Məhkəmə qərarları › İş №2(103)-5717/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5717/2025

15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5717/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-43/2025 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 arasında xx.xx.1981-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Bakı şəhəri, S.Əsgərova küçəsində yerləşən 162 nömrəli evin 6 saylı mənzili xx.xx.1998-ci il tarixdən İddiaçı1 mülkiyyətindədir.

2. Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində yerləşən 162 saylı evin 11 saylı mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh (bundan sonra cavabdeh) adına qeydiyyatdan keçmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 329 nömrəli Sərəncamına, xx.xx.2022-ci il tarixli, 143 nömrəli qəbul aktına əsasən həmin mənzilin təyinatı dəyişdirilərək, qeyri-yaşayış sahəsinə keçirilmiş və xx.xx.2022-ci il tarixdə bu əmlak üzərində cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsi ünvan 3 (Yeni qaydalarla: AZ 1010, ünvan 1 ünvanı üzrə yerləşməklə hazırda da cavabdehin mülkiyyətindədir.

3. Cavabdeh və İddiaçı2 tərəfindən Məmmədov Rəhim adlı şəxsin (İddiaçı2 oğlu) şahidliyi ilə tərtib edilmiş sənəddə cavabdehin xx.xx.2022-ci il tarixdə mənzilində apardığı təmir zamanı qonşusu İddiaçı2 mənzilinə vurduğu ziyana görə mənzilin ploşadkasına (eyvanına) lambirin vurduğu, 10 gün müddətində damın üstünün daman yerlərini düzəltdirəcəyi, yerdə qalan iki otağı aprel ayının 15-dən 30-na kimi təmir etdirəcəyi, bunun müqabilində İddiaçı2 1.000 manat beh saxlayacağı, İddiaçı2 isə yazılanları oxuyub, təyin olunan vaxta kimi iki otağın təmir olunması şərti ilə hələlik 1.000 manat behi qəbul etdiyi qeyd edilmişdir.

4. “X7” MMC-nin xx.xx.2023-cü il tarixli, 013/23 nömrəli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 162 saylı evin 6 nömrəli mənzilində görüləcək təmir-tikinti işlərinə sərf olunan vəsaitin ümumi miqdarı 5.368 manat təşkil edir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/3664 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqatın nəticəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. ünvan 2 ünvanda yerləşən yaşayış evinin 11 saylı mənzilinə keçirilən vizual baxış zamanı mənzildə yenidənqurma işlərinin aparılması müşahidə edildi. Belə ki, mənzilin 3 saylı otağındakı yalnız pəncərəaltı hissəsi sökülmüş və 3 saylı otaqdan 2 saylı otağa keçid üçün istifadə edilən qapı boşluğu genişləndirilərək eni 3,0 metr edilmişdir. Yükdaşıyıcı sütunlara və mərtəbəarası örtüklərə müdaxilə edilməmişdir. 11 saylı mənzildə aparılan yenidənqurma işləri ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, 329 nömrəli Sərəncam verilmiş və görülən işlərlə bağlı "xxxx" MMCdə (Lisenziya nömrəsi: 088769; qeydiyyat nömrəsi: in-İ-874/2016, tarixi: xx.xx.2016) metal konstruksiyadan olmaqla mənzildə gücləndirmə layihəsi (2023-cü il tarixli) tərtib edilmişdir. Lakin 11 saylı mənzil təmir olunduğundan, yenidənqurma işləri (gücləndirmə işləri) aparılan sahələrin üzəri bağlandığından, aparılmış işlərin tikinti norma və qaydaların tələblərinə uyğun olub-olmadığını (tərtib edilmiş gücləndirmə layihəsi uyğunluğu) müəyyən etmək mümkün olmadı. Salatın Əsgərova küçəsi, ev 162 ünvanında yerləşən yaşayış evinin 6 saylı mənzilinin əsas yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yaşayış evinin XX əsrin əvvəllərində inşa edildiyini, evin fiziki cəhətdən köhnəlməsini, evin digər sahələrində də çat və aşınmaların olmasını və müxtəlif illər ərzində yaşayış evinin digər mənzillərində yenidənqurma işlərinin aparıldığı nəzərə alınsa 6 saylı mənzildə yaranmış çat və deformasiyaların yaranma səbəbini müəyyən etmək üçün yaşayış evində ümumilikdə instrumental müayinə-tədqiqat işlərinin aparılması məqsədəuyğun hesab edilir. İddiaçı1 məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinin 6 saylı mənzilində müəyyən edilmiş qüsurların yaranma səbəbi instrumental müayinətədqiqat işləri aparıldıqdan sonra həmin mənzildə müəyyən edilmiş qüsurların aradan qaldırılması üçün təmir-bərpa xərcinin nə qədər təşkil etməsi müəyyən oluna bilər.

6. “X3” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 204 nömrəli mütəxəssis rəyinə əsasən bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının instrumental müayinəsinin aparılmasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin səlahiyyətləri dairəsində olduğunu nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən yaşayış binası və onun tərkibində olan 6 və 11 saylı mənzillər üzrə instrumental müayinə yolu ilə tədqiqatın “X3” MMC tərəfindən aparılması mümkün deyildir. Tədqiq olunan 11 saylı mənzildə söküntü-tikinti, qazıntı və yenidənqurma işlərinə dair icra hakimiyyəti orqanlarının aidiyyəti qurumlarının müvafiq razılıq (icazə) layihə-smeta sənədlərinin olmadığını nəzərə alaraq, ünvan 2 ünvanda yerləşən 11 saylı mənzildə söküntü-tikinti işlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun aparılmaması müəyyən edilir. İddiaçı1 məxsus ünvan 2 ünvanda yerləşən 6 saylı mənzilin ayrı-ayrı konstruktiv elementləri, o cümlədən divar, tavan və döşəmə üzərində müxtəlif ölçü və sayda qüsurlar (çat, çökmə, deformasiya və s.) müşahidə olunmuşdur. Sözügedən mənzildə mövcud qüsurlar müxtəlif səbəblərdən, o cümlədən silkələmədən, vibrasiyadan, zəlzələdən yarana bilər. Belə ki, mənzilin yerləşdiyi binanın 20-ci əsrin əvvəllərində inşa olunmaqla köhnə tikili olduğu, binanın uzun müddət ərzində istismar nəticəsində fiziki aşınmaya məruz qalması, eləcə də binanın digər sahələrində eyni qüsurların mövcudluğu nəzərə alınmalıdır. İddiaçı1 məxsus 6 saylı mənzilin ayrı-ayrı konstruktiv elementləri üzərində mövcud qüsurların yaranma səbəbinin, yəni həmin qüsurların Cavabdeh mənzilində (faktiki olaraq qeyri-yaşayış sahəsidir) aparılmış söküntü-tikinti işləri və ya mənzillərin yerləşdiyi binanın fiziki aşınmaya məruz qalması nəticəsində əmələ gəlibgəlməməsini, eləcə də iddiaçının mənzilinə dəymiş zərərin həcmini yalnız binanın yükdaşıyan inşaat konstruksiyalarının instrumental müayinəsi yolu ilə müəyyən etmək mümkündür. Bu da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin səlahiyyətləri dairəsindədir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/9831 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış evinin 11 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Memarlıq planlaşdırma hissəsi (işçi layihəsi) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən layihə razılaşdırılmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1-ci, 69.7.2-ci və 69.7.3-cü maddələrinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilir. ünvan 3 ünvanında yerləşən 11 saylı mənzildə aparılan söküntü-tikinti işləri nəticəsində İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilə zərər dəydiyi istisna olunmur.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh üzərinə onların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsindəki 162 saylı evin 6-cı mənzilinə vurduğu zərərin aradan qaldırılması öhdəliyinin qoyulması, dəymiş zərərin aradan qaldırılması üçün isə 5.368 manat, mənəvi ziyana görə 2.500 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,68 manat, cəmi 8.166,68 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində, təxminən həmin ayın 4-5-i tarixində Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən 162 saylı evin 11 nömrəli mənzilində qanunsuz olaraq, onların və dövlət orqanlarının razılığı olmadan yaşadığı 1-ci mərtəbəni söküb dağıtmağa başladığına görə onlar dərhal bununla bağlı müxtəlif dövlət və hüquq-mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişlər. Çünki söküntü nəticəsində onların yaşadığı mənzilin yan divarları aralanmış, mənzilin tavanı və dam örtüyü sıradan çıxmış, mənzil tamamilə yararsız və qəzalı vəziyyətə düşmüşdür. Hətta binanın bünövrəsini təşkil edən sütunlar belə cavabdeh tərəfindən götürülmüşdür. Sonda cavabdeh insafa gələrək xx.xx.2022-ci il tarixdə öhdəlik götürüb yararsız vəziyyətə saldığı onların mənzilini təmir etdirəcəyinə dair söz vermiş və öhdəlik götürdüyü gündən sonrakı 10 gün ərzində damın üstündəki daman yerləri düzəltdirəcəyini, yerdə qalan iki otağı isə 2023-cü ilin aprel ayının 15-dən 30-na kimi təmir etdirəcəyinə dair söz vermiş, ilkin təmir üçün də 1.000 manat məbləğində pul vermişdir. Göstərilən tarixə kimi onlar gözləsələr də, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş, söz verdiyi kimi nə damın üstündəki daman yerləri, nə də ki mənzildə təmir işlərini həyata keçirməmişdir. Hazırda mənzil hər an dağıla, o, isə ailə üzvləri ilə birlikdə onun altında qala bilərlər. Bu gün onların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsindəki 162 saylı evin 6-cı mənzilində təmir-tikinti işlərinin görülməsi üçün ən aşağı 6.000 manat məbləğində pul tələb olunur. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar böyük mənəvi sarsıntılar keçirmiş və bu gün də onların mənəvi sarsıntıları davam edir. Onların yaşadığı mənzilin hər an onların üstlərinə aşmaq təhlükəsi var, evin yanından hər dəfə böyük bir maşın keçəndə evdəki əşyalar az qalır ki, dağılıb onların üstlərinə tökülsün. Onlar yaşadıqları stres və qorxu səbəbindən dəfələrlə 103 xidmətinə müraciət etmişlər. Cavabdehin hüquqazidd əməlləri nəticəsində onlar əsəb, stres və mənəvi sarsıntılar keçirdiklərinə görə cavabdeh onlara mənəvi ziyana görə 2.500 manat məbləğində pul ödəməlidir. Bundan başqa, onlar məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə bağladıqları xx.xx.2023-cü il tarixli 658 saylı hüquqi yardım haqqında müqaviləyə əsasən 200 manat ödəniş etdiklərinə görə həmin məbləğ cavabdehdən tutularaq onlara ödənilməlidir.

10. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 162 saylı binanın 11 nömrəli mənzilini qanuni əsaslarla, alqısatqı yolu ilə almışdır. Qeyd olunan bina 1923-cü ildə inşa olunmaqla yaşayış üçün tam yararsız vəziyyətdə olduğuna görə o, mənzili əsaslı təmir etdirmək qərarına gəlmişdir. Mənzili təmir etməyə başlamamışdan əvvəl, ona məxsus mənzilin üstündə yerləşən 6 nömrəli mənzildə yaşayan İddiaçı2 onun mənzili təmir etdirmək istədiyini eşidib əvvəlcədən onun işinə mane olmağa, müxtəlif şərtlər qoymağa, ona problemlər yaradacağını bildirməyə başlamışdır. O, İddiaçı2 yaşlı xanım olduğunu və sairəni nəzərə alaraq ümumi binanın aşınmış, qəzalı vəziyyətdə olan hissələrini də imkan daxilində təmir etdirəcəyini bildirmişdir. O, qonşularla ünsiyyət saxlayarkən, iddiaçıların bina sakinlərinin işlərinə əsassız müdaxilə etdiklərini, əsassız olaraq müxtəlif dövlət orqanlarına çoxsaylı ərizə və şikayətlər ünvanladıqlarını bildirdilər. Ona görə də bina sakinlərinin əksəriyyəti iddiaçılarla ünsiyyətdən qaçaraq, onlarla danışmırlar. Mənzilin də təmir işlərinə başladıqdan sonra İddiaçı2 ondan əsassız olaraq müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət etməyə başlamış, müxtəlif dövlət orqanları iddiaçının ərizəsi əsasında gələrək aparılan tikinti işlərini yerində yoxlayıb, şikayətçiyə müvafiq cavablar ünvanlamışlar. O, binanın yararsız vəziyyətdə olduğunu, qonşu olduğunu, iddiaçıların imkansız, yaşlı adamlar olduğunu nəzərə alaraq, onların yaşadığı mənzilin damını təmir etdirərək qırlatdırmışdır. Bundan sonra iddiaçılar daha çox tələblər irəli sürməyə başlamış, evlərinin işini də görməyi, belə ki, divarlara kağız çəkilməsini, tavana lambir vurulmasını tələb etməyə başladıqlarına görə o, söz-söhbətin bitməsi üçün buna da razılaşmışdır. Ancaq iddiaçılar onların göstərdikləri, xoşlarına gələn materiallarla təmir işlərini tələb etməyə başladıqlarından onun iddiaçıların tələbinə maddi gücü olmadığı üçün o, artıq kömək etməkdən imtina etmişdir. İddiaçılar ondan 5.368 manat məbləğində pulun tutulmasını tələb edərkən əsassız olaraq, “X7” MMC-nin təmir-tikinti işləri üçün sərf olunan vəsaitin ümumi miqdarının müəyyən edilməsinə dair 013/2023 saylı qiymətləndirmə hesabatına əsaslanmışlar. Həmin hesabat iddiaçılara məxsus mənzilin ümumi təmir xərclərini əks etdirir. Həmin hesabatda qeyd olunmuş mənzilə zərər vurulması, kim tərəfindən zərər vurulması aydınlaşdırılmamışdır. Mülkiyyətçiyə başqa kənar təsirlərdən yaranan zərərin müəyyənləşdirilməsi, müvafiq ekspertizanın, tikinti-texniki ekspertizanın aparılması ilə müəyyənləşdirilir ki, bu, iddiaçılar tərəfindən aparılmamış, əsassız olaraq 013/2023 saylı Qiymətləndirmə hesabatı əsas götürülməklə cavabdehə qarşı əsassız iddia verilmişdir. İddiaçıların iddia etdiyi, mənzilə dəyən zərərin konkret olaraq cavabdeh tərəfindən yetirildiyi barədə heç bir sübut göstərilməmişdir. İddiaçıların cavabdehə qarşı irəli sürdüyü iddia əsassızdır, ona görə də iş üzrə icraata xitam verilməlidir.

11. Məhkəmə tərəfindən mübahisə predmeti olan binaya yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən bina, həqiqətən də, qeyd edildiyi kimi uzun müddət istismarda olan köhnə binadır, iddiaçıya məxsus mənzildə iddia edilən çatlar və digər qüsurlar (çökmə, deformasiya və s.) vardır, onlar tavanda, döşəmədə, divarlarda mövcuddur. Xüsusən cavabdehə məxsus sahədə qapı boşluğunun genişləndirildiyi bildirilən hissənin üstündə döşəmədə və divarın döşəməyə yaxın hissələrində çatlar və digər qüsurlar (çökmə, deformasiya və s.) müşahidə olunmuşdur.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-43/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4.368 manat məbləğində maddi zərərin əvəzinin alınaraq İddiaçı1, 500 manat məbləğində mənəvi zərərin əvəzinin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 80 manat, hüquqi xidmət xərcinin 150 manat hissəsinin, iddiaçı tərəfindən ödənilmiş 100 manat ekspertiza xərcinin Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçılara aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 50 manat hissəsinin Cavabdeh, qalan 50 manat hissəsinin isə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyi üçün tələb edilən 400 manat məbləğində pulun 350 manat hissəsinin Cavabdeh, qalan 50 manat hissəsinin isə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq “X3” MMC-nin hesabına köçürülməsi qət edilmişdir (hakim X9).

13. Məhkəmə iddianın maddi ziyanın ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, mənzilin tam mülkiyyət hüququ əsasında İddiaçı1 mülkiyyətində olması müəyyən edildiyindən, mənzilə vurulmuş maddi ziyanın ödənilməsini tələb etmək hüququ da məhz ona məxsusdur. Digər iddiaçı (həyat yoldaşı) İddiaçı2 ilə cavabdeh tərəfindən əlyazma ilə sadə yazılı formada tərtib edilmiş sənəddə cavabdeh özünə məxsus sahədə apardığı təmir işləri zamanı iddiaçılara məxsus mənzilə zərər vurması faktını öz imzası ilə təsdiq etmiş, bunu aradan qaldırmaq üçün onların mənzilində bəzi təmir işləri gördüyünü qeyd etsə də, qalan işləri müəyyən müddətdə görəcəyinə dair öhdəliklər götürərək, 1.000 manat məbləğində pulu götürdüyü öhdəliklərinin təminatı kimi İddiaçı2 saxlamış, lakin sonradan üzərinə götürdüyü həmin öhdəlikləri yerinə yetirməmişdir. Sənəddəki imzanın cavabdehə məxsusluğu onun tərəfindən mübahisələndirilməmiş, 1.000 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçılara verilməsi faktı isə iddiaçı tərəfin izahatları ilə bir daha öz təsdiqini taparaq işin mübahisəsiz halına çevrilmişdir. Beləliklə, həmin sənədin mötəbər sayılmaması üçün məhkəmə tərəfindən heç bir əsas müəyyən edilməmişdir. İddiaçı mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün tələb edilən məbləğin 5.368 manat olmasına dair qiymətləndirmə hesabatı təqdim edərək, bu məbləğin cavabdehdən tutulmasını tələb etmiş, cavabdeh isə əvvəlcə zərərin onun tərəfindən törədilməsinə dair sübutun olmadığını, habelə tələb edilən məbləğin mənzilin bütün təmir xərclərini əks etdirdiyini, halbuki, bütün bu zərərin onun tərəfindən vurulmadığını, binanın onsuz da qəzalı vəziyyətdə olduğunu bildirmişdir. “Cavabdehin özünə aid sahədə təmir işləri aparan zaman İddiaçı1 məxsus mənzilə zərər vurduğunu qəbul edərək, bunu aradan qaldırmaq üçün mənzilə lambirin vurması və müəyyən müddətə mənzili təmir etməyi öhdəsinə götürməsi, bu məqsədlə 1.000 manat məbləğində pulu təmirlə bağlı öhdəliklərinin təminatı kimi digər iddiaçıya verməsinə dair” mötəbər sübutun iş materiallarında olmasını, istər dövlət, istərsə də özəl ekspertiza təşkilatları, o cümlədən tikintidə təhlükəsizliyə nəzarəti həyata keçirən dövlət agentliyi tərəfindən hazırkı iş üzrə verilmiş rəylərdə iddiaçının mənzilindəki mövcud qüsurların cavabdehə məxsus qeyri-yaşayış sahəsində həyata keçirilmiş işlər nəticəsində yaranmasını təkzib edən hər hansı məlumat olmamasını, rəylərdə də, cavabdehin etirazında da vurğulanan binanın köhnə, qəzalı vəziyyətdə olmasının məhkəmə tərəfindən keçirilmiş yerli baxışla da öz təsdiqini tapmasını və rəylərdən birində qüsurların silkələmə, vibrasiyadan əmələ gələ bilməsinin mümkünlüyünün qeyd edilməsini, mənzilin altında yerləşən qeyri-yaşayış sahəsində pəncərəaltı sökülməsi, qapı boşluğunun genişləndirilməsi kimi işlərin isə silkələmə olmadan həyata keçirilməsinin mümkünsüzlüyünü, habelə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sonuncu rəydə iddiaçının mənzilində qüsurlar yaranmasının cavabdehə məxsus sahədəki işlərlə əlaqəli olma halının istisna edilməməsinin göstərilməsini nəzərə alan məhkəmə cavabdehin qeyd edilən dəlillərini əsassız sayır. Cavabdehin binanın istismar müddəti bitməklə qəzalı vəziyyətdə olması barədə gətirdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, binanın iddia edildiyi kimi köhnə, uzunmüddətli istismarda və qəzalı vəziyyətdə olması məhkəmə tərəfindən yerli baxış zamanı da müəyyən edilmişdir, məhz buna görə belə bir binada müvafiq qurumların icazəsi olmadan, müvafiq qanunvericiliyin tələblərini pozmaqla həyata keçirilmiş işlərin (qapı boşluğunun genişləndirilməsi və s.) iddiaçıların mənzilinə zərər vurması ilə nəticələnməsi ağlabatan sayılır. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh tərəf son olaraq hazırkı məhkəmə iclasında iddiaçılara 2.500 manat məbləğində pul verməyi təklif etmişdir. Beləliklə, istər məhkəmədən əvvəl, istərsə də məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfin etiraf xarakterli hərəkətlər etməsi, iş materiallarındakı rəylərdə iddiaçının iddia etdiklərini təkzib edən hər hansı halın müəyyən edilməməsi nəzərə alındıqda məhkəmə hesab edir ki, iddiaçının mənzilinə vurulmuş zərərin əvəzini ödəməyə borclu olan şəxs məhz cavabdehdir. Cavabdehin apardığı yenidənqurma işlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaması, yəni cavabdehin delikt törətməsi (törətdiyi əməlin hüquqazidd olması) iş materiallarında olan rəylərlə öz təsdiqini tapır. Tələb edilən məbləğlə bağlı isə qeyd edilməlidir ki, cavabdeh tərəfindən bu zərərin daha az məbləğdə olmasına dair sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə araşdırmaları zamanı nə dövlət, nə də özəl ekspertiza mərkəzləri tərəfindən verilmiş rəylərdə zərərin məbləği ilə bağlı tədqiqat aparılmasının mümkün olmaması qeyd edildiyindən, o cümlədən iddiaçının təqdim etdiyi qiymətləndirmə hesabatının mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilmədiyindən, həmin hesabatda göstərilən məbləğ əsas götürülməli, sözügedən məbləğdən (5.368 manat) isə cavabdehin beh kimi ödədiyi məbləğ (1.000 manat) çıxılmaqla, qalan məbləğ (4.368 manat) cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Cavabdeh 4.368 manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı1 verilməlidir. Cavabdehin 2.500 manat məbləğində pulu təklif etməsi məhkəmə tərəfindən tələbin qismən etirafı kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, tələb həmin həcmdə həm də cavabdehin qismən etirafına əsaslanaraq təmin edilir.

14. Digər İddiaçı2 maddi ziyanla bağlı tələbinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, mənzilə vurulmuş zərərlə bağlı tələb hüququ mənzilin mülkiyyətçisinə məxsus olduğundan və İddiaçı2 mənzilin mülkiyyətçisi olmadığından, onun bu tələbi təmin edilməməlidir. Qeyd olunmalıdır ki, mənzilin birgə mülkiyyət olub-olmamasını müəyyən etmək isə hazırkı məhkəmə araşdırmasının predmeti deyildir.

15. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehə məxsus sahədə aparılan yenidənqurma və s. işlər nəticəsində iddiaçıların yaşadığı mənzilə zərər vurulması, o cümlədən cavabdeh tərəfindən vəd edilən müddətdə bütün zərərin aradan qaldırılmaması səbəbindən iddiaçıların mənəvi zərərə məruz qalması ağlabatandır. İddiaçılar vurulmuş mənəvi zərəri 2.500 manat məbləğində qiymətləndirsələr də, məhkəmə qiymətləndirmə sərbəstliyinə əsaslanaraq və diqqətəlayiq halları (iddiaçıların yaşını, mübahisə predmeti olan binanın uzun müddət istismarda olmasını, cavabdehin törətdiyi delikti aradan qaldırmaq üçün bəzi təmir işləri görüb qalan işlər üçün beh verməsi və məhkəmə araşdırmaları zamanı da qismən etiraf xarakterli hərəkətlər etməsini və s.) nəzərə alaraq hesab etmişdir ki, onlara dəymiş mənəvi zərərin 500 manat məbləğində müəyyən edilməsi daha ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə də qismən təmin edilməli, Cavabdeh 500 manat məbləğində mənəvi zərərin əvəzi alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. İddiaçı2 sözügedən mənzildə qeydiyyatda olmaqla yaşadığından məhkəmə hesab etmişdir ki, onun mənəvi zərərlə bağlı tələbə subyektiv hüququnun olması mübahisəsizdir və baş verənlərlə bağlı mülkiyyətçi ilə yanaşı, onun da stres keçirməsi və iztirab çəkməsi tamamilə ağlabatandır.

16. İddia tələbinin “mənzilə vurulmuş zərərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, bu tələbin təmin edilməsi iddiaçıların əsassız varlanması ilə nəticələnəcəkdir. Belə ki, hazırkı qətnamə ilə mənzilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi məhkəmə tərəfindən qismən təmin edildiyindən, yəni cavabdeh tərəfindən mənzilə vurulmuş zərər onun əvəzini pul ilə ödəmək yolu ilə aradan qaldırılacağından, yenidən belə bir öhdəliyin cavabdehin üzərinə qoyulması düzgün deyildir. Mülki qanunvericiliyin tələbinə görə məhkəmə işin hallarına uyğun olaraq ya cavabdehin üzərinə zərərin əvəzini naturada ödəmək (zədələnmiş əmlakı düzəltmək), ya da əvəz olaraq pul ödəmək öhdəliyi qoya bilər. Hazırkı işin faktiki hallarını nəzərə alan məhkəmə (cavabdeh iddiaçıların təmir üçün zəruri olan materiallarla bağlı ondan əlavə tələblər etdiyini, buna görə də təmiri davam etdirmədiyini bildirmişdir) gələcəkdə qətnamənin səmərəli icrasının təmin edilməsi məqsədilə maddi zərərin ödənilməsi ilə bağlı tələbin qismən təmin edilərək, iddia tələbinin bu hissəsinin təmin edilməməsinin məqsədə müvafiq olduğu qənaətinə gəlmişdir.

17. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 80 manat, hüquqi xidmət xərcinin 150 manat hissəsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat ekspertiza xərci cavabdehdən alınaraq iddiaçılara verilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçılara aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 50 manat hissəsi cavabdehdən, qalan 50 manat hissəsi isə iddiaçılardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; mütəxəssis rəyi üçün tələb edilən 400 manat məbləğində pulun 350 manat hissəsi cavabdehdən, qalan 50 manat hissəsi isə iddiaçılardan müştərək qaydada alınaraq “X3” MMC-nin hesabına köçürülməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 21ci, 152-ci, 157-ci, 386-cı 459-cu, 1096-1097-ci, 1115-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 52-ci, 76-77-ci, 80-ci, 88-ci, 101-ci, 103-cü, 106-107-ci, 115-ci, 119cu, 121-ci, 191-ci, 217-ci, 220-ci, 265-ci maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəməsinin Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş haqqın əvəzinin cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, “X7” MMC-nin xx.xx.2023-cü il tarixli, 013/23 nömrəli qiymətləndirmə hesabatında iddiaçıların mənzilində görüləcək təmir-tikinti işlərinin yekun dəyəri 5.368 manat olaraq müəyyən edilmişdir. Bu rəqəm cavabdehin onlara əvvəldən ödədiyi 1.000 manat məbləğini nəzərə alaraq təqdim edilmişdir və beləliklə, yekun məbləğ artıq cavabdehin töhfəsini əks etdirir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, 5.368 manat məbləğdən cavabdehin verdiyi 1.000 manat çıxılmaqla yekun olaraq 4.368 manat tutulmalıdır. Bu yanaşma faktiki olaraq cavabdehin artıq ödədiyi məbləğin iki dəfə çıxılması deməkdir və nəticədə iddiaçının ziyanın tam həcmdə ödənilməsi hüququ kobud şəkildə pozulmuşdur. Qeyd etmək lazımdır ki, hesabatda 5.368 manat artıq cavabdehin ödənişi nəzərə alınmaqla yekunlaşdırılmışdır, buna görə də əlavə çıxılma heç bir hüquqi əsasla əsaslandırılmamışdır. Onlar xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin yalnız xx.xx.2025-ci ildə qətnamə çıxarılmışdır. İki ildən artıq müddət ərzində onlar qəzalı vəziyyətdə olan mənzildə yaşamağa məcbur olmuş, hər gün ailə üzvlərinin həyatının təhlükə altında qalması ilə bağlı dərin qorxu və gərginlik keçirmiş, gündəlik həyatda narahatlıq, əsəb və psixoloji sarsıntılarla üz-üzə qalmışlar. Təhlükənin davamlı xarakter daşıması səbəbindən onlar dəfələrlə təcili tibbi yardıma müraciət etməyə məcbur olmuş, bu da mənəvi iztirabların miqyasını açıq şəkildə göstərmişdir. Belə hallarda birinci instansiya məhkəməsinin müəyyən etdiyi 500 manat məbləğ nə onların illərlə yaşadığı ruhi sarsıntıların ağırlığını, nə də keçirdikləri psixoloji əzabların dərinliyini əks etdirir və formal yanaşmadan ibarətdir. Ədalət və ağlabatanlıq prinsiplərindən çıxış edərək yalnız tələb olunan 2.500 manat kompensasiya onların real mənəvi iztirablarını, keçirdikləri stress və sarsıntıların miqyasını düzgün qiymətləndirə və bu pozuntunun adekvat həllinə xidmət edə bilər.

21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzil alınarkan tam qəzalı və yaşayış üçün tam yararsız vəziyyətdə olmuş, divarlarda iri çatlar var idi. Mənzili alaraq təmir etdirəcəyini eşidən qonşular xeyir dua verdilər. Lakin üst qonşu olan 6 saylı mənzilin sahibləri hər vəclə təmirə mane olacaqlarını bildirirdilər. Mənzilin yerləşdiyi bina 1923-cü ildə inşa olunduğundan, yaşayış üçün tam yararsız vəziyyətdə idi. Əvvəllər binanın yerləşdiyi küçədən tramvay xətti keçmişdi və binanın altından metro xətti keçir. Bütün bunlar, ümumi binanın qəzalı vəziyyətdə olmasına təsir etmişdir. Ona görə də o, mənzili əsaslı təmir etdirmək qərarına gəlmişdir. Mənzili təmirə başlamamışdan əvvəl, onun mənzilin üstündə 6 saylı mənzildə yaşayan İddiaçı2, təmir etdirmək istədiyini eşidib əvvəlcədən işə mane olmağa, müxtəlif şərtlər qoymağa, problemlər yaradacağını bildirməyə başladı. Onun yaşlı xanım olduğunu nəzərə alaraq o, ümumi binanın aşınmış, qəzalı vəziyyətdə olan hissələrini də imkan daxilində təmir etdirəcəyini bildirmişdir. Qonşularla ünsiyyət saxlayarkan, həmin şəxslərin bina sakinlərinin işlərinə əsassız müdaxilə etdiklərini, əsassız olaraq müxtəlif dövlət orqanlarına çox saylı ərizə şikayətlər ünvanladıqlarını bildirdilər. Ona görə də bina sakinlərinin əksəriyyəti onlarla ünsiyyətdən qaçaraq, onlarla danışmırlar. O, binanın yararsız vəziyyətdə olduğunu, qonşu olduğunu, cavabdehlərin imkansız, yaşlı adamlar olduğunu nəzərə alaraq, onların yaşadığı mənzilin damını da təmir etdirərək, qırlatmış, balkonu lambrinlə üzlətdirmişdir. Bütün bu işlər üçün o, təxminən 4.000 manata qədər vəsait qoymuşdur. Bundan sonra cavabdehlər daha çox tələblər irəli sürməyə, o cümlədən evlərinin işini, divarlara kağız çəkilməsini, tavana lambir vurulmasını tələb etməyə başlamışlar. Söz söhbətin bitməsi üçün o, buna da razılaşmışdır. O, iddiaçıların tələbi ilə əlavə olaraq 1.000 manat pul verdi ki, evlərinə əlavə təmir işlərini başa çatdırsınlar. Ancaq cavabdehlər onların göstərdikləri, onların xoşlarına gələn materiallarla təmir işlərini tələb etməyə başladılar. O da maddi gücü olmadığı üçün bundan imtina etdi. Təmir, bərpa işlərinə başlamadan öncə S. Əskərova küçəsi, ev 62 mənzil 11 ünvanda divar boşluğunun gücləndirilməsi məqsədi ilə "xxxx" MMC tərəfindən lahiyə (X6) və qeyri-yaşayış obyektinin işçi lahiyəsi (Memarlıq planlaşdırma hissəsi) hazırlanmış və həmin lahiyyələr əsasında təmir bərpa işləri aparılmışdır. Məhkəmə qərar qəbul edərkən təmir-bərpa işlərinin "xxxx" MMC tərəfindən hazırlanmış lahiyələr əsasında aparıldığını nəzərə almamış, əsassız qətnamə çıxarmışdır. Həmçinin məhkəmə qətnamə çıxararkan mənzilin yerləşdiyi binanın 1923-cü ildə inşa olunduğunu, əvvəllər binanın yerləşdiyi küçədən tramvay xətti keçdiyini və binanın altından metro xətti keçdiyini, binanın qəzalı vəziyyətdə olmasını nəzərə almamışdır. Obyektdə tikinti-texniki ekspertiza keçirilərkən binanın 1923-cü ildə inşa olunduğunu, əvvəllər binanın yerləşdiyi küçədən tramvay xətti keçdiyini və binanın altından metro xətti keçdiyini, binanın qəzalı vəziyyətdə olmasını nəzərə almamış, yalnız 6 saylı mənzildə olan çatları təhqiq etməklə natamam rəy vermişdir. Ekspertiza keçirilərkən qonşu mənzillərdə də, divarlarda çatların olması barədə bildirərək, həmin mənzillərə baxış keçirilməsini və ümumi yekun nəticəyə gəlinərək rəy verilməsini xahiş etsə də, vəsatəti təmin olunmamış, nəməlum səbəblərdən ekspertiza natamam aparılmışdır. İddiaçılar, ondan, 5.368 manat məbləğində pulun tutulmasını tələb edərkən əsassız olaraq, “ X11” MMC-in təmir tikinti işləri üçün sərf olunan vəsaitin ümumi miqdarının müəyyən edilməsinə dair 013/2023 saylı Qiymətləndirmə hesabatına əsaslanmışdır. Ancaq qiymətləndirmə aparılarkən onun iştirakı təmin olunmamış, onun tərəfindən 6 saylı mənzildə apardığı təmir bərpa işləri nəzərə alınmamış, uzun illər ərzində köhnəlmə və yeraltı titrəmələr hesabına yaranmış divar çatları nəzərə alınmamış, guya onun alt mərtəbədə apardığı təmir bərpa işlərininin nəticəsində mənzilə zərər vurulmuşdur (divarlarda qeyd olunmuş çatlar qonşu mənzillərin divarlarında da var və qonşuların dediyinə görə həmin çatlar uzun illər əvvəl yaranmışdır).

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

26. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

27. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

31. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Hazırkı apellyasiya şikayətlərində qətnamə iddianın təmin və rədd edilən hissəsində mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçılar ər-arvaddır, onlar cavabdehlə qonşudurlar. Belə ki, ünvan 5 ünvanında yerləşən 6 saylı mənzil İddiaçı1, 11 saylı mənzil isə cavabdehin mülkiyyətindədir. Cavabdehə məxsus mənzil sonradan təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilmişdir.

37. Hazırda iddiaçılar cavabdehin ona məxsus sahədə apardığı təmir-tikinti və yenidənqurma işləri nəticəsində onlara məxsus mənzilin qəzalı vəziyyətə düşdüyü, nəticədə cavabdehin təqsirli hərəkətləri nəticəsində onlara maddi və mənəvi zərərin vururlduğunu bildirirlər, maddi zərərə görə 5.368 manat, mənəvi ziyana görə 2.500 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,68 manat, cəmi 8.166,68 manat məbləğində pulun cavabdehdən onların xeyrinə tutulmasını tələb edirlər. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, 3.000 manat (ödədiyi 1.000 manatdan əlavə 2.000 manat) məbləğin ödənilməsinə razı olduğunu (birinci instansiya məhkəməsində 2.500 manat təklif etmişdir) bildirir və iddianın həmin hissədə təmin edilməsinə etiraz etmədiyini bildirir.

38. Məhkəmə kollegiyası iddianın “vurulmuş maddi zərərin əvəzinin tutulması” hissəsinə münasibətdə ilk növbədə qeyd edir ki, mübahisəli ünvanda yerləşən 6 saylı mənzil İddiaçı1 mülkiyyətində olduğundan və digər İddiaçı2 həmin mənzil üzərində ümumi birgə mülkiyyət hüququnun olmasının hazırki mübahisənin predmetini təşkil etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq mənzilə vurulmuş maddi zərərin əvəzinin tutulması hissəsində İddiaçı2 subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir.

39. Məhkəmə kollegiyası maddi zərərin əvəzi kimi tutulan məbləğə münasibətdə qeyd edir ki, iddiaçı tərəfin bununla bağlı dəlili cavabdeh tərəfindən nağd şəkildə verilmiş 1.000 manat məbləğin iddia tələbində göstərilən məbləğə daxil edilmədiyi, lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin həmin məbləğin ödənilməsini nəzərə alaraq iddianı qismən təmin etməsi ilə bağlıdır. Cavabdeh tərəf ümumilikdə qətnamənin ləğv edilməsini xahiş etsə də, 3.000 manat vurulmuş zərərə görə ödəniş etməyə razı olduğunu bildirməklə, əslində onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulduğunu qəbul etmiş olur. 4039. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddianın bu hissədə qismən etiraf edilməsini, habelə iş materiallarında yer alan ekspert və mütəxəssis rəyləri ilə mübahisə predmetini təşkil edən mənzilə zərərin cavabdeh tərəfindən aparılmış təmirtikinti və yenidənqurma işləri nəticəsində (onların təsiri ilə) vurulmasının istisna edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehin bu qəbildən olan dəlilləri əsassızdır və təmin edilməməlidir. Bu konteksdə məhkəmə kollegiyası o halı da nəzərə alır ki, cavabdeh nəinki 3.000 manat ödəniş edilməsinə razılıq vermiş, habelə məhkəmə mübahisəsi başlanılan dövrə qədər vurulmuş maddi zərərin əvəzi kimi iddiaçılara 1.000 manat ödəniş etmiş, iddiaçılara məxsus evin damını qırlatmış və hətta divar kağızlarının və lambrinin dəyişdirilməsinə də razılıq vermişdir.

40. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, “X7” MMCnin xx.xx.2023-cü il tarixli, 013/23 nömrəli qiymətləndirmə hesabatına əsasən iddiaçıya məxsus mübahisəli mənzildə görüləcək təmir-tikinti işlərinə sərf olunacaq vəsaitin ümumi məbləği 5.368 manat müəyyən edilmişdir. İddiaçı da məhz həmin məbləğdə maddi zərərin əvəzi kimi cavabdehdən pul tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi də qiymətləndirmə hesabatında iddiaçının mənzilinə vurulmuş zərərlə iddia tələbinin eyni məbləğdə olmasını, həmin məbləğdən 1.000 manat hissəsinin cavabdeh tərəfindən nağd şəkildə ödənilməsini nəzərə alaraq haqlı olaraq dəymiş zərərin ümumi məbləğindən 1.000 manat məbləği çıxaraq iddianı qismən təmin etmişdir.

41. Məhkəmə kollegiyası mənəvi zərərin əvəzinin tutulması ilə bağlı qeyd edir ki, iddiaçılar mübahisəli ünvanda yerləşən 6 saylı mənzildə yaşayırlar. Onların təmir-tikinti işlərinin görülməsi nəticəsində mənzilə dəymiş zərərə görə əsəb, stres, həyəcan keçirməməsi mümkün deyil. Belə ki, iddiaçıların hər ikisi təqaüdçüdür və zamanlarının əksər hissəsini hazırda mübahisə predmetini təşkil edən evdə keçirirlər. Başqa sözlə, iddiaçılar günün istənilən saatı mənzildə cavabdehin hərəkətləri nəticəsində yaranmış maddi zərərin fəsatları ilə qarşılaşırlar. Bütün bunlar da məhz birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçıların xeyrinə mənəvi zərərin tutulması ilə bağlı mövqeyinin əsaslı olduğunu təsdiq edir.

42. Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin əvəzi olaraq, nəticə etibarı ilə iddiaçıların xeyrinə 500 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, bu məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə ödənilməsini ağlabatan və ədalətli hesab edir.

43. Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razlışar və bu xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib hesab edir.

44. Məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Cavabdehlə yanaşı iddiaçılar tərəfindən də apellyasiya şikayəti verildiyindən və həmin şikayət təmin edilmədiyindən, apellyasiya instansiya məhkəməsindəki icraatda iştirakla bağlı hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul da cavabdehdən tutula bilməz və iddiaçıların özlərinə aid edilməlidir.

45. Məhkəmə kollegiyası vurğulayır ki, iddianın təmin edilən və edilməyən hissələrində iddianın qiyməti 5.000 manatdan az olduğundan tərəflər qətnamədən kassasiya şikayəti verə bilməzlər.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, habelə Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-43/2025 saylı qətnaməsi tərəflərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar