Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-577/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ağayev Azər Teymur oğluna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikili, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikilinin sökülməsi, hüquqi müəyyənlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X4 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh Ağayev Azər Teymur oğlunun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Ağayev Azər Teymur oğluna qarşı “hasarın sökülməsi və həmin yerin əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “Bələdiyyə ərazisində olan torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə” 15 sentyabr 2006-cı il tarixli Qərarla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən, ölçüsü 940,0 kv.m olan torpaq sahəsi alqısatqı yolu ilə İddiaçı satılmışdır.
2. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,094 ha torpaq sahəsi daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin verdiyi xx.xx.2016cı il tarixli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1806X saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 370 nömrəli reyestr kitabının 34656 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 06 aprel 2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır.
4. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 08 fevral 1995-ci il tarixli 464 saylı “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi fərdi ev tikmək üçün X8 ayrılmış, Səbail rayon İcra Hakimiyyəti Başçısının İ müavini V. Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi H. Qasımzadə tərəfindən X8 ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1228 saylı, 500 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir.
5. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastr kitabında 37681 nömrə ilə qeydə alınan AN №li xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nə görə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin plan-ölçüsü tərtib edilmişdir.
6. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə Səbail rayon İcra Hakimiyyəti Başçısının 8 fevral 1995-ci il tarixli 464 nömrəli sərəncamı əsasında X5 adına qeydiyyata alınaraq ona ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarış verilmiş, X10 və Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin sahə xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.
7. Cavabdeh ilə Ağayev Azər Teymur oğlu arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə Ağayev Azər Teymur oğluna bağışlanmış və daşınmaz əmlakın Dövlət Reyestrinin xx.xx.2016-cı il tarixdə verdiyi çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə Ağayev Azər Teymur oğlunun adına qeydiyyata alınmışdır.
8. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 481 nömrəli reyestr kitabının 45530 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 09 avqust 2016-cı il tarixdə Ağayev Azər Teymur oğlunun adına qeydiyyata alınmışdır.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı X8 (Səbail rayon İcra hakimiyyəti və Səbail rayon Sukanal İdarəsi iş üzrə 3-cü şəxslər olan) qarşı “hasarın sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması” tələblərinin, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən özbaşına çəkdiyi su və kanalizasiya xəttinin, həmçinin tikdiyi su anbarının onun öz hesabına sökülməklə mülkiyyətində olan torpaq sahəsindən çıxarılması” tələblərinin təmin olunmaması, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 13556 №-li və xx.xx.2017-ci il tarixli 1474 №-li ekspertiza tədqiqatlarının xərcinin (50 manat və 100 manat olmaqla) - ümumilikdə 150 (bir yüz əlli) manat məbləğinin 75 manatının İddiaçı, 75 manat hissəsinin isə Cavabdeh tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
10. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə (İddiaçı münasibətdə) dəyişdirilmədən saxlanılmışdır.
11. Sözügedən iş üzrə məhkəmələr hesab etmişlər ki, İddiaçı sökülməsini tələb etdiyi hasar X8 məxsus torpaq sahəsi üzərində deyil, RX seriyalı ******* N-li çıxarış əsasında məhz Cavabdeh məxsus torpaq sahəsinin üzərində olduğundan və sonuncu, iş üzrə cavabdeh olmadığından Natavan X1rşı iddiası rədd olunmalıdır.
12. Ağayev Azər Teymur oğlunun “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsindən qanunsuz istifadənin İddiaçı və digər şəxslərə qadağan olunması” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı Ağayev Azər Teymur oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsindən qadağan edilməsi qət olunmuşdur.
13. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
14. X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Cavabdeh, Ağayev Azər Teymur oğlu, X6) “plan ölçünün ləğv edilməsi” tələbi Bakı İnzibati Məhkəməsinin 5 mart 2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı 5 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur.
15. Həmin qərardan 3-cü şəxs Ağayev Azər Teymur oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2022-ci il tarixli qərarı ilə Ağayev Azər Teymur oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 9 dekabr 2021-ci il tarixli qərarı ləğv olunaraq X2 iddiası mümkün sayılmamışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
17. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi və həmin yerin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı idda tələbini belə əsaslandırmışdır ki, daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 1806X saylı fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin torpaq sahəsini Səbail rayonu Badamdar Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli 166 saylı qərarı ilə alqı-satqı yolu ilə almış, bundan sonra torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Onun yeri ilə üzbəüz aşağı tərəfdə X8 məxsus olan 600 kv.m. hasarlanmış torpaq sahəsi olmuş, adı çəkilən şəxs həmin hasara alınmış 600 kv.m. torpaq sahəsinin ortasından yeni hasar tikməklə özünün əvvəldən mövcud olan hasarının bir tərəfini sökərək ərazini genişləndirmək üçün onun abadlaşdırdığı yerdəki ağacları kəsmiş, altından komunikasiya xətləri keçən torpaq sahəsini öz torpaq sahəsinə qatmaq üçün hasar tikmişdir. Bu hərəkət onun qanuni mənafeinə toxunduğu üçün Səbail Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə araşdırması vaxtı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsini X17 Ağayevə satmışdır. Evinin qarşısında heç kimə məxsus olmayan uzunsov zolaq formasında təxminən 2,5 sot civarında ümumi istifadədə olan çökəklik boş sahə olmuşdur və həmin sahənin altından su xətti, evinin yağış suları üçün tikilmiş anbar və kanalizasiya xətti, qaz xətti keçir. Sonradan həmin boş ərazini doldurmuş, orada ağaclar əkmiş, asfaltlatmış və oranı abadlaşdırmışdır. Bütün bu işlər Məhərrəm Miriyevin və digər qonşularının gözü qarşısında aparılmışdır. Onun yeri ilə üzbəüz aşağı tərəfdə cavabdehə məxsus olan hasarlanmış torpaq sahəsi olmuşdur. Hazırda cavabdeh özünün əvvəldən mövcud olan hasarının bir tərəfini sökərək ərazini genişləndirmək üçün onun abadlaşdırdığı yerdəki ağacları kəsmiş, altından komunikasiya xətləri keçən həmin torpaq sahəsini öz torpaq sahəsinə qatmaq üçün özbaşına dörd daş hündürlükdə hasar tikmişdir. Həmin hasarın bir hissəsi də onun qaz xəttinin üstündə tikilmişdir. Bu da onun qanuni mənafeyinə ciddi toxunur. Beləliklə cavabdeh, qeyri-qanuni olaraq altından su, kanalizasiya və qaz xətlərinin keçdiyi və onun evinin kanalizasiya anbarının olduğu və çökəklik olub onun doldurduğu, ağaclar əkdiyi və asfaltladıb abadlaşdırdığı yeri hasarlayaraq öz yerinə qatmışdır. Ona görə də hesab edir ki, cavabdehin bu qeyri-qanuni hərəkətlərinə son qoyulmalı və onun tikdirdiyi hasar sökülməli və həmin ərazi əvvəlki vəziyyəti bərpa olunmalıdır.
19. Sonradan iddiaçı məhkəməyə cavabdehin əvəz olunması barədə ərizə təqdim etmiş, mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən atası Ağayev Azər Teymur oğluna bağışlandığı nəzərə alınaraq, cavabdeh Ağayev Azər Teymur oğlu tərəfindən çəkilmiş hasarın sökülməsi və həmin yerin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh Azər Ağayevin nümayəndəsi (vəkili) Vəkil iddianın əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, İddiaçı əvvəllər də “daş hasarın sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması” tələbi ilə məhkəməyə müfaciət etmiş və Cavabdeh həmin işdə müstəqil tələb irəli sürən 3-cü şəxs olmuş, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, qətnamə qanuni qüvvəsini almışdır. Mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur, eyni zamanda, iddiaçı tərəfindən bu əmlaka dair hər hansı hüquqa malik olmasını təsdiq edə biləcək hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Həmin sahənin altından su xətti, kanalizasiya xətti və qaz xətti keçmir, sadəcə olaraq iddiaçı və onun ailə üzvləri həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edirlər. Belə ki, iddiaçı özbaşına torpağının bir hissəsini asfaltladıb oradan avtodayanacaq kimi istifadə edir, yağış suları üçün quyu (şambo) qazdırıb ordan şəxsi ehtiyacları üçün istifadə edir. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsində cavabdehə məxsus torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə iddia qaldırılmış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilmiş, həmin qərar Bakı Apellyasiya Məıhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh Ağayev Azər Teymur oğlu tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş, İddiaçı iddiası mümkün sayılmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisə açdığı torpaq sahəsinə subyektiv hüququ olmadığından həmin torpaq sahəsinə dair plan və ölçünün ləğv edilməsi barədə iddianın təmin edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
21. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
22. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və həmin yerin əvvəlki vəziyyətinin bərpa edilməsini mübahisələndirsə də, sahənin ona məxsus olmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
23. Gəldiyi nəticənin hüquqi əsaslandırması kimi məhkəmə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 4.1-ci, 14.2-ci, 77.1-ci və 106.1-ci maddələrinə istinad etmişdir.
24. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, sübutlara düzgün qiymət vermədiyi, mülkiyyət hüququna müdaxilənin həqiqətən olub-olmadığını aydınlaşdırmadığı, mübahisəsi gedən torpaq sahəsinin tərəfindən asfaltlandığını və orada tərəfindən ağaclar əkilərək abadlaşdırıldığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
25. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahat
26. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı (nümayəndəsi) səbəbini bildirmədən məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh Ağayev Azər Teymur oğlunun nümayəndəsi (vəkili) Vəkil isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
32. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
33. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
35. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin (§ 27) müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
46. Qanunvericiliyin mənasına görə (§ 34,35), lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı ilə sökülə bilər. Yəni müvafiq qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını, qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır.
47. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Cavabdeh, Ağayev Azər Teymur oğlu, X6) “plan-ölçünün ləğv edilməsi” tələbinə (§ 14), baxılarkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: “Mübahisələndirilən torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır. ...Araşdırma zamanı məlum olmuşdur ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 08.02 1995-ci il tarixli 464 nömrəli sərəncamının ayrılmaz hissəsi olan X8 Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 600 kv.m. torpaq sahəsinin ayrılmasına dair Səbail RİHBnın birinci müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi F.Qasımzadə tərəfindən təsdiq olunmuş mart 2005-ci il tarixli 12 nömrəli torpaq sahəşinin yerləşmə sxemi ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998- ci il tarixli 463 nömrəli sərəncamının ayrılmaz hissəsi olan Məmmədova (Vəliyeva) Şəbinə İsmayıl qızına ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 600 kvadrat metr torpaq sahəsinə dair tərtib olunmuş və Səbail RİHB-nın birinci müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbə üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş xx.xx.2005-ci il tarixli torpaq sahəsinin yerləşmə sxemi hazırlandığı zaman mövcud olan torpaq qanunvericiliyinin müvafiq qaydalarına uyğun hazırlanmamış, sözügedən sxemlər miqyassız, situasiyasız, məsafələrlə heç bir istinad nöqtələrinə bağlanmamış olmaları ilə yanaşı, bu sxemlərləri naturada (yerində) müəyyən etmək mümkün deyil. Sxemlərin vizual görüntüsündə hər iki vətəndaşa müxtəlif vaxtlarda hazırlanmış sxemlər eyni nömrə ilə nömrələndiyindən bu sahənin eyni yer olmasını deməyə əsas verir. Araşdırma zamanı 2008-2015-ci illərdə sözügedən ərazidəki torpaq sahəsi mövcud olmuş, hal-hazırda isə həmin ərazidə üç həyətyanı sahə mövcuddur ki, bunlardan M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin 280 kv.m hissəsi qəsəbə daxili yolundan mənimsənilmişdir. Toplanmış materiallara, elektron kadastr baza məlumatlarına və yuxarıda qeyd edilənlərə əsasən: X8 ayrılmış torpaq sahəsinin sxemi ilə Məmmədova (Vəliyevə) Səbinə İsmayıl qızına ayrılmış torpaq sahəsinin sxeminin eyni yer və nömrə olması, naturada yerinin müəyyən edilməsinin mümkün olmaması, sxemlərin vizual görüntüsündə hər iki vətəndaşa müxtəlif vaxtlarda hazırlanmış eyni yerə, eyni nömrə ilə verildiyini, M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədindən əvvəl qeyd edilən sxemə əsasən Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına mülkiyyət hüququna dair sənəd verildiyi üçün X3 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülərlə həmin torpaq sahəsinin hazırkı plan və ölçüsü fərqlidir. 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin 280 kv.m hissəsi qəsəbə daxili yoldan mənimsənilmişdir.”
48. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qətnaməsinin aid olduğu iş üzrə (§ 9-11) də müəyyən edilmişdir ki, X8 Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 600 kv torpaq sahəsinin ayrılmasına dair Səbail RİHB-nın İ müavini V. Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi uzrə nümayəndəsi H. Qasımzadə tərəfindən təsdiq olunmuş “Torpaq sahəsinin yerləşməsi cizgisi”ndə qeyd olunmuş torpaq sahəsinin ölçüləri ilə M.M Miriyevın adına Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin olçüləri şimaldan 1.46 metr, şərqdən 0.72 metr, cənubdan 1.01 metr, qərbdən 2.81 metr fərqlənir, o cümlədən X8 Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 500 kv.m torpaq sahəsinin ayrılmasına dair Səbail RİHB-nın İ müavini VMuxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş “Torpaq sahəsinin yerləşməsi cizgisi”ndə qeyd olunmuş torpaq sahəsi ilə M.Miriyevin adına Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin ölçülərində fərqlər var, X7 ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı, 600 kv.m torpaq sahəsinə dair tərtib olunmuş və Səbail RİHB-nın müavini V. Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş xx.xx.2005-ci il tarixli çizgidə qeyd olunan torpaq sahəsinin X9 ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı torpaq sahəsinə dair Səbail RİHBnın İ müavini V. Muxtarov və RİHB-nın Badamdar qəsəbə uzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş çizgidə qeyd olunmuş torpaq sahəsi ilə nömrələri eynilik təşkil edir, M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilmiş 49783 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin olçüləri ilə xx.xx.2005-ci il tarixdə Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına verilmiş JN-19575D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan torpaq sahəsinin ölçüləri ilə eynilik təşkil etmir.
49. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25 may 2022-ci il tarixli qərarı ilə (§ 16) Ağayev Azər Teymur oğlunun kassasiya şikayətini qismən təmin edərkən vurğulamışdır ki, İddiaçı mübahisə açdığı plan və ölçü sənədində qeyd edilən torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi, hər hansı aidiyyəti və bağlılığı olmadığı mübahisə doğurmur.
50. Ali Məhkəmənin həmin qərarından aydın olur ki, İddiaçı mübahisəli torpaq sahəsində tullantı sularının axıdılması üçün quyu (şambo) qazdırdığını, torpaq sahəsinin bir hissəsini asfaltlatdığını, ümumiyyətlə bu torpaq sahəsindən həmin ərazidə yaşayan şəxslərin, o cümlədən özünün istifadə etdiyini bildirmiş və məhz bu səbəblə Azər Ağayevə verilmiş plan-ölçü sənədinin ləğv edilməsini istəmiş, lakin kassasiya instansiyası onun müvafiq subyektiv hüququnun olmadığı nəticəsinə gəlmişdir.
51. Beləliklə, hazırkı iş üzrə müəyyən olunan hal odur ki, iddiaçının sökülməsini tələb etdiyi hasarın yerləşdiyi torpaq sahəsi cavabdehin qanuni sahibliyində (mülkiyyətində) olan sahədir.
52. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-9/2022 saylı iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə