Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5746/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(009)-1319/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında 327.1 İXP 3********.01.2021 il tarixli qərar nəticəsində, BDYİ-nin BDPŞ-nin qanuna zədd hərəkət vəhərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi, dayanacağı ödədiyi 5 manat məbləğində ona qaytarılması, 2-3 saat N/V-sini onu məşğul etdikləri üçün 400 manat maddi və 3000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(009)-1319/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı, inzibati xəta haqqında 327.1 İXP ******* 27.01.2021 il tarixli qərar nəticəsində, BDYİ-nin BDPŞ-nin qanuna zədd hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi, dayanacağı ödədiyi 5 manat məbləğində ona qaytarılması, 2-3 saat N/V-sini onu məşğul etdikləri üçün 400 manat maddi və 3000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması tələbinə dair iddia ərizəsinin qəbulundan imtina olunmuş, iddiaçıya hazırki tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qərardaddan İddiaçı şikayət verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(009)-1319/2021 saylı qərardadının ləğv edilərək, iddiasının mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iddiaçını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarının 7.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv olunmalı, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(009)- 1319/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5746/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5746/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver