Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5731/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə, Baş Dövlət Yol Polisi İdarəsinə, Cavabdeh3 və “X2” MMC-yə qarşı “nəqliyyat vasitəsinin yeni texniki pasportunun verilməsi, ilkin vəziyyətə qaytarılması və təhvil verilməsi, zərər ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(005)-635/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə, Baş Dövlət Yol Polisi İdarəsinə, Cavabdeh3 və “X2” MMC- yə qarşı “nəqliyyat vasitəsinin yeni texniki pasportunun verilməsi, əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi, zərər ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Hunday İX 35” markalı, ** MO *** dövlət nömrə nişanlı avtomobilin və Nərimanov rayon Qarabağ küç.ev-39, mən-9 və Azadlıq pr.-22 ünvanında yerləşən iki əmlaklarının üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(005)- 635/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadn ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunsuz özgəninkiləşdirilmiş mübahisəli nəqliyyat vasitəsinin adına qaytarılmasına dair məhkəmə prossesi getdiyi vaxtda, iş üzrə cavabdehlərdən əsas hesab edilən BDYPİ-nin bu barədə təkrar məlumatlı olduğu halda həmin “Hyundai İX” nəqliyyat vasitəsi üçün bir şəxsin adına sənədləşdirdiyindən, artıq dövlət qurumu olan bu qanun pozuntularını həyata keçirən təşkilatlara tam inamsızlıq yarandığından, məhkəmə qərardadının icrasına hörmətsizliyi əsas tutaraq, həmin ona aid olan “Hyundai İX 35 (55)” markalı, **-NU-*** (hazırda **-MO-***) dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və eləcə də digər əmlaklarını da qorumaq məqsəsi ilə digər adında olan Nərimanov rayon, Qarabağ küç.ev-39, mən-9 və Azadlıq pr.-22 ünvanında yerləşən çıxarış üzrə əmlaklarının üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilməlidir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(005)- 635/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Kollegiya birinci istansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, iddiaçının ərizəsində göstərilən əmlaklardan, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, ərizənin təmin edilməsinin və qeyd olunan əmlakların üzərinə həbsin qoyulmasının zəruriliyi əsaslandırılmamışdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(005)-635/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(005)- 635/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmasın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5731/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5731/2021
02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver