Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5758/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(004)-2706/2023 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 29 avqust 2023-cü il tarixli qərardaddan iddiaçılar İddiaçı2 və İddiaçı1 birgə vəkili (nümayəndəsi) Nümayəndə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı irəli sürdükləri “protokolun ləğv edilməsi tələbi barədə” birgə iddialarına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla iddia ərizənin baxılmamış saxlanılmasını qərara almışdır. İddiaçıların birgə vəkili (nümayəndə) Nümayəndə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət vermişdir. O eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qərardaddan şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. “Ötürülmüş prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla ərizənin təmin edilməməsini, qərardaddan verilmiş şikayətin geri qaytarılmasını qərara almışdır. İddiaçıların birgə vəkili (nümayəndə) xx.xx.2024-cü il tarixli qərardadından Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, “ötürülmüş prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş şikayətə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 396.1-ci maddəsinin tələbinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. İş materiallarında görünür ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı iddiaçıların vəkili (nümayəndəsi) Nümayəndə onun elektron kabineti vasitəsi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və o, həmin qərardaddan şikayəti və “ötürülmüş prosessual müddətin bərpası barədə” ərizəni xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə vermişdir. Göründüyü kimi iddiaçı tərəf qərardaddan şikayəti qanunla müəyyən edilmiş müddəti ötürərək məhkəməyə təqdim etmişdir. “Ötürülmüş prosessual müddətin bərpası barədə” ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlərin özbaşınalığı davam edir. Cavabdehlər mübahisəli daşınmaz əmlakı satıblar. Daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş yeni “Çıxarışın” əldə edilməsi müəyyən vaxt itkisinə səbəb olduğu üçün iddiaçılar qərardaddan vaxtında şikayət verə bilməyiblər. Məhkəmə hesab edir ki, “ötürülmüş prosessual müddətin bərpası barədə” ərizədə göstərilənlər prosessual müddətin ötürülməsinin səbəbinin üzürlü hesab edilməsi üçün əsas ola bilməz və Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə, “ötürülmüş prosessual müddətin bərpası barədə” ərizəni təmin etməməkdə, bu səbəbdə də xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayətin geri qaytarılmasını qərara almaqda haqlı olmuşdur. Çünki MPM-in tələblərinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Buna görə də qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qəbul etdiyi və barəsində şikayət verilmiş qərardad əsaslıdır, həmin qərardaddan verilmiş şikayətin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkil (nümayəndə) Nümayəndə vasitəsi ilə verdikləri şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 29 avqust 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5758/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5758/2024
01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver