Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5767/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Xətai Rayon Məhkəməsinin e-2(011)-4895/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Xətai Rayon Məhkəməsinin e-2(011)-4895/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə iddiası qismən təmin edilmişdir.
2. Cavabdeh verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək baxışa təyin edilmişdir.
3. Hazırda Cavabdeh tərəfindən vəsatət göndərilərək bildirilmişdir ki, iş üzrə protokolla tanış olub qeydlər vermək istəyir, buna görə də mülki işin baxışdan çıxarılaraq rayon məhkəməsinə qaytarılması xahiş olunmuşdur.
4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin hazırki ərizəni sadəcə vaxt qazanmaq üçün verdiyini bildirdi.
5. Mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
6. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə kollegiyası iddiaçı tərəfin fikrini dinləyib və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdehin verdiyi vəsatətə əsasən mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
8. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı:
Xətai Rayon Məhkəməsinin e-2(011)-4895/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov