Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5763/2024 27.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçılar İddiaçı3 Yunus oğlu və qeyrilərinin Cavabdeh MMC-yə qarşı “torpaq sahəsindən yeraltı kabelin çıxarılması və ya kompensasiya ödənilməsi barədə” iddiasına dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi barədə Yasamal Rayon Məhkəməsinin müraciətinə baxaraq müəyyən etdi: Göygöl RM ilə Yasamal RM-nin arasında ərazi aidiyyətinə dair fikir ayrılığı yaranıb. Belə ki, iddia ərizəsi Göygöl RM-nə verilib, ərizə icraata qəbul olunub, daha sonra baxılması üçün Yasamal RM-nə göndərilib. Həmin məhkəmə bununla razılaşmayıb və aidiyyətlə bağlı fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə fikir ayrılığının həlli barədə aşağıdakıları qeyd edir: Mülki işə müstəsna aidiyyət qaydasına uyğun olaraq torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsində, yəni Göygöl RM-də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində müstəsna aidiyyətin şamil edildiyi iddialardan biri belə göstərilib: daşınmaz əşyaya mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar. Hazırkı iddia həmin iddialara aiddir. İddiaçılar torpaq sahəsi üzərində mülkiyyət hüququndan məhrum edilməsələr də, onlar iddia edirlər ki, torpaq sahəsinə mülkiyyət hüquqları pozulub, yəni mülkiyyətçinin razılığı olmadan torpaq sahəsindən yeraltı kabel çəkilib və bu pozuntunun aradan qaldırılmasını tələb edirlər. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, belə iddialar daşınmaz əşyanın olduğu yer üzrə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı3 Yunus oğlu və qeyrilərinin Cavabdeh MMC-yə qarşı “torpaq sahəsindən yeraltı kabelin çıxarılması və ya kompensasiya ödənilməsi barədə” iddiasına dair mülki iş aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5763/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5763/2024
27.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver