Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5778/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-449/2024 saylı, 25 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Qarayev X1 Marina Əhməd qızı ilə 3 il faktiki nikah münasibətlərində olmuşlar.
2. Bu müddət ərzində İddiaçı Cavabdeh borc pul və müxtəlif məişət əşyalarını kreditlə alaraq verdiyini bəyan edir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kreditə alınmış və onun istifadəsinə verilmiş məhsullara görə 9797,65 manat, ona məxsus olan tikintiyə xərclənmiş 29535 manat, ev sahibinə ödənilməsi nəzərdə tutulan 10000 manat, cəmi 49332,65 manat miqadarında pulun alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilir ki, Cavabdeh 2020-ci ildən tanıyır. Onunla tanışlıqlarının ilk günlərində cavabdeh özünü ona kosmetoloq kimi təqdim edib. Bir neçə dəfə yaxın tanışlarını kosmetoloq olaraq onun yanına göndərib və həmin tanışları onun xidmətlərindən istifadə ediblər. Ümumi tanışlar vasitəsi ilə tanıdığı həmin qadınla normal insani münasibətləri olub, onun istəyi və xahişi ilə ona aid olan müəyyən şəxsi problemlərinın həllini yerinə yetirib. Tanışlıqları müddətində onun şəxsi evinin olmadığını və bir azyaşlı qızı ilə müxtəlif ünvanlarda kirayədə yaşadığını bildiyindən müəyyən vaxtlarda ona maddi köməklik də edib. Cavabdeh ilə tanış olduqdan sonra cavabdeh 2020-ci ilin sentyabr ayında ondan xahiş edib ki, yaşadığı evdə kondisioner, tozsoran və televizor olmadığına görə ona həmin əşyaların kreditlə alınmasına köməklik etsin. Onun bu xahişinə cavab olaraq cavabdedən hansı səbəbə görə həmin əşyaların onun özü tərəfindən kreditə alınmadığını soruşub, cavabdeh isə bildirib ki, onun fəaliyyəti vergi idarəsində rəsmişləşdirilmədiyindən kreditə mal satan ticarət şəbəkələri onun aylıq gəlirini müəyyən edə bilmir və bu səbəbə görə də, onun adına kreditə mal vermirlər. Cavabdeh kreditlə bağlı dediklərini çox normal və səmimi qəbul etdiyindən onunla belə razılığa gəliblər ki, istədiyi məişət əşyalarını öz adına alıb onun istifadəsinə versin, o, isə həmin əşyaların dəyərini, yəni kredit ödənişlərini özü ödəsin. Bu məqsədlə aşağıda qeyd edilən əşyaları ayrı-ayrı tarixlərdə alaraq ona verib: 1) xx.xx.2020-ci il tarixdə LC markalı kondisioner- dəyəri 1972,08 manat; 2) xx.xx.2020-ci il tarixdə X2-dəyəri 363,60 manat; 3) xx.xx.2021-ci il tarixdə Toşiba markalı televizor- qiyməti 1200 manat; 4.) xx.xx.2021-ci il tarixdə Samsunq Galaxy A41DS markal telefon-dəyəri 760 manat; 5) xx.xx.2022-ci il tarixdə İPHONE 13 PRO 128 GB markalı telefon-qiyməti 3944,02 manat; 6) 17 may 2023 cü il tarixdə Samsung Galaxy-S21FE5G6/128GB markalı telefon-qiyməti 1557,95 manat. Həmin əşyaların cəmi dəyəri 9797,65 manat təşkil edir. Həmin məhsulları aldıqdan və Cavabdeh istifadəsinə verdikdən sonra o, həmin məhsulların dəyərini ümumiyyətlə ödəyə bilmirdi və hər dəfə ona deyirdi ki, yaxın müddətlərdə onun valideynləri onun üçün çoxlu pul göndərəcəklər və bundan sonra ödədiyi bütün pulları qaytaracaq. Cavabdehin ağır yaşayış şəraiti və sıxıntılı maddi problemləri bir insan olaraq onu çox kədərləndirirdi. Bu səbəbə görə də, cavabdehi kredit borclarına görə sıxışdırmırdı, ancaq onun əvəzinə ödədiyi kredit pullarını da qaytaracağına da şübhə etmirdi. Cavabdeh hər dəfə elə inandırıcı bəhanələr uydururdu ki, onun dediyi yalanlara inanmamaq olmurdu. Cavabdeh valideyinləri Qazaxıstan Respublikasında yaşayırlar. Hər dəfə ona bildirirdi ki, kredit borclarına görə atası və bacısı tərəfindən Qazaxıstan Respublikasından tezliklə pul göndəriləcək. Cavabdehin bu sözlərinə hər dəfə inandığından kredit borclarını şəxsən özü ödəyirdi. Cavabdeh 2022-ci ildə ona bildirib ki, bacısı Bakıya gəlmək istəyir və bacısı gəldikdən sonra onun əvəzinə ödədədiyi kredit borclarını ödəməyə köməklik edəcək, həm də ona ev almaq üçün pul verəcək. Cavabdehin təklifi onu qane edib və fikirləşib ki, həm kreditə xərclədiyi pulları geri alar, həm də Marinaya ev tapmağa köməklik edər. Cavabdeh 2022-ci ilin sentyabr ayında ona almaq üçün ucuz qiymətə fərdi həyət evi tapmağını xahiş edib. 2022-ci ilin sentyabr ayında almaq üçün baxdıqları bir neçə evdən birini bəyənib və onunla birlikdə həmin yarı tikili evə baxıblar. O, həmin yarıtikili evi bəyənib və həmin evin sahibi ilə evin ilkin satış qiymətinə dair ümumi razılığa gəlblər. 2023-cü ilin fevral ayında Marinanın bacısı Zarina Qazaxıstan Respublikasından Bakı şəhərinə gəlib və Zarina bir müddət Bakıda qaldıqdan sonra Qazaxıstan Respublikasına qayıdıb. Marinanın bacısı getdikdən sonra ona bildirib ki, bacısı ev almaq üçün 5000 (beş min) ABŞ dolları pul gətirərək, ona verib. Növbəti 5000-i isə yaxın müddətlərdə göndərəcək. Həmin pulu 2023cü ilin mart ayında ona verib və bir müddət sonra növbəti 5000 dolları ona verib. Bundan sonra almaq üçün tapdıqları yarımtikilinin sahibi ilə görüşüblər və evin qiymətinə dair ümumi razılığa gəliblər. Ev sahibi yarımtikilinin qiymətini əvvəlcə 30000 (otuz min) manata, sonra isə 23000 (iyirimi üç min) manata endirdi. Evin satış qiymətinə dair ümumi razılıqdan 5 (beş) ay sonra evin qiymətindən 13000 (on üç min) manatını bir dəfəyə ev sahibinə ödəyib və bu barədə ondan yazılı iltizam alıb. Cavabdeh onu inandırıb ki, evin ödənilməyən 10000 (on min) manatını valideyinləri qısa müddətdə ödəyəcək. Onun bu vədinə inanıb evi satan şəxsin qarşısında həmin pulun, yəni borclu qaldıqları məbləğin özü tərəfindən yaxın müddətdə ödəyəcəyinə dair öhdəlik götürüb. Bundan sonra, cavabdeh onu inanırdırdı ki, anasıgil qalan pulu göndərənə kimi evin natamam və tikilməmiş hissələrini öz vasaiti ilə tikib yekunlaşdırsın və pul gələndə çəkdiyi xərcləri geri qaytaracaq. Doğrudan da, hər dəfə onun sözlərinə inandığından həmin evin digər tamamlanmayan hissələrini öz vəsaiti ilə tikməyə və tamamlamağa məcbur olub. Evin həyətinə üç tərəfdən daş hasarla divar çəkdirib. Evə işıq, su və qaz sayğacları çəkdirib. Hər bir işin bütün maddi xərclərini ödəyib. Bütün bunlara baxmayaraq evin daxili döşəməsini, tavanını və yaşamaq üçün zəruri olan suvaq və sairə işlərini tamamlaya bilməyib. Bunun səbəbi isə maddi imkanının tükənməsi ilə bağlı idi. Məhkəmənin diqqətinə çatdırır ki, həmin evin işıq sayğacını Cavabdeh adına çəkdirib və onu bu barədə məlumatlandırıb. Bundan sonra ondan evə çəkdiyi xərcləri, ev sahibinə borc kimi ödənilməli olan 10000 (on min) manatı və kreditə aldığı məhsulların dəyərini ödəməyi təklif edib, lakin cavabdeh hər dəfə olduğu kimi son dəfə, yəni təxminən 2023-cü ilin iyun ayından sonrakı günlərdə onu aldatmaq istədikdə cavabdehin bu hiyləsinin baş tutmayacağını üzünə deyib və bundan sonra cavabdeh ondan qaçmağa başlayıb. Dəfələrlə onun mobil telefonuna zənglər etsə də, cavabdeh onun zənglərinə çox nadir hallarda cavab verib və hər dəfə də həmin evin ona məxsus olduğunu bidirib. Cavabdehin bu sözlərinə cavab olaraq hər dəfə ona bildirib ki, həmin yarımtikili halda alınmış ev onun üçün alınıb və həmin ev ona məxsusdur. Ancaq çəkdiyi xərcləri və ev sahibinə borclu qaldıqları pulu ödəməyə borclu olduğu desə də, cavabdeh bunlara əhəmiyyət verməyib. Cavabdeh onu aldadacağından ehtiyatlandığına görə evin işıq sayğacının onun adına keçirdikdən sonra, evin su və qaz sayğaclarını öz adına sənədləşdirib ki, o, evə çəkilən xərcləri, ev sahibinə ödənilməli olan borcu və kreditə onun istifadəsi üçün öz adına aldığı əşyaların pulunu ödəyəndən sonra həmin sayğacları onun adına dəyişdirsin. Hazırda da həmin evin işıq sayğacı cavabdehin, su və qaz sayğacı isə onun adındadır. Əlavə olaraq qeyd edir ki, həmin yarıtikili evi alarkən bonlara məlum idi ki, həmin yarıtikili olan evin nə torpaq sənədi, nə də çıxarışı mövcud deyil. Yəni həmin tikili özbaşına tikili hesab edilir. Ev sahibi ilə evin qiymətinə dair razılaşma olduqda ev sahibi onlara bildirib ki, evin kürsü deyilən hissəsindən yuxarı tikilmiş hissəsinin, yəni evin pəncərəsinin yuxarı hissəsinə qədər olan bütün hissəsinin dəyəri evin qiymətinə, yəni 23000 (iyirimi üçü min) manata aid deyil. Yəni kürsüdən evin pəncərəsinin yuxarı hissəsinə kimi olan tikilinin daşının, qum və sementinin, armatur və sairə materialların, həmçinin usta pulunun dəyərini ödəyib və borclu qalıb. Həmin materialların ümumi dəyəri 9300 (doqquz min üç yüz) manat təşkil edir. Ev sahibi onlara təklif edib ki, əgər həmin pulu da ödəyərlərsə evin satış qiymətini 23000 (iyirimi üç min) manata razılaşa bilərlər. Doğrudanda həmin şərtlərlə razılaşıb və təklif edilən qiymətdən artıq hissənin dəyərini, yəni 9300 (doqquz min üç yüz) manatı ödəməyi üzərinə götürüb və bundan bir neçə ay sonra həmin məbləğ tərəfindən ödənilib. Yuxarıda göstərilənlərə əsasən bildirir ki, Cavabdeh ilə davam edən insani münasibəti ərəfəsində cavabdehin ona dedikləri sözlərin həqiqiliyinə yavaş-yavaş inanmamağa başlayırdı. Dəfələrlə cavabdehin dediyi sözlərin biri digərinə uyğun olmadığını və yalan danışmağa başladığının şahidi olurdu. Bu səbəbə görə də, onun dedikərini ciddiliyinə şübhə edirdi. Cavabdeh hər dəfə olduğu kimi ona olan inam və etibarından sui-istifadə edərək onu aldadıb, hər dəfə vəd verərək kreditə aldığı həmin əşyaların dəyəri olan 9797,65 manatı, tikintinin tamamlanması üçün xərclədiyi pulları, ev sahibinə borclu qaldığı 10000 (on min) manat pul borcunu ödəməyib. Hesab edir ki, Cavabdeh ona olan etibarından sui-istifadə edərək onu aldatmasaydı nə o, öz adına həmin məhsulları alardı, nə də həmin məhsulları cavabdehin istifadəsinə verərdi. Cavabdeh ona ev almaq üçün ödədiyi 10000 (on min) ABŞ dollarından (17000 manat) 13000 manatını ev sahibinə nağd qaydada, digər 4000 (dörd min) manatını isə evin təmiri və tamamlanması üçün sərf olunan digər pullarla birlikdə, yəni 33535 manatla birlikdə xərclənib. Yuxarıda qeyd edilənlərələ əlaqdar olaraq bildirir ki, Cavabdeh hazırdadək ona ümumilikdə kreditə alınmış mallara görə 9797,65 manat, evin tamamlanması üçün tikintiyə xərclədiyi pullara görə 29535 manat, ev sahibinə borclu olduğum 10000 manat olmaqla, ümumlikdə 49332,65 manat borclu qalıb. Onun həmin borclu olduğu 53332 manat pulu vaxtında verməməsi və onu aldatmaq istəməsi onda mənəvi psoxoloji sarsıntı yaradıb və bu səbəbdən aktiv həyat tərzindən məhrum olub. Ona görə də, keçirdiyi mənəvi və psixoloji sarsıntı nəticəsində ona vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair yaxın gələcəkdə iddia qaldırmaq fikrindədir.
5. İddiaçı daha sonra Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh ilə münasibətləri olduğu müddətdə dəfələrlə ondan müxtəlif məbləğlədə borca pul istəyib və hər dəfə də onu inandırıb ki, həmin borcları hissə-hissə qaytaracaqdır. Ancaq dedikləri hər dəfə real olmayıb, onu dəfələrlə aldadıb və sözünə əməl etməyib. Verdiyi borclar ona məxsus pul kartından cavabdehin pul kartlarına köçürülmə etməklə həyata keçirilib, həmin mələğlərin cavabdehin kartlarına köçürməyi barədə müvafiq banka müraciət etsə də, həmin bankdan bu barədə ona məlumat verilməyib. Ona görə də, məhkəmə sorğusu əsasında verilmiş cavab məktubunun məzmunundan onun tərəfindən Cavabdeh köçürülən məbləğlərin miqdarı məlum olub. Həmin borc pulların köçürülmə ardıcıllığı aşağıdakı kimidir. Kapital bank məlumat xx.xx.2024-cü il tarixli, 2024/111/7668 saylı məktubu. 2021.05.01-dən 2024.02.06 tarixədək olan Qarayev liqam Qurban oğluna məxsus olan 416974******9977 nömrəli kartdan Cavabdeh Əhmıəd qızına məxsus olan 416973******1110 və 416973******3052 saylı kartlarına köçürülən məbləğlər: 1) xx.xx.2021-ci- 180 manat; 2) xx.xx.2021-ci il- 50 manat; 3) xx.xx.2021-ci il-100 manat; 4) xx.xx.2021-ci il- 50 manat; 5) xx.xx.2021-ci il-100 manat; 6) xx.xx.2021-ci il-100 manat; 7) xx.xx.2021-ci il-100 manat; 8) xx.xx.2021-ci il-50 manat; 9) xx.xx.2022-ci il-105 manat (Səh 1: cəmi 835 manat); 10) xx.xx.2022-ci il-120 manat; 11) xx.xx.2022-ci il-100 manat; 12) xx.xx.2022-ci il-100 manat; 13) xx.xx.2022-ci il-110 manat; 14) xx.xx.2022-ci il-30 manat; 15) xx.xx.2022-ci il-50 manat; 16) xx.xx.2022-ci il-50 manat; 17) xx.xx.2022 ci il-30 manat; 18) xx.xx.2022-ci il- 100 manat; 19) xx.xx.2022-ci il-10 manat; 20) xx.xx.2022-ci il-50 manat; 21) xx.xx.2022-ci il-20 manat; 22) xx.xx.2022-ci il-120 manat: (səh 2: cəmi 890 manat); 23) xx.xx.2022-ci il- 20 manat; 24) xx.xx.2022-ci il-30 manat; 25) xx.xx.2022-ci il-50 manat; 26) xx.xx.2022-ci il- 50 manat; 27) xx.xx.2022-ci il-100 manat; 28) xx.xx.2022-ci il-850 manat; 29) xx.xx.2022ci il-100 manat; 30) 04.0.4.2022-ci il-50 manat; 31) xx.xx.2022-ci il-20 manat; 32) xx.xx.2022-ci il-20 manat; 33) xx.xx.2022 ci il-100 manat; 34) xx.xx.2022-ci il-300 manat (Səh 3: 1740 manat); 35) (çıxarışda olduğu kimi) xx.xx.2022-ci il-50 manat; 36) xx.xx.2022-ci il-20 manat; 37) xx.xx.2022-ci il-50 manat; 38) xx.xx.2022-ci il-100 manat; 39) xx.xx.2022-ci il-100 manat; 40) xx.xx.2022-ci il-50 manat; 41) xx.xx.2022-ci il-20 manat; 42) xx.xx.2022-ci il-100 manat; 43) xx.xx.2022-ci il-200 manat; 44) xx.xx.2022-ci il- 100 manat; 45) xx.xx.2022-ci il-50 manat; 46) xx.xx.2022-ci il-50 manat; 47) xx.xx.2022-ci il-100 manat (səh 4: 990 manat); 48) xx.xx.2022-ci il-100 manat; 49) xx.xx.2022-ci il-85 manat; 50) xx.xx.2022-ci il-220 manat; 51) xx.xx.2022-ci il-20 manat; 52) xx.xx.2022-ci il- 50 manat; 53) xx.xx.2022-ci il-100 manat; 54) xx.xx.2022-ci il-5 manat; 55) xx.xx.2022-ci il- 250 manat; 56) xx.xx.2022-ci il 20 manat; 57) xx.xx.2022-ci il-100 manat; 58) xx.xx.2022-ci il-20 manat; 59) xx.xx.2022 ci il-70 manat; 60) xx.xx.2022-ci il-50 manat (səh 5: 1090 manat); 61) xx.xx.2022-ci il 100 manat; 62) xx.xx.2022-ci il-50 manat; 63) xx.xx.2022-ci il- 230 manat; 64) xx.xx.2022-ci il-20 manat; 65) xx.xx.2022-ci il-160 manat; 66) xx.xx.2022ci il-100 manat; 67) xx.xx.2022-ci il-50 manat; 68) xx.xx.2022-ci il-100 manat; 69) xx.xx.2022-ci il-20 manat; 70) xx.xx.2022-ci il-50 manat; 71) xx.xx.2022-ci il-50 manat; 72) xx.xx.2022-ci il 280 manat (səh 6: 1210 manat); 73) xx.xx.2022-ci il-20 manat; 74) xx.xx.2022-ci il-500 manat; 75) xx.xx.2022-ci il-50 manat; 76) xx.xx.2022-ci il-100 manat; 77) xx.xx.2022-ci il 150 manat; 78) xx.xx.2022-ci il-30 manat; 79) xx.xx.2022-ci il-50 manat; 80) xx.xx.2023 cü il-30 manat; 81) xx.xx.2023-cü il-240 manat; 82) xx.xx.2023-cü il-100 manat; 83) xx.xx.2023-cü il-40 manat; 84) xx.xx.2023-cü il-50 manat (səh 7:1360 manat); 85) xx.xx.2023-cü il-100 manat; 86) xx.xx.2023-cü il-220 manat; 87) xx.xx.2023-cü il-200 manat; 88) xx.xx.2023-cü il-10 manat; 89) xx.xx.2023-cü il-100 manat; 90) xx.xx.2023-cü il-30 manat; 91) xx.xx.2023-cü il-250 manat; 92) xx.xx.2023-cü il-100 manat; 93) xx.xx.2023-cü il-50 manat; 94) xx.xx.2023-cü il-120 manat (səh 8: 1180 manat); 95) xx.xx.2022-ci il-10 manat; 96) xx.xx.2022-ci il-100 manat; 97) xx.xx.2022-ci il- 50 manat; 98 ) xx.xx.2022-ci il-30 manat; 99) xx.xx.2022-ci il-40 manat; 100) xx.xx.2022-ci il-20 manat; 101) xx.xx.2022-ci il-30 manat; 102) xx.xx.2022-ci-30 manat; 103) xx.xx.2022ci il-20 manat; 104) xx.xx.2022-ci il-10 manat; 105) xx.xx.2022-ci il-20 manat; 106) xx.xx.2022-ci il-20 manat; 107) xx.xx.2022-ci il-50 manat; 108) xx.xx.2022-ci il-50 manat; 109) xx.xx.2022-ci il-15 manat; 110) xx.xx.2022-ci il-50 manat; 111) xx.xx.2023-cü il-15 manat; 112) xx.xx.2023-cü il-25 manat; 113) xx.xx.2023-cü il-10 manat; 114) xx.xx.2023 cü il-10 manat; 115) xx.xx.2023-cil il-50 manat (səh 9-10: 655 manat), ödənilən cəmi məbləğ 9950 manatdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh üçün aldığı və evin satış qiymətindən razılaşdırılmış 23000 manat puldan 13000 manat nağd qaydada ödədiyi, 4000 manat təmirinə xərclədiyi və 10000 manat borclu qaldığı yarımtikili evin sahibi İsmayılov Namiq adlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq ona satdığı yarımtikili evin alınaraq ona qaytarılması və həmin evin dəyəri üçün razılaşdıqları qiymətin ödənilmiş hissəsinin, yəni 23000 manatdan 17000 manat pulun İddiaçı qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında iddia tələbi əsasında cavabdeh olaraq iddianı qəbul edib və buna görə də iddia tələbi təmin edilərək müvafiq qərar qəbul edilib. Yuxarıda göstərilən əsasən Cavabdeh 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel ayınadək borca verdiyi 9950 manat pulun cavabdehdən alınaraq ona verilməsi hissəsinin iddia tələbinin “xahiş edirəm” hissəsinə əlavə edilməklə iddia tələbi artırılmalı və iddia tələbinin “xahiş edirəm” hissəsində Cavabdeh onun tərəfindən alınmış yarımtikili evin təmirinə xərclənmiş pulun, yəni 29535 manatın və ev sahibinə borclu olduğu 10000 manat alınaraq ona qaytarılması hissəsindən imtina edir və həmin hissənin iddia tələbindən çıxarılması qərarına gəlib. Qeyd edilənlərə əsasən Cavabdeh kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat və köçürmə kartı ilə borca verilmiş 9950 manat olmaqla, cəmi 19744,65 manatın alınaraq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-449/2024 saylı, 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iddia ilə bağlı gəldiyi nəticəyə əsasən ardıcıllığı təmin etmək məqsədi ilə hesab edir ki, ilk öncə iddia tələbinin “Cavabdeh köçürmə kartı ilə borca verilmiş 9950 manat pulun alınaraq ödənilməsi” hissəsinə qiymət verilməlidir. Hazırda iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlara istinadə edərək, ona məxsus 4169 7413 2928 9977 nömrəli kartdan Cavabdeh adına olan 4169 7332 1394 1110 və 4169 7388 5295 3052 nömrəli kartlara pul köçürmələri edilməklə borca pul verildiyini qeyd edib. Həmin hesablardan olan çıxarışlarla müəyyən edilir ki, İddiaçı məxsus olan 416974******9977 nömrəli kartdan Cavabdeh məxsus olan 416973******1110 nömrəli karta köçürülən məbləğlər aşağıdakı kimidir: xx.xx.2021-ci il 50 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-50 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-50 manat; xx.xx.2022-ci il-105 manat; xx.xx.2022-ci il-120 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-110 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022ci il-30 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-10 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-120 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022ci il-100 manat; xx.xx.2022-ci il-850 manat; xx.xx.2022-ci il-100 manat; 04.0.4.2022-ci il-50 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-300 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-200 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-85 manat; xx.xx.2022-ci il-220 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-5 manat; xx.xx.2022ci il-250 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-70 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-230 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-160 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-280 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-500 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-150 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2023-cü il-30 manat; xx.xx.2023-cü il-240 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il-40 manat; xx.xx.2023-cü il-50 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il-220 manat; xx.xx.2023-cü il-200 manat; xx.xx.2023-cü il-10 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il-30 manat; xx.xx.2023-cü il-250 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il-50 manat; xx.xx.2023-cü il-120 manat və Qarayev liqam Qurban oğluna məxsus olan 416974******9977 nömrəli kartdan Cavabdeh Əhmıəd qızına məxsus olan 416973******3052 saylı karta köçürülən məbləğlər aşağıdakı kimidir: xx.xx.2022-ci il 10 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-40 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022ci il-30 manat; xx.xx.2022-ci-30 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-10 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-15 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2023cü il-15 manat; xx.xx.2023-cü il-25 manat; xx.xx.2023-cü il-10 manat; xx.xx.2023-cü il-10 manat; xx.xx.2023-cil il-50 manat. Həmçinin iddiaçı tələbində xx.xx.2021-ci ildə cavabdehə məxsus karta 180 manat köçürüldüyünü qeyd etsə də, həmin pul 4169 73** **** 1170 saylı kart hesabına köçürülüb və həmin kartın hesabının cavabdehə məxsus olması öz təsdiqini tapmayıb. Eyni zamanda, cavabdehə məxsus adıçəkilən hesab nömrələrindən iddiaçıya məxsus 4169 7413 2928 9977 hesaba xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 900 manat, xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 100 manat və xx.xx.2023-cü ildə 1500 manat pul köçürüldüyü müəyyən edilir. Hazırda iddiaçı cavabdehə məxsus kart hesablarına 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel ayınadək ümumilikdə 9950 manat məbləğində pul köçürməklə borca pul verdiyini qeyd etsə də, məlum olmuşdur ki, tərəflər arasında borc müqaviləsi mövcud deyil. Həmçinin, iddiaçı verilən pulların hansı müddətə, hansı şərtlərlə borca verilməsinə dair məlumatı məhkəməyə təqdim edə bilməyib. Cavabdeh tərəf həmin pulların lotereya pulları olduğunu, məhkəmə iclasında isə iddiaçı cavabdehin iş yerində lotereya oynadığını, lakin cavabdehə lotereya üçün verdiyi pulları nağd şəkildə verdiyini qeyd edib. Məhkəmə hesab edir ki, 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel ayınadək iddiaçı tərəfindən cavabdehdə məxsus kartlara ayrı-ayrı vaxtlarda köçürən məbləğlər borc müqaviləsinin predmeti ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdeh pul verilməsi faktı iş materiallarına əsasən müəyən edilmiş olsa da, qeyd edilən pulun verilməsi məqsədi və sair hallar, həmçinin iddiaçı tərəfindən cavabdehə pulun borc məqsədi ilə verilməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, tərəflər arasında yaxın münasibət olub, məhkəmə iclasında dindirlən şahidlər onların 3 il birlikdə yaşadıqlarını, hətta Şahid2 onların faktiki nikah münasibətlərində oluğunu (kəbin nikahı) ifadəsində səsləndirmişdir. Həmçinin, iddiaçı iddia ərizəsinə “Tanışlıqları müddətində cavabdehin şəxsi evinin olmadığını və bir azyaşlı qızı ilə müxtəlif ünvanlarda kirayədə yaşadığını bildiyindən müəyyən vaxtlarda ona maddi köməklik də edib” məzmununda mətn daxil edib. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş pullar məhkəmədə borca verilmiş pul kimi deyil, maddi yardım, köməklik təəssüratı yaratmışdır. Tərəflər qeyd edilən müddətlərdə yaxın münasibətdə olmaqla, mübasibətlərini davam etdirdiyindən mübahisələndirlən pulların borc kimi verilməsi halı öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı cavabdehə 9950 manat məbləğində borc pulun verilməsi halını, iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir mötəbər sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini mübahisələndirilən hissəsdə sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Qeyd edilənlərə əsasən iddia tələbi “Cavabdeh köçürmə kartı ilə borca verilmiş 9950 manat pulun alınaraq ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat pulun alınaraq ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbində xx.xx.2020-ci il tarixdə LC markalı kondisioner- dəyəri 1972,08 manat; xx.xx.2020-ci il tarixdə X2-dəyəri 363,60 manat; xx.xx.2021-ci il tarixdə Toşiba markalı televizor- qiyməti 1200 manat; xx.xx.2021-ci il tarixdə Samsunq Galaxy A41DS markal telefon-dəyəri 760 manat; xx.xx.2022-ci il tarixdə iPHONE 13 PRO 128 GB markalı telefon-qiyməti 3944,02 manat və 17 may 2023-cü il tarixdə Samsung Galaxy-S21FE5G6/128GB markalı telefonqiyməti 1557,95 manat adlı əşyaları aldığını və onların cavabdehdə olduğunu göstərmişdir. Cavabdeh isə həmin hissədə iddia tələbini qəbul etməmişdir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə Tozsoran Philips və yeni qızıl zəmanət üzrə 12 ay müddətinə, hər ay 30,3 manat olmaqla, ümumilikdə 363,6 manata (ilkin ödəniş daxil olmaqla), xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG İ12CGH, Dispenser Hoffman RDW3131, iki ədəd yeni qızıl zəmanət üzrə 18 ay müddətinə, hər ay 109,6 manat olmaqla, ümumilikdə 1972,8 manat (ilkin ödəniş daxil olmaqla), xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A41 DS, telefon quraşdırma xidməti, yeni qızıl zəmanət üzrə 6 ay müddətinə, hər ay 124 manat olmaqla, ümumilikdə 760 (ilkin ödəniş daxil olmaqla) manata, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Toshiba Led 55U7950 üzrə 5 ay müddətinə, hər ay 200 manat olmaqla, ümumilikdə 1199,99 (ilkin ödəniş daxil olmaqla) manata, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İphone 13 PRO 128 GB və qızıl zəmanət üzrə 18 ay müddətinə, hər ay 219,11 manat olmaqla, ümumilikdə 3944,02 (ilkin ödəniş daxil olmaqla) manata, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy S21FE 5G 6/128GB üzrə 12 ay müddətinə, hər ay 129,83 manat olmaqla, ümumilikdə 1557,95 (ilkin ödəniş daxil olmaqla) manata əldə edilib. Samsung Galaxy A41 DS adlı əşya istisna olmaqla, digər əşyaların dəyərinin tam ödənilməsinə dair məhkəməyə satıcı şirkət tərəfindən tərtib edilmiş arayış təqdim edilib. Qeyd edilməlidir ki, iddiaçı tələbində LG markalı kondisioner üçün 1972,08 manat ödədiyini qeyd etsə də, müqaviləyə əsasən həmin ödəniş LG İ12CGH və Dispenser Hoffman RDW3131 üçün ödənilməli idi, hazırkı tələbdə isə cavabdehə verildiyi qeyd edilən əşyalar sırasında Dispenser Hoffman RDW3131 qeyd edilməyib. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırkı tələblə bağlı araşdırılmalı olan hallar həmin əşyaların cavabdehin sahibliyində olub-olmaması, həmçinin həmin əşyaların hansı məqsədlə alınmasıdır. Hazırda iddiaçı həmin əşyaları deyil, onların dəyərini tələb edir. Məhkəmə iclasında dindirlən şahidlərdən Şahid2 ifadəsində tərəflərin “Kontakt Home” adlı mağazalar şəbəkəsindən kondisoner, televizor, telefon aldıqlarını, həmin əşyaların nə vaxt alındığını bilmədiyini, əşyaların markası haqqında dəqiq məlumatlı olmadığını, alınmış telefonun iphone 14 pro və ya 14 promax markalı olduğunu göstərmiş, digər şahid isə ifadəsində onun tərəfindən tərəflərin yaşadığı ünvana televizor quraşdırıldığını, kondisionerin quraşdırılması üçün maşın səbətini gətirdiyini, iddiaçının avtomobildə olarkən cavabdeh üçün iPhone markalı telefon aldığını göstərmişdir. Hər iki şahid qeyd etdikləri əşyaların markası, ölçüsü, alındığı tarix haqqında məhkəməyə dəqiq məlumat verməyiblər. Bu səbəbdən iddia edilən əşyalarla şahidlərin ifadələrində qeyd etdikləri əşyaların eyni olması öz təsdiqini tapmayib. İddiaçı 6 ədəd əşyanın cavabdehin sahibliyində olduğunu qeyd edərək, bu halı təsdiq etmək üçün məhkəməyə şahid ifadələrini təqdim etsə də, həmin şəxslərin ifadələri ilə iddia edilən əşyaların cavabdehdə olması halını müəyyən etmək mümkün olmayıb. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi tərəflər 3 il müddətində yaxından ünsiyyət saxlamaqla münasibətlərini davam etdiriblər, qeyd edilən əşyalar cavabdehdə olsa belə, həmin əşyaların cavabdehə hədiyyə edilməsi halının mövcudluğu istisna edilmir. Hazırda tərəflər arasında iddiaçı tərəfindən cavabdeh üçün adıçəkilən əşyaların alınması və cavabdeh tərəfindən həmin əşyaların dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı müqavilə münasibətlərinin mövcud olması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı həmin əşyaların onun adına rəsmiləşdirilməsinin səbəbini cavabdehin fəaliyyətinin vergi idarəsində rəsmişləşdirilməməsi və bununla da onun aylıq gəlirinin müəyyən etməyin mümkün olmaması ilə izah etsə də, məlum olmuşdur ki, cavabdehin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat mövcuddur. Hazırkı iş üzrə iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdən öncə iddianın predmetində həmçinin evlə bağlı ödənilən pul və evə çəkilmiş təmir xərcləri olub. İddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən ona 10000 ABŞ dolları verildiyini qəbul edib. İş materiallarına əlavə edilmiş tərəflər arasında olan söhbətin səs yazılarından görünür ki, cavabdeh 2023-cü ilin aprel ayından artıq cavabdehlə ünsiyyət saxlamaq istəmədiyini, evi sataraq, ev üçün ödədiyi pulları tələb edib. Yəni artıq həmin vaxt tərəflər arasında münasibətlər pisləşib. Hazırda isə iddiaçının dəyərinin ödənilməsini xahiş etdiyi əşyalardan olan Samsung Galaxy S21FE 5G 6/128GB adlı əşya xx.xx.2023-cü il tarixdə alınıb. Belə olan halda, tərəflər arasında münasibətlər pisləşdiksən sonra iddiaçının xx.xx.2023-cü il tarixdə mobil telefon alaraq cavabdehə təhvil verməsi ağlabatan hal kimi qəbul edilmir. Bundan başqa, iddiaçı məhkəməyə əşyaların dəyərinin ödənilməsi ilə bağlı onun tərəfindən cavabdehə ünvanlanan mesajların surətini təqdim etsə də, həmin söhbət birtərəfli aparılıb və cavabdeh tərəfindən iddiaçının mesajlarına münasibət bildirilməyib. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “Cavabdeh kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat pulun alınaraq ödənilməsi” hissəsində öz təsdiqini tapmadığından təmin edilə bilməz. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında adıçəkilən əşyaların bir çoxunun məhkəməyə iddia verilməmişdən 3 il öncə alındığından iddia müddətinin ötürüldüyünü qeyd edərək, həmin tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə qeyd edir ki, hazırda iddia edilən əşyalarla bağlı tərəflər arasında müqavilə münasibətləri olmadığından müqavilə tələbləri üzrə göstərilən üç illik iddia müddəti tətbiq edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil4) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar nəzərə alınmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Göründüyü kimi, ilk növbədə, məhkəmənin cavabdehlə aralarında olmuş münasibətlərə yanaşması düzgün olmamışdır. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş etirazın özündə cavabdehin Bakı şəhərində qızı ilə birlikdə yaşaması, onunla 2020-ci ildən tanış olması, onunla dostluq münasibətlərində olması, heç vaxt onunla birgə yaşamaması, birgə təsərrüfat aparmaması əks olunmuş və məhkəmə iclasında səsləndirilmişdir. Daha bir halda tərəfindən Cavabdeh məxsus karta köçürdüyü 9950 manat məbləğində pulun lotereya pulu kimi verilməsi barədə cavabdeh tərəfin dəlillərinə məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Belə ki, əvvəla, lotereya üçün ödənilən pul məbləğlər hər ayın konkret vaxtlarında ödənilir. Digər tərəfdən isə həmin məbləğlər standart məbləğlər olur. Qətnamənin özündən də göründüyü kimi, kartlar vasitəsilə köçürdüyü pullar müxtəlif tarixlərə, həmçinin eyni bir ayın müxtəlif günlərinə təsadüf edir və 9950 manat məbləğində lotereya vəsaiti olmur. Bununla yanaşı, iddia tələbinin kreditlə alınmış və Cavabdeh istifadəsinə verilmiş cihazlara görə ödədiyi vəsaitlərə məhkəmənin mövqeyi əsaslı olmamışdır. Belə ki, məhkəmə mübahisə predmetləri olan məişət cihazlarının onun adına kreditlə rəsmiləşdirilmiş olmasını tam qəbul etsə də, həmin cihazların Cavabdeh yaşadığı mənzilə quraşdırılmış olması, həmçinin mobil telefon aparatlarının onun istifadəsinə verilmiş olması barədə sübutları, ən əsası da şahid ifadələrini mötəbər sübut kimi qəbul etmək istəməmişdir. Bu halda məhkəmə şahidlərin faktın təsdiq edilməsi üzrə ifadələrinə əhəmiyyət verməmiş, həmin fakt üzrə əhəmiyyət kəsb etməyən halları önə çəkərək həmin ifadələrə tənqidi yanaşmışdır (qətnamənin 14-cü vərəqi). Daha bir halda məhkəmə mübahisə üzrə adıçəkilən əşyaların alınması və cavabdeh tərəfindən həmin əşyaların dəyərinin ona ödənilməsi ilə bağlı müqavilə münasibətlərinin olmamasını vurğulamışdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinin bu kimi hallara dair mahiyyətini nəzərdən qaçırmış olmuşdur. (qətnamənin 14-cü vərəqi). İş üzrə maraq doğuran məsələlərdən biri budur ki, adıçəkilən əşyaların cavabdehdə olması faktı məhkəmə tərəfindən dolayı yolla olsa belə qəbul edilmiş olur. Lakin bu halda da məhkəmə, heç bir əsas olmadan, hansı səbəblərdənsə, həmin əşyaların cavabdehə hədiyyə edilməsi kimi ehtimalı əsas götürmüş olmuşdur (qətnamənin 14-cü vərəqi). Digər bir halda məhkəmə, hazırkı iş üzrə cavabdehin guya ödəniş qabiliyyətli olmasını yəqinləyən, cavabdehin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumatı əsas götürməyə çalışmışdır. Lakin bu halda da məhkəmə Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə vergi ödənilməsi barədə məlumatın aşkar edilmədiyi barədə məlumatı nəzərdən qaçırmış olmuşdur (qətnamənin 10 və 14-cü vərəqləri). Məhkəmə öz mövqeyini, yalnız bir dəlillə - Şahid2 ifadəsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, cavabdeh tərəfin öz mövqeyi tam bir fərqli olmuş, cavabdehlə onun aralarındakı münasibətlərin dostluq xarakterli olması səsləndirilmişdir. Göründüyü kimi, şahid ifadəsinə əsaslanaraq məhkəmə tərəfindən cavabdehə məxsus kartlara ayrı-ayrı vaxtlarda köçürdüyü məbləğləri borc müqaviləsinin predmeti kimi qiymətləndirməmişdir. Göründüyü kimi, məhkəmə bu normaları onun xeyrinə şərh etməli olduğu halda, bu normaları iddia tələbinin təmini üçün tətbiq etməmişdir. Digər bir halda məhkəmə iddia tələbinin CavabdehƏhməd qızından kreditlə aldığı əşyaların dəyəri olan 9797,65 manat pulun alınaraq ona ödənilməsi hissəsi üzrə heç bir maddi hüquq normasına istinad etmədən təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil4 elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə şəxsi, qohumluq münasibətləri ilə bağlı yaranmış problemlə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə səbəbinin üzrlü olmasını təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
20. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
22. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi və tərəflərin qarşılıqlı münasibətləri üzrə kifayət qədər ətraflı araşdırma aparılmasına şərait yaratmış və yekunda iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə dair apellyasiya mərhələsində əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət və əsas yoxdur. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıların qeyd edilməsi zəruridir.
23. Əvvəla, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdirsə düzgün tətbiq edilməmənin nədə ifadə olunduğunu iddiaçı şikayətində açıqlamalı idi. Belə ki, iddiaçı cavabdehdən kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat və köçürmə kartı ilə borc verdiyi 9950 manat olmaqla, cəmi 19744,65 manatın ödənilməsini tələb edir. Bunun üçün cavabdehin iddiaçı qarşısında zərər vurmadan, əsassız varlanmadan, qanunda nəzərdə tutulmuş digər əsaslardan yaxud da müqavilədən əmələ gələn öhdəliyi yaranmalıdır. Ancaq cavabdehin bu cür öhdəliyinin yaranması təsdiq olunmur. İddiaçı göstərilən ilk üç əsasa görə cavabdehin onun qarşısında öhdəliyinin yarandığını da israr etmir.
24. Tələbinin birinci hissəsində göstərdiyi məbləği cavabdehin xahişi ilə ona aldığını iddia etdiyi əşyalara görə, ikinci hissəsini isə sırf borc münasibətləri ilə əlaqələndirir. Sübuta yetirildiyi halda birinci hissənin qanuni əsası kimi əsassız varlanmaya dair normalar nəzərdən keçirilə bilər. Ancaq tələbin bu hissəsi üzrə iddianın faktiki halları təsdiq edilmiş olsa belə əsassız varlanmaya dair normaların dispozisiya şərtləri ilə uzlaşmır. Çünki cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması(əmlak əldə etməsi) təsdiq olunmur. Yəni, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur yaxud da bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonradan aradan qalxmış əsas söykənir. Burada tərəflər arasında yaranmış qeyri rəsmi ər-arvad yaxud faktiki nikah münasibətlərinin olması da iddianın əsaslılığını təkzib edən hallar sayılır. Çünki bu cür özlərinə görə xoş olan nikahdan kənar münasibətlər zamanı tərəflər bir-birinin hesabına nə əsassız varlanma barədə düşünür, nədə aralarında borc münasibətləri yaranmır. Ən azından bu cür vəziyyətdə onları birləşdirən hisləri və bu hislərdən yaranmış münasibətləri buna imkan vermir, üstəlik bu cür münasibətlər zamanı həm də aralarında iddia edilən formada mülki hüquq münasibətlərinin yaranması da həyatda həmişə baş verən hallara uyğun gəlmir. 25.Tələbin ikinci hissəsi üzrə də eyni mövqe sərgilənir. Çünki bu cür münasibətləri olan tərəflərin arasında borc münasibətləri də yarana bilməz. Bu qənaət iddiaçının cavabdehin kart hesabına köçürdüyü vəsaitin çoxsaylı və məbləğlərin müxətlif olması ilə də təsdiq olunur. Ona görə də cavabdehin iddiaçı qarşısında borc müqaviləsindən əmələ gələn öhdəliyi də yarana bilməzdi. Demək ki, iddiaçı aralarında yaranmış qeyri rəsmi nikah münasibətinə görə cavabdeh tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən tələb etdiyi vəsaiti ona hədiyyə edərək bağışlamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-449/2024 saylı, 25 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-449/2024 saylı, 25 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.