Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5827/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İş № 2(103)-5827/2022 Açar sözlər (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may2022-ci il tarixli, 2(006)-1576/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. 2.Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 3.Odur ki, iddiaçı pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 64.000 ABŞ dolları və 5000 manat məbləğində pulun, hüquqi yardıma görə 250 manat və ödənilmiş 404,05 manat dövlət rüsumunun tutularaq, İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ailəsinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satışından əldə olunmuş 64000 ABŞ dolları və 5000 manat məbləğində pulu tanışı Cavabdeh vermişdir. Cavabdeh təxminən 2013-cü ildən tanıyır. Cavabdeh ticarətlə məşğul olurdu və iddiaçıda olan pulu ona versə, yüksək məbləğdə gəlir olmasını vəd etmişdir. Lakin Rəfiqə vədini yerinə yetirməmiş, iddiaçıdan aldığı pulları geri qaytarmamışdır. Artıq Rəfiqə tərəfindən aldadığını görüb, bu barədə şikayət etmək qərarına gəlmişdir. Nəsimi rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi Orxan Əkbərovun xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının Cavabdeh 64000 ABŞ dolları və 5000 manat məbləğində pulu verməsi iş materialları ilə təsdiqini tapsa da, Cavabdeh əməlində qeyd olunan faktla bağlı cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 may 2022-ci il tarixli, 2(006)-1576/2022 saylı qətnaməsi (sədrlik edən-Ramin Xəlilov) ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 10.000 (on min) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 (bir yüz iyirmi) manat, cəmi 10.120 (on min yüz iyirmi) manat məbləğində pulun tutulması qət edilmişdir. 7.Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, iddiaçı Cavabdeh təxminən 2013-cü ildən tanımışdır. Cavabdeh ticarətlə məşğul olmuş və 2015-ci ildə iddiaçıda olan pulu ona verərsə, həmin pulla Türkiyədən alış-veriş edəcəyini və həmin malı burda bacısının dükanında sataraq yüksək məbləğdə gəlir olmasını, həmçinin həmin gəliri iddiaçı ilə bölüşəcəyini vət etmişdir. Bu məqsədlə ondan 64.000 ABŞ dolları borc və malların gömrükdən keçirilməsi üçün 5000 manat da əlavə borc almışdır. Bu sövdələşmənin üzərindən 1 ilə yaxın müddət keçsə də, nə borcdan, nə də mallardan gələn gəlirdən xəbər olmur. 2016-cı ildə iddiaçı polisə müraciət etməli olur və bu proseslər 2021-ci ilə kimi uzanır. Nəticədə cinayət işinin başlanmasının rədd olunması haqda qərar qəbul olunur. İstintaq prosesində iş üzrə fonoqrafik ekspertiza da keçirilir və burda iddiaçının oğlu ilə cavabdeh arasında məhz bu mövzudakı danışıqları tədqiq olunur. Orada cavabdeh özü iddiaçıya borcu olduğunu qəbul edir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında səsyazmada dediklərini təzyiq və hədə-qorxunun təsiri altında dediyini qeyd edir, lakin rəyin sonunda mübahisəli fonoqramda danışıqlarda iştirak edən şəxslərin emosional və psixoloji vəsiyyətlərində kəskin emosianallığın hiss olunmaması qeyd olunub. Cavbadeh qeyd edir ki, onun borcu 10.000 ABŞ dolları olub və bunu üzərinə faizlər gələrək 64.000 manat tələb olunur. Bu ifadə absurddur, belə ki, aylıq 100% əlavə pul istənilsə belə məbləğin bu cür şişməsi mümkünsüzdür. Cavabdeh götürdüyü pulu övladının müalicəsinə xərclədiyi bildirir, halbuki səsyazmalarda dəfələrlə həmin pula mal alıb satacağını və gəlir əldə edəcəyini deyir. Halhazırda 64.000 ABŞ dolları və 5000 manat borcu olduğunu inkar edir. Lakin səsyazmalarda iddiaçının oğlu dəfələrlə bu məbləğlərin adını çəkir və heç birində iddiaçının bu borca etirazı olmur. O cümlədən iddiaçının sələmçiliklə məşğul olduğu deyilir. Əgər belədirsə, onun imkanı yaxşı olmalı idi və bu halda indiki kimi kirayədə yaşamazdı. Cavabdeh özü ilə oğlunun da şahid qismində dindirilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı mütəmadi olaraq ona və başqalarına sələmə pul verməklə məşğul olmuşdur. O, ondan 10.000 manat borc pul götürmüşdür və ayda 1000 manat faiz ödəməklə pulu qaytaracaqları ilə bağlı razılaşmışlar. İddiaçının göstərdiyi 64.000 ABŞ dolları və 5000 manat onun sələmə verdiyi pulun üzərinə gələn faizlərlə bağlı yaranmışdır. Uzun müddət özü və oğlu ona çox əzablar vermiş, demək olar ki, hər gün evinə gələrək ondan pul tələb etmişlər. Devalvasiyanın yaranması ilə əlaqədar o, borcu ödəyə bilmirdi və ondan əl çəksinlər deyə ödəcəyini deyib evindən çıxarmağa çalışırdı. İddiada göstərilənlər tamamən əsassızdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, Rəfiqə ilə rəfiqəlik edir, onların evinə tez-tez gedib-gəlmişdir. 15 ildir ki, tanışdılar. Bir dəfə Rəfiqənin oğlu üçün əlil arabası gətirmişdir. Həmin gün bir qadın və bir oğlu evə girmişlər və qışqırmağa başlamışlar. Həmin günə kimi o, borc məsələsindən xəbərsiz idi. Rəfiqədən məsələnin nə olduğunu soruşmuş, o, da ona 10.000 ABŞ dolları borc götürdüyünü və faizlərini artıqlaması ilə qaytardığını, lakin yenə ondan pul istədiklərini demişdir. Onlardan bunun nə demək olduğunu soruşmuş, çünki bu, açıq-aşkar özbaşınalıq idi. Heç bir vergi ödəyicisi deyildilər və öz bizneslərini qurmuşdular. Onlar pul tələb etdikcə Rəfiqə ödədiyini və ondan əl çəkmələrini deyirdi. Ona davamlı təzyiqlər edib hədə-qorxu gəlirdilər. O, Rəfiqəyə polisə müraciət etməsini və ona bu qədər stres yaşatdıqları üçün mənəvi təzminat tələb etməsini demişdir. Çünki onlar banditlik edirdilər. Lakin iddiaçı tərəf onlardan qabaq polisə müraciət etmişdir. Borcun verilməsi və pulun qaytarılmasının şəxsən şahidi olmamışdır. 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, cavabdehin oğludur. Anası iddiaçıdan borc almışdır, miqdarını bilmir. Borcu qaytarıb. Suğra və oğlu hər saatda qapılarına gəlib səs-küy salırdılar. Bir dəfə Suğra ona demişdir ki, narahat olmasın Suğradan ona bir zərər gəlməz. Amma zərər gəlmiş və bütün bunlar onları sarsıtmışdır. Oğlunun adını bilmir, amma o da gəlib anasının pulunu istəmişirdir. Hadisə təxminən 5 il qabaq olmuşdur. Anası Sığra ilə telefonla danışmışdır və ondan əl çəkməsini istəmişdir. Onların o qədər borcları olmamışdır. Anası bir dəfə Türkiyəyə gedib, lakin ona dərman almaq üçün. Xalası müəllimədir, mağazası yoxdur. Anası mal satmamış, evlərində satılmalı mal olmamışdır. 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur. Gediş-gəlişləri var. Suğranı ilk dəfə 5-6 il bundan qabaq görmüşdür. Faizə pul verirdi. O, bir dəfə Rəfiqədən faizə pul istəmiş, o, da ona Suğranı məsləhət görmüş və onun bu işlərlə məşğul olduğunu demişdir. O, Suğradan əvvəlcə Rəfiqənin vasitəsilə iki dəfə borc pul götürmüş və faizlərini qaytarmışdır. Daha sonra Suğradan yuyucu tozlar alıb üzərinə biraz məbləğ qoyaraq satırdı. Suğranı bu cür tanımışdır. Borcun alınması və qaytarılması ilə bağlı hadisələri gözü ilə görmüşdür, lakin belə mübahisənin olduğunda sonradan xəbər tutmuşdur. 12.İş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin cinayət işinin icratına xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı Abuzər qızının 2015-2016-cı illərdə Cavabdeh Çin Xalq Respublikasından birgə qazanc əldə etmək məqsədilə geyim paltarlarının Bakı şəhərinə gətirilməsi üçün 64000 ABŞ dolları və 5000 manat pul verməsi, Cavabdeh 64000 ABŞ dollarını və 5000 manat pulu alması iş üzrə təyin edilmiş fonoskopik ekspertizasının xx.xx.2017-ci il tarixli 20720 nömrəli rəyində olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu və tədqiqi hissələ verilmiş yazılı mətnlər ilə də bir daha təsdiqini tapmışdır. İstintaq zamanı Cavabdeh ifadələrində İddiaçı Abuzər qızından 2011-ci ildən 2015-ci ilə kimi mütəmadi olaraq faizə pul götürməsini bildirmişdir.Lakin istintaq zamanı həmin xüsusat öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan diskə baxış protokolundan göründüyü kimi Cavabdeh və İddiaçı Abuzər qızı arasında olan pul münasibəti 2015-2016-cı illərdə baş vermişdir. Həmçinin Cavabdeh istintaq zamanı verdiyi ziddiyyətli ifadələrdəki xüsusatlar bir daha onu təsdiq edir ki, İddiaçı Abuzər qızından 64000 ABŞ dollarını və 5000 manat pulu birgə qazanc əldə etmək məqsədilə almış, lakin yaranmış mülki öhdəliklərin icrasında yayınmaq məqsədilə ziddiyyətli ifadələr verməyə üstünlük vermişdir. Beləliklə aparılmış ibtidai istintaqla Cavabdeh 2015-2016-cı illərdə İddiaçı Abuzər qızından Çin Xalq Respublikasından birgə qazanc əldə etmək məqsədilə geyim paltarlarının Bakı şəhərinə gətirilməsi üçün 64000 ABŞ dolları və 5000 manat pulu alması tam təsdiq edilsə də, həmin xüsusatda Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178ci maddəsinin tərkib əlamətləri yoxdur. Tərəflər arasında yaranmış pul mübahisəsi mülki xarakterlidir. Ona görə də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılaraq ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, zərərçəkmiş şəxs İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi hüququ izah edilməsi, ona qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokuroruna, yuxarı prokurora, məhkəmə nəzarətini həyata keçirən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etməsi hüququ izah edilməsi qərara alınmışdır. 13.İş üzrə Nəsimi RPİ-nin İŞ tərəfindən ********* nömrəli cinayət işi üzrə təyin edilmiş xx.xx.2017-ci il tarixli 20720 saylı məhkəmə fonoskopik ekspertiza rəyinin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətnlərdə K1 kimi işarə olunmuş diktorun səsi və nitqi-Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində Q2 kimi işarə olunmuş diktorun səsi və nitqi – X1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1,2.3 saylı CD disklərdə olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətlərinin olub olmamasını tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim ounmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlarda danışıqlar spontandır. Ekspertizaya təqdim olunmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorların emosional və psixoloji vəziyyətlərində kəskin şəkildə ekstremallıq hiss olunmur. 14.İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışın surətindən görünür ki, X5 ikinci qrup əlildir. 15.İş üzrə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6xx.xx.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 02 № ilə qeyd edilmişdir 16.Məhkəmə hesab etmişdir ki, səs yazısında cavabdeh əqdin bir tərəfi olsada digər tərəf isə başqa bir şəxs (iddiaçının qardaşı) olmuşdur. Bu halda isə əldə edilmiş səs yazısı qanuna zidd əldə edilmiş olmaqla Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin təsir dairə düşür. Ümumiyyətlə nə iş materiallarında, nədə ki digər sənədlərdə iddiaçı ilə cavabdeh arasında hər hansı yazışmanın, ərizənin, telefon danışığının, video görüntünün, səs yazısına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş yalnız Cavabdeh məhkəmə prosesi zamanı 10.000 manat məbləğində pulun iddiaçıdan alınması və daha sonra qaytarılması müəyyən edilmiş, Cavabdeh iddiaçıdan almış olduğu 10.000 manat məbləği ona qaytarıldığını bildirsə də bu barədə (qaytarılması) sübutu məhkəməyə təqdim edə bilməmişdir. 17.Buna görə dəiddia borcun tutulması hissəsində qismən, yəni cavabdehin etiraf etdiyi həcmdə təmin edilməli, cavabdehdən 10.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. 18.İddianın qalan hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddiaçı tələbini sübuta yetirə bilməmiş, cavabdehin ona 64.000 ABŞ dolları və 5000 manat məbləğində borcunun olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. 19.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin324.1, 324.2, 331.1, 739.1, 740.1, 740.2, 385.1, 442-cu;“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 76.3, 80, 191.3, 106.3, 220.4, 77.1, 89.3, 119.1-cımaddələrinəistinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın bütünlüklə təmin ediməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. 21.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbininin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 22.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki,CD diskdə qeyd olunan K1 səs iddiaçının oğludur və birbaşa hadisələrin iştirakçısıdır və işdə tərəflərə məlum olan faktların müzakirəsinə dair söhbət gedir. Bundan başqa şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. 23.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar və sübutlar hakim tərəfindən lazımınca tədqiq və təhlil edilmədiyi üçün iddianı tam rədd etməli olduğu halda əsassız olaraq qismən təmin etmişdir. Çünki Cavabdeh İddiaçı aldığı borcları faizlə almış, borcunu və faizləri tam şəkildə qaytarmışdır. Bu hallar polisin qərarında və məhkəmədə araşdırılan digər sübutlarla da təsdiq olunmuşdur. Ümumiyyətlənə iş materiallarında, nə də ki digər sənədlərdə iddiaçı ilə cavabdeh arasında hər hansı yazışma, ərizə, telefon danışığı, video görüntü və səs yazısına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, yalnız cavabdehin məhkəmə prosesi zamanı 10.000 manat məbləğində pulun iddiaçıdan alınması və daha sonra qaytarması müəyyən edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2öz apellyasiya şikayətini müdafiə etdi, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbi və öz apellyasiya şikayətində göstərilənlərə uyğvn məzmunda izahat verərək, əlavə olaraq qeyd etdilər ki, səs yazısı ididaçının oğlu ilə cavabdeh arasında aparılmışdır. Məhkəmə həmin səs yazısını sübut kimi qəbul etməlidir. O, 64000 ABŞ dollarını 2015-ci ilin mart ayında, 5000 manatı isə 2015ci ilin may ayında cavabdehə vermişdir. O, həmin pulları borc olaraq vermişdir. Xahiş etdilər ki, iddia tam olaraq təmin edilsin, cavabdehdən borc pullar tutulsun. 26.Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə öz apellyasiya şikayətlərini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, izahatlarında qeyd etdilər ki, Cavabdeh 2010-cu ildən başlayaraq, müxtəlif vaxtlarda iddiaçıdan faizə pul götürmüş, həmin pulları qaytarmışdır. İddiaçının cavabdehdən tələb etdiyi pullar faizə hesablanmış pullardır. Xahiş etdilər ki, iddia qismən təmin edilən hissədə əsassız olduğundan rədd edilsin.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu),başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 31.Maddə 740.Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 32.Maddə 406.1.Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 33.Maddə 329.2.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 32.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 34.Maddə 445.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 35.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 38.Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 39.Maddə 76.3.Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 40.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.Maddə 95.1.Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 42.Maddə 95.2.Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. 43.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 44.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 46.Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır/
Apellyasiya baxışının hədləri
47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49.Məhkəmə kollgeiyası qeyd edir ki, məhkəmə iddianı qismən təmin edərkən, iş materiallarında olan səs yazısını qanunazidd əldə olunmuş hesab edərək nəzərə almamış, yalnız cavabdehin məhkəmə prosesi zamanı 10.000 manat məbləğində pulun iddiaçıdan alınması barədə etirafına əsaslanmışdır. 50.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir (§46). 51.Buna görə də, iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməməli, qətnamə ləğv edilməli, işə işdə olan sübutlar əsasında baxılmaqla, yeni qətnamə qəbul ediliməlidir(§45). 52.Kollegiya ilk olaraq qeyd edir ki, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir(§30). 53.Hazırki borc tələbi ilə bağlı tərəflər arasında hüquq münasibətləri 2015-ci ildə yaranması müəyyən olunur. Həmin vaxtı qüvvədə olan maddi hüquq normasının tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göründüyü kimi, tərəflər borcun verilməsi ilə bağlı şifahi müqavilənin bağlanmasına üstünlük vermişlər(§ 31-33, 43). 54.İş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin cinayət işinin icratına xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, hazırki iş üzrə Cavabdeh öz izahatında qeyd etmişdir ki, o, 2010-cu ildən İddiaçı borca pullar almış, sonra borclarını faizləri ilə birlikdə qaytarmışdır. Pulları çox vaxtlar iddiaçının oğlu Zamiq ona vermişdir. Onun 10000 ABŞ dolları və 5000 manat ödənilməmiş borcu qalmışdır. 55.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özü-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 56.Kollegiya qeyd edir ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin cinayət işinin icratına xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında qeyd olunduğu kimi, səs yazısı ilə bağlı müvafiq ekspertiza keçirilmiş, səs yazıları 2015-2016-cı illəri əhatə edir. CD diskdə olan səs yazısındakı söhbətlər iddiaçının oğlu ilə cavabdeh arasında aparılmaqla iddiaçı ilə cavabdeh arasında olan pul mübahisəsi ilə bağlıdır. 57.Kollegiya hesab edir ki, iddiaçının oğlu bilavasitə pulların verilməsində iştirak etdiyi üçün, səs yazısı mötəbər sübut kimi qəbul edilməlidir. 58.Kollegiya qeyd edir ki, həmin səs yazısının tədqiqi üzrə iddiaçının oğlunun cavabdehə bir neçə dəfə 64000 ABŞ dolları və 5000 manat məbləğində pulu nə vaxt qaytaracağı ilə bağlı suallar verməsinə rəğmən, cavabdeh həmin pulların borc olması ilə bağlı fikir səsləndirməmiş, pulların qaytarılacağını bildirmişdir. Bundan əlavə iddiaçının oğlu tələb etdiyi 64000 ABŞ dolları və 5000 manat məbləğində pulun məhz borc olması ilə bağlı suallar verməmişdir. 59.Kollegiya qeyd edir ki, iddiaçı tərəfin borc kimi tələb etdiyi məbləğlər kifayət qədər yüksək məbləğ olmaqla, özünün məktəbdə xadimə işləməsi, həmin məbləğdə pulu borc olaraq hansı şərtlərlə, hansı müddətə verməsi ilə bağlı mötəbər sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. İddiaçının apellyasiya mərhələsində təqdim etdiyi alğı-satqı müqavilələri isə MPM-nin 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilə bilməz. 60.Əksinə birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri və Nəsimi RPİ-nin İstintaq Şöbəsinin cinayət işinin icratına xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarla müəyyən olunur ki, 2010-cu ildən tərəflər arasında yaranmış borc münasibətləri ilə bağlı iddiaçının tələb etdiyi məbləğlər faizlə bağlı olan məbləğlərdir. 61.Buna görə də, kollegiya hesab edir ki, cavabdedin həmin qərarda etiraf etdiyi qaydada 10000 ABŞ dolları və 5000 manat borcun olması və qaytarmaması ilə bağlı etirafı nəzərə alınmaqla, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 10000 ABŞ dolları və 5000 manat məbləğində borc pul tutulmalıdır(§34-35). 62.Cavabdeh 10000 ABŞ dolları və 5000 manat məbləğində borcun qaytarılması ilə bağlı sübutlar təqdim etməmişdir. 63.Kollegiya həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, tələb dövlət rüsumunun tutulması hissəsində də qismən təmin edilməlidir. Belə ki, təmin edilmiş tələb məbləğinə mütənasib olaraq cavabdehdən 77 manat məbləğində pul ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə tutulmalıdır(§44). 64.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393,402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(006)-1576/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı xeyrinə 15000 (on beş min) manat və tələbin təmin edilmiş hissəsinə mütənasib olan 77 (yetmiş yeddi) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev