Məhkəmə qərarları › İş №2(103)-5775/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5775/2022

21.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5775/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı X5 vəkili X3 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh1, X16, Cavabdeh3 və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti və 42 saylı MKİS-nə qarşı “aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı və qarşılıqlı iddia üzrə iddiaçı X8 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1163/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh1 və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından mühafizə Xidmətinə qarşı aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Həmin mənzil icarə hüququ əsasında Soltan Mustafayevə verilmişdir və xarici qonaqların qarşılanması və müvəqqəti yerləşdirilməsi üçün istifadə olunur. İddiaçı2 ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Belə ki, qeyd edilmiş qonşular mülkiyyətlərində olan binanın ümumi sahələlərindən istifadə etmək imkanlarından məhrum ediliblər. Həmin binanın ümumi istifadədə olan sahələri cavabdeh tərəfindən zəbt olunmuşdur (mənzillərarası pilləkən meydançası, pilləkənlər, şaxtalar, dəhliz, çardaq, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, saııitar-texniki və digər avadanlıqlar). Cavabdeh həmin sahələri bağlayıb və kilidləmişdir. Buna görə də həmin ərazilərə daxil olmaq belə mümkün deyildir. Yaşayış üçün nəzərdə tutulmayan həmin sahələrdə cavabdeh yanğın təhlükəsizliyi qaydaları əleyhinə qurğu və avadanlıqlar quraşdırmış, yaşayış məqsədlərinə cavab verməyən həmin sahəni yaşayış məqsədləri üçün istifadə edir. Nəticədə, ümumi istifadədə olan binanın həmin sahələrindən nəinki ümumi şəkildə istifadə etmək, həmin bağlı sahələrə daxil olmaq belə mümkün deyildir. Ən əsası budur ki, cavabdehin bu hərəkətləri iddiaçıların mülkiyyətində olan mənzillər üçün real dağıntı təhlükəsi yaradır. Belə ki, cavabdehin qeyd edilmiş hərəkətləri nəticəsində iddiaçıların mənzilləri üçün daima yanğın, su sızması və nəticədə mənzillərin dağıdılması ilə nəticələnən tavanın uçması və s. əmlak ziyanı ilə nəticələnə bilən təhlükələr vardır. Cavabdeh zəbt etdiyi sahələrdə həmin sahələr üçün nəzərdə tutulmayan su xətləri çəkib. Həmin xətlərin çəkilməsi binanın konstruksiyasına uyğun olmadığına görə iddiaçıların mənzillərinə daima su sızır. İddiaçı1 mülkiyyətində olan mənzilin tavanı həmin su sızmaları nəticəsində bərbad vəziyyətə düşmüşdür. Su sızma nəticəsində yüksək səviyyədə təmir edilmiş mənzilin su sızmaya məruz qalan otaqları tamamilə yararsız vəziyyətə düşmüşdür. Su sızmasına görə qopub tökülən təmir-tikinti materialları adi yaşayış imkanlarını məhdudlaşdırır. Nəticədə İddiaçı1 təmirli mənzilinə xeyli miqdarda ziyan dəymişdir. Buna baxmayaraq cavabdeh binadan qanunsuz istifadəni davam etdirir. Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdə mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdə, binanın çardağında və digər sahələrində aparılmış tikinti, təmir, yenidəqunna və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi; yuxarıda qeyd edilmiş və binanın konstruksiyasına və dayanıqlığına mənfi təsir edən cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi; cavabdeh tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və iddiaçıların mənzillərinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi; İddiaçı1 dəymiş mənəvi ziyana görə 10.000, maddi ziyana görə 10.000 manat, cəmi 20.000 manat pulun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi; Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdən, binanın çardağından və digər sahələrindən istifadə etmək, həmin əraziyə daxil olmaq Cavabdeh1 qadağan edilməsi; Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdən, həmin evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər sahələrindən çıxarılması, həmin sahələrin iddiaçıların istifadəsinə verilməsi, iddiaçıların həmin sahələrdən sərbəst istifadə etmək imkanlarıın təmin edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər ümumi istifadə üçün nəzərdə tutulan sahələrindən istifadə etmələrinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğuların, qapıların sökülməsi, bağlı kilidlərin açılması, cavabdeh tərəfindən həmin əraziyə qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyinin Cavabdeh1 həvalə edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və ümumi istifadə üçün nəzərdə tutulmuş digər sahələrindən istifadə etmələrinə maneəçilik törətməyin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. İlkin iddia üzrə iddiaçılar ilkin iddia ərizəsinə dəyişiklik edərək təqdim edərək, cavabdehlər: Cavabdeh1, Cavabdeh3 və X16 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdə mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdə, binanın çardağında və digər sahələrində aparılmış tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi; yuxarıda qeyd edilmiş və binanın konstruksiyasına və dayanıqlığına mənfi təsir edən cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X16 tərəfindən M.İbrahimov küçəsi, 5 saylı binanın ümumi istifadə sahəsi olan İ.Səfərli küçəsi, 12/123 saylı binanın çardağ hissəsinə açılmış giriş-çıxış sahəsi bağlanılması, bununla bağlı aparılmış tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işləri qanunsuz hesab edilməsi və sökülməsi; cavabdehlər tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və iddiaçıların mənzillərinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi; İddiaçı1 dəymiş mənəvi ziyana görə 10.000, maddi ziyana görə 10.000 manat, cəmi 20.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi; Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdən, binanın çardağından və digər sahələrindən istifadə etmək, həmin əraziyə daxil olmağın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X11 qadağan edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X16 Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdən, həmin evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər sahələrindən çıxarılsınlar, həmin sahələr idiaçıların istifadəsinə verilməsi, iddiaçıların həmin sahələrdən sərbəst istifadə etmək imkanlarının təmin edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər ümumi istifadə üçün nəzərdə tutulan sahələrindən istifadə etmələrinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğuların, qapıların sökülməsi, bağlı kilidlərin açılması, cavabdeh tərəfindən həmin əraziyə qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh3, X16, Cavabdeh1 əğluna həvalə edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və ümumi istifadə üçün nəzərdə tutulmuş digər sahələrindən istifadə etmələrinə maneəçilik törətmək cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İlkin iddia ərizəsinə dəyişiklik onunla əsaslandırılmışdır ki, üçüncü şəxs 42 saylı MKİS-dən daxil olan məlumatlara əsasən M.İbrahimov küçəsi 5 saylı binanın ümumi istifadə sahəsi olan İ.Səfərli küçəsi, 12/123 saylı binanın çardağ hissəsinə giriş-çıxış mövcuddur. Həmin giriş-çıxış Cavabdeh3 və X8 istifadəsindədir. Həmin giriş-çıxış texniki pasportda öz əksini tapmamışdır. M.İbrahimov küçəsi 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzil Cavabdeh3 adınadır. X1r. Buna görə də Cavabdeh3 və X8 cavabdehlər siyahısına daxil edilməsi zəruridir.

5. Qaşrılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və maneənin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Vəkil3 qarşılıqlı iddia tələbinə əlavə təqdim edərək, cavabdeh İddiaçı1 vicdansızcasına əsassız iddia qaldırması nəticəsində vurulmuş mənəvi ziyana görə 5000 manat və cavabdeh İddiaçı1 vicdansızcasına əsassız iddia qaldırması nəticəsində vaxt itkisinə görə 10000 manat məbləğində kompensasiyanın iddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Eyni zamanda qaşrılıqlı iddia üzrə iddiaçı X16 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Qarşılıqlı iddia üzrə iddiaçı X8 nümayəndəsi qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı1 və İddiaçı2 ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin, blokun və çardağın giriş qapısının dəmir bağlamaqla zəbt etməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi; ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin, blokun və çardağın giriş qapısına asılmış qıfıl və kilidlərin məcburi qaydada sökülməsi və qanunsuz hərəkətlər nəticəsində vurulmuş mənəvi ziyana görə 10000 manat məbləğində kompensasiyanın cavabdeh İddiaçı1 və İddiaçı2 birgə qaydada tutularaq iddiaçı Cavabdeh2 barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1163/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların rədd edilməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov).

10. Həmin qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayət verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın təmin edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11770/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin İddiaçı1 ilk iddiasının rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Namiq Cəfərov).

12. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Ali Məhkəmənin 2(102)-2645/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(103)-11770/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən: Elşad Şamayev). Apellyasiya şikayətləri və dəlilləri:

14. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı tələblərinin əsaslılığının təsdiqi üçün məhkəməyə sübüt qismində ekspert rəyi təqdim etmişdir. «X10»nin xx.xx.2021-ci il tarixli 63 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, «İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un, SNiP2.08.01, SNiP 31-02, SNiP 31-01 2003 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin29.1 və 35.4-cü maddələrinin tələblərinə görə binanın çardaq sahəsi sakinlərin ümumi mülkiyyətinin bir hissəsidir. Buna görə mövcud qanunvericilik aktının tələblərinə uyğun olaraq çardağı bağlamaq üçün sahiblərin ümumi yığıncağından icazə alınmalıdır. Yaşayış binasının çardaq sahəsinin bir hissəsinə qoşulmaq istəyən şəxs tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq aşağıda qeyd olunan ardıcıl sənədləşmə işini aparmalıdır. 1. Çardağın çevrilməsinin texniki cəhətdən mümkünlüyü və yaşayış sahəsi kimi sonrakı istismarı ilə bağlı təsdiq almaq; 2. Binanın sakinləri ilə razılaşaraq çardaq sahəsinin bir hissəsinə mülkiyyət hüququ vermək; 3. Çardağın yenidən qurulması üzərində iş aparmaq üçün icazə almaq; 4. Yenidənqurma işləri aparmaq; 5. Çardağın istifadəyə verilməsi üçün icazə almaq; 6. Yaranan yaşayış və ya qeyri yaşayış sahəsini rəsmi olaraq qeydiyyata almaq. Texniki mərtəbə və oradakı avadanlıq binanın bütün sakinlərinin kollektiv mülkiyyətidir. Mənzil bürosu və ya digər xidmət təşkilatı buna giriş hüququna malikdir. Funksional texniki mərtəbə mənzil sahiblərində birinin mülkiyyətinə tam ötürülə bilməz. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri,Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 5, 10/11 nömrəli mənzilin üzərində yerləşən çardaq mərtəbəsi təyinatı üzrə həmin binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan sahə hesab olunur. Tikinti Norma və Qaydalarının tələblərinə əsasən sözügedən çardaq mərtəbəsi binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan sahə hesab olunur. Həmin sahə binanın mülkiyyətçilərinin daxil olması və həmin sahədən sərbəst istifadəsi, eləcə də həmin sahənin təhlükəsiz istismarı hər hansı yolla (sahənin bağlanması, kilidlənməsi, əlavə tikinti işlərinin aparılması və s. üsullarla) məhdudlaşdırıla bilməz. Lakin sözügedən çardaq mərtəbəsi metal barmaqlıqlarla bağlanmış, sakinlərin giriş çıxışı məhdudlaşdırılmışdır. Mübahisəli çardaq mərtəbəsində aparılmış, təmir-tikinti, quraşdırma və sair işlər FHN-nin X19 Xidməti tərəfindən tərtib edilmiş 37/M- 00371 saylı xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunanlara, eləcə də “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 160 nömrəli Qərarına və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.4-cü və 35.1-ci maddələrinin tələblərinə uyğun deyildir. O cümlədən çardaq mərtəbəsinin bağlanması Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 5, 10/11 nömrəli mənzilin quruluşuna (strukturuna) texniki cəhətdən təsir edir. Gələcəkdə ev 5, 10/11 nömrəli mənzilin yanğın təhlükəsizlik istismarına, su sızma təhlükəsi, atmosfer yağıntılarından mühafizə və s. bu kimi hadisələrin baş verməməsi və ya qarşısının alınması üçün maneəçilik yaradır. Bundan əlavə vəkil sorğusuna cavab kimi mənə verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin xx.xx.2019-cu il tarixli aktından görünür ki, ünvan 5 ünvanında yerləşən «Prestije» otelinin direktoru ilə birlikdə şikayət olunan ünvanda aşkar edilmişdir ki, bina 2 mərtəbəlidir, İ mərtəbədə yaşayış mənzilləri, İİ mərtəbə otel kimi istifadə olunur. Otel yerləşən binanın mansard hissəsi X16 tərəfindən yaşayış kimi istifadə olunur. Mansara baxış zamanı məlum oldu ki, mansarın yarı hissəsi təmir olunub və taxta konstruktsiya ilə üzlənmişdir. Mansarın təmir olunan hissəsində elektrik təsərrüfatı mövcuddur. Mansarın yaşayış kimi istifadə olunmasına dair heç bir sənəd təqdim olunmadı. Mansard sahənin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb. Mansardın təmir olunmayan hissəsində taxta və digər artıq əşyalar yığılmışdır. Eyni zamanda, 42 saylı MKİSninxx.xx.2021-ci il tarixli 32 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri,Yasamal rayonu, M.İbrahimov küç. 5 saylı binanın çardağı İddiaçı1 xüsusi dam örtüyü deyil, sakinlərin ümumi istifadəsində olan dam örtüyüdür. Binanın ümumi istifadə sahəsi olan çardağın 15,0 kv.m sahəsi İddiaçı1 və İddiaçı2 Abdulrəhman qızının istifadəsindədir. İddiaçı1 ona məxsus olan mənzilin dam örtüyünə dəmir barmaqlıqlarla məhdudiyyətlər qoyulmuşdur. Çardağa əsas giriş İddiaçı2 Abdulrəhman qızına məxsus mənzilin girişi ilə eynidir. 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İddiaçı2 Abdulrəhman qızının girişinə məhdudiyyət qoyulub, yəni, dəmir barmaqlıqla arakəsmə var. 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İ.Səfərli küçəsi 12/123 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İ.Səfərli küçəsi 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndən girişçıxış üçün Cavabdeh3 və X16istifadə edir. İ.Səfərli 12/123 saylı binanın çardağ hissəsinə giriş texniki pasportda öz əksini tapmamışdır. 5 saylı binanın İ mərtəbəsində yerləşən mənzil Cavabdeh3 adınadır, ancaq X1r, qeydyyat vəsiqəsi təzə şəxsiyyət vəsiqəsi olduğuna gbrə qeyiyyat görsənmir. Əlavə girişdən Cavabdeh3 və X16 istifadə edir. Bununla da, məhkəmə iddia tələblərimi təmin etməmişdir. Bunun əsası kimi məhkəmə qeyd etmişdir ki, binanın ümumi istifadə sahəsi olan çardağın 15,0 kv.m sahəsi İddiaçı1 və İddiaçı2 Abdulrəhman qızının istifadəsindədir. İddiaçı1 ona məxsus olan mənzilin dam örtüyünə dəmir barmaqlıqlarla məhdudiyyətlər qoyulmuşdur. Çaradağa əsas giriş iş üzrə digər iddiaçı olan İddiaçı2 Abdulrəhman qızına məxsus mənziin girişi ilə eynidir. 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İddiaçı2 Abdulrəhman qızının girişindən məhdudiyyət qoyulub, yəni, dəmir barmaqlıqla arakəsmə var. Onlar çardağın qeyd edilən hissəsinə artıq istifadə olunmayın əşyalarını yığıblar. Çardağın qalan hissəsindən Cavabdeh3 və Mirzəzadə Ayaz istifadə edirlər. Məhkəmənin bu mövqeyi işdə olan digər sübutlarla, o cümlədən də Azərbaycan Respublikası FHN və müstəqilekspertiza mərkəzinin rəyi ilə uyğunluq təşkil etmir. Buna baxmayaraq, ekspertizanın keçirilməsi barədə vəsatətimiz təmin edilməmiş, işin tam hərtərəfli və obyektiv baxılması üçün lazımi şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsinin hakimi ümumi ölçüsü 400 kv.m-dək olan çardağa dair hüququi münasibətləri həll edərkən, yalnız 15 kv.m sahəyə dair araşdırma aparmışdır. Digər hissələrlə bağlı hakim fikir bildirməmişdir. Halbuki, iddiaçı və İddiaçı2 tərəfindən çardağın hər hansı hissəsinə dair kiməsə münasibətdə məhdudiyyət qoyulmayıb. O məhdudiyyəti öz tikinti işləri ilə cavabdehlər yaradıb. Üçüncü şəxs olan Azərbaycan RespublikasıArxitektura və Şəhərsalma Komitəsinin nümayəndəsi də suallara cavab verərək məhkəmə iclasında bildirmişdir ki, cavabdehlər tərəfindən aparılmış tikinti işləri və qoyulmuş məhdudiyyətlər qanunsuzdur. Tərəflərin izahatları:

15. Kollegiya iclasında iştirak edən iddiaçının vəkili R.Əmirova apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi.

16. Kollegiya iclasının vaxtı və yeri barədə digər şəxslərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

18. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:

19. Belə ki, iş materiallarında olan Yasamal rayon İcra Hakimiyyətinin İddiaçı1 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, onun ünvan 7 ünvanda mənzilinin və digər sakinlərə məxsus mənzillərin çardaq hissəsinin başqa şəxslər tərəfindən zəbt edilməsi barədə İcra Hakimiyyətin ünvanladığı müraciətinə əsasən bildirilir ki, qaldırdığı məsələnin Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həll edilməsi mümkün deyil.

20. Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin Soltan Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, onun icarədarı olduğu ünvan 5 ünvanında yerləşən «Prestije» otelinin yerləşdiyi 2 mərtəbəli binanın dam örtüyündə yanğın təhlükəsizliyinin pozulması ilə əlaqədar ərizəsində qeyd edilmiş məsələlər yerində keçirilmiş yanğın texniki müayinə nəticəsində öz təsdiqini tapmış və aşkarlanmış yanğına qarşı nöqsanların aradan qaldırılması üçün Yasamal rayon İcra Hakimiyyətinə rəsmi məktub göndərilmişdir.

21. Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin Yasamal rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən «Prestije» otelinin yerləşdiyi 2 mərtəbəli binanın dam örtüyündə yanğın təhlükəsizliyi ilə bağlı müayinə zamanı binanın dam hissəsindən yşayış sahəsi kimi istifadə olunduğu, sakinlər tərəfindən yanar əşyaların yığıldığı elektrik təsərrüfatının quraqdırıldığı, yanar taxta konstruksiyaların odadavamlı məhlulla hopdrulmadığı və küçədə avtomobillərn düzgün park edilməməsi nəticəsində yanğın avtomobillərinin sərbəst hərəkətinə maneələr yarandığı müəyyən olunmuşdur. Toxunulan məsələnin ciddiliyi nəzərə alınaraq «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qannun 5–ci maddəsi və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 3.15.9-cu bəndi ilə üzərlərinə qoyulmuş vəzifələrin icrası olaraq ünvan 5 ünvanında yerləşən yaşayış binasının yanğın təhlukəsizliyinin təmin edilməsi sahəsində mövcud pozuntuların qısa müddətdə aradan qalrdırılması istiqamətində təxirə salınmaz tədbirlərin görülməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur.

22. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, ünvan 7xx.xx.2018-ci il tarixdən İddiaçı1 adına qeydiyyatdan keçmişdir.

23. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 313582 saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küç. ev 5 m.4 İddiaçı2 adına xx.xx.2020-ci il tarixdən qeydiyyatdan keçmişdir.

24. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küç. ev 5 m. 4 İddiaçı2 adına xx.xx.2002-ci il tarixdən ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.

25. «X10»nin xx.xx.2021-ci il tarixli 63 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, «İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un, SNiP 2.08.01, SNiP 31-02, SNiP 31-01 2003 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1 və 35.4-cü maddələrinin tələblərinə görə binanın çardaq sahəsi sakinlərin ümumi mülkiyyətinin bir hissəsidir. Buna görə mövcud qanunvericilik aktının tələblərinə uyğun olaraq çardağı bağlamaq üçün sahiblərin ümumi yığıncağından icazə alınmalıdır. Yaşayış binasının çardaq sahəsinin bir hissəsinə qoşulmaq istəyən şəxs tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq aşağıda qeyd olunan ardıcıl sənədləşmə işini aparmalıdır. 1. Çardağın çevrilməsinin texniki cəhətdən mümkünlüyü və yaşayış sahəsi kimi sonrakı istismarı ilə bağlı təsdiq almaq; 2. Binanın sakinləri ilə razılaşaraq çardaq sahəsinin bir hissəsinə mülkiyyət hüququ vermək; 3. Çardağın yenidən qurulması üzərində iş aparmaq üçün icazə almaq; 4. Yenidənqurma işləri aparmaq; 5. Çardağın istifadəyə verilməsi üçün icazə almaq; 6. Yaranan yaşayış və ya qeyri yaşayış sahəsini rəsmi olaraq qeydiyyata almaq. Texniki mərtəbə və oradakı avadanlıq binanın bütün sakinlərinin kollektiv mülkiyyətidir. Mənzil bürosu və ya digər xidmət təşkilatı buna giriş hüququna malikdir. Funksional texniki mərtəbə mənzil sahiblərində birinin mülkiyyətinə tam ötürülə bilməz. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 5, 10/11 nömrəli mənzilin üzərində yerləşən çardaq mərtəbəsi təyinatı üzrə həmin binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan sahə hesab olunur. Tikinti Norma və Qaydalarının tələblərinə əsasən sözügedən çardaq mərtəbəsi (Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 5, 10/11 nömrəli mənzilin üzərində yerləşən mərtəbə) binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan sahə hesab olunur. Həmin sahə binanın mülkiyyətçilərinin daxil olması və həmin sahədən sərbəst istifadəsi, eləcə də həmin sahənin təhlükəsiz istismarı hər hansı yolla (sahənin bağlanması, kilidlənməsi, əlavə tikinti işlərinin aparılması və s. üsullarla) məhdudlaşdırıla bilməz. Lakin sözügedən çardaq mərtəbəsi metal barmaqlıqlarla bağlanmış, sakinlərin giriş çıxışı məhdudlaşdırılmışdır. Mübahisəli çardaq mərtəbəsində (Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 5, 10/11 nömrəli mənzilin üzərində yerləşən hissəsində) aparılmış, təmir-tikinti, quraşdırma və sair işlər FHN-nin X19 Xidməti tərəfindən tərtib edilmiş 37/M-00371 saylı xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunanlara, eləcə də “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 160 nömrəli Qərarına və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.4-cü və 35.1-ci maddələrinin tələblərinə uyğun deyildir. O cümlədən çardaq mərtəbəsinin bağlanması Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 5, 10/11 nömrəli mənzilin quruluşuna (strukturuna) texniki cəhətdən təsir edir. Gələcəkdə ev 5, 10/11 nömrəli mənzilin yanğın təhlükəsizlik istismarına, su sızma təhlükəsi, atmosfer yağıntılarından mühafizə və s. bu kimi hadisələrin baş verməməsi və ya qarşısının alınması üçün maneəçilik yaradır.

26. Yasamal rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, ünvan 10 ünvanda evin dam hissəsində tikintiyə icazə verilməsinə dair sərəncam İcra Hakimiyyətində müəyyən edilməmişdir.

27. Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin xx.xx.2019-cu il tarixli aktından görünür ki, ünvan 5 ünvanında yerləşən «Prestije» otelinin direktoru ilə birlikdə şikayət olunan ünvanda aşkar edilmişdir ki, bina 2 mərtəbəlidir, İ mərtəbədə yaşayış mənzilləri, İİ mərtəbə otel kimi istifadə olunur. Otel yerləşən binanın mansar hissəsi X16 tərəfindən yaşayış kimi istifadə olunur. Mansara baxış zamanı məlum oldu ki, mansarın yarı hissəsi təmir olunub və taxta konstruktsiya ilə üzlənmişdir. Mansarın təmir olunan hissəsində elektrik təsərrüfatı mövcuddur. Mansarın yaşayış kimi istifadə olunmasına dair heç bir sənəd təqdim olunmadı. Mansard sahənin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb. Mansardın təmir olunmayan hissəsində taxta və digər artıq əşyalar yığılmışdır

28. 42 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 347 saylı arayışından görünür ki, Cavabdeh3 M.İbrahimov küç. 5 saylı evdə mənzil adınadır, lakin qeydiyyata düşməyib. Bu ünvanda yaşayır.

29. 42 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 348 saylı arayışından görünür ki, X16 M.İbrahimov küç. 5 saylı evdə qeydiyyatsız yaşayır.

30. 42 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 11 ünvanında sahə mülkiyyətçisi olan “MƏCLİS” X2 digər mülkiyyətçilərlə birlikdə binanın çardaq hissəsindən istifadə edir. Müəssisənin qanuni təmsilçisi X13 həmin sahədən çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçisinin (hüquqi şəxsin) nümayəndəsi olaraq, qanunvericiliyin tələbləri çərçivəsində ümumi əsaslarla istifadə edir. Bakı şəhəri, M.İbrahimov küçəsi ev 5 ünvanında yerləşən binanın həyətindəki pilləkəndən (blokdan) və çardağın əsas giriş qapısından İddiaçı2 Abdulrəhman qızı və İddiaçı1 istifadə edir. Hazırda sözügedən pilləkəndən (blokdan) və çardağın əsas giriş qapısından digər şəxslərin istifadəsi İddiaçı2 Abdulrəhman qızı tərəfindən quraşdırılmış dəmir barmaqlar və dəmir qapı vasitəsi ilə məhdudlaşdırılıb. İddiaçı2 Abdulrəhman qızı ünvan 12 ünvanında qeydiyyatdadır, lakin həmin mənzildə yaşamır. İddiaçı1 ünvan 11, mənzil qeydiyyatda olub-olmaması, eləcə də faktiki olaraq yaşayıb-yaşamaması haqqında 42 Sayl MKİS-də məlumat mövcud deyil.

31. 42 saylı MKİS-nin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 29 saylı məktubundan görünür ki, ünvan 10 Cavabdeh1 adına heç bir mülkiyyət yoxdur. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi qeyriyaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin Texniki pasportu Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov (keçmiş M.Qorki) küçəsi 5 saylı binanın zirzəmidə yerləşən sahə mülkiyyətçi və icarədar təşkilatçı X4 Mərkəzi «Məclis» Assosiasiyasına məxsusdur. Bina 1912-ci ildə tikilib istifadəyə verilmişdir. X4 Mərkəzi «Məclis» Assosiasiyasına Dövlət Əmlak Komitəsinin 14 mart 1997-ci il tarixli 41 saylı əmri ilə texniki pasport təsdiq edilmişdir. Həmin zirzəminin 97,52 kv.m, əsas sahə, köməkçi sahə isə 63,0 kv.m. ümumi sahə 160,52 kv.m-dir.

32. 42 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli aktından görünür ki, ünvan 5 saylı binanın çardağ hissəsi ümumi istifadədir, hazırda İddiaçı2, İddiaçı1, X16 və Cavabdeh3 tərəfindən istifadə olunur. Əvvəllər də həmin çardağ hissə binada yaşayan sakinərin istifadəsində olub. Binanın çardağ hissəsinə blokdan giriş İddiaçı2 məxsus olan mənzilin qapısındla olan dəşlizdəndir. Həmin giriş qapısı qıfıl ilə bağlıdır və hazırda İddiaçı2 və İddiaçı1 tərəfindən istifadə olunur. Digər qonşular M.İbrahimov küç 5 saylı binanın sardığ hissəsində daxil olmaq üçün İ.Səfərli 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndan və həmin binanın çardağından istifadə edirlər. Həmin giriş dəmir qapıdan ibarətdir və açarla açılır. Cavabdeh3 və Mirzəzadə Ayaz tərəfindən istifadə olunur. Orada onlara məxsus əşyalar vardır. Binanın çardağının bir hissəsi dəmir barmaqlıq ilə ayrılmışdır. Həmin ərazi çardağın giriş qapısının qarşısındadır və orada İddiaçı2 və İddiaçı1 məxsus əşyalar yerləşdirilmişdir. 5 saylı ünvanda X9 adına heç bir qeyriyaşayış sahəsi və mənzil yoxdur.

33. 42 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 32 saylı cavab məktubundan görünür ki, ünvan 10 binanın çardağı İddiaçı1 xüsusi dam örtüyü deyil, sakinlərin ümumi istifadəsində olan dam örtüyüdür. Binanın ümumi istifadə sahəsi olan çardağın 15,0 kv.m sahəsi İddiaçı1 və İddiaçı2 Abdulrəhman qızının istifadəsindədir. İddiaçı1 ona məxsus olan mənzilin dam örtüyünə dəmir barmaqlıqlarla məhdudiyyətlər qoyulmuşdur. Çardağa əsas giriş İddiaçı2 Abdulrəhman qızına məxsus mənziin girişi ilə eynidir. 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İddiaçı2 Abdulrəhman qızının girişinə məhdudiyyət qoyulub, yəni, dəmir barmaqlıqla arakəsmə var. 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İ.Səfərli küçəsi 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndən girişçıxış üçün Cavabdeh3 və X16 istifadə edir. İ.Səfərli 12/123 saylı binanın çardağ hissəsinə giriş texniki pasportda öz əksini tapmamışdır. 5 saylı binanın İ mərtəbəsində yerləşən mənzil Cavabdeh3 adınadır, ancaq X1r, qeydyyat vəsiqəsi təzə şəxsiyyət vəsiqəsi olduğuna gbrə qeyiyyat görsənmir. Əlavə girişdən Cavabdeh3 və X16 istifadə edir.

34. 42 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli aktından görünür ki, ünvan 10 binanın çardaq hissəsi qonşuların istifadəsindədir, hazırda İddiaçı2, İddiaçı1, X16 və Cavabdeh3 tərəfindən istifadə olunur. Əvvəllər də həmin çardağ hissə binada yaşayan sakinərin istifadəsində olub. Həmin çardağa əsas giriş İddiaçı2 və İddiaçı1 tərəfdəndir. Çardağa giriş hissə İddiaçı2 Abdurəhman qızının mənzilinin girişi ilə eynidir. Həmin girişdən yəni, çardığın girişinin bir hissəsinə dəmir barmaqlıqlarla məhduyyətlər qoyulmuşdur. Yəni, 15,0 kv.m sahəyə İddiaçı2 və İddiaçı1 artıq istifadə olunmayın əşyaların yığıblar. Çardağın qalan hissəsindən Cavabdeh3 və Mirzəzadə Ayaz istifadə edirlər. Həmin çardağın bir hissəsinə daxil olmaq üçün İ.Səfərli küçəsi 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndən çardağın giriş-çıxışı üçün istifadə edilrlər. 5 saylı ünvanda X9 adına heç bir qeyri-yaşayış sahəsi və mənzil yoxdur.

35. 42 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 31 saylı cavab məktubundan görünür ki, M.İbrahimov küç. 5 saylı ünvanda çardağla əlaqədar İddiaçı1 tərəfindən FHN-nin və Yasamal rayonu, İcra Hakimiyyətinə bir neçə il bundan əvvəl şikayət daxil olmuşdur. Həmin sözügedən təşkilatlarla bərabər 5 saylı ünvana dəfələrlə baxış keçirmişlər. Məlum olmuşdur ki, X16 çardağda dam örtüyünün bir hissəsini qaldırmaq məqsədi ilə tikinti işəri aparmışdır. Tərəflərindən tikinti aşkarlanmış və sökülərək əvvəlki vəziyyətinə qaytarılmışdır. 5 saylı ünvanın çardığı ilə əlaqədar MKİS-yə heç bir yazılı məlumat daxil olmamışdır.

36. 42 saylı MKİS-nin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 30 saylı məktubundan görünür ki, M.İbrahimov küç. (keçmiş M.Qorki) küçəsi 5 saylı binada yaşayan İddiaçı1 və X17 tərəfindən evin dam hissəsində giriş-çıxışa maneə yaradılması haqqında 42 saylı MKİS-də heç bir yazılı müracət olunmamışdır. Apellyasiya baxışının həddləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən yalnız ilkin iddia tələbinə dair hissədə yoxlayır. Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

42. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

46. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

47. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

Hüquqi dəyərləndirmə:

48. Əvvəla, kollegiya qeyd edilməsini zəruri hesab edir ki, məhkəmə icraatı zamanı İddiaçı1 mülkiyyətçisi olduğu mənzili anası X7 bağışladığından, əsl iddiaçı kimi İddiaçı1 əvəzinə X14 tanınmışdır.

49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək qeyd edir ki, iddiaçılar ümumilikdə 9 tələb irəli sürmüşdür. Həmin tələblər iddiaçıların mülkiyyətlərində olan yaşayış sahələrinin üstündə yerləşən, mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahədə (çardaqda) cavabdehlər tərəfindən yenidənqurma və tikinti işlərinin qanunsuz hesab edilməsindən, həmin işlərin nəticələrinin sökülməsindən, binanın sökülmüş konstruktiv elementlərinin bərpa edilməsindən və s. ibarət olmuş və əsas kimi göstərilmişdir ki, cavabdehlərin çardaqdan istifadə etmələri nəticəsində iddiaçıların mənzillərinə və mənzillərin yerləşdiyi binaya təhlükə yaradılır, mənzilə su axıdılır və s.

50. Birinci instansiyası məhkəməsi iddianı o əsasla rədd etmişdir ki, iddiaçılar tələbini sübut edə bilməmişlər.

51. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qənaətini onunla əsaslandırır ki, Mənzil Məcəlləsinin 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.

52. Hazırki iddia tələbinin əsas hissəsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətinə aid deyildir. Belə ki, iddiaçı çoxmənzilli binanın yenidən qurulması, tikili və qurğuların inşa edilməsi, təmiri, ümumi əmlakın istifadəyə verilməsi ilə bağlı deyil, zəbt olunduğunu, mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırdığı və ona zərər vurması ilə nəticələnməsini iddia etdiyi hərəkətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması ilə əlaqədardır.

53. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi ilkin iddiaçının iddia tələbində göstərdiyi 9 halın yerində araşdırılması məqsədilə mübahisəli sahəyə yerində baxış keçirmişdir. Mübahisəli yerə yerində baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində qismən haqlı olmuşdur. Belə ki, kollegiya iş materialları, tərəflərin izahatları, Ali Məhkəmənin göstərişləri və yerli baxışın nəticələrinə əsaslanaraq qeyd edir ki, cavabdehlər tərəfindən binanın ümumi istifadə sahəsi olan, İ.Səfərli küçəsi, 12/123 nömrəli binanın çardaq hissəsinə açılmış giriş-çıxış sahəsinin bağlanılması, bununla bağlı aparılmış tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi və sökülməsi, eyni zamanda, iddiaçıların binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən (çardağından və s.) istifadə etməsinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğu və qapıların sökülməsi, bağlı kilidlərin açılması, həmin əraziyə cavabdehlər tərəfindən qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi hissəsində ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

54. Kollegiya mövqeyini yuxarıda qeyd edilən hüquq normalarına istinad etməklə əsaslandırır və vurğulayır ki, hazırda mübahisələndirilən çardaq binanın ümumi istifadə sahəsi olmaqla bütün sakinlərin ümumi istifadəsindədir. Belə olan halda, sakinlərin hər hansı birinin digərinin həmin sahədən istifadə etməsinə mane olan hərəkətlər etməsi onların hüquqlarının pozulmasına gətirib çıxarır.

55. Hazırki iş üzrə cavabdehlərin binanın ümumi istifadə sahəsi olan, İ.Səfərli küçəsi, 12/123 nömrəli binanın çardaq hissəsinə açılmış giriş-çıxış sahəsini bağlaması, tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərini aparması, binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən (çardağından və s.) istifadə etməsinə imkan verməyən maneələr yaratması, orada qanunsuz tikinti, qurğuların inşa edilməsi, qapılar qoyması, kilidlər vurması, qanunsuz əşya və qurğuların yerləşdirilməsi binanın digər sakinlərin ümumi istifadədə olan sahədən istifadəsini məhdudlaşdırmışdır. Bu səbəbdən də, həmin məhdudiyyətlər cavabdehlər tərəfindən aradan qaldırılmalıdır.

56. Kollegiya ilkin iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, həmin hissədə qeyd edilən hallar kollegiya tərəfindən həmin sahəyə baxış keçirilən zaman aşkar edilmədiyindən təmin edilməməlidir.

57. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə kollegiya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir.

58. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

59. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur.

60. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

61. Hazırki iş üzrə iddiaçı 10000 manat mənəvi, 10000 manat maddi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə həmin məbləğin hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya hesab edir ki, maddi və mənəvi zərərin ödənilməsi tələbi rədd edilməlidir.

62. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

65. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - ilkin iddia tələbinə dair hissədə ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, cavabdehlər tərəfindən binanın ümumi istifadə sahəsi olan, İ.Səfərli küçəsi, 12/123 nömrəli binanın çardaq hissəsinə açılmış giriş-çıxış sahəsi bağlanmalı, bununla bağlı aparılmış tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işləri qanunsuz hesab edilməli və sökülməli, iddiaçıların binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən (çardağından və s.) istifadə etməsinə imkan verməyən maneələr aradan qaldırılmalı, orada qanunsuz inşa edilmiş tikinti, qurğu və qapılar sökülməli, bağlı kilidlər açılmalı, həmin əraziyə cavabdehlər tərəfindən qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılmalı, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyi cavabdehlərə həvalə edilməlidir.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

67. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

68. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

69. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

70. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

71. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - ilkin iddia tələbinə dair hissədə ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, cavabdehlər tərəfindən binanın ümumi istifadə sahəsi olan, İ.Səfərli küçəsi, 12/123 nömrəli binanın çardaq hissəsinə açılmış girişçıxış sahəsi bağlanmalı, bununla bağlı aparılmış tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işləri qanunsuz hesab edilməli və sökülməli, iddiaçıların binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən (çardağından və s.) istifadə etməsinə imkan verməyən maneələr aradan qaldırılmalı, orada qanunsuz inşa edilmiş tikinti, qurğu və qapılar sökülməli, bağlı kilidlər açılmalı, həmin əraziyə cavabdehlər tərəfindən qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılmalı, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X11 həvalə edilməlidir.

72. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İlkin İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1163/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinə dair hissədə ləğv edilsin. Həmin hissədə ilkin iddia qismən edilsin. İ.Səfərli küçəsi, 12/123 nömrəli binanın ümumi istifadə sahəsi olan çardaq hissəsinə açılmış giriş-çıxış sahəsinin bağlanması, iddiaçıların binanın mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən (çardağından və s.) istifadə etməsinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğu və qapıların sökülməsi, bununla bağlı aparılmış tikinti, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi və sökülməsi, bağlı kilidlərin açılması, həmin əraziyə cavabdehlər tərəfindən qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X11 həvalə edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar