ərizəsində Oktay Yolçiyevə qarşı heç bir tələb irəli sürülmədiyindən o, cavabdeh hesab olunmur (§ 18) və buna görə də, ərazi aidiyyatının müəyyənləşdirilməsi zamanı onun qeydiyyat ünvanı əsas götürülə bilməzdi.
34. Kollegiya hesab edir ki, iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı gün məhkəməyə Oktay Yolçiyevə qarşı tələb irəli sürülməsi məzmunda olan “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlamış olması da fərqli nəticəyə gəlinməsinə əsas ola bilməz. Belə ki, Cavabdeh2 vəkilinin sorğusuna Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən verilən cavab məktubunda, həmin ərizənin qətnamənin qəbulundan sonra hakimə təqdim olunduğu göstərilmişdir.
35. Apellyasiya baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, hazırda Oktay Yolçiyevin də qeydiyyat ünvanı Biləsuvar rayonunun Aşağı Cürəli kəndidir və bu səbəblə sözügedən ərizə apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınacaq olsa belə (§ 24), hər bir halda işin aidiyyatının Sabunçu Rayonun Məhkəməsinin yurisdiksiyasına aid olmadığı qənaətinə gəlinməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh2 nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2844/2021 saylı iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş ərazi aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov