Məhkəmə qərarları › İş №2(103)-5725/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5725/2024

02.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5725/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X12 və cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Cavabdeh qarşı (FHN, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “texniki yanlışlıqların aradan qaldırılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda müvafiq düzəlişin edilməsi və özbaşına tikililərin sökülməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-223/2009 saylı işi üzrə xx.xx.2009cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi (bundan sonra - Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) Cavabdeh, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər-Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon “20 Yanvar” küçəsində yerləşən 1 saylı evin 1-ci mənzilinin ümumi sahəsi 109,66 kv.m. olan hissəsində texniki yanlışlıqların aradan qaldırılması, həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında müvafiq düzəlişin edilməsi və orada aparılmış özbaşına tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon "20 Yanvar" küçəsində yerləşən 1 saylı evin 1-ci mənzili xx.xx.1994-cü il tarixdə X5 adına özəlləşdirilmiş, xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsi üzrə X6 adına keçmiş və bu barədə ona xx.xx.1997-ci il tarixli 105201 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X3 Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsindən xx.xx.2007-ci il tarixdə hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə ) dair reyestrdən arayış almış ve həmin arayışda mənzilin ümumi və köməkçi sahəsi göstərilməmiş, yaşayış sahəsi isə düzgün olaraq 27.73 kv.m kimi qeyd edilmişdir. X15 "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq əvvəl yaranmış hüquqların qeydiyyatı məqsədi ilə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək qeydiyyat vəsiqəsini təhvil vermiş və onun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsini xahiş etmişdir. Məlum olduğu kimi, köhnə qeydiyyat vəsiqələrinin formalarında daşınmaz əmlakın yaşayış sahələri göstərilsə də, köməkçi sahələr texniki sənədlərdə öz əksini tapırdı. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərindəki və elektron daşıyıcısındakı yazıları bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir. Bu səbəbdən Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində mütəmadi olaraq həmin məlumatların uyğunluğunu təmin etmək məqsədi ilə yoxlamalar aparılmış, belə yoxlamalar nəticəsində köhnə qeydiyyat vəsiqəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilərkən, köhnə reyetsrdəki məlumatların yeni reyestr kitablarına texniki yalnışlıq nəticəsində səhv köçürüldüyü, ümumi sahəsinin 109.66 kv.m kimi qeyd olunduğu məlum olmuşdur. Eyni mənada nizamnaməyə uyğun olaraq Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin mühəndisləri tərəfindən sahəyə baxış keçirilmiş və bu barədə müayinə aktı tərtib edilmişdir. Həmin aktdan müəyyən olunmuşdur ki, Bakı şəhari Nəsimi rayonu 4-cü mikrorayon "20 Yanvar” küçəsində 1 saylı yerləşdiyi 1 saylı binanın yarımzirzəmi ərazisində və mühafizə zolağı ərazisinə düşən 50 kv.m. ölçüdə özbaşına tikili inşa edilmiş, bununla da binanın görkəminə ciddi xələl gətirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 174 saylı qərari ilə təsdiq edilmiş "Daşınmaz dövlət reyestrindən çıxarışın forması və tərtibi Qayda"sının 2.2.6-cı bəndinə əsasən yeni formalı çıxarışlarda mənzilin tam texniki göstəricilərinin qeyd edilməsi zəruri olduğuna görə yeni çıxarışda yaşayış sahəsinin ölçüsü düz göstərilsə də, ümumi sahə qeyd edilən texniki yanlışlıq nəticəsində 109.66 kv.m. ölçüdə göstərilmişdir. Həmin çıxarış əsasında X3 Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən daşınmaz əmlaka hüquqların məhdudiyyətin (yüklülüyünün) olub-olmamasına dair reyestrdən xx.xx.2008-ci il tarixli arayış alaraq Bakı səhəri 22 saylı Dövlət notariat kontorunda qeydə alınmış xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı əsasında Cavabdeh adına qeydiyyat aparılmış və xx.xx.2008-ci il tarixli reyestrdən çıxarışla təsdiqlənmişdir. Qeyd edilən yanlışlıq həmin sənədlərdə də öz əksini tapmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-223/2009 saylı işi üzrə xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar" küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 2 otaqlı 1 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 538 nömrəli reyestr kitabının 49519 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda mənzilin ümumi sahəsinin ölçüsündə yol verilmiş texniki yanlışlıq düzəldilərək, 109,66 kvadratmetr əvəzinə 41,33 kvadratmetr yazılması, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda müvafiq düzəlişin edilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Əraz İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddələrinə istinadən məhkəmə qətnamədə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş cavabdehin tərəfindən mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu il tarixli 11/24- 35 saylı və xx.xx.2009-cu il tarixli 11/24-130 saylı məktublarında iddia qəbul edilməyərək göstərilir ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsində yerləşən 1 nömrəli evin 1-ci mənzilinin ümumi sahəsi 109.66 kv.m hissəsinin sənədləşməsi ilə bağlı Komitə tərəfindən heç bir rəy və ya digər sənəd verilməmişdir, eləcə də, texniki yanlışlığın aradan qaldırılması, reyestrdən çıxarışda müvafiq düzəlişin edilməsi və özbaşına tikililərin sökülməsi Komitəsnin səlahiyyətləri xaricindədir. İddia ərizəsinə əlavə edilmiş Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi təiəfindən verilmiş MH seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binada 109,66 kv.m. ümumi, 27,73 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzıə xx.xx.2008-ci il tarixdə 538 nömrəli reyestr kitabının 49519 nömrəli vərəqində **********52-05301-093022 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adma qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı 105201 saylı Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsindəki 1 saylı yaşayış evinin 1 nömrəli mənzili X6 adına xüsusi mülkiyyət kimi huquqı qeydiyyatdan keçirilmiş və bu barədə 50 saylı reyestr kitabının 7908 nömrəli vərəqində 22402 nömrə ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Məhkəməyə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi təiəfindən təqdim edilmiş arayışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 1 nömrəli binada yerləşən 1 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır, mənzilin yaşayış sahəsi 27,73 kv.m. olmaqla 2 yaşayış otağından ibarətdir və xx.xx.2007-ci il tarixə olan məlumata əsasən mənzilə məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Məhkəməyə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim olunmuş X10 verilmiş arayışın xx.xx.2008-ci il tarixdə təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 [mərtəbəli binamn 1-ci girişində, 1-ci mərtəbəsində, 109,66 kv.m. ümumi, 27,73 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adma daşınmaz əmlakın dövlət reyestrində 538 nömrəli reyestr kitabının 49519 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəməyə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Cavabdeh verilmiş arayışın xx.xx.2008-ci il tarixdə təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 109.66 kv.m, ümumi, 27,73 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ Cavabdeh adma daşınmaz əmlakın dövlət reyestrində 538 nömrəli reyestr kitabının 49519 nömrəli vərəqində ********** qeydiyyat nomrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəməyə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsi 1 saylı evin 1-ci mənzilinin planının təsdiq olunmuş surətindən görünür ki, həmin mənzilin yaşayış sahəsi 27,73 kv.m, ümumi sahəsi isə 41,33 kv.m-dir. Beləliklə, məhkəmə araşdırmasında müəyyən edildi ki, Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşəni nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən iki yaşayış otağından ibarət 1 saylı mənzilinin ümumi sahəsi 41,33 kv.m. olduğu halda, texniki səhvə yol verilərək, həmin mənzilin ümumi sahəsinin ölçüsü 109,66 kv.m. göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində yol verilmiş texniki yanlışlıq düzəldilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi texniki yanlışlığın aradan qaldırılması və reyestrdən çıxarışda müvafiq düzəlişin edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, özbaşına tikililərin sökülməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-223/2009 saylı, 20 fevral 2009-cu il tarixli qətnaməsi Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar" küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 2 otaqlı 1 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 538 nömrəli reyestr kitabının 49519 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda mənzilin ümumi sahəsinin ölçüsündə yol verilmiş texniki yanlışlıq düzəldilərək, 109,66 kvadratmetr əvəzinə 41,33 kvadratmetr yazılması, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda müvafiq düzəlişin edilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Əraz İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilməsi, iddia tələblərinin həmin hissədə rədd edilməsinə, qalan hissədə isə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməsini, qətnamənin icrasına dönüş edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140; “Daşınmaz Əmlakın dövlət reyestri haqqında “ Qanunun 16.2, 16.6; Mülki Prosessual Məcəlləsinin 135.3, 136, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə göstərilən maddi hüquq normalarının pozulmasına yol verərək nəzərə almamışdır ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon "20 Yanvar” küçəsindəki 1 saylı binanın 1 saylı mənzilin alqı-satqısı müqaviləsində mənzilin ümumi sahəsi 109.66 kv.m. göstərilmiş, məhz həmin sahəyə malik olan mənzil xx.xx.2008-ci il tarixdə alqı-satqı predmeti olmuş, cavabdehə də məhz həmin müqavilədə göstərilən ümumi sahəsi 109.66 kv.m. olan mənzilə dair çıxarış verilmişdir (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********52-05301-093022, verilmə tarixi - xx.xx.2008-ci il). Deməli, əqd əsasında Cavabdeh adına qeydiyyata alınmış qeyd həqiqi hesab edilir, belə olan halda isə hər hansı bir texniki yanlışlıqdan söhbət gedə bilməzdi, buna görə də iddia əsassız olduğundan rədd edilməli idi. İddiaçı tərəfindən göstərilən Qanunun tələblərinə riayət etməmiş, hüquq sahibindən və ya üçüncü şəxs tərəfindən etiraz edilmədiyi halda, belə düzəlişin aparılması üçün məhkəməyə müraciət etmişdir, yəni məhkəmə ümumiyyətlə iddianı bu hissəsinə baxa bilməzdi. Digər tərəfdən məhkəmə düzəlişin edilməsini iddiaçının özünə həvalə etmişdir. Yəni Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi həm tələbkar, həm də borclu qismində çıxış etmiş olmuşdur, bu isə yolverilməzdir, buna görə də qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qeyd edir ki, məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu “20 Yanvar” küçəsində istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binada 109.66 kv.m. ümumi, 27.73 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə 538 nömrəli reyetr kitabının 49519 nömrəli vərəqində **********52-05301-093022 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı 105201 saylı Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu “20 Yanvar” küçəsindəki 1 saylı yaşayış evinin 1 nömrəli mənzili X7 adına xüsusi mülkiyyət hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 50 saylı reyetr kitabının 7908 nömrəli vərəqində 22402 nömrə ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş arayışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar” küçəsi 1 nömrəli binada yerləşən 1 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır, mənzilin yaşayış sahəsi 27,73 kv.m. olmaqla 2 yaşayış otağindan ibarətdir və xx.xx.2007-ci il tarixə olan məlumata əsasən mənzilə məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Məhkəməyə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim olunmuş X10 verilmiş arayışın xx.xx.2008-ci il tarixdə təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar" küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 109,66 kv.m. ümumi, 27,73 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 538 nomrəli reyestr kitabının 49519 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəməyə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Cavabdeh verilmiş arayışın xx.xx.2008-ci il tarixdə təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar” küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 109,66 kv.m. ümumi, 27.73 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrinda 538 nömrəsi reyestr kitabının 49519 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəməyə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar" küçəsi 1 saylı evin 1-ci mənzilinin planının təsdiq olunmuş surətindən görünür ki, həmin mənzilin yaşayış sahəsi 27,73 kv.m. ümumi sahəsi 41.33 kvadratmetrdir. Məhkəmənin gəldiyi nəticə açıq-aşkar yanlışdır. Belə ki, hazırki iş üzrə iddia hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin icrasını elə iddiaçıya tapşırmışdır. Digər tərəfdən, mənzilin planı reyestrdan çıxarışdan üstün ola bilməz. Bundan başqa, məhkəmə ilk növbədə müvafiq ekspertiza təyin etdikdən sonra verilmiş rəy əsasında koordinatların üst-üstə düşüb-düşməməyi ilə bağlı nəticəyə gələ bilərdi. Məhkəməyə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar” küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 109,66 kv.m. ümumi, 27,73 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 538 nomrəli reyestr kitabının 49519 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəməyə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Cavabdeh verilmiş arayışın xx.xx.2008-ci il tarixdə təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar” küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 109,66 kv.m. ümumi, 27.73 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrinda 538 nömrəsi reyestr kitabının 49519 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının özünün təqdim etdiyi hər iki çıxarışda mübahisəli mənzilin ümumi sahəsinin 109.66 kv.m. olmasını göstərdiyi halda, bunu texniki səhv olması halını sübut edə bilməmişdir. Yeganə əsas kimi, mübahisəli mənzilin planında ümumi sahəsinin 41.33 kv.m. göstərilməsinə istinad etmidir, halbuki həmin sənəd məhkəməyə təqdim olunmuş 2 reyestrdan çıxarışdan üstün ola bilməzdi. Digər tərəfdən Reyestr Xidməti çoxsaylı digər işlər üzrə mənzilin planını, texniki pasportunu sırf texniki sənəd kimi qəbul etməklə reyestrdən çıxarışdan üstün tutulmasının yolverilməzliyindən bəhs edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi sübutları aradışdırmışdır. Lakin qeyd edilən Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar” küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 109,66 kv.m. ümumi, 27.73 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil Bakı şəhəri 22 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30525 manata X6 nümayəndəsi X13 tərəfindən Cavabdeh satılmışdır. Qeyd edilən alqı-satqı müqaviləsi hazırda qüvvədədir. Göründüyü kimi, Cavabdeh mənzili üçüncü şəxslərin hüquqlarından azad şəkildə almışdır. Beləliklə, hazırki iş üzrə birinci instansiya instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar araşdırılmamışdır. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etmiş, ilk mülkiyyətçi Qardaşov Raufun adına olan xx.xx.2007-ci il tarixli çıxarışda da mənzilin sahəsi 109.66 kv.m sahədən ibarət olduğunu, xx.xx.2008-ci ildə alğısatqı müqaviləsi bağlandığını, müqavilədə də 109.66 kv.m kimi qeyd edildiyini, alğı-satqı müqaviləsinin hal-hazırda da qüvvədə olduğunu, texniki pasportun hüquq təsdiqedici sənəd hesab olunmadığını, çıxarışın əsas götürüldüyünü qeyd etməklə, hazırkı qətnamənin cavabdehin mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətini əsassız hesab etdiklərini bildirməklə, müəyyən yanlışlıqların olduğunu və bu yanlışlıqların Nərimanov rayon Məhkəməsi qətnaməsi ilə aradan qaldırıldığını və qətnaməyə müvafiq düzəlişlərin tərəflərindən icra edildiyini bildirmiş və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı iddiaçı tərəfindən dövlət reyestri barədə təqdim edilmiş sənədlərdən (forma 2 saylı arayışdan) ilkin olaraq mənzilin 12 saylı Mənzil Tikinti X1 tərəfindən (5 nəfər ailə üzvləri ilə) əldə edidiyi və yaşayış sahəsinin 27.73 m2 qeyd olunduğu müəyyən edilir. Sonradan nədənsə (görünür vərəsəlik əsasında) X11 tərəfindən eyni yaşayış sahəsi ölçüdə xx.xx.1997-ci il tarixdə X2, xx.xx.2008-ci il tarixdə sonuncu (etibarnamə əsasında) tərəfindən cavabdehə satılmış və alqı-satqı zamanı mənzilin ümumi sahəsi 109.66 m2 göstərilmişdir. Məhkəmə kollegiyası, ilk olaraq münasibətlərin səciyyəsin nəzərə alaraq, işin məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının) tələblərinə əsasən : 139-1.1.6. mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətinin yarandığı zaman (və hazırda) qüvvədə olan maddi hüquq normalarının tələblərinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 5.5. Dövlət reyestrindəki məlumatlardan hüquq sahibinin qanuni mənafelərinə ziyan vuracaq üsul və formalarda istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9- 1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. 13.2. Ərizə jurnalı (ərizələrin qeydiyyat kitabı) və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar dövlət reyestrinin ayrılmaz tərkib hissəsidir. 13.3. Ərizə jurnalında aşağıdakılar barədə məlumat göstərilir: 13.3.1. ərizəçilər, xahişin məzmunu, daşınmaz əmlaka dair sənədlər, hüquq sahibləri; 13.3.2. hüquqların dövlət qeydiyyatı haqqında təqdim olunmuş çıxarışlar; 13.3.3. dövlət reyestrindən arayışlar və onları almış şəxslər. 13.4. Dövlət reyestri, ərizə jurnalı və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar daimi saxlanılır. Onların tam və ya qismən məhv edilməsi, yaxud onlardan hər hansı sənədlərin çıxarılması yolverilməzdir. 13.5. Dövlət reyestrindəki daşınmaz əmlaka hüquqlar, bu hüquqların yaranması, başqasına keçməsi, məhdudlaşdırılması və onlara xitam verilməsi barədə məlumat saxlanılan bölmələr həmin daşınmaz əmlakın reyestr nömrəsinə uyğun olaraq nömrələnir. Sənədlər saxlanılan qovluqlara dövlət reyestrindəki müvafiq bölmələrin nömrələri verilir. 13.6. Dövlət reyestri hər bir daşınmaz əmlak obyekti barədə məlumat saxlanılan bölmələrdən ibarətdir. Bölmə hər bir daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən tərtib olunmağa başlanılır. 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. 13.8. Dövlət reyestrində hər bir daşınmaz əmlak barədə məlumat saxlanılan (göstərilən) bölmələr vardır. 13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. 13.10. Hüquqa, onun məhdudlaşdırılmasına və daşınmaz əmlak obyekti barədə əqdlərə dair hər bir yazıya (qeydə) ərizə jurnalındakı hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmiş ərizənin qeydiyyat nömrəsi verilir. 13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 13.11-1. Dövlət reyestri elektron formada “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə aparılır. Kağız daşıyıcıda olan sənəd formasında təqdim olunmuş ərizələr və hüquqların dövlət qeydiyyatı üçün digər sənədlər elektron formada aparılan dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanı tərəfindən elektron təsvir formasına keçirilir. 13.11-2. Elektron formada aparılan dövlət reyestrində aşağıdakılar təmin olunmalıdır: 13.11-2.1. məlumatların işlənməsinin lazımi qaydasının gözlənməsi, xüsusilə məlumatların itirilməsinin qarşısının alınması, məlumatların qanunsuz əldə edilməsinin istisna edilməsi üçün etibarlı müdafiə sisteminin yaradılması üzrə tədbirlər görülməsi; 13.11-2.2. məlumatların məlumat bazasına operativ daxil edilməsi, orada dəyişilməz və aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılması; 13.11-2.3. məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin sübut olunması mümkünlüyünün təmin edilməsi; 13.11-2.4. hüquq sahibinə daşınmaz əmlakla bağlı məlumatları dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə əldə etmək imkanının yaradılması. 13.12. Daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası faktiki halları və hüquqi istindaları nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 262, 384.0.5-ci; Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 16-cı maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-223/2009 saylı işi üzrə xx.xx.2009-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırmaq hüququ verildiyi halda, iddiaçı texniki səhvlərin aradan qaldırılması tələbi ilə birbaşa məhkəməyə müraciət etmişdir. Diqqətə çatdırılır ki, hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İş üzrə və apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən dövlət reyestri barədə ətraflı məlumatlar, iddiaçının vəzifəsinə aid və qeydiyyat üçün əsas olmuş mübahisəli sahə üzrə texniki göstəriciləri müəyyən edən texniki pasport təqdim edilməmişdir. Lakin təqdim edilmiş sənədlərdən (forma 2 saylı arayışdan) ilkin olaraq mənzilin 12 saylı Mənzil Tikinti X1 tərəfindən (5 nəfər ailə üzvləri ilə) əldə edidiyi və yaşayış sahəsinin 27.73 m2 qeyd olunduğu müəyyən edilir. Sonradan nədənsə (görünür vərəsəlik əsasında) X14 tərəfindən eyni yaşayış sahəsi ölçüdə xx.xx.1997-ci il tarixdə X2, xx.xx.2008-ci il tarixdə sonuncu (etibarnamə əsasında) tərəfindən cavabdehə satılmış və alqı-satqı zamanı mənzilin ümumi sahəsi 109.66 m2 göstərilmişdir. Beləliklə, iddiaçı tərəfindən dövlət reyestrində mənzilin ümumi sahəsinin 109.66 m2 göstərilməsi və ilkin qeydiyyat zamanı tələb edilən müvafiq texniki pasport barədə məlumatlar təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, ilkin olaraq iddiaçı (vəzifəli şəxs) tərəfindən məsuliyyət daşıdığı qeydiyyatların səhv aparıldığı təqdirdə bunun hansı səbəbdən baş verdiyi iddiaçının özü tərəfindən araşdırılmamış, müvafiq xidməti yoxlama aparılmamış və ya müraciət əsasında vəzifəli şəxslərin məsuliyyətini istisna edən müvafiq hüquq mühafizə orqanın qərarı əldə edilməmiş, iddia edilənlərin məhz texniki yanlışlıq əsasında baş verməsini müəyyən edən sübutlar təqdim edilməmişdir. Ondan əlavə, texniki yanlışlıqların sübuta yetirildiyi təqdirdə, onun iddiaçı tərəfindən hansı vaxt aşkar edildiyi, aradan qaldırılması üçün özü tərəfindən tədbirlərin görülməsi mümkünlüyü və cavabdehə yazılı məlumat verilmədən birbaşa məhkəməyə müraciət etməsi qanunvericiliyin tələblərinə uyğun gəlmir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, cavabdehə qarşı yönələn tələbin mahiyyəti aydın deyildir və faktiki olaraq tələbkar və borclu eyni şəxsdir, cavabdehin isə mənzilin əldə edilməsi zamanı artıq qeyd edilən ölçülərdə olması onun vicdanlı əldə edən kimi mülkiyyət hüquqlarının toxunulmazlığı və reyestrin məzmunun həqiqiliyi prezumpsiyası diqqətdən qaçırılmışdır. Beləliklə, Mülki Prosessual Məcəllənin 77.3, 106.2, 372-ci maddələrinin tələblərinə müvafiq aşkar edilir ki, reyestrdə yanlışlıqların mövcud olması sübuta yetirildiyi halda belə, bunun cavabdehliyi hazırki iş üzrə cavabdehə aid deyildir və vicdanlı əldə edən olaraq (cavabdehə münasibətdə) ona vaxtında məlumatların verilməməsi artıq bu imkanı da istisna edir. İddiaçı iddia ərizəsində özü qeyd etmişdir ki, “X3 Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsindən xx.xx.2007-ci il tarixdə hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair reyestrdən arayış almış ve həmin arayışda mənzilin ümumi və köməkçi sahəsi göstərilməmiş, yaşayış sahəsi isə düzgün olaraq 27.73 m2 kimi qeyd edilmişdir. X15 "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq əvvəl yaranmış hüquqların qeydiyyatı məqsədi ilə Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək qeydiyyat vəsiqəsini təhvil vermiş və onun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsini xahiş etmişdir. Məlum olduğu kimi, köhnə qeydiyyat vəsiqələrinin formalarında daşınmaz əmlakın yaşayış sahələri göstərilsə də, köməkçi sahələr texniki sənədlərdə öz əksini tapırdı.” İddiaçı iddia edilənlərə rəğmən texniki yanlışlıqların yaranma tarixini təsbit edən X6 və ondan öncəki mülkiyyətçilər barədə dövlət reyestrindəki qeydiyyat məlumatları, çıxarışı və texniki pasportu təqdim etməmiş, birinci instansiya məhkəməsi də bu halları ətraflı araşdıraraq məhkəməyə aidiyyətinin olub-olmadığını müzakirə etməmişdir. Bundan əlavə, tələbdə texniki yanlışlıqların aradan qaldırılması, həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında müvafiq düzəlişin edilməsi əks edildiyi halda, məhkəmə öz qətnaməsində tələbdən kənara çıxaraq daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda mənzilin ümumi sahəsinin ölçüsündə yol verilmiş texniki yanlışlığın düzəldilməsi barədə nəticə əks etdirmişdir.Halbuki, qanunvericilikdə iddiaçı (qeydiyyat orqanı) tərəfindən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması və reyestrdə düzəlişin aparılması izhar edilmişdir. Bununla da, daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin aparılması barədə tələb mövcud olmamış, habelə ilkin olaraq hüquqların dövlət qeydiyyatı, onların tarixi barədə məlumatlar, mübahisənin mövcudluğunu və tələbin məhkəmədə baxılmalı olmasını müəyyən edən əsaslar təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, məhkəmənin vəzifələrinə və mülki mühakimənin məqsədlərinə (məhkəməyə) aid baxılmalı mübahisə olmadığından və ondan irəli gələrək iş məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icaata xitam verilməlidir. Qeyd edilənlərlə yanaşı qəbul edilmiş məhkəmə aktı ilə icra edilmişlərə dönüş edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Cavabdeh qarşı (FHN, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “texniki yanlışlıqların aradan qaldırılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda müvafiq düzəlişin edilməsi və özbaşına tikililərin sökülməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 223/2009 saylı işi üzrə xx.xx.2009-cu il tarixli qətnaməsinin (Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar" küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 2 otaqlı 1 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 538 nömrəli reyestr kitabının 49519 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda mənzilin ümumi sahəsinin ölçüsündə yol verilmiş texniki yanlışlıq düzəldilərək, 109,66 kvadratmetr əvəzinə 41,33 kvadratmetr yazılması, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda müvafiq düzəlişin edilməsi üzrə) icrasında dönüş edilməldir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 398- 402, 406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-223/2009 saylı işi üzrə xx.xx.2009-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Cavabdeh qarşı (FHN, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) texniki yanlışlıqların aradan qaldırılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda müvafiq düzəlişin edilməsi və özbaşına tikililərin sökülməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-223/2009 saylı işi üzrə xx.xx.2009cu il tarixli qətnaməsinin (Bakı şəhəri Nəsimi rayonu "20 Yanvar" küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 2 otaqlı 1 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 538 nömrəli reyestr kitabının 49519 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008ci il tarixdə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda mənzilin ümumi sahəsinin ölçüsündə yol verilmiş texniki yanlışlıq düzəldilərək, 109,66 kvadratmetr əvəzinə 41,33 kvadratmetr yazılması, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda müvafiq düzəlişin edilməsi üzrə) icrasında dönüş edilsin. İcrada dönüşün təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həyata keçirilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar