Məhkəmə qərarları › İş №2(103)-5822/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5822/2020

07.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5822/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndələri X4 və X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı aktların etibarsız hesab edilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-61/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı aktların etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı arasında imzalanmış Hökməli qəsəbəsində ərazisi 0,5 hektardan ibarət olan, içərisində daş (aqlay) sexinin alqı-satqısına 341800 manat sərmayə qoyulması ilə bağlı tərtib olunmuş xx.xx.2015-ci il tarixli aktın, «Şahqaya» adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97342 manat sərmayə qoyulması ilə bağlı tərtib olunmuş xx.xx.2015-ci il tarixli aktın və ünvan 1 ünvanında «xxxxx» MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885528 manat sərmayə qoyulması ilə bağlı xx.xx.2015-ci il tarixli aktın tərtib olunduğu andan etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçıla Cavabdeh2 arasında tikinti biznesi sahəsində birgə iş görmək haqqında 2014-cü ilin ortalarından başlayaraq danışıqlar getmiş, aralarında qarşılıqlı etimad yaranmışdır. Həmin dövrdə İddiaçı Xırdalan şəhərində inşa etdiyi yüksək mərtəbəli binada üç otaqlı mənzili Cavabdeh2 adına rəsmiləşdirmişdir. Bundan başqa, İddiaçı xx xxx 2014-cü il tarixdə Xırdalan şəhəri Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binada Cavabdeh2 qızına və qardaşına mənzil satılması barədə iki müqavilə imzalamış, Cavabdeh2 1 il 6 ay ərzində mənzillərin pulunu ödəyəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Həmin dövrdə Cavabdeh2 onun tərəfindən aparılan tikinti işlərinə qoşulmaq üçün maddi imkanının olduğunu bildirmişdir. Bu məqsədlə aralarında guya onun və Cavabdeh2 tərəfindən Hökməli qəsəbəsində ərazisi 0,5 hektardan ibarət olan, içərisində daş (aqlay) sexinin alqı-satqısına 341800 manat müştərək qaydada pul qoyulması barədə xx.xx.2015-ci il tarixdə akt tərtib edilmişdir. Hansı ki bu fakt öz təsdiqini tapmamışdır. Yenə xx.xx.2015-ci il tarixdə guya onun və Cavabdeh2 tərəfindən «Şahqaya» adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97342 manat sərmayə qoyulması barədə akt tərtib olunmuşdur. Halbuki, həmin karxana və daş istehsalı sexi X5 məxsusdur və o, Elxanı tanımamışdan əvvəl həmin obyekti icarəyə götürüb işlədir. Yenə xx.xx.2015-ci il tarixdə guya onun və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında «xxxxx» MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885528 manat sərmayə qoyulması barədə akt tərtib edilmişdir. Bu akt da həqiqətdən uzaq olmaqla, reallığı əks etdirmir. Belə ki, o qeyd olunan ünvanda tikintini faktiki olaraq 2015-ci ilin mart ayının sonlarında bağlamışdır. Ona görə də aktın imzalandığı tarixdə 885,528 manat sərmayə qoyulması mümkün deyildi. Bundan əlavə, əgər Cavabdeh2 aktlarda göstərilən məbləğlərdə pulu var idisə, qardaşının və qızının adına sənədləşdirilmiş mənzillərin pulunu ödəyə bilməməsi müəmmalıdır. Buna görə də həmin aktların etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan xx.xx.2015-ci il tarixli aktlar üzrə tərəfindən sərmayə kimi ödənilmiş 341800 + 97342 + 885528 = ******* manat məbləğində pulun və həmin məbləğdən 3 ildən artıq müddətdə istifadəyə görə qüvvədə olan bank faizinin uçot dərəcəsi ilə (5 % olmaqla) ******* x 5 % = 66233 x 3 = 198699 manat pulun, cəmi ******* + 198699 = ******* manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, həmin aktların etibarsız hesab edilməsi barədə ilk iddia əsassızdır. Qeyd olunan aktlar, həmin aktlarda göstərilmiş məbləğlərin ödənilməsinə görə deyil, artıq ödənilmiş məbləğlərin ödənildiyini təsdiq etmək baxımından, yəni onun tərəfindən aktlarda qeyd edilən məbləğlərin sərmayə olaraq qoyulduğunun təsdiqi baxımından tərtib olunmuşdur. Qeyd edilən məbləğlər onun tərəfindən sərmayə olaraq qoyulmuş və iddiaçı tərəf həmin sərmayələrə mütənasib gəlirlərin bölüşdürülməsindən yayınmaq üçün bu məzmunda iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-61/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti qarşılıqlı iddia tələbi ilə eyni məzmunludur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndələri hər biri ayrıayrılıqda apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçıməhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 6219/2019 saylı qətnaməsi Cavabdeh2 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Tərəflər arasında mübahisələndirilən aktlar aşağıdakılardır : - xx.xx.2015-ci il tarixdə «xxxxx» MTK-nın sədri Müslət Nəcəfov, «xxxxxxxxxx» MMC adına vəzifəsi göstərilmədən Cavabdeh2 və «xxxxxxxxxx» MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmış akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən «xxxxx» MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885528 manat sərmayə qoyulmuşdur. - xx.xx.2015-ci il tarixli digər akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən Qaradağ rayonu ərazisində «Şahqaya» adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97342 manat sərmayə qoyulmuşdur. - xx.xx.2015-ci il tarixli digər akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən Hökməli kəndində yerləşən daş istehsalı sexinə 341800 manat sərmayə qoyulmuşdur. Tərəflər həmin aktların düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi aktların etibarsız hesab edilməsi barədə ilk iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin (aktların) etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Qarşılıqlı iddianı rədd edərkən birinci instansiya məhkəməsi ona əsaslanmışdır ki, tərtib olunmuş aktlar birgə sərmayə qoyuluşu və sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, bu fəaliyyət nəticəsində qarşılaşa biləcəkləri risklərə görə bir-birinin qarşısında məsuliyyət daşımırlar. Bundan əlavə, qarşılıqlı iddiaçı mübahisələndirilən 3 akt üzrə qoyulmuş sərmayədən gəlir əldə edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Aktların məzmunundan görünür ki, 341800 + 97342 + 885528 = ******* manat məbləğində qoyulmuş sərmayələr yalnız Cavabdeh2 deyil, həm də İddiaçı aid olmuşdur. Qarşılıqlı iddianı rədd edən məhkəmə həmçinin Cavabdeh2 bu iddianı İddiaçı tərəfindən iddia qaldırıldıqdan sonra irəli sürdüyünü, tərəflər arasında qərəzli münasibətlərin olmasını da vurğulamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı arqumentləri ilə razılaşaraq həmçinin qeyd edir ki, sərmayə qoyuluşu ilə bağlı xx xxxxxx 2015-ci il tarixli aktlarda qeyd olunan xüsusatlar başqa heç bir sübutla təsdiq olunmamış, hər üç aktın tərtibində iştirak etmiş X3 həmin aktların etibarsız olduğunu, Cavabdeh2 sərmayə qoyacağına söz versə də, vədinə əməl etmədiyini bildirmişdir. Kollegiya həmçinin qeyd edir ki, aktların məzmunundan Cavabdeh2 və İddiaçı hərəyə nə qədər sərmayə qoymasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etmədiyinə görə, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-61/2020 saylı qətnaməsi Cavabdeh2 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar