Məhkəmə qərarları › İş №2(103)-576/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-576/2021

14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-576/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X4, cavabdehin nümayəndəsi vəkil X1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə görə vurulmuş ziyanın əvəzinin və müalicə xərclərinin ödənilməsi tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdeh X8 qarşı pul tələbinə dair iddiaları üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-521/2020 saylı işi üzrə 16.06.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 12000 manat məbləğində müalicə xərci və 6834,51 manat məbləğində avtomobilə vurulmuş zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdeh X8 qarşı pul tələbinə dair iddia qaldırıb, Cavabdeh 3571,49 məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 1(008)-386/2018 saylı hökmə əsasən, Cavabdeh idarə etdiyi “Hyundai H-100” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə X6 məxsus “Hyundai Sonata” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil və souncucu avtomobillə İddiaçı idarə etdiyi “Saipa” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh tərəfindən İddiaçı sonuncunun əməliyyatı ilə bağlı 2400 manat məbləğində pul verilmişdir (səh.117); Bakı Apellyasiya Məhkəməsinin 1(103)-390/2019 nömrəli, 11.03.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 1(008)-386/2018 saylı hökmündən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “xxxx” MMC-nin mülkiyyətində olan “Saipa” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətə düşmüş, həmin avtomobilə görə təşkilata 10406 manat məbləğində maddi ziyan vurulmuşdur (səh.7). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-521/2020 saylı işi üzrə 16.06.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı avtomobilə görə vurulmuş ziyanın əvəzinin və müalicə xərclərinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 6834,51 (altı min səkkiz yüz otuz dörd manat əlli bir qəpik) manat məbləğində avtomobilə görə vurulmuş ziyanın əvəzi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia müalicə xərclərinin tutulması hissəsində təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdeh X8 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 3571,49 (üç min beş yüz yetmiş bir manat qırx doqquz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097; MPM-in 14, 52, 217, 220-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin mülkiyyətində olan və lizinq müqaviləsi əsasında iddiaçının qanuni istifadəsində verilmiş avtomobilə ziyan vurulmuşdur. İddiaçı hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun istifadəsində olan avtomobilə ziyan vurulmuş, həmçinin aldığı xəsarətlərə görə də maddi ziyan çəkmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının lizinq müqaviləsi üzrə ona ödənilməyən borcu qalmış və ona ziyan vurulmuşdur. Hazırda lizinq predmeti olan əmlaka dəymiş ziyan olaraq qiymətləndirilən 10406 manatın lizinq müqaviləsi üzrə ödənilməyən hissəsi olan 3571,49 manatını üçüncü şəxs “xxxx” MMC, qalan 6834,51 manat hissəsi isə İddiaçı tələb edir. İddiaçı iddiası ilə bağlı, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının lizinq müqaviləsi əsasında qanuni istifadəsi və sahibliyində olan əmlakına ziyan vurulmuş, nəticədə ondan asılı olmayan səbəbə görə üçüncü şəxslə bağladığı lizinq müqaviləsinin şərtləri pozulmuşdur və o maddi ziyana uğramışdır, ididaçının cavabdehdən avtomobilə vurulmuş maddi ziyanın əvəzini tələb etmək hüququ var. Çünki, ziyan cavabdehin birbaşa təqsirli hərəkəti nəticəsində iddiaçıya vurulmuşdur. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, idiaçının cavabdehə qarşı ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır. Çünki, iddiaçıya ziyan cavabdehin qanunsuz hərəkəti nəticəsində yetirilmiş, nəticədə onun qanuni istifadəsində olan əmlak məhv olmuş, nəticədə üçüncü şəxslə bağlanılan lizinq müqaviləsinin icrası mümkünsüz olmuş və avtomobilə gələcəkdə gözlənilən mülkiyyət hüququndan məhrum olmuşdur. Ziyan məbləği ilə bağlı hazırkı işdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunur ki, avtomobilə dəyən ziyanın həcmi 10406 manat təşkil edir. İddiaçı həmin məbləğdən 6834,51 manat tələb edir. Bu tələbi onunla əsaslandırır ki, tələb edilən məbləğ həcmində avtomobilə görə ödəniş etmişdir, avtomobil isə tam məhv olduğundan ona həmin məbləğdə ziyan dəymişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən məbləği ziyanın əvəzinin ödənilməsi kimi qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh tərəfindən iddiaçıya əməliyyat pulu olaraq 2400 manat məbləğində pul ödənilmişdir. İddiaçı isə müalicəsinə və sağlamlığının bərpasına 12000 manat xərcləndiyini qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı bir dəlil məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Ona görə də, tələb bu hissədə sübut edilməmiş hesab edilməlidir. Üçüncü şəxsin tələbi cavabdeh tərəfindən tam şəkildə qabul edilmişdir. məhkəmə cavabdehin üçüncü şəxsin iddiasını tam qəbul etməsini qanuni hesab edir. Belə ki, işin halları ilə müəyyən edilir ki, ziyan cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuş, ziyan məbləği qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir. Hazırda üçüncü şəxs cavabdehdən 3571,49 manat pul tələb edir və tələbini onunla əsaslandırır ki, qəza baş verən vaxtda iddiaçı tərəfindən tələb edilən məbləğ həddində ödənilməmiş lizinq ödənişləri qalmışdır. Qəza iddiaçının yox, cavabdehin təqsiri üçündən baş verdiyinə görə hesab edirlər ki, ödənilməmiş lizin ödənişləri də cavabdehdən tutulmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(010)- 521/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82, 217, 357-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh idarə etdiyi “Hyundai H-100” markalı, **- JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir və nəticədə İddiaçı sağlamlığına az ağır xəsarət yetirməklə, onun idarə etdiyi “xxxx” MMC-nin mülkiyyətində olan “Saipa Pikap” markalı, 10-PL- 829 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 1(008)-386/2018 saylı hökümü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-390/2019 saylı, 11.03.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli hökmündən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq “xxxx” Sığorta Şirkəti tərəfindən “xxxx” MMC-nə 1786 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Baxmayaraq ki, hadisədən sonra cavabdeh iddiaçının bütün müalicə xərclərini qarşılamış və aralarında barışıq olması məqsədi ilə əlavə 2 400 manat avtomobilə dəymiş zərərə görə pul ödəmiş ki, cinayət işinə xitam verilsin, iddiaçı pulu aldıqdan sonra şikayətçi olmuş, cavabdeh barəsində cinəyət işi aparılaraq hökm çıxarılmışdır. Məhz bu səbəbdən iddiaçı Şəhriyyar Balayev məhkəmə iclasında iştirak edərkən cavabdeh tərəfindən “xxxx” MMC-nə dəymiş zərər ödəmək şərti ilə öz iddia tələbindən imtina etməsini təklif etmiş. Bu təkliflə cavabdeh razılaşaraq, “xxxx” MMC-nin iddiasını qəbul etməzdən əvvəl sonuncunun tələbi üzrə mühasibatlıq ekspertiza keçirilməsi barədə vəsatət qaldırmış (təklif - 12.03.2020-ci il tarixli məhkəmə iclas protokolunda öz əksini tapmışdır). Lakin iddiaçının nümayəndəsi (atası) Mehman Balayev iddiaçının iştirakı olmadan keçirilmiş növbəti iclasda həmin təklifi rədd edərək iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsaslanaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə aid olan qanunvericiliyin müdəasına istinad etməklə səhvə yol vermişdir. Belə ki, məhkəmə Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin hökmündə qeyd olunmuş 10406 manat məbləğində dəymiş ziyanı hazırki mülki işdə məcburi xarakter olduğu qənətinə gəlmişdir. Halbuki, həmin maddədə bildirilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanunvericiliyin bu müdəası ilə hazırki mülki işdə yalnız həmin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh təqsirkar olduğu üçün iddiaçıya dəymiş zərərə görə borclu sayıla bilər. Buna baxmayaraq birinci instansiya məhkəməsi müvafiq ekspertiza (mühasibatlıq və əmtəəşünaslıq) keçirmədən mülki iş üçün məcburi xarakter daşımayan və dəqiqliyinə şübhə yaradan faktlara əsaslanaraq həqiqəti əks etdirməyən qətnamə əqbul etmişdir. Belə ki, avtomobil iddiaçıya daxili lizinq müqaviləsinə əsasən təhvil verilərkən onun dəyəri illik 17 faiz daxil olmaqla 8006, 22 manata hesablanmışdır, halbu ki, iki ilə yaxın istismarda olan avtomobilin dəyəri ilkin dəyərindən 2400 manat artıq hesablanmışdır. Bu səbəbdən hesab edir ki, “xxxx” MMC-nin mülkiyyətindən olan avtomobilə dəymiş zərər düzgün hesablanmadığı üçün müvafiq ekspertiza keçirilməsinə zərurət yaranmışdır. Hazırda “xxxx’ MMC-nin mülkiyyətində olan “Saipa” markalı, 90-PL 829 dövlət qeydiyyat nişanlı avtomobilə görə 3571, 49 manat cavabdehdən tələb edir. İddiaçı isə öz növbəsində Apellyasiya məhkəməsinin hökmündə yer almış 10406 manat dəymiş zərərdən “xxxx” MMC-nin 3571,49 manat pulunu çıxmaqla qalan 6834,51 manat məbləğində pulu cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi iddiçının və 3-cü şəxsin tələblərini əsaslı hesab etmiş, lakin nəzərə almamış ki, “xxxx” Sığorta Şirkəti tərəfindən “xxxx” MMC-nə 1786 manat məbləğində sığorta ödənişi həmin dəymiş ziyana aiddir. Xüsusi ilə nəzərə alınmalıdır ki, yararsız hala düşmüş avtomobil əgər mülkiyyətçidə saxlanılırsa, həmin avtomobil qiymətləndirilərək müəyyən olunmuş dəyər dəymiş ziyandan çıxılmaqla, cavabdeh həmin məbləğin ödənişindən azad olunmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan faktiki halları nəzərə almadan işi düzgün tətqiq etməmiş və həqiqətə nail olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X5 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin tərəflər arasında bağlanmış müqavilə üzrə iştirakçı olmadığını, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin müqavilə iştirakçısı olduğunu qeyd etdiyini və “xxxx” MMC-nin Elnurdan məhkəməyə müraciət edəcəyi təqdirdə maşının kimdə olması və vəziyyəti barədə sual meydana çıxacağını, “xxxx” MMC-nin iddiaçıdan pulu tələb etməli olduğu halda, iddiaçının cavabdehdən pulu tələb etdiyini, əgər avtomobilin yararsız olsa, yararsız avtomobildən hissələr kimi istifadə oluna biləcəyini, avtomobilin öz qiymətinin 7000 manat məbləğində olduğu halda dəymiş zərərin çox hesablandığını bildirmiş, 2 il müddətinə məbləğin aşılandığını, avtomobilin dəyərinin 5500 manat məbləğində malik olmalı olduğunu, ekspert rəyi ilə razı olmadığını, avtomobilin iddiaçıda qalacağı təqdirdə zərərin müəyyənləşdirilməli olduğunu, həmçinin tibb və avtomobillə və xəsarətlə bağlı siğorta xərcini ödədiklərini bildirmiş və avtomobilin qəzaya qədər olan vəziyyətini öyrənmək üçün müstəqil ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, “xxxx” MMC-yə olan qalıq borcun cavabdeh tərəfindən ödənilməsini, həmçinin cavabdeh tərəfindən avtomobilin onlara qaytarılmasını, ümumi borcdan əlavə nəqliyyat vasitəsi alan zaman 2450 manat məbləğində pul vəsaitinin lizinq şirkətinə ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, “xxxx” MMC-nin lizinq şirkəti olduğunu, avtomobilin onlarda olduğunu, sadəcə razılığa gələ bilmədiklərini, həmçinin avtomobilin tam yararsız olduğunu, Siğorta Şirkəti tərəfindən qiymətlədirildiyini, siğorta şirkəti tərəfindən 1786 manat pul ödənildiyini, qalan borcu tələb etdiklərini, ümumi 3872 manat məbləğin ödənildiyini, 3571.49 manat ödənilməli olduğunu, qalan məbləğin iddiaçıya ödənilməli olduğunu, avtomobilin hal-hazırda duracaqda olduğunu, pulun ödənildiyi təqdirdə həmin avtomobilin lizinq alana sərəncam vermək hüquqununu verəcəklərini bildirmiş, müstəqil ekspertizanın keçirilməsinə ehtiyac olmadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.09.2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 07.01.2021-ci il tarixli, 9/4269 saylı ekpert rəyinə əsasən, fiziki şəxs X10 tərəfindən təqdim edilmiş 03.07.2018-ci il tarixli qüsur aktına, internet saytı məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, yararsız vəziyyətdə olan olan 2014-cü il buraxılışlı “Saipa” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə normal vəziyyətdə orta bazar qiyməti təxminən 7000 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (səh.164). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.03.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 16.04.2021-ci il tarixli, 9/1826 saylı ekpert rəyinə əsasən, (lizinq müqaviləsinin şərtləri, ödəniş qrafiki) sənədlərə əsasən, 28.11.2017-ci il tarixli, AL-1075 saylı daxili liziq müqaviləsi üzrə İddiaçı 28.11.2019-cu il tarixə “xxxx” MMC-ə olan borcunun ümumilikdə, 4184.22 manat məbləğində müəyyən edilir, o cümlədən 28.11.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc-3475.09 manat. (6750.00 manat-3274.91 manat), lizinq şirkətinin gəliri üzrə (faiz) borcu-709.13 manat, (1256.22 manat-547.09 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 29.04.2021-ci il tarixli, 9/1826 saylı ekpert rəyinə əsasən, fiziki şəxs X10 tərəfindən təqdim edilmiş 03.07.2018-ci il tarixli qüsur aktına, internet saytı məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, yararsız vəziyyətdə olan olan 2014-cü il buraxılışlı “Saipa” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə normal vəziyyətdə orta bazar qiyməti təxminən 7000 manat, əzik vəziyyətdə avtomobilin dəyəri təxminən 1400 (7000.0-80%) manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385-388, 1096,1097,1108,1114,1115; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticə zərərin məbləğləri hissəsində tam araşdırılmayıb və yalnız cinayət işi üzrə qəbul edilmiş qərarlara istinadən müəyyən edilmişdir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Avtomobil iddiaçıya daxili lizinq müqaviləsinə əsasən təhvil verilərkən onun dəyəri illik 17 faiz daxil olmaqla 8006,22 manat məbləğində hesablanmış, lizinq müqaviləsi üzrə İddiaçı “xxxx” MMC-ə olan borcu ümumilikdə 4184.22 manat məbləğində müəyyən edilir, 1786 manat sığorta ödənişi nəzərə alınanda üçüncü şəxsə dəymiş zərərin məbləği 2398,22 manat müəyyən edilir, ümumi -8006,22 manat məbləğdən çıxılanda iddiaçıya - 5608 manat məbləğində zərərin mövcudluğu müəyyən edilir. Qeyd edilənlərə əsasən, qətnamə tutulan məbləğ hissəsində müvafiq olaraq dəyişdirilməli və apellyasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməli, ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-521/2020 saylı işi üzrə 16.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 5608 (beş min altı yüz səkkiz) manat məbləğində avtomobilə görə vurulmuş ziyanın əvəzi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəm 5638 (beş min altı yüz otuz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin xeyrinə Cavabdeh 2398.22 (iki min üç yüz doxsan səkkiz manat iyirmi iki qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 2428.22 (iki min dörd yüz iyirmi səkkiz manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ekspertiza xərci olan 350 (üç yüz əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına Cavabdeh tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar