Məhkəmə qərarları › İş №2(103)-5758/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5758/2022

06.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5758/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Orxan Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 1198/2022 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarının ləğv edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3 və X1 nəvələri – xx.xx.2017-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar ünü saat 15:00-dan saat 18:00-dək ananın (İddiaçı) iştirakı ilə uşağın yaşadığı Sumqayıt şəhərində ünsiyyətdə olmaq (görüş) hüququnun verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Hazırda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 01 avqust 2022-ci il tarixli məktubla müraciət edərək, məhkəmənin sözügedən qətnaməsindən Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayətinin verildiyini qeyd edərək, şikayətin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbi ilə bağlı mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 28 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar