Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5722/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı X5 qızı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Sideif-X4 Cavabdeh qarşı “cavabdehin eyvanında daxil olmasının, əşyanın qoyulmasının qarşısının alınması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(006)-700/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X5 qızı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehə onun eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması eləcə də digər müdaxilələrin qadağan edilməsinə, onun eyvanından onun hesabına (çöl tərəfindən) qonşunun pəncərəsinə pəncərədən 25 sm məsafədə dəmir barmaqlıqlığın quraşdırılmasına mane və müdaxilə cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə 1989-cu ildə Bakı şəhəri, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 54 saylı mənzili almış və hazırda ailəsi ilə birlikdə yaşayır. Cavabdeh və onun bacısı X3 atasının vəfatından sonra 2002-ci ildə 52 saylı mənzilə köçmüşdür, onların mənzilə köçəndən sonra aralarında sahibliyində olan eyvan mübahisəsi başlamışdır. 2014-cü ildə Nəsini Rayon Məhkəməsindən ona qarşı iddia qaldırmış, eyvanın bir hissəsi onun mülkiyyətinə verilməsini tələb etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5498/2014 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-816/2015 saylı qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Amma illər keçdikcə Cavabdeh onu rahat buraxmır. Müxtəlif yollarla onun eyvanına qeyri-qanuni yollarla pəncərəsindən tullanıb, qadına yaraşmayan hərəkətlərə əl atır. Onun gənc, 32 yaşlı oğlunu provokasiya edir, onların eyvanlarına çıxan qapıdan evə soxulur və bununla da ümumiyyətlə onların mülkiyyət hüquqlarını pozur. 2015ci ildə “102”-yə dəfələrlə bu hadisə ilə əlaqədar yazılı və şifahi formada müraciət etmişdir. 2017-ci ilə onların bina “Bakı Abadlıq” şirkəti tərəfindən təmir edilirdi və onun şikayət ərizəsi nəticəsində onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin ediıməsi məqdəsi ilə Bakı şəhəri Nəsimi rayonu 22-ci Polis Bölməsinin rəisi polis polkivnik-leytenant Zaur Əliyevin 52 saylı mənzilin onun eyvanına çıxan pəncərəyə dəmir barmaqlıqlar qoyulmasını polis qərara almışdır, yalnız Cavabdeh “Bakı Abadlıq” şirkətinin işçilərinin işinə maneəçilik yaradaraq, dava-dalaş salaraq həmin dəmir barmaqlıqların qurulmasına imkan verməmişdir. Cavabdeh onları narahat etməkdə davam edir və hər gün pəncərəni açır və eyvana daxil olur. Analoji vəziyyət 3-cü mərtəbədə də var, sadəcə orada qonşu dəmir barmaqlıqlar qoyub və bu məsələ birdəfəlik həll olunub. Ona məxsus mənzilin texniki pasportundan da göründüyü kimi mənzilin eyvanı vardır. Amma qonşunun mənzilində hər hansı bir eyvanı yoxdur. Lakin qonşu mənzilinin pəncərəsi vardır ki, həmin pəncərə onun eyvanına baxır. Cavabdehin pəncərəsi onun eyvanına baxır, amma uzun müddətdir ki, qonşu onun eyvanını öz eyvanı kimi istifadə edir. İndi də ona məxsus eyvana paltar qurudulması üçün asılqan qoyaraq paltarlarını qurudur. Bundan başqa lazımsız əşyalarını də pəncərəsindən eyvana yığır. Artıq illərdir ki, məcbur qalıb eyvanının qapısını bağlı saxlamalı olur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(006)-700/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli eyvan bütünlüklə ona məxsusdur, cavabdehin yalnız pəncərəsi həmin eyvana baxır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, izahatları dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehə iddiaçının eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması eləcə də digər müdaxilələrin qadağan edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 04.03.1997-ci il tarixli MH seriyalı 042000 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 15 mənzil 54 Sideif-X4 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 30/116094 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 13.06.2002-ci il tarixli ÖM seriyalı 111937 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 15 mənzil 52 X1 və X2 paylı mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 953 saylı reyestr kitabının 143148 nörməli vərəqində 30/1371 nömrə ilə qeydiyyat aparılmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5498/2014 saylı 15.10.2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh və X1 cavabdeh İddiaçı maraqlı şəxslər Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinə qarşı “mənzillər arasında olan küçə eyvanının cavabdehin hesabına hər iki yerə bölünərək arakəsmə ilə bağlanması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-816/2015 saylı 03.03.2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh və X1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5498/2014 saylı 15.10.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə göstərilmişdir ki, mübahisələndirilən eyvan hər iki mənzilin ümumi istifadəsindədir, lakin 54 saylı mənzildə balkon yazılsa da, 52 saylı mənzildə yazılmamışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən X5 qızına ünvanlanmış 10.07.2015-ci il tarixli məktubundan görünür ki, qonşular Cavabdeh və X3 mənzillər arasında olan küçə eyvanının iki yerə bölünərək arakəsmə ilə bağlanması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə və Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişlər, ancaq hər iki məhkəmədə qaldırılan iddia təmin edilməmiş və bu haqda Nəsimi Rayon Məhkəməsinin 15.10.2014-cü il tarixli və Bakı Apelyasiya Məhkəməsinin 03.03.2015-ci il tarixli qətnamələrinin surətləri S.Sideif-Zadəyə və iddiaçılara göndərilmişdir. Cavabdeh S.Sideif- Zadənin balkona tullanması, ailə üzvlərini səslənməsi və digər hərəkətlərinin qarşısının alınması məqsədi ilə onun pəncərəsinə reşotka qoyulması ancaq mənzil sahibinin razılığı əsasında mümkün ola bilər. Göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 52 saylı mənzilinin və Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 54 saylı mənzilinin texniki pasportlarından müəyyən edilir ki, 52 saylı mənzilin pəncərəsi, 54 saylı mənzilin isə qapısı mübahisəli eyvana açılır. 54 saylı mənzilin eyvana qapısı olmaqla, onun həmin eyvandan istifadə etmək imkanı texniki sənədlərlə nəzərdə tutulmuşdur, 52 saylı mənzilin isə otağının iki pəncərəsindən biri eyvana açılmaqla, həmin mənzilə eyvandan istifadə etmək imkanı verən qapı texniki pasportda nəzərdə tutulmamışdır. Belə olan halda, 52 saylı mənzilin eyvana baxan pəncərəsi olsa da, bu hal cavabdehə həmin eyvandan istifadə etmək imkanı vermir. Mübahisəli eyvan hər iki mənzilin divarlarına bitişik olmasına baxmayaraq, mənzillərə aid texniki pasporta əsasən mübahisəli eyvandan istifadə etmək imkanı yalnız iddiaçıya aiddir. Cavabdehin pəncərədən həmin eyvana daxil olması, özünə məxsus əşyaları qoyması və ya atması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, bu hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin qonşunun pəncərəsinə 25 sm məsafədə dəmir barmaqlıqların quraşdırılmasına maneənin cavabdehə qadağan edilməsi hissəsində Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq iddianı rədd etmişdir. Cavabdehə məxsus pəncərələrə dəmir barmaqlıqların quraşdırılması mənzil sahibinin, yəni cavabdehin razılığı ilə mümkün olduğundan, iddia tələbinin bu hissədə təmin edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-700/2021 saylı mülki iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi qismən - cavabdehə iddiaçının eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması, eləcə də digər müdaxilələrin qadağan edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh iddiaçının eyvanına daxil olması, eyvana hər hansı əşya qoyması və ya atması, eləcə də digər müdaxilələr qadağan edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5722/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5722/2021
21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver