Məhkəmə qərarları › İş №2(103)-5771/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5771/2020

19.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5771/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı “Milli İncilər” X5 cavabdehlər “X2” MMC-yə və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2279/2019 saylı qətnaməsindən cavabdeh “X2” MMC tərəfindən verilmiş apelyasiyanın mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2279/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “X3” MMC-dən və Cavabdeh2 dəymiş maddi zərərə görə 5312 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun “Milli İncilər” X6 xeyrinə tutulması, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti vermiş və işin Bakı Apelyasiya Məhkəməsində baxılması zamanı qətnamədən cavabdeh “X3” MMC tərəfindən apelyasiya şikayətinin verildiyi məlum olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli iclas protokolunun qərarı ilə “X3” MMC tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayətinin MPM-in 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2279/2019 saylı qərardadı ilə cavabdeh “X3” MMC-nin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2279/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti prosessual müddət buraxılmaqla verildiyindən, qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2279/2019 saylı qərardadından cavabdeh “X3” MMC şikayət vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və cavabdeh “X3” MMC tərəfindən apelyasiya şikayətinin vaxtında verilib-verilməməsinə qiymət verilməsi üçün mülki iş materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. xx xxxx 2020-ci il tarixli məktubla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2279/2019 saylı qətnaməsindən cavabdeh “X2” MMC-nin apelyasiya şikayəti mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə görə apelyasiya şikayəti apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2279/2019 saylı qətnaməsi tərəflərə göndərilmiş və xx.xx.2019-cu il tarixdə “X2” MMC-nin yerləşdiyi ünvanda “Qiyasbəyli Firuzə” adlı şəxs tərəfindən imza olunmaqla qəbul olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2279/2019 saylı qərardadından “X2” MMC-nin şikayətinə əlavə olunmuş zərfin kserosurətində isə qətnamənin təqdim olunması tarixini göstərən poçt möhürünün üzərində “xx.xx.2019” rəqəmləri əks olunmuşdur. Diqqətlə baxdıqda həmin rəqəmlərdə düzəliş edilməsi müəyyən olunur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh “X3” MMC tərəfindən apelyasiya şikayətinin vaxtında verilib-verilməməsinə qiymət verilməsi üçün mülki iş materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmasına baxmayaraq, birinci instansiya məhkəməsi qətnamədən apelyasiya şikayətinin vaxtında verilib-verilməməsi məsələsini müzakirə etmədən mülki iş materiallarını baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyri-mümkün hesab edilərək mülki iş materialları “X3” MMC tərəfindən qətnamədən apelyasiya şikayətinin vaxtında verilib-verilməməsinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2279/2019 saylı qətnaməsindən cavabdeh “X2” MMC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və mülki iş qətnamədən apelyasiya şikayətinin vaxtında verilib-verilməməsi məsələsinin müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar