Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5755/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh “X1 Mərkəzi” MMC-nin nümayəndəsi X8, üçüncü şəxs X2 vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs X22, üçüncü şəxs X9 nümayəndəsi X17, üçüncü şəxs X2 nümayəndəsi X31, üçüncü şəxs X23, üçüncü şəxs X10, üçüncü şəxs X12, üçüncü şəxs X24, üçüncü şəxs X11 nümayəndəsi X25 və üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdehlər Binəqədi Rayon İcra Şöbəsi və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması, satış protokolunun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində aşağıdakılar tələb olunub: 1) “X1 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngə yerləşən 600 kv.m torpaq sahəsindəki 4 mərtəbəli tikiliyə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə satış protokolu və alqı-satqı müqaviləsi etibarsız hesab olunsun; 2) “X1 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli 10 nömrəli fərdi yaşayış evinə (ümumi sahə 442 kv.m) dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə satış protokolu və alqı-satqı müqaviləsi etibarsız hesab olunsun; 3) “X1 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli 10 nömrəli fərdi yaşayış evinə (ümumi sahəsi 448 kv.m) dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə satış protokolu və alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən, cavabdeh “X1 Mərkəzi” MMC-nin nümayəndəsi X4, üçüncü şəxs X2 vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs X22, üçüncü şəxs X9 nümayəndəsi X17, üçüncü şəxs X2 nümayəndəsi X31, üçüncü şəxs X23, üçüncü şəxs X10, üçüncü şəxs X12, üçüncü şəxs X24, üçüncü şəxs X11 nümayəndəsi X25 və üçüncü şəxs X15 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə 3 daşınmaz əşya ilə bağlıdır: 1) Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngə yerləşən 600 kv.m torpaq sahəsindəki 4 mərtəbəli tikili; 2) Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli 10 nömrəli fərdi yaşayış evi (ümumi sahə 442 kv.m); 3) Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli 10 nömrəli fərdi yaşayış evi (ümumi sahəsi 448 kv.m). Həmin əşyalar Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 nömrəli, xx.xx.2013-cü il tarixli hökmünə əsasən hərrac çıxarılıb. Hökm iddiaçınıı əri, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 29, 120.2.7, 178.3.2, 228.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul olunub. Hökmün məzmununa görə X13 cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsini təmin etmək üçün tutma onun əmlakına, o cümlədən nikah dövründə əldə edilmiş ümumi əmlakda təqsirləndirilən şəxsə düşən paya yönəldilməlidir. Həmin əmlaklara yuxarıda göstərilən 3 daşınmaz əşya da daxildir. Əşyalar “X1 Mərkəzi” MMC tərəfindən hərraca çıxarılıb və xx.xx.2020-ci ildə aşağıda göstərilən 17 nəfər zərər çəkmiş şəxs əşyaları əldə edib: 1) X3, 2) X14, 3) X32, 4) X5, 5) X29, 6) X10, 7) X22, 8) X12, 9) X18, 10) X19, 11) X23, 12) X6, 13) X26, 14) X27, 15) X24, 16) X15, 17) X38. Bu barədə həmin tarixdə satışı protokolu və alqı-satqı müqaviləsi tərtib edilib. Hərracın nəticəsində tərtib olunan bu sənədlər əqd hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsindən görünür ki, maraqlı şəxs əqdin etibarsız sayılmsına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. İddiaçı 1 illik müddəti ötürüb. Belə ki, həmin sənədlər xx.xx.2020-ci ildə tərtib olunub, iddia isə xx.xx.2022-ci ildə, yəni 1 il 5 ay sonra məhkəməyə verilib. Həmin maddədə müddətin başlanğıcı təyin edilərkən “bildiyi gün” ilə yanaşı “bilməli olduğu gün” ifadəsindən istifadə olunub. Kütləvi informasiya vasitəsində xx.xx.2020-ci il tarixdə hərraca dair elan dərc edilib (cild 1, iş v. 139). Ona görə də iddiaçı satış protokolu və alqısatqı müqaviləsinin mövcudluğunu xx.xx.2020-ci ildə bilməli idi. Müddət bitdiyinə görə iddiaçı hərracın nəticəsini mübahisələndirə bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd etsə də maddi hüquq normasını düzgün tətbiq etməyib, yəni Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq edib. Bu maddədə əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi haqqında iddiadan bəhs olunur. Lakin hazırkı iddiada hərracın nəticəsində bağalanan əqd mübahisələndirilib, yəni onun mübahisələndirilən əqd kimi etibarsız sayılması tələb olunub. Odur ki, qətnamə ləğv edilməli, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Binəqədi Rayon İcra Şöbəsi və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması, satış protokolunun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5755/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5755/2022
16.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver