Məhkəmə qərarları › İş №2(103)-5809/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5809/2024

21.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5809/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-374/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən İddiaçı MMC barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8İ-9858 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 374/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Qətnamə ilə razılaşmayan İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

4. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizə təqdim edərək verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

5. Ərizədə qey olunmuşdur ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında razılıq əldə olunmuş və bank qarşısında olan öhdəliklərin hissə-hissə ödənilməklə icra edilməsi qarşılıqlı olaraq razılaşdırılmış və tərəflər arasında müqavilə bağlanmışdır.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 369.2 Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4 Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Göründüyü kimi, hazırda iddiaçının apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur.

8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-374/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya icraatına iddiaçıya münasibətdə xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar