Məhkəmə qərarları › İş №2(103)-5824/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5824/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5824/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, X5 Əhmədoviçin iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-401/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 119 nömrəli müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində tikiləcək 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 90 kv.metr təşkil edən 2 otaqlı 124 saylı mənzili müqavilədə göstərilən texniki vəziyyətdə İddiaçı təhvil verməyi, İddiaçı isə ona düşən tam sahəsi 90 kv.metr olan yaşayış sahəsinin hər kv.metri üçün 666 (altı yüz altmış altı) ABŞ dolları olmaqla, cəmi 85000 (səksən beş min) manat ABŞ dolları Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 1.2-ci bəndində şirkətin mənzillərə giriş qapılarının quraşdırıldıqdan sonra mənzillərin alıcılara təhvil verməli olduğu qeyd edilmişdir. Alıcı müqavilə imzalandığı tarixdən bu müqavilənin 1.1-ci bəndində göstərilmiş yaşayış sahəsinin ümumi dəyərinin 20 %-ni manatla vəsait ilk ödəniş olaraq şirkət hesabına, ya da kassasına ödəyir. Müqavilənin 4.3-cü bəndi aparılmış ödənişlərə dair cədvəldir. Müqavilənin 3.1-ci bəndində yaşayış binasının tikintisinə 2013- cü ilin dekabr ayında başlanması, 2015-ci ilin dekabr ayında başa çatdırılması qeyd edilmişdir.

3. Şəxsi vərəqədən görünür ki, xx.xx.2015-xx.xx.2017-ci illər ərzində İddiaçı tərəfindən 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90 kv.metr təşkil edən 2 otaqlı 124 saylı mənzil üçün cəmi 85.000 manat məbləğində pul Cavabdeh MTK-ya ödənilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 3, mənzil 124 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli texniki pasportdan görünür ki, hüquq subyekti İddiaçıdır.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3, mənzil 124 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75.30 kv.m. olan daşınmaz əmlak tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

6. Bakı şəhəri Qaradağ rayon prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh MTK ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında satın aldığı mənzil sahəsinin müqavilədə göstəriləndən az olması barədə müraciətlə bağlı müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/7322 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyekti sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən ünvan 3 ünvanında yerləşən 124 nömrəli mənzilin ümumi sahəsinin 75.3 kv.metr, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyekti sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmadıqda isə 79,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən 124 nömrəli mənzilin yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda sahəsinin 90,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.

8. İddiaçının müraciəti əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 07-152/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 124 saylı mənzilin (Yeni qaydalarla: ünvan 1 ümumi sahəsi (balkonlara və lociyalara azalma əmsalı tətbiq olunmadan) 79.4 kv.m təşkil etdiyi müəyyən olunur. ünvan 3 ünvanında yerləşən 124 saylı mənzilin (Yeni qaydalarla: ünvan 1 ümumi (faktiki) sahəsi (balkonlara və lociyalara azalma əmsalı tətbiq olunmadan) 79.4 kv.m və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyekti sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablanmaqla mənzilin ümumi sahəsinin 75.3 kv.metr olduğu müəyyən edilir. ünvan 3 ünvanında yerləşən 124 saylı mənzilin (Yeni qaydalarla: ünvan 1 ümumi (faktiki) sahəsi (yaşayış, yardımçı sahələri və divaraltı sahə (arakəsmələr) daxil olmaqla) 87,2 metr olduğu müəyyən edilir. ünvan 3 ünvanında yerləşən 124 saylı mənzilin (Yeni qaydalarla: ünvan 1 sahəsi Cavabdeh ilə İddiaçı arasında bağlanmış 08 iyun 2015-ci il tarixli müqavilə şərtlərinə (müqavilədə divaraltı sahənin ümumi sahəyə daxil olduğu göstərilmədiyini nəzərə alaraq), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qərarına əsasən mənzillərin ümumi sahəsi bayır və ara divarlarının (divar altı sahələr), habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmalıdır, həmçinin müqavilə şərtlərinə və “Tikinti obyekti sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə görə mənzilin sahəsi 75.3 kv.metr təşkil edir. ünvan 3 ünvanında yerləşən 124 saylı mənzilin (Yeni qaydalarla: ünvan 1 qapısının 2017-ci il tarixə olan orta bazar qiyməti təqribən 600,0-700,0 manat məbləğində təşkil edir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş Cavabdeh MTK üzvlərinin ümumi iclasının 13 fevral 2018-ci il tarixli 57/18ç nömrəli protokolundan Çıxarışından görünür ki, vətəndaş İddiaçı kooperativə üzv qəbul olunmaqla həmin MTK-ya məxsus Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 41C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok 8-ci mərtəbəsində ümumi sahəsi 80 kv.m olan 124 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır. Məktuba əlavə edilmiş Cavabdeh MTK-nın xx.xx.2018-ci il tarixli, 57/18 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı həmin MTK-nın ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok 8-ci mərtəbəsində ümumi sahəsi 80 kv.m olan 124 saylı mənzilin dəyərini tam ödəmişdir. Onun MTK-ya borcu yoxdur. Məktuba mənzilə dair tərtib edilmiş texniki pasport və çıxarış da əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTKdan iddiaçıya vurulan maddi ziyanın əvəzi olaraq 14,525 (on dörd min beş yüz iyirmi beş) manat, mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat olmaqla, cəmi 17,525 (on yeddi min beş yüz iyirmi beş) manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir

11. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı 2015-ci ilin may ayında "xxxx" MTK-nın rəhbəri kimi özünü qələmə vermiş camaat arasında "xxxx" kimi çağırılan, özünün dediyinə görə əsl adı gah Şair, gah da Şahir kimi bildirilmiş şəxslə (hazırda da orada özünü rəhbər kimi aparmış, lap təzəliklə əsil adının Sahir olduğunu öyrənmişdir) söhbət edib, Bəxtiyar Əliyev küçəsində tikilməkdə olan binada 2 (iki) otaqdan ibarət ümumi sahəsi 100 (yüz) kvadrat metrdən artıq olacaq mənzilə sahib olmaq istədiyini bildirmişdir. Həmin şəxs iddiaçıya müsbət cavab verərək 2 (iki) otaqlı mənzillərin ümumi sahəsinin 100 kv.m. yox, 90 (doxsan) kvadrat metr olduğunu dedikdə iddiaçı ümumi sahəsi 90 (doxsan) kvadrat metr olan mənzillə bağlı razılaşmış, bir neçə gündən sonra, yəni 2015-ci ilin iyun ayında həmin "xxxx" kimi çağırılan, özünü MTK-nın rəhbəri kimi qələmə verən şəxslə görüşüb Bəxtiyar Əliyev küçəsindəki tikilən binanın 8-ci mərtəbəsində yerləşən 124 saylı mənzil (hansı ki, ümumi sahəsi 90 (doxsan) kv.m. 2 (iki) yaşayış otağından ibarət olmalıdır) üçün ödəniləcək ümumi məbləğin 85.000 (səksən beş min) manat olmasına dair müqavilə bağlamışlar. Çox qəribədir ki, həmin "xxxx" iddiaçıya bir neçə kağıza imza etdirmiş, müqavilədə də iddiaçı üçün tikiləcək mənzilin 2 (iki) otaqdan, ümumi sahəsi 90 (doxsan) kvadrat metrdən ibarət olmasına dair qeydlər aparılmışdır. Sonra iddiaçı 2015-ci ilin iyun ayından başlayaraq pulları ödəməyə başlamış, ilk olaraq 08 iyul 2015-ci il tarixdə müqavilədə göstərildiyi kimi mənzilin ümumi dəyərinin 20 %-ni yəni 21.000 (iyirmi bir min) manatını ödəmişdir. Sonra iddiaçı 02 avqust 2015-ci il tarixdə 5000 (beş min) manat, 02 avqust 2015-ci il tarixdə 5000 (beş min) manat, 06 sentyabr 2015-ci il tarixdə 5000 (beş min) manat, 27 oktyabr 2015-ci il tarixdə 5000 (beş min) manat, 21 dekabr 2015-ci il tarixdə 5000 (beş min) manat, 10 yanvar 2016-cı il tarixdə 5000 (beş min) manat, 08 fevral 2016-cı il tarixdə 5000 (beş min) manat, 15 mart 2016-cı il tarixdə 3000 (üç min) manat, 15 aprel 2016-cı il tarixdə 3000 (üç min) manat, 14 may 2016-cı il tarixdə 3000 (üç min) manat, 11 iyun 2016-cı il tarixdə 3000 (üç min) manat, 11 avqust 2016-cı il tarixdə 3000 (üç min) manat, 01 noyabr 2016-cı il tarixdə 2000 (ikimin) manat, 09 dekabr 2016-cı il tarixdə 4000 (dörd min) manat, 12 fevral 2017-ci il tarixdə 8000 (səkkiz min) manat, 09 iyun 2017-ci il tarixdə 5000 (beş min) manat, bütövlükdə 85000 (səksən beş min) manat tam ödəmiş, lakin uzun müddət reyestrdən çıxarışı ala bilməmişdir. Baxmayaraq ki, qazın, elektrik xətlərinin çəkilməsi üçün pulları da ödəmişdir. Nəhayət iddiaçı tərəfindən mənzilin sahəsinin 77 (yetmiş yeddi) kv.metr olması müəyyən edilmiş, o bu barədə həmin "xxxx" ləqəbli şəxsə bildirdikdə sonuncu demişdir ki, görünür düzgün ölçə bilməmişdir. Həmin mənzilin sahəsi 90 (doxsan) kvadrat metrdən çoxdur. Belə razılığa gəlinmişdir ki, xüsusi mülkiyyət hüququ haqqında dövlət reyestrdən çıxarış verilməsinə dair reyestr xidmətindən gəlib ölçü aparıldıqdan sonra əgər 90 (doxsan) kvadrat metrdən az olarsa, MTK iddiaçıya hər kvadrat metr üçün 940 (doqquz yüz qırx) manatdan ödəyəcəkdir, əgər 90 (doxsan) kvadrat metrdən artıq olarsa, 940 (doqquz yüz qırx) manatdan iddiaçı ödəyəcəkdi. Nəhayət reyestr xidmətindən gəlib 2023-cü ilin iyul ayında baxış keçirilmiş, ölçülər götürüb iddiaçıya dövlət reyestrindən çıxarışı təqdim etdikdə mənzilin sahəsinin cəmi 75.3 (yetmiş beş tam onda üç) kv.metr olması qeyd edilmişdir. İddiaçı həmin reyestrdən çıxarışı götürüb "xxxx" ləqəbli şəxsin yanına gələrək etirazını ona bildirib reyestrdən çıxarışı göstərib aldadıldığını onun diqqətinə çatdırmış, yəni 15 (on beş) kvadrat metr az verilmişdir. Belə olan halda 14100 (on dörd min yüz) manat iddiaçıya geri qaytarılmalıdır. Həmin "xxxx" ləqəbli şəxs iddiaçıya vəd verməsinə baxmayaraq, 14100 (on dörd min yüz) manat pulu qaytaracaq vaxtı uzadaraq gah kassada pul olmadığını, gah da biraz gözləməsini bildirmişdir. Nəhayət iddiaçının səbri bərk tükəndiyindən 09 dekabr 2023-cü il tarixdə tanışı, hüquqşunas, rəsmi nümayəndəsi olan Abdulla Əfəndizadə ilə MTK-nın Sahil qəsəbəsində yerləşən E.Quliyev küçəsi 42 B ünvanındakı ofisinə gəlmiş, bir neçə sənədləri MTKnın nümayəndəsinə göstərib yadına salmışdır ki, hətta müqavilə bağlayarkən belə həmin "xxxx" ləqəbli şəxs saxtakarlıqlardan istifadə etmişdir. Belə ki, müqavilənin bağlanması zamanı birinci vərəqində əvvəlcə mənzilin sahəsinin neçə kv.m olması, müqavilənin nömrəsi, tarixi qeyd edilməmiş, etirazını bildirdikdən sonra "xxxx" ləqəbli şəxs birinci vərəqi harasa aparıb sonradan gətirib vərəqdə otaqların sayı, ümumi sahəsi və mənzilin qiyməti, yəni 85000 (səksən beş min) manat, müqavilənin tarixi və nömrəsi qoyulmuş, hətta iddiaçıya verilən və onda qalan şəxsi vərəqəni belə aldatma yolu ilə ondan almışdır. Sonradan müqavilənin ikinci vərəqində isə ödənilən pullara dair aparılan qeydlərdə də düzgün hesablama qəsdən aparılmamışdır. Belə ki, orada guya iddiaçının cəmi 64000 (altmış dörd min) manat ödəmiş olduğu barədə qeydlər var idi, ilk olaraq iddiaçının 21000 (iyirmi bir min) manat ödəməsi haqda məlumat ümumiyyətlə qeyd edilməmişdi. Həmin anda "xxxx" ləqəbli şəxs iddiaçıya bildirmişdir ki, 64000 (altmış dörd min) manat ödədiyi üçün iddiaçıya sahəsi 75 (yetmiş beş) kv.m olan mənzil verilmişdir. İddiaçı isə şəxsi vərəqi göstərəndə ki, 85000 (səksən beş min) manatı tam ödəmiş və MTK-nın məsul şəxsinin imzaları və möhürlərinin olması dedikdə "xxxx" ləqəbli şəxs heç bir söz deyə bilməmiş, belə olan halda reyestr xidmətinin üstünə ataraq ki, guya reyestr xidməti düzgün ölçü aparmamışdır. İddiaçı isə onun diqqətinə çatdırmışdır ki, reyestr xidmətinin cihazları standartlara uyğundur və düzgün ölçü aparılmış, ona görə də 14100 (on dörd min yüz) manatın qaytarmasını "xxxx" ləqəbli şəxsdən tələb etdikdə o, pulu qaytarmayaraq, “hara gedirsənsənsə get şikayət elə” demişdir. İddiaçı da "xxxx" MTK-ya rəsmi şəkildə ərizə və ona qoşma olaraq Abdulla Əfəndizadəyə verdiyi etibarnaməni təqdim etməklə MTK-nın onunla əlaqə qurmasını, sənədləşmə işlərini aparmasını etmiş, 14100 (on dörd min yüz) manatı ona ödəmələrini israrla xahiş etmişdir. Həmin ərizəsində iddiaçı qeyd etmişdir ki, “elə olmasın ki, mən hüquq-mühafizə və digər aidiyyatı orqanlara müraciətlər göndərim”. Onların vəziyyəti başa düşüb yaxın günlərdə iddiaçıya çatacaq 14100 (on dörd min yüz) manatını qaytaracaqlarına ümid etdiyini bildirmişdir. Uzun müddət iddiaçıya rəsmi şəkildə cavab verilməmiş, çox get-gəllərdən sonra, nəhayət 03 fevral 2024-cü il tarixində "xxxx" MTK-nın tərəfindən ona 01/24-cü saylı 18 yanvar 2024-cü il tarixində hazırlamış olduqları cavab poçt vasitəsilə 2024-cü ilin fevral ayının əvvəllərində təqdim olunmuşdur. Həmin cavab məktubunda "xxxx" MTK tərəfindən 90 kv.m. sahəni “net” sahə kimi nəzərə almış olduqları barədə məlumat verilmişdi. Halbuki, yuxarıda qeyd edildiyi kimi "xxxx" MTK ilə Dövlət Reyestri Xidmətindən gəlib yekun olaraq sahə göstərildikdən sonra məsələnin yoluna qoyulacağı razılaşdırılıb. İddiaçı ərizəsinin əvvəlində qeyd etdiyi kimi hətta müqavilənin ikinci vərəqində ödənilən pullara dair aparılan qeydlərdə də düzgün hesablama qəsdən aparılmamışdır. Belə ki, orada guya iddiaçının cəmi 64000 (altmış dörd min) manat ödəmiş olduğu barədə qeydlər var idi. İlk olaraq 21000 (iyirmi bir min) manat ödəməyi haqda məlumat ümumiyyətlə qeyd edilməmişdir. Həmin anda "xxxx" ləqəbli şəxs bildirmişdir ki, iddiaçı 64000 (altmış dörd min) manat ödədiyi üçün ona 75 (yetmiş beş) kv.m. verilmişdir. İndi isə görəndə ki, şəxsi hesab vərəqəsi iddiaçıdadır başqa söz deyir. Yəni, "xxxx" MTK-nın rəhbərliyi vergidən yayınmaqla 21000 (iyirmi bir min) manat pulu gizlətmişdir. Ümumiyyətlə təkcə iddiaçı yox, digər sakinlər də MTK-dan, xüsusilə də həmin "xxxx" ləqəbli şəxsdən çox narazıdırlar. Onların da əksəriyyətinin mənzillərinin sahələri müqavilədə göstərildiyindən az olmuş, onların da ödədikləri pullar tam göstərilməmişdir. Bu isə "xxxx" MTK-nın rəhbərliyinin və həmin Sahir Məmmədov adlı şəxsin pulları mənimsəmiş olmağa çalışmalarından irəli gəlmişdir. Həmçinin vergidən yayınmaqdan başqa, iddiaçıya qarşı dələduzluq əməllərini də həyata keçirmişdirlər. Bu səbəblərdən iddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna 2024-cü ilin fevral ayında rəsmi ərizə göndərməklə "xxxx" MTK-nın rəhbərliyinin Azərbaycan Respublikası CM-nin 178.3.1-ci və 178.3.2-ci maddələrinə əsasən cinayət işi başlanmaqla onların təqsirləndirilən şəxslər qismində cəlb edilmələrinə dair qərar çıxarılmasını, görülən tədbirlərlə əlaqədar iddiaçıya rəsmi şəkildə ətraflı cavab verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən iddiaçının ərizəsi baxılması üçün Bakı şəhəri Qaradağ rayon prokurorluğuna göndərilmişdir. 2024-cü ilin mart ayının əvvəllərində iddiaçı Qaradağ rayon prokurorluğunda izahat vermiş, hətta ondan "xxxx" MTK-nın rəhbərliyinin mobil telefonlarını da istədikləri üçün onlara təqdim etmişdir. Lakin iddiaçıya uzun müddət cavab gəlməmiş, 30 may 2024-cü il tarixində xəbər tutmuşdur ki, ona etiraz verilmişdir. İddiaçı 31 may 2024-cü il tarixində prokurorluğa gəldikdə dəftərxanadan ona 124-Ş-24-cü saylı 01 aprel 2024-cü il aprel tarixində tərtib edilmiş cavab təqdim edilmişdir. Həmin cavab kserokopiya olduğundan, həmçinin oxunmadığından, ən əsası da orada prokurorun imzası olmadığından gələcəkdə sübut kimi təqdim etmək mümkün olmadığından, iddiaçı 03 iyun 2024-cü il tarixdə ərizəni tərtib etdirib, imzası ilə sifarişli-xəbərnaməli məktubla Qaradağ rayon prokurorluğuna göndərməklə xahiş etmişdir ki, ona həmin cavabın kserokopiya variantı yox, özünü də təqdim etmək mümkün deyildisə, həmin surət aydın oxunan formada prokurorluğun möhürü ilə təsdiq edilən formada təqdim edilsin. Lakin onlar halhazırkı vaxta qədər qəsdən heç bir cavab verməmişdilər. Hətta Qaradağ rayon prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış çox güclə oxunan kserokopiya variantına diqqət yetirilmiş olduğunda onlar da "xxxx" MTK tərəfindən iddiaçıya ünvanlamış olduğu 01/24-cü saylı 18 yanvar 2024-cü il tarixində hazırlanmış cavabında göstərmiş olduğu kimi qeyd etmişdilər ki, iddiaçı iddia müddətini guya ötürmüşdür. Lakin həm cavabdeh olan "xxxx" MTK-nın rəhbərliyi, həm də Qaradağ rayon prokurorluğu əvvəla unudur ki, iddiaçı cavabdeh "xxxx" MTK tərəfindən aldadıldığını məhz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı X3 yanında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** saylı 10 avqust 2023-cü il tarixli çıxarış verildikdən sonra başa düşmüş, dərhal "xxxx" MTK-nın məsul işçilərinin yanına getmiş, onlar da onu aldatmışdılar. Digər tərəfdən iddiaçı müqavilənin ləğv edilməsinə və ya etibarsız sayılmasına dair iddia qaldırmır. Necə ki, iddiaçıya vurulmuş maddi və mənəvi ziyanlarına dair təzminat tələb etməklə iddia qaldırmışdır. Ümumi iddia müddəti isə 10 (on) ildir. İddiaçının hələ qabaqda 9 (doqquz) ildən artıq iddia müddəti olsa da, o, hələ bir il tamam olmamış bu iddia ərizəsini məhkəməyə verir. Cavabdeh "xxxx" MTK tərəfindən ümumiyyətlə iddiaçı hətta mənzili təhvil alanda belə aldadılmışdır. Belə ki, mənzilin qapısı olmamış, söz verilmişdir ki, qapı qoyulacaqdır. Lakin iddiaçı qapının qoyulmadığını görüb, özü o vaxtkı pulla (yəni 2017-ci ildə olan qiymətlə) 425 (dörd yüz iyirmi beş) manat xərc çəkib, seyf qapı qoydurmuşdur. Deməli, iddiaçı yaşayış sahəsi üzrə 15 (on beş) kv.m ölçüdə aldadıldığından 14.100 (on dörd min yüz) manat maddi ziyan çəkmişdirsə, onun üzərinə qapı qoydurmaq üçün çəkdiyi 425 (dörd yüz iyirmi beş) manat xərci gəldikdə 14.525 (on dörd min beş yüz iyirmi beş) manat maddi ziyan çəkmişdir. Həmçinin, iddiaçıya bu müddətdə ən azı 3.000 (üç min) manatdan artıq mənəvi ziyan da dəymiş, yəni ümumilikdə ən aşağısı iddiaçıya 17.525 (on yeddi min beş yüz iyirmi beş) manat ziyan vurulmuşdur. İddiaçının qoşmada təqdim etdiyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışından məlum olur ki, cavabdeh"xxxx" MTK-nın hüquqi ünvanı ünvan 8r, qanuni təmsilçisi Nümayəndə Əmirulla oğludur. Lakin iddia ərizəsinin başlığından da göründüyü kimi faktiki ünvan ünvan 9iaçının qoşmada təqdim edəcəyi, cavabdeh "xxxx" MTK tərəfindən ona ünvanlamış olduğu cavabda ünvan ünvan 10mişdir. Bu səbəblərdən iddia ərizəsinin surətləri 2 (iki) nüsxədə biri cavabdehin hüquqi ünvanına, digəri cavabdehin faktiki ünvanına göndərilməlidir. İddiaçıya vurulan maddi zərərin əvəzinin tutulmasına dair iddia tələbi əsaslı olduğundan həmin tələbi təmin edilməlidir. İddiaçı yuxarıda qeyd etdiyi kimi cavabdeh "xxxx" MTK-nın ucbatından, xüsusilə bu bir il ərzində olmazın iztirablar keçirmiş, hal-hazırda da müalicələri davam etdirməklə məşğuldur, iddiaçının ən azı 3.000 (üç min) manat mənəvi ziyanın ödənilməsini tələb etməyi əsaslıdır. Buna görə də məhkəmə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya vurduğu: maddi ziyanla əlaqədar 14.525 (on dörd min beş yüz iyirmi beş) manat, mənəvi ziyanla əlaqədar 3.000 (üç min) manat, cəmi 17.525 (on yeddi min beş yüz iyirmi beş) manat ödənilməsinə dair qətnamə çıxarmalıdır. İddiaçı milliyyətcə ləzgidir (mərhum əri azərbaycanlıdır), rus dilində oxumuş, Azərbaycan dilində əksər sözləri başa düşsə də, hüquqi terminləri Azərbaycan dilində, xüsusilə də latın qrafikasında yazıb-oxuya bilmir. Bu iddia ərizəsini tanıdığı hüquqşünas onun təqdim etdiyi sənədlər əsasında yazır, eyni zamanda lap yaxın qohumu iddiaçıya yazılan iddia ərizəsini Azərbaycan dilindən rus dilinə normal tərcümə etmişdir.

12. Cavabdeh MTK “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barədə qərardad çıxarılmasını xahiş etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmə iddiadan imtina barədə qərar çıxarmalıdır. Belə ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Sahil qəsəbəsi, B.Əliyev küçəsində tikiləcək 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 90 kv.metr təşkil edən 2 otaqlı 124 saylı mənzilin alınmasına dair Sapfir İnşaat” MTK ilə İddiaçı arasında müqavilə bağlanmış və mənzili 2017-ci ildə iddiaçı təhvil almış, sonradan 2024-cü ildə, yəni 7 il sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da, qanunvericiliyin tələbi üzrə bir illik iddia müddəti buraxılmışdır.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-401/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 372, 375, 377.1, 377.2, 385.1, 386.1, 390.1, 425.1, 442, 443.1, 443.2, 752.1, 766, 773, 776.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76.1, 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 106.3, 115.0.1, 119.1, 217.3, 217.4, 227, 233-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”nın 2.1, 2.3-cü bəndlərinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin AR MM-in 753-cü və 766-cı maddələrindən istinad etməsi əsassızdır. Belə ki, həmin maddələrdə podrat müqaviləsinin tətbiqindən söhbət gedir. İddiaçı hansısa binanın tikintisini podratçıya sifariş etməyib, o, podratçının tikdiyi binadan bir alıcı kimi mənzil almaq üçün müraciət edərək müqavilə bağlayıb. Müqavilənin özündə də İddiaçı “alıcı” kimi, cavabdeh isə “şirkət” kimi (yəni bir növ satıcı kimi) qeyd olunub. Belə halda alqı-satqı müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Yəni, mənzilin texniki pasportunu, keyfiyyət sertifikatını, istismar təlimatını verməmişdir, ən əsası da təhvil-təslim aktını da aparmalı olduğu halda, aparmamışdır. Belə halda qətnamədə qeyd edilmiş olduğu kimi guya 2018ci ilin fevral ayında iddiaçıya mənzilin təhvil verilmiş olması barədə qeydləri də əsassızdır, obyektivlikdən uzaqdır (iş mat. 1-ci Cild 181 vərəqdə FEBA MTK ilə AğayevaXalidə Mövlud qızı arasında ********* saylı 02 mart 2023 il tarixli mənzilin təhvil-təslim aktı nümunə kimi təqdim olunmuşdur). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçı da öz hüququnun pozulduğunu 2023 ilin avqust ayının sonlarında – 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun mənzilinə dair verdiyi dövlət reyestrindən Çıxarışı 3 saylı ASAN Xidmətdən götürdükdən sonra xəbər tutmuşdur, heç 11 ay keçməmiş – yəni 2024 ilin iyul ayında məhkəməyə iddia ilə müraciət etmişdir. Digər tərəfdən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Burada da söhbət daşınmaz əmlakdan gedir. İddia müddətinin axımının dayandırılması səbəblərindən biri də iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda baş verir. Məlum olduğu kimi 27 mart 2020 il tarixindən 2021 ilin aprel ayına kimi Azərbaycanda Covid-19 pandemiya dövründə xüsusi icazə ilə evdən çölə çıxmaq olurdu. Cavabdeh "xxxx" MTK-sı isə ümumiyyətlə işləmirdi. Hətta pandemiyadan qabaq belə MTK-nın rəhbəri kimi qələmə verilən Saşa ləqəbli şəxsin guya öldüyü, yerinə isə heç kəsin təyin olunmadığı barədə söhbətlər gəzirdi (bu haqda İddiaçı həm İddia Ərizəsində, həm də məhkəmə iclaslarında dəfələrlə qeyd etmişdir). Hətta məhkəmənin hesab etmiş olduğu kimi İddiaçı guya iddia müddətini ötürmüş olsaydı da belə İddiaçı şəkərli diabet və hipertaniya xəstəliklərindən əziyyət çəkməsi ilə əlaqədar iddia müddətini bərpa etməli idi, onun pozulmuş hüquqlarını müdafiə etmək əvəzinə cavabdehin tərəfində dayanmışdı. Hətta hesab edilsəydi də ki, İddiaçı üzürsüz səbəblərdən “müddəti ötürmüşdü”, bununla belə Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Yəni konkret olaraq mülkiyyətçinin hüquqlarının hər cür pozuntularının qarşısının alınmasına dair tələblərinə müddət şamil olunmur. Beləliklə, İddiaçı iddia müddəti ötürülməmiş sayılır. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs əvvəlcədən qanunsuz sövdələşmələrinə görə məhkəməyə 24 iyun 2025-ci il tarixində elektron imza ilə göndərmiş olduqları saxta sənədlərə - ən əsası guya İddiaçı tərəfindən 3 saylı ASAN Xidmət vasitəsilə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş olması üçün "xxxx" MTK-nın13 fevral 2018-ci il tarixində üzvlərinin ümumi iclasının keçirilmiş olması barədə tərtib edilmiş 57/18ç saylı protokolunun saxta olması, belə bir sənəddən xəbəri olmaması, bu səbəblərdən 3 saylı ASAN Xidmətdən məhkəmə qərardadı ilə 21 iyul 2023 il tarixdə hansı sənədləri təqdim etməsinin sübutu kimi həmin anın audiovideo yazısının tələb edilib-gətirilməsi haqda İddiaçı həm 14 iyul 2025 il tarixdə hazırladığı və e-məhkəmə sisteminə yüklənən yazılı ərizəyə əlavəsi (iş mat. 1-ci Cild 219-222 vərəqlərində), həm də şifahi şəkildə 15 iyul 2025 il tarixdə verdiyi vəsatəti heç bir əsas olmadan rədd etmişdi, həqiqəti üzə çıxarmaqdan yayınmışdı. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığı halda cavabdeh "xxxx" MTK-nın İddiaçı ünvanlamış olduğu 01/24-cü saylı 18 yanvar 2024-cü il tarixində hazırlamış olduğu cavabı iş materiallarından yox etmişdi. Necə ki, həmin cavabında qeyd edilmişdi ki, guya cavabdeh öhdəliklərini yerinə yetirmiş olaraq 2017-ci ildə həmin mənzili İddiaçı təhvil vermiş olmuşdu. Çünki yuxarıda qeyd edildiyi kimi cavabdeh "xxxx" MTK-nın13 fevral 2018-ci il tarixində üzvlərinin ümumi iclasının keçirilmiş olması barədə tərtib edilmiş 57/18ç saylı saxta protokolu tərtib edilmişdi, orada İddiaçı mənzilinin ümumi sahəsi 80 kv.m. göstərilmişdi. Digər tərəfdən birinci instansiya məhkəməsi cavabdehin xeyrinə hərəkət etmiş olaraq çıxarmış olduğu qətnamədə cavabdehin və ona nümayəndə və vəkili olmuş Vəkil nə rəsmi surətdə vermiş olduqları cavabında, nə də məhkəmə iclaslarında heç vaxt mənzilin ümumi sahəsinin 80 kv.m. olduğunu bildirmədiklərinə görə obyektiv hüquqi qiymət verməkdən qəsdən, bilərəkdən yayınmışdı. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Necə ki, İddiaçı məhz 24 iyun 2025-ciil tarixində keçirilmiş məhkəmənin iclasından sonra cavabdeh "xxxx" MTK-nın üçüncü şəxs 1 saylı Bakı Ərazi İdarəsilə qanunsuz sövdələşməyə görə guya 13 fevral 2025-ci il tarixində iddiaçının kooperativin üzvlərinin ümumi yığıncağında iştirak etmiş olması barədə məlumatı olduğundan növbəti (həm də sonuncu) 15 iyul 2025-ci il tarixində keçirilmiş iclasında həmin sənədlərin sübutlar sırasından çıxarılması və həqiqiliyinin yoxlanılmasına dair verdiyi Vəsatətinin məhkəmənin tərəfindən gec verilmiş olduğu bəhanəsi ilə rədd etmiş olması əsassızdır. Həm iddia ərizəsindən, həm də İddiaçı öz ərizələrində və məhkəmə iclaslarında qeyd etdiyi kimi onun hüquqi savadı olmadığından, yaddaşında zəiflik, şəkərli diabeddən və hiporteniya xəstəliklərindən əziyyət çəkdiyindən müəyyən tarixləri səhv deyə bilir. Məhkəmə iclaslarında İddiaçı dəfələrlə bildirmişdir ki, mənzil üçün pulu 2017 ilin sonlarına qədər tam ödəməsinə, həmçinin qaz və işıq sayğacları üçün də pulları tam ödəməsinə baxmayaraq cavabdeh "xxxx" MTK-nın həmin pulları ödəməsini boynuna almadığından onu mənzilə buraxmamışdır. İddiaçı məhkəməyə ərizələrində qeyd etsə də ki, sonradan qaz və işıq sayğaclarına dair qəbzləri tapdığından cavabdeh təşkilata getmiş, cavabdeh təşkilat da bəhanə gətirdiyindən ki, guya alınan sayğacların qiymətləri daha da baha olub, iddiaçı da məcbur olaraq 2021 ildə əlavə pul ödəyib, sonra onu mənzilə buraxıblar, demə yenə də yanılıbmış. Birinci instansiya məhkəmənin qətnaməsi elan olunduqdan, çıxarılmış qətnamənin e-məhkəmə informasiya sisteminə yerləşdirilməsindən sonra 2025 ilin avqust ayının əvvəllərində iddiaçının kiçik gəlini böyük təmizlik işləri apararkən cavabdeh təşkilata 2023 ildə kommunal xərclər üçün ödənilən bir neçə mədaxil qəbzləri tapmışdır. Yəni İddiaçı yaddaşında yaşı və xəstəliyi ilə əlaqədar bir az problem olur. Deməli, İddiaçı 2023-cü ilin əvvəllərində - yanvar və fevral aylarında sayğaclar və kommunal xidmətlər üçün pulları ödədikdən sonra cavabdeh "xxxx" MTK-nın tərəfindən mənzilə daxil olmağa icazə verilib. Məhz 2023 ilin fevral ayından sonra mənzildə ustalar tərəfindən ölçmə işləri aparıldıqdan sonra məlum olub ki, sahə müqavilədə göstərildiyindən azdır, ancaq cavabdeh onu inandırıb ki, reyestr xidməti reyestrdən çıxarışı verdikdən sonra ölçüsü çox olarsa iddiaçı ona hər kv.m. üçün, ölçüsü az olarsa, cavabdeh İddiaçıya hər kv.m. üçün müqavilədə göstərilən məbləğlərin ödənilməsini həyata keçirəcəkdir. Qoşmada təqdim ediləcək İddiaçı kommunal xidmətlər üçün ödədiyi 340 (üç yüz qırx) manatla əlaqədar "xxxx" MTK-nın verdiyi 611422 saylı 24 yanvar 2023 il tarixli mədaxil qəbzindən məlum olur ki, iddiaçının hələ də 1012 (min on iki) manat borcu var; qoşmada İddiaçı kommunal xidmətlər üçün ödədiyi 400 (dörd yüz) manatla əlaqədar "xxxx" MTK-nın verdiyi 611003 saylı 21 fevral 2023 il tarixli mədaxil qəbzindən məlum olur ki, iddiaçının hələ də 1406 (min dörd yüz altı) manat borcu var; c) qoşmada İddiaçıkommunal xidmətlər üçün ödədiyi 37 (otuz yeddi) manatla əlaqədar “Perfekta vita” yaşayış kompleksinin ("xxxx"ın özü tərəfindən qurulmuş bir xidmət idi) verdiyi 09 dekabr 2023 il tarixli mədaxil qəbzindən məlum olur ki, iddiaçının artıq borcu yoxdur. Məhz borcları ödədikdən sonra İddiaçı imkan yaradılmışdır ki, sahibi olduğu mənzilə dövlət reyestrindən çıxarışı alsın. Heç inandırıcıdırmı ki, əgər İddiaçı həqiqətən də cavabdeh "xxxx" MTK-nın tərəfindən 2018-ci ilin fevral ayında sənədlər verilmişdisə, o (yəni İddiaçı) 5 ildən artıq müddət keçdikdən sonra sahibi olduğu mənzilə dövlət reyestrindən çıxarışı almaq üçün müvafiq idarəyə getmişdir. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin birinci instansiya məhkəməsi cavabdeh "xxxx" MTK-nın nəfinə, İddiaçı zərərinə qətnaməni çıxarmış olmağa çalışdığından 24 iyun 2025-ci il tarixində keçirilməli olan iclası guya üçüncü şəxs 1 saylı Bakı Ərazi İdarəsinə bildirişi göndərmədikləri bəhanəsilə iclası qəsdən təxirə saldırmış olmuşdu. İclasdan sonra məlum olmuşdu ki, demə elə həmin günü iclasdan əvvəl üçüncü şəxs 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən məhkəməyə arxa tarixlərlə saxta sənədləri göndərmişdi. İşdə olan sübutun saxtalığı barədə məlumat verildikdə, həmin sübutu təqdim etmiş şəxs onu sübutlar içərisindən çıxarmağı və işi başqa sübutlara əsasən həll etməyi xahiş edə bilər. Məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər. Lakin göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin nəfinə hərəkət etmiş olduğundan həqiqətin üzə çıxmasını istəməmiş, bu prosessual pozuntulara “biganə” yanaşmışdı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Musaeyvna apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş materiallarına daxil edilmiş ifadələrində, eləcə də çıxarılmış qərarda qeyd olunur ki, qoca olduğundan, xəstə olduğu üçün, o cümlədən hipertoniya və şəkərli diabetdən əziyyət çəkdiyi, vaxtaşırı müalicə aldığı, ən əsası isə təşvişdən beyin silkəsi aldığı üçün bir neçə il əvvəl baş vermiş hadisələrin adını belə dəqiq deyə bilməmişdir. Bunu rus dilində və telefonla iddia ərizəsini hazırlayan şəxsə bildirmişdir (çünki Sahil kəndində yaşayır və bu şəxs Bakının o tərəfində, bizdən 70 km-dən çox aralıda yaşayır) və məhkəmədən sonra telefonla əlaqə saxlamışdır. Verdiyi məlumatlar əsasında adından ifadələrini və vəsatətlərini hazırladıqdan sonra Sahil kəndində yaşayan qohumunun elektron ünvanına göndərdi. Onları imzalayıb qohumunun elektron poçt ünvanı vasitəsilə bu şəxsə göndərdikdən sonra o, iddiaçının ASAN imzası ilə e-məhkəmə (elektron məhkəmə) informasiya sisteminə təqdim etdi. Hətta sonralar həm rus, həm də azərbaycan dillərini mükəmməl bilən digər qohumlarından, dostlarından bu ifadələri və vəsatətləri oxumağı xahiş edəndə tez-tez sözlərinin tam düz yazılmadığının fərqinə vardı. Lakin tapdığı sənədləri göstərdikdən və adından müraciəti hazırlayan şəxsə hər bir halı sakitcə izah etdikdən sonra hər şey tam dəqiqliklə qeyd olundu. Digər tərəfdən, müraciətinin prosessual qanunvericiliyə uyğun olaraq sütunlarda tərtib edildiyini nəzərə alsaq, tam aydınlıq üçün mətn ilkin olaraq rus dilində hüquqi terminologiya ilə öz sözlərindən hazırlanacaq, daha sonra Azərbaycan dilinə tərcümə edilərək Apellyasiya Məhkəməsinə təqdim olunacaq. Çünki müraciətindən göründüyü kimi, tarixləri xatırlamadığı və proses zamanı bir az çaşdırdığı sənədlər yenilənib. Tarixləri yadımda qalmayan, məhkəmə vaxtı tarixlərini bir az səhv saldığım sənədlər məhkəmə yekunlaşandan bir ay sonra 2025 ilin avqust ayında kiçik gəlinim mənzildə böyük təmizlik işləri apararkən bəzi sənədlər tapıldıqları, onların üzərində tarixlər oxunduqları üçün iddiaçı bu 2 ay ərzində sakitliyə çəkilib, bir-bir tapılan sənədlərə nəzəri yetirib, baş vermiş hadisələri gözünün önünə gətirib, konkret olaraq bu Ərizəni yazmaqla tam məsuliyyətlə yazdıqlarına zəmanət verir. İlk olaraq bildirir ki, kiçik oğlu X1 2015 ildə nişanladığından onun və gələcək həyat yoldaşının (hazırda kiçik gəlini olan xanımın) 2017 ildə keçiriləcək toyları üçün, nə onlara, nə ailə üzvlərinə, nə də digər qohumlarına bildirmədən sürpriz kimi 2 otaqlı yeni mənzil almaq fikrinə düşmüşdür. Bu səbəblərdən yaşadığı Sahil qəsəbəsində yerləşən "xxxx" mtk-nın ofisinə gəlib, 2 otaqlı, tam sahəsi ən azı 90 (doxsan) kv.m. olacaq mənzil üçün alqı-satqı müqaviləsi bağladı (övladları və qohumları belə bir müqavilə bağladığından yalnız 2023 ilin iyun ayında xəbər tutmuşdurlar). İddia ərizəsində ödədiyi pul məbləğlərini ona görə dəqiq yazmışdır ki, çünki şəxsi hesab onda olmuşdur. Həmin şəxsi hesabda ilin hansı ayında, günündə ödədiyi pullar haqda dəqiq məlumatlar verilməklə cavabdeh "xxxx" mtk-nın möhürü, məsul şəxsinin imzaları qoyulmuşdur. İddia ərizəsində qeyd etdiyi o hal ki, 2017-2018-ci illərdə mənzili təhvil alanda qapı olmayıb, özü qoydurmuşdur, qiyməti də 600-700 manat civarındadır, dəqiq aydınlıq gətirir. Pulları cavabdeh "sapfir-insaat" mtk-ya tam ödədikdən sonra cavabdeh təşkilat dərhal iddiaçıya həmin mənzili təhvil vermədi. Adını Saşa kimi, özünün isə guya "sapfir-insaat" mtk-nın rəhbəri kimi qələmə vermiş, sonradan əsl adının Sahir olduğunu bildiyi şəxs (demə, ümumiyyətlə o mtk-da rəsmi şəkildə işləmirmiş, lakin həmin mtk-nın, Sahil qəsəbəsində yerləşən restoranın və Bakı şəhərində yerləşmiş bir neçə restoranların, o cümlədən Rusiyada işlətdiyi restoranların qeyri-rəsmi rəhbəri imiş, 21.000.000 (iyirmi bir milyon) sərvətinin sahibi idi) iddiaçıdan tələb etdi ki, qaz sayğacı və elektrik sayğaclarını qoymalıdır. Bu sayğaclara görə pullar ödənilməlidirlər. İddiaçı onunla mübahisə etmişdir ki, müqavilədə elektrik sayğacının qoyulması üçün pul ödənilə bilər, qaz sayğacı haqda heç bir fikir bildirilmədiyindən qaz sayğacının qoyulması üçün pul ödəməyəcəkdir. O da iddiaçıya dedi ki, əgər həm elektrik, həm də qaz sayğacları üçün pulları ödəməsə mənzili təhvil verməyəcək. 2018 ilin qış aylarında həmin adını Saşa kimi bildirən şəxsə həm qaz, həm də elektrik sayğacların qoyulmaları ilə əlaqədar hər sayğac üçün ayrı-ayrılıqda təxminən 1000 (min) manatdan artıq pul ödəmişdir. 2 (iki) ədəd qəbzləri aparıb həmin Saşa adlı şəxsə göstərib, onların kserosurətlərini çıxarıb, ona təhvil vermişdir. Üç-dörd gün keçdikdən sonra həmin qəbzləri özündə tapa bilmədiyimdən cavabdeh "sapfir-insaat" mtknın Sahil qəsəbəsindəki ofisinə gəlib, qəbzlərinin əsillərinin burada qalıb-qalmadığını soruşduqda onlar dedilər ki, burada qalmayıb. Elə ki, biləndə ki, qəbzləri itirmişdir, bir neçə gündən sonra həmin Saşa adlı şəxs iddiaçıya bildirdi ki, guya iddiaçı ona həm qaz, həm də elektrik sayğacları üçün ödədiym qəbzlərin surətlərini təqdim etmədiyimdən, o da həmin sayğacları quraşdırmayıb. Blokun giriş qapılarının açarları həmin Saşa adlı şəxsdə olub. Kimdən narazı idisə həmin şəxslərə (o cümlədən iddiaçıya) blokun giriş qapısının açarlarının dublikatını vermirdi. Blokun qapısının yanında da onun mühafizəçiləri dayanırdılar, Saşanın icazə vermədiyi şəxsləri hətta həmin binada yaşayan başqa bir adamla onun qonağı kimi içəri girməsinə belə imkan vermirdilər. Sonra onun yanına gəlib, mənzilimə baxmaq istədiyini bildirdikdə o, iddiaçıdan yenə də həm qaz, həm də elektrik sayğacları üçün pul ödəməyini tələb etdiyindən onunla mübahisə aparmişdir. Havalar soyuq olduğundan bərk xəstələnmişdir. 2018 ilin payız aylarında haradasa sentyabr, oktyabr ayının əvvəlində həmin Saşa adlı şəxs mənimlə mənzilinə baxış keçirdi. Orada gördü ki, mənzildə işıq yoxdur, həmçinin mənzilinin qapısı da qoyulmamışdı. Etirazını bildirdikdə, o (yəni özünü Saşa kimi təqdim edən şəxs) iddiaçıya bildirdi ki, guya iddiaçı tərəfindən qaz, elektrik sayğacları üçün ödədiyi pulların qəbzləri ona verilmədiyinə, sayğaclar qoyulmadığına görə mənzili təhvil vermədiyindən, qapını da qoymayıb. Nə vaxt sayğaclar üçün pul ödəniləcək, onda mənzilinə qapını da qoyub, iddiaçıya təhvil verəcək. Üstündən xeyli vaxt keçdikdən sonra - 2018 ilin dekabr ayından həmin "Sașa” adlı şəxs" birdən-birə "yoxa çıxdı". Bu ərəfədə həmin və digər yerlərdə tikilən binalarda mənzillər alan şəxslər onu yaman axtarırdılar. Yaşadığı Sahil qəsəbəsində söhbət gəzməyə başladı ki, həmin bu "xxxx" adlı şəxs" Moskvada ölüb. Mən həmin bu "xxxx" adlı şəxs"in "vəfatından” istifadə edib, 2019 ilin avqust ayında qapı düzəldən ustaları gətirib, mühafizəçiləri MTK-ya qaz və elektrik sayğacları üçün pul ödədiyimə inandırıb, bir təhər öz mənzilinə qalxıb, qapının ölçülərini götürüb, çıxıb getdik. 2019 ilin sentyabr ayında qapının hazır olduğunu bilən kimi həmin ustalarla birlikdə yenə də MTK-nın mühafizəçilərini inandırmaqla mənzilin qapısını binanın içərisinə keçirib, quraşdıra bildik. Yeri gəlmişkən, həmin qapı üçün iddiaçı 2.200 (iki min iki yüz) manat pul vermişdir. Sadəcə, iddiada 600- 700 (altı yüz yeddi yüz) manat qeyd etməyi o səbəblərdən idi ki, hüquqşünaslar bildirdilər ki, lap 10.000 (on min) manatlıq da qapı qoydura bilər. Lakin məhkəmə tikintinin qurtardığı vaxt tikinti şirkəti tərəfindən ümumi qaydalarla qoyulan qapının orta qiyməti ilə əlaqədar ekspertin rəyinə əsasən qiymətləndirəcək. İddiaçı da həmin ərəfədə mənzillərini təhvil alıb, yaşayan, mənzillərinə qoyulan qapıların qiymətini öyrəndikdə ona məlum olanda ki, orta formalı qapıların 2017 ilə olan bazar qiyməti 600-700 (altı yüz yeddi yüz) manat civarındadırlar, iddiaçı da mənzilinin qapısının qiymətinin iddia ərizəsində 600-700 (altı yüz yeddi yüz) manat kimi qeyd etmişdir. Daha sonra yəni 2019 ilin oktyabr ayında iddiaçı mənzilin döşəməsini, tavanını, divarlarını düzəltmək, hörmək üçün ölçüləri götürməyə ustaları mənzilinə gətirərkən bu dəfə mühafizəçilər nə iddiaçını, nə də ustaları binanın girişinə belə yaxınlaşmağa qoymadılar. Onlar iddiaçıya acıqla bildirdilər ki, onlara mənzili üçün ödənişlər etdiyi haqda yalan məlumat verərək, mənzilinə qapı quraşdıra bilsə də, onlara iddiaçını içəri buraxmağa göstəriş gəlməyənə qədər içəri buraxmayacaqlar. Ancaq göstərişin kim tərəfindən verildiyini bildirməmişdilər. Sonra pandemiya başladı. Haradasa 2021-ci ilin iyun aylarında "xxxx" adlı şəxs" Sahil qəsəbəsində “peyda oldu". Mən bir neçə dəfə onunla MTK-nın ofisində görüşdüm. O, bəhanə edirdi ki, guya mən qaz və elektrik sayğacların qoyulmaları üçün ödədiyi pulların qəbzlərini təqdim etməmişdir. "xxxx" adlı şəxs"in bu cür həyasız, insanlığa sığmayan hərəkətlərini gördüyümdən, ən əsası da mənzilinə buraxılmadığımdan digər kommunal xərclər üçün hər ay nəzərdə tutulan 35-45 manat civarındakı pulları da ödəməkdən imtina edirdi. 2023 ilin yanvar ayında qeydiyyatda olduğu ünvan 11 ünvanında böyük təmizlik işləri apararkən cavabdeh "sapfir-insaat" mtkya qaz və elektrik sayğacların qoyulmaları üçün 2017 və 2018 illərdə ödədiyi pullarla əlaqədar 2 ədəd qəbzlərinin əsillərini tapmışdır. Həmin qəbzləri özümlə götürüb, bir neçə tanış şəxslər ilə cavabdeh "sapfir-insaat" mtk-nın Sahil qəsəbəsindəki ofisinə getmişdir. Mən həmin "xxxx" adlı şəxs"ə qəbzləri göstərib, tələb etdikdə ki, mənzilinə qaz və elektrik sayğaclarını qoysun, bu dəfə o (yəni, "Saşa” adlı şəxs") bildirdi ki, sayğacların qiyməti bahalaşıb, hər sayğac üçün əlavə pullar, həmçinin neçə il ərzində kommunal xidmətlər üçün ödəmədiyi pulları ödəməlidir. Məhz bunlar edildikdən sonra o, iddiaçınıi mənzilimə daxil olmağa icazə verəcək, həmçinin mənzilinə dövlət reyestrindən çıxarışı almaq üçün sənədlərini də təqdim edəcək. 2023 ilin may ayına qədər həm qaz və elektrik sayğacları üçün əlavə, həm də 2017 ildən kommunal xidmətlər üçün ödəmədiyim pulları ödəmişdir. Məhz 2023 ilin may ayından sonra mən mənzilini təmir etmək üçün ustaları gətirdikdə onda məlum oldu ki, mənzilin sahəsi 90 (doxsan) kv.m. yox, haradasa 76-77 kv.m.-dir. Təbii ki, yenə də "sapfir-insaat" mtk-nın ofisinə gedib, həmin bu "Saşa” adlı şəxsə iradlarını bildirib, bütün məsələlərdə o cümlədən mənzilin sahəsi ilə belə aldatdığını bildirməklə ondan əlavə pulları heç olmazsa ən azı 10.000 (on min) manat ödəməsini tələb etmişdir. O (yəni "Saşa” adlı şəxs") isə iddiaçını inandırdı ki, ustalar səhv ölçüblər, orada hətta guya 90 kv.m.-dən artıq sahə var. Hətta inandırmaqla mənə vəd verdi ki, dövlət reyestrindən çıxarışı vermək üçün reyestr xidmətindən gəlib baxış keçirdikdən sonra dövlət reyestrindən çıxarışında hansı sahəni göstərərlərsə, həmin sahəyə uyğun olaraq da hərəkət ediləcəkdir. Yəni əgər mənzilim 90 kv.m.-dən az olarsa hər kv.m. üçün ən azı 1000 (min) manatdan o (yəni "xxxx" adlı şəxs") mtk-nın əvəzindən mənə ödəyəcək, əgər 90 kv.m.-dən çox olarsa mən mtk-ya hər kv.m. üçün 500 (beş yüz) manat ödəyəcəyəm. Mən də razılaşdım. Reyestrindən Çıxarışı almaq üçün cavabdeh "Sapfir-inşaat” MTK-nın məsləhəti ilə özümlə cəmi 2 (iki) ədəd sənədlər - Alqı-Satqı Müqavilənin və 85000 (səksən beş min) manat məbləği MTK-ya ödəməyi haqda şəxsi hesabın əsillərini, həmçinin onların kserosurətlərini götürüb 21 iyul 2023 il tarixdə 3 saylı ASAN Xidmətə getmişdir. Cavabdeh "xxxx" MTK-dan heç bir sənəd götürməmişdir. 3 saylı ASAN Xidmətdə iddiaçıdan Alqı- Satqı Müqavilənin və 85000 (səksən beş min) manat məbləği MTK-ya ödəməyi haqda şəxsi hesabın əsillərini tələb etdilər. Narazılıq etməyinə baxmayaraq əsillərini tələb edib, müstəsna hal kimi həmin sənədlərin kserosurətlərinə imzalar qoyaraq əsillərini götürüb, Reyestrindən Çıxarışı alarkən həmin sənədlərin yəni Alqı-Satqı Müqavilənin və 85000 (səksən beş min) manat məbləği MTK-ya ödəməyi haqda şəxsi hesabın əsillərini qaytaracaqları haqqda vəd verdilər. 2023 ilin avqust ayının sonlarında 3 saylı ASAN Xidmətdən Reyestrindən Çıxarışı alarkən Alqı-Satqı Müqavilənin və 85000 (səksən beş min) manat məbləği MTK-ya ödəməyi haqda şəxsi hesabın əsillərini də ona qaytardılar. Məlum olduğu kimi Dövlət Reyestrindən Çıxarışından mənim mənzilinin sahəsi 90 kv.m. yox, 75,3 (yetmiş beş tam onda üç) kv.m. olmuşdur. Lakin cavabdeh "sapfir-insaat" mtk-sı, o cümlədən "xxxx" adlı şəxs" öz sözünün, vədinin üstündə durmayaraq əlavə pul ödəməkdən imtina etmiş olduğundan vəziyyət bu səviyyəyə çatmışdı. Yeri gəlmişkən, 2-3 gün bundan əvvəl məlum oldu ki, cavabdeh "sapfir-insaat" mtk-sı təkcə iddiaçı ilə yox, digər şəxslərlə də əlaqədar onlardan aldığı 85.000 (səksən beş min), 90.000 (doxsan min), 100.000 (yüz min) və daha çox məbləğlərin yerinə vergini aldatmaq üçün 64.000 (altmış dörd min) manat "qeyd etdirmişdi", milyonlarla manat məbləğləri mənimsəmiş, vergisini ödəməkdən yayınmışdı. Bu isə ciddi vergi cinayətidir. Məlum olduğu kimi iddia ərizəsində və birinci instansiya məhkəmə iclaslarında cavabdeh "sapfir-insaat" mtk-nın rəhbərinin və məsul vəzifəli şəxslərin barəsində xüsusi qərardad çıxarıb, AR Baş Prokurorluğuna göndərilməsini dəfələrlə xahiş etsə də, birinci instansiya məhkəməsi maddi marağı ucbatından tələblərinə etinasız yanaşmışdı. Apellyasiya instansiyasının məhkəmə kollegiyasından bütün halları obyektiv araşdırmaqla, xüsusilə 3 saylı ASAN Xidmətindən 21 iyul 2023 il tarixdə həmin Xidmətə hansı sənədləri təqdim etməyinə dair həmin anın audio-video yazının tələb edilib gətirilməsi haqda Qərardad, cavabdehin və üçüncü şəxsin barəsində Xüsusi Qərardad, iddianın və apellyasiya şikayətinin tam təmin edilməsinə dair Qətnamə çıxarmasını xahiş edir.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmənin iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

23. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

24. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. Maddə 377.1-377.2. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 443.1-443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

34. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı

35. İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı

36. İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı

37. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır.

38. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

39. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı

40. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-401/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

51. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

52. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

53. Kollegiya birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

54. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində tikəcəyi 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 m2 təşkil edən 2 otaqlı 124 saylı mənzil 85.000 manata iddiaçıya satılmışdır (hər m2 üçün 666 ABŞ dolları olmaqla, 90 m2 sahə üçün cəmi 59.940 ABŞ dolları ≈ 85.000 manat). Müqavilədə mənzilin ümumi dəyərinin 20%-nin manatla iddiaçı tərəfindən ilkin ödəniş kimi ödənilməsi, pulun qalan hissəsinin isə aylara bölünməklə hissə-hissə ödəniləcəyi, mənzilə giriş qapısının quraşdırılaraq təhvil verilməli olması barədə bəndlər olmuşdur. İş materiallarında olan şəxsi vərəqədən iddiaçının 21.000 manat ilkin ödəniş etməsi, qalan ödənişlərin isə xx.xx.2017-ci ilədək müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə ödənilməsi, belə ki, iddiaçı tərəfindən 85.000 manat məbləğində pulun hissəhissə, cəmi 16 dəfə ödəniş edilməsi müəyyən edilir. Sözügedən şəxsi vərəqədə cavabdehin möhürünün 16 ədəd izinə rast gəlinir, yəni müqavilədə göstərilmiş 85.000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi məhkəmə tərəfindən mübahisəsiz olaraq müəyyən edilir. İddiaçının mübahisələndirdiyi hal – cavabdehin müqavilə öhdəliklərini pozaraq, iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) və xarici görünüş (qapısının olmaması) baxımından qüsurlu mal verməsi olmuş, deməli, iş üzrə sübutetmənin predmeti də məhz bu məsələ olmuşdur.

55. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin qeyd edilən hissəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

56. İddiaçı mənzilin sahəsi barədə olan mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışa istinad edərək, cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulandan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi bu faktın mövcud olub-olmadığını yoxlamaq məqsədilə xüsusi bilik tələb edən sualların izah edilməsi üçün müvafiq ekspertiza təyin etmişdir.

57. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində: - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsinin 75,3 m2 ; sözügedən Qaydaların tələbləri nəzərə alınmadıqda, 79,4 m2 ; - yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda isə 90,0 m2 olması göstərilmişdir.

58. Belə olan halda iddiaçı da müstəqil olaraq ekspert fəaliyyəti həyata keçirən bir təşkilatdan mütəxəssis rəyi əldə edərək məhkəməyə təqdim etmiş, həmin mütəxəssis rəyi ilə ekspert rəyindəki ilk 2 bənd eynilik təşkil etsə də, yaşayış, yardımçı sahələri və divaraltı sahə (arakəsmələr) daxil olmaqla mənzilin ümumi sahəsinin 87,2 kv.metr olması müstəqil ekspert tərəfindən müəyyən edilmişdir. Mənzilin giriş qapısı quraşdırılmamış vəziyyətdə iddiaçıya verilməsinə dair heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

59. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hazırkı iş üzrə tətbiq edilməsi, yəni iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətləri çərçivəsində bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməsi düzgün deyildir. Çünki bu, mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb olacaqdır. Əgər tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı heç bir qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, loja və bu kimi köməkçi sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyildir. Deməli, yuxarıda qeyd edilən tənzimləmələrin hazırkı işdə tətbiqi tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnəcəkdir. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-verməməsi yalnız yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Məhz bu araşdırmanın nəticəsindən asılı olaraq, cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməməsi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir. Elə bu səbəbdəndir ki, yerində ölçmə aparıb işdə olan rəyi verən ekspert və mütəxəssis tərəfindən müəyyən edilmiş 79,4 m2 sahə (azalma əmsalları tətbiq edilmədən, o cümlədən xarici divarların alt sahələri nəzərə alınmadan) hazırkı iş üzrə nəzərə alınmalı olan real sahə hesab olunur.

60. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda tədqiq edilən ekspert və mütəxəssis tərəfindən müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.

61. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırkı işdə iddiaçının iddia etdiyi hallardan birinin mövcudluğu – cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək, müqavilədə göstərilən sahədən daha az sahəsi olan (qüsurlu) mənzil verməsi müəyyən edilir (mənzil təhvil verilərkən giriş qapısının olmamasına, sonradan iddiaçı tərəfindən alınıb quraşdırılmasına dair heç bir sübut verilməmişdir). Qapının olmaması sübuta yetirilməsə də belə, bununla belə qeyd edilməlidir ki, bu hal xarici görünüşlə bağlı olduğundan mahiyyət etibarilə dərhal aşkar edilə bilən qüsurdur və görünür ki, iddiaçı bu qüsuru bilə-bilə, heç bir pretenziya irəli sürmədən mənzili həmin formada qəbul etmişdir. Deməli, maddi ziyanın qapı ilə bağlı olan hissəsi sübuta yetirilməməklə yanaşı, həm də əsassız olduğundan, o cümlədən Mülki Məcəllənin “qüsurlu məmulatı pretenziya irəli sürmədən qəbul etməklə tələb hüququnun əmələ gəlməməsi barədə” tələbinə görə, maddi ziyanın qapı ilə bağlı olan hissəsini təmin etməməkdə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

62. Həmçinin, birinci instansiya məhkəməsində icrrat zamanı iş üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir.

63. İş materiallarından görünür ki, cavabdeh iddia tələbinə dair münasibətini bildirməzdən əvvəl hələ birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ilk və ikinci məhkəmə iclaslarında iddiaçı 2017-ci ilin ortalarında mənzilə görə ödənişləri tam ödədiyini, lakin mənzilin 2018-ci ilin qış aylarında cavabdeh tərəfindən ona təhvil verildiyini, həmin vaxtdan mənzilin özünün faktiki sahibliyində olduğunu, hətta 2023-cü ildə mənzilə dair çıxarış alınması üçün verilən sənədlərin 2018-ci il tarixdə tərtib edilmiş sənədlər olmasını bildirmişdir. Beləliklə, iddiaçının öz izahatında dəfələrlə səsləndirdiyi fikirlərlə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçı hazırda sahəsinin az olduğunu mübahisələndirdiyi mənzili 2018-ci ilin qış aylarında təhvil almışdır. Lakin sonradan – məhz cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə iclasında müzakirə edildikdən sonra iddiaçı məhkəməyə ünvanladığı ərizələrdən birində xəstəliklərini (şəkər və hipertoniya) əsas gətirərək, mənzilin təhvil-təslim tarixini səhv xatırladığını, 2017-ci ildə mənzilə daxil olmaq istəsə də, cavabdeh tərəfin işıq və qaz sayğacı ilə bağlı pulu ödəmədiyini bildirərək, onu mənzilə buraxmadığını, mənzilin qapısı olmadığına görə 2021ci ilin sentyabr ayında mənzildə təmir işlərinin başlanıldığını, 2023-cü ilin iyul ayında isə mənzilin sahəsinin az olduğundan xəbər tutaraq cavabdeh tərəfə bu barədə iradını bildirdiyini və müddəti ötürmədən məhkəməyə müraciət etdiyini, başqa şəxslər arasındakı aktı nümunə kimi təqdim edərək, cavabdeh tərəfindən mənzillə bağlı düzgün şəkildə təhvil-təslim aktının tərtib edilməli olduğunu qeyd etmişdir. Həmçinin, iddiaçının özü hələ cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməzdən əvvəl müstəqil qiymətləndirmə şirkətinə etdiyi müraciətində mənzilə quraşdırılan qapının 2017-ci ilə olan orta bazar dəyərinin müəyyən edilməsini xahiş etmişdir.

64. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, iddiaçı məhz cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə iclasında müzakirə edildikdən sonra mənzilin cavabdeh tərəfindən ona təhvil verilmə tarixi ilə bağlı ilk 2 məhkəmə hazırlıq iclasında səmimi şəkildə verdiyi izahatını dəyişərək, ziddiyyətli fikirlər irəli sürüb, məhkəməni yanıltmağa cəhd etmişdir. Bununla belə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən iddiaçının adına çıxarış alınması üçün maliyyə arayışı və iclas protokolundan çıxarışın 2018-ci ilin fevral ayında tərtib edilməsi müəyyən edildiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, onun özünün ilk 2 məhkəmə hazırlıq iclasında verdiyi izahat daha düzgün olmuş, sonrakı ərizədə xəstəliklərinə istinadən qeyd etdikləri isə məqsədli şəkildə təhrif edilmiş məlumatlardan ibarət olaraq iddianın təmin edilməsi üçün zəmin yaratmaq niyyəti ilə yazılmışdır.

65. Kollegiya apellyasiya şikayətinin “təhvil-təslim aktının tərtib edilməsinin zəruri olması ilə bağlı” dəlili ilə bağlı qeyd edir ki, hazırkı mərhələdə sözügedən aktın olmamasına istinadən və iddiaçının sonradan təhrif etdiyi, ziddiyyətli fikirlərinə əsaslanaraq tələbin təmin edilməsi düzgün deyildir. Çünki hələ cavabdeh tərəfindən irəli sürülmüş iddia müddətinin tətbiqi məsələsi məhkəmə iclasında müzakirə edilməzdən əvvəl iddiaçının mənzilin təhvil alınma tarixi ilə bağlı verdiyi izahatlar digər iş materialları ilə də təsdiqlənmişdir.

66. Məhkəmə tərəfindən müəyyən edilən hallardan biri də odur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə araşdırmasına təqdim edilmiş sənədlərdə MTK tərəfindən mənzilin sahəsinin 80 m2 göstərilməsi tərəflər arasında bağlanmış müqavilə şərtləri ilə ziddiyyət təşkil etsə də, iddiaçı özü birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bu sənədləri özü aparıb həmin orqana verdiyini bildirdiyindən, bunun cavabdeh tərəfindən texniki səhvliklə, yoxsa bilərəkdən edilməsinin müəyyən edilməsinə zərurət qalmır. İddiaçı son ərizələrində həmin sənədləri özünün vermədiyini, cavabdehin, üçüncü şəxsin və məhkəmənin saxtakarlığa və qanunsuzluğa yol verərək belə sənədlər hazırladığını bildirsə də, xx.xx.2025-ci il tarixdə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında iddiaçı dəqiqliklə bildirmişdir ki, 2023-cü ildə mənzilə dair çıxarış almaq istəyərkən MTK tərəfindən ona 2018-ci il tarixli sənədlər verilmişdir. Deməli, iddiaçı bu sənədləri müvafiq orqana təqdim etsə də, ya lazımi diqqətlilik göstərməyərək sənəddə mənzilin sahəsi ilə bağlı nə yazıldığına əhəmiyyət verməmiş və paralel olaraq cavabdeh MTK da hüququndan sui-istifadə etmiş, ya da iddiaçı həmin sənədlərdə yazılanları görmüş və sənədləri müvafiq orqana təqdim etməklə MTK-nın sahə ilə bağlı etdiyi bu dəyişikliyi bəyənmişdir.

67. Qeyd olunanlara əsasən kollegiya iddiaçının dəlilinə münasibətdə hesab edir ki, bu halın MTK tərəfindən texniki səhvliklə və ya bilərəkdən edilməsinin müəyyən edilməsi hazırkı iş üzrə yekun nəticəni dəyişməyəcəyindən, bununla bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur (lap əgər qəsdən edilməsi müəyyən edilsə belə, bu hal hüquqdan sui-istifadə kimi qiymətləndiriləcək, yenə də iş üzrə heç bir faktiki halı və işin nəticəsini dəyişdirməyəcəkdir).

68. Birinci instansiya məhkəməsi xüsusi olaraq onu da qeyd etmişdir ki, məhkəmə və daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın bu məsələ ilə bağlı hər hansı marağının olmasının mümkünsüzlüyü isə onu deməyə əsas verir ki, iddiaçının saxtakarlıq və qanunsuzluqla bağlı irəli sürdüyü bütün dəlillər əsassız və formal mülahizələrdən ibarətdir. Mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallığını qadağan etməmiş, məhkəmə də öz növbəsində obyektiv araşdırmanın aparılmasını təmin etmək üçün mübahisə predmeti olan mənzilə dair müvafiq orqanda saxlanılan sənədləri sorğu vasitəsilə əldə edərək araşdırmışdır. Nəzərə alınmalıdır ki, bu sənədlər iddia tələbinin təmin edilməli olduğu halda rədd edilməsinə əsas verməmiş, yəni hazırda iddia tələbinin təmin edilməməsinin əsası bu sənədlər deyildir. Deməli, iddiaçının bu məsələ ilə bağlı irəli sürdüyü dəlillər əsassız olmaqla yanaşı, iş üzrə hər hansı xüsusi əhəmiyyət kəsb etmir.

69. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh MTK iddiaçıya aralarındakı müqavilədə göstəriləndən daha az sahəsi olan mənzil vermiş (lap 80 m2 sahə iddiaçı tərəfindən bəyənilibsə də belə, yenə də ona MTK tərəfindən az sahə verilib), lakin iddiaçı bununla bağlı iddia irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürmüşdür.

70. Odur ki, irinci instansiya məhkəməsi mənzilin iddiaçıya 2018-ci ilin əvvəllərində (qış aylarında) təhvil verilməsini müəyyən edərək haqlı olaraq cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsaslı hesab etmiş və hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi qənaətinə gəlmişdir.

71. Belə ki, 2018-ci ilin əvvəlində mənzili təhvil alan iddiaçı hazırkı tələblə məhkəməyə qanunla nəzərdə tutulmuş 5 il müddətində deyil, 6 il yarım vaxt keçdikdən sonra müraciət etmişdir.

72. İddiaçı bu məsələni çıxarış aldıqdan sonra aşkar etdiyini, yəni dolayısı ilə iddia müddətinin axımının çıxarış alınan vaxtdan hesablanmalı olmasını mübahisələndirsə də, belə qiymətləndirmə Mülki Məcəllənin tələblərinə zidd olmaqla yolverilməzdir. Çünki Mülki Məcəllədə konkret olaraq təsbit edilmişdir ki, sifarişçi icranın qüsuru barədə tələbləri işin qəbul edildiyi gündən 5 il ərzində (binaya aid olduqda) irəli sürə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2(102)-3884/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı).

73. Kollegiya hesab edir ki, mənzil faktiki olaraq onun sahibliyinə verildiyi vaxtdan ötən müddət ərzində iddiaçının mənzilin sahəsini ölçməyə kifayət qədər vaxtının olmasına baxmayaraq, o, ağlabatan sayıqlıq və ehtiyatlılıq göstərməkdənsə, bu məsələyə səhlənkar yanaşmış və mənzilin sahəsi ilə bağlı etdiyi tələb üzrə iddia müddətini ötürmüşdür. Beləliklə, iddia tələbi və apellyasiya şikayəti mənzilin sahəsi ilə bağlı hissədə qismən əsaslı olsa da (10,6 m2 sahə az verilməsi müəyyən edilmiş, lakin iddiaçı bunun 15 m2 olduğunu iddia etmişdir), tələb üzrə iddia müddəti ötürüldüyündən, cavabdeh tərəfindən müddətin tətbiq edilməsi barədə ərizə verildiyindən, tələbin əsaslı olan hissəsi üzrə iddia müddəti tətbiq edilməklə, qalan hissədə isə əsassız olduğundan, tələbi təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

74. Kollegiya iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, maddi ziyanın ödənilməsi barədə tələb təmin edilmədiyindən, tələbin bu hissəsinin təmin edilməsinin məqsədə müvafiq hesab etməməkdə məhkəmə haqlı olmuşdur.

75. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, məhkəmə və daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın bu məsələ ilə bağlı hər hansı marağının olmasının mümkünsüzlüyü isə onu deməyə əsas verir ki, iddiaçının saxtakarlıq və qanunsuzluqla bağlı irəli sürdüyü bütün dəlillər əsassız və formal mülahizələrdən ibarətdir. Mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallığını qadağan etməmiş, məhkəmə də öz növbəsində obyektiv araşdırmanın aparılmasını təmin etmək üçün mübahisə predmeti olan mənzilə dair müvafiq orqanda saxlanılan sənədləri sorğu vasitəsilə əldə edərək araşdırmışdır. Nəzərə alınmalıdır ki, bu sənədlər iddia tələbinin təmin edilməli olduğu halda rədd edilməsinə əsas verməmiş, yəni hazırda iddia tələbinin təmin edilməməsinin əsası bu sənədlər deyildir. Deməli, iddiaçının bu məsələ ilə bağlı irəli sürdüyü dəlillər əsassız olmaqla yanaşı, iş üzrə hər hansı xüsusi əhəmiyyət kəsb etmir.

76. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

77. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

78. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

79. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

80. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

81. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edilmədiyindən, birinci instansiya məhkəməsi iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Həmçinin, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-401/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar