Məhkəmə qərarları › İş №2(103)-5805/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5805/2023

18.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5805/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 Cavabdehnə qarşı “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6059/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçıların nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 Cavabdehnə qarşı “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı8, İddiaçı7, İddiaçı10, İddiaçı2, İddiaçı11, İddiaçı5, İddiaçı3, İddiaçı9, İddiaçı1, İddiaçı4, İddiaçı12 və İddiaçı6 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri Xətai rayonu X3 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6059/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7, 152.2.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsində bir cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 hər biri ayrı-ayrılıqda cavabdehlə müstəqil şəkildə müqavilələr bağlayaraq müqavilə münasibətlərinə daxil olmuşlar. Məhkəmə qeyd edir ki, iddia tələblərinin bir cavabdehə qarşı yönəlməsi fərqli müqavilələrdən irəli gələn tələblərin bir-biri ilə əlaqəli olmasını təsdiq etmir. Qeyd olunan müqavilələr müqavilə tərəfləri üçün bir-biri ilə əlaqədar olmayan hüquq və vəzifələr yaratdığından məhkəmə həmin müqavilələr üzrə tələblərə bir iddia ərizəsi üzrə aparılan icraat çərçivəsində baxılmasını mümkün hesab etmir. İddiaçılar şikayət vermiş, Bakı şəhər Xətai rayon məhkəməsinin e-2(011)-6059/2023 saylı xx.xx.2023-cü i! tarixli qərardadını ləğv edərək, e-2(011)-6059/2023 saylı mülki işi icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçıların hər biri ayrı-ayrılıqda Cavabdeh MTK ilə müstəqil şəkildə müqavilələr bağlayaraq müqavilə münasibətlərinə girsə də, hazırki iş üzrə iddiaçıların tələbi müqavilələrdən irəli gələn öhdəliklər üzrə deyil, qanun üzrə yaranan öhdəliklər, yəni müəyyən hərəkətlərin edilməsi, daha dəqiq, pay haqqının ödənilməsinə dair maliyyə arayışının, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və istismar aktının verilməsi təşkil edir. İddia ərizəsinin əsasını təşkil edən bu 3 tələb zatən Cavabdeh MTK ilə bağlanılmış müqavilə üzrə öhdəliklərdən yox, məhz qanun üzrə öhdələliklərdən, həmçinin MTK-nın Nizamnaməsi üzrə nəzərdə tutulmuş normalardan əmələ gəlmişdir. Məhz bu səbəbdən də iddia ərizəsində AR Mənzil Məcəlləsinin müvafiq normalarına istinad edilərək maliyə arayışının və MTK-nın ümumi yığıncağının qərarın verilməsi öhdəliyinin məhz mənzil tikinti kooperativinin daşıdığı xüsusilə qeyd olunmuşdur. İddia tələbində iddiaçılar ilə Cavabdeh MTK ilə bağlanılmış müqavilələr isə sadəcə ididaçıların MTKnın payçısı olmasını və pay haqqını tam ödəməsini təsdiq edən yeganə dəlil rolunu oynayır. Daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas kimi MTK ilə payçı arasında bağlanılmış müqavilə yox, məhz pay haqqının ödənilməsinə dair maliyyə arayışı, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və istismar aktı qəbul olunur . (Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8.0, 8.0.6 və 8.0.9.2-ci bəndləri).Digər tərəfdən qanun üzrə öhdəliklərin tələbi ilə bağlı ididaçıların MTK-ya qarşı hər 3 tələbi- maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarı və istismar aktı- bir-birilə qarşılıqlı əlaqəli olub son nəticədə iddiaçıların mənzillərinə dövlət qeydiyyatına dair çıxarışın alınması məqsədinə xidmət edir. Belə ki, irəli sürülən bu 3 tələbdən hər hansı ikisinin məhkəmə tərəfindən təmin olunduğu, digər birinin isə təmin olunmadığı halda iddiaçıların pozulmuş mülkiyyət hüquqları tam şəkildə bərpa olunmayacaq və mənzillərinə çıxarışın alınması mümkün olmayacaqdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia ərizəsində göstərilən hər 3 tələb bir-birilə qarşılıqlı əlaqəli olub son nəticədə iddiaçıların pozulmuş mülkiyyət hüquqlarının tam bərpa edilməsi və öz mülkiyyətləri üzərində sərbəst şəkildə sərəncam vermək məqsədi daşıdığından, məhkəmə tərəfindən bir iddia ərizəsi üzrə aparılan icraat çərçivəsində baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6059/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 33-45, 149-156, 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir; 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər; 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; 169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 169.2. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Birinci instansiya məhkəməsinin əsaslandırmasına, yəni müqavilələrin müqavilə tərəfləri üçün bir-biri ilə əlaqədar olmayan hüquq və vəzifələr yaratdığından həmin müqavilələr üzrə tələblərə bir iddia ərizəsi üzrə aparılan icraat çərçivəsində baxılması mümkünsüzılüynə dair qeyd edilməlidir ki, iddiaçıların fərqli müqavilələr əsasında verilməsi mülki icraatın subyekiv tərkibini və hüquqlarını müəyyən etsə də, iddianın eyni əsaslarına və ya eyni predmetinə təsir etmir. Kollegiya hesab edir ki, bütövlükdə mübahisənin predmeti bölünməzdir və cavabdehin (müqavilələrdən irəli gələn qanunla müəyyən edilmiş) eyni vəzifəsinə aiddir. Ona görə iddianın mümkünlüyü birinci instansiya məhkəməsində yenidən müzakirə edilərək prosessual qanunvericiliyin aidiyyəti müddəalarına əsasən təfsir edilməli, nəticəsindən asılı olaraq onun səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçıların nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6059/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 Cavabdehnə qarşı “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsinin mümkünlüyünə (icraata qəbuluna) yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar