Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5830/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mülkiyyətində olan «VAZ-2107» markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçılar X2 məxsus “BMV323'’markalı avtomobilin təmiri üçün 1.107 manat, İddiaçı “X12“ markalı, avtomobilin təmiri üçün 2151.44 manat məbləğində maddi zərər, hər birinə 1500 manat olmaqla ümumilikdə onlara 3000 manat məbləğində mənəvi zərər, dövlət nəfinə ödənilmiş 30 manat dövlət rusumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçılar X2 və İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 atası Cavabdeh2 mülkiyyətində olan "VAZ 2107” markalı, 90-HZ-2İ1 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 06 dekabr 2020-ci il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi "VAZ 2107'” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətinə saatda 30 km sürətlə hərəkət etdiyi zaman işıqforun qırmızı rəngində dayanmadan hərəkət edərək İddiaçı idarə etdiyi '‘X12“ markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobil zərbədən dayanmış vəziyyətdə olan X6 idarə etdiyi “Khazar” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Khazar" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə dayanmış vəziyyətdə olan X1 idarə etdiyi “BMV" markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı ilə avtomobil ilə toqquşmuş, hadisə nəticəsində isə Cavabdeh1 idarə etdiyi “VAZ 2107" markalı. **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X8 burnun kökünün şişkinliyi, alın nahiyəsinin şişkinlik və qançırı (hematoması), sıyrıqları, sol yanağın qançır və sıyrıqları və sol qaşın sıyrığı kimi yüngül dərəcəli bədən xəsarətləri almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi TŞ-nin 19.12.2020-ci il tarixli qərarına əsasən Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bununla da iddiaçılara dəymiş zərərlə əlaqədar Cavabdeh1 təqsiri sübuta yetirilmişdir. X4 mülkiyyətində olan «VAZ 2107» markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 Mədət oğlunun mülki məsuliyyətinin icbari sığortası olduğundan, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər Sığortaçı "xxxx" ASC tərəfindən qismən-5000 manat məbləğində ödənilmiş və həmin pul məbləği yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslər arasında onlara dəymiş zərərin faizi nisbətində bölünmüşdür. Belə ki, “BMV" markalı, 99- UJ-053 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə X2 972.83 manat miqdarında, “X12“ markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2151.44 manat miqdarında sığorta ödənişi verilmiş, zərərçəkmiş şəxslərə dəymiş zərərin qalan hissəsi isə ödənilməmişdir. Bununla da iddiaçıların yol nəqliyyat hadisəsi zamanı onlara dəymiş zərərin qalan məbləğini Cavabdeh1 və Cavabdeh2 tələb etmək hüquqları yaranmışdır. İddiaçılar onlara dəymiş zərərin aradan qaldırılması üçün tədbirlər görmüş, bu zaman “BMV" markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir etdirilmiş və həmin təmir ümumilikdə 2.080 manata başa gəlmişdir. “BMV" markalı avtomobilə dəymiş zərər üçün X2 Sığortaçı tərəfindən ödənilmiş 972.83 manat məbləği ümumilikdə dəymiş maddi zərərin məbləğindən çıxılandan sonra qalan qalıq 1.107 manat, “X12“ markalı, 90- MF-88İ dövlət qeydiyyat nişanlı avtomobil təmir etdirilmiş və həmin təmir ümumilikdə 4600 manata başa gəlmişdir. “X12“ markalı avtomobilə dəymiş zərər üçün İddiaçı Sığortaçı tərəfindən ödənilmiş 2.151. 44 manat məbləği ümumilikdə dəymiş maddi zərərin məbləğindən çıxılandan sonra qalan qalıq 2.449 manat,isə İddiaçı ödənilməmişdir. Bununla da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “BMV" markalı,**-UJ-*** və “X12“ markalı 90- MF-881 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə iddiaçılar X2 1.107 manat və İddiaçı isə 2151.44 manat məbləğində maddi zərəri ödəmək öhdəlikləri yaranmışdır. Bütün bu problemlər, baş vermiş yol nəqliyyat hadisəsi zamanı stress keçirmələri, gündəlik işlərini ataraq, avtomobilin təmiri ilə məşğul olmaları, ailə büdcəsində nəzərdə tutulmayan əlavə xərclərə cəlb edilməklə çətinliyə düşmələri və bununla da ictimai fəal həyatdan məhrum olmaları iddiaçılar X3 və İddiaçı mənəvi sarsıntı keçirmələrinə səbəb olmuş bu sarsıntı nəticəsində onların hər birinə 1500 manat olmaqla ümumilikdə onlara 3000 manat məbləğində mənəvi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi Cavabdeh1 yol hərəkət qaydalarını pozması nəticəsində baş vermişdir.İddiaçılar dəymiş zərər məbləğinin ödənilməsi barədə bir neçə dəfə cavabdehlərə müraciət etsələr də, cavabdehlər məbləği ödəməkdən boyun qaçırmış, ödəmək üçün cəhd göstərməmişlər. Hadisədə Cavabdeh1 təqsirli olması barədə kifayət qədər mötəbər sübutlar var və hadisə nəticəsində bilavasitə iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Cavabdeh1 idarə etdiyi «VAZ-2107» markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur, yəni Cavabdeh2 yüksək təhlükə mənbəyi hesab edilən həmin avtomobilin sahibidir. Cavabdeh2 mülkiyyətində olan «VAZ- 2107» markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçılar X2 “BMV-323 markalı avtomobilin təmiri üçün 1.107 manat, İddiaçı “X12“ markalı, avtomobilin təmiri üçün 2151.44 manat məbləğində maddi zərər, mənəvi sarsıntı keçirmələrinə səbəb olmuş bu sarsıntı nəticəsində onların hər birinə 1500 manat olmaqla ümumilikdə onlara 3000 manat məbləğində mənəvi zərər.dövlət nəfinə ödənilmiş 30 manat dövlət rusumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçılar X2 və İddiaçı verilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı məxsus "X12" markalı avtomobilin təmiri üçün 2151,44 manat məbləğində maddi zərər tutularaq İddiaçı ödənilməsi, iddianın mənəvi ziyanın tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində avtomobilə dəymiş zərərin ekspert tərəfindən qiymətləndirməsi vəsatətin təmin olunmadığı, iddiaçıya 2154,44 manat sığorta ödənişi edildiyi, maddi və prosessual hüquq normalarının pozulduğu, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya qeyd edir ki, apellyator Cavabdeh1 qətnaməni özünə aid hissədə mübahisələndirdiyindən, qətnamənin qanuniliyi və əsaslılığı ona aid hissədə yoxlanılır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin tutulması hissəsində dəyişdirilməli, Cavabdeh1 2318,56 manat maddi zərər tutularaq İddiaçı ödənilməli, qətnamə Cavabdeh1 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bakı şəhər Suraxanı rayon DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06.01.2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, 06.12.2020-ci il tarixdə, saat 10:00 radələrində VAZ 21074 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh1 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2009-cu il, ban nömrəsi KMHS81DPU454239 olan “X12“ markalı 90- MF-881 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına 02.07.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport və Miqrasiya İdarəsinin MAPS şöbəsinin 12.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan PXA74296 saylı sığorta aktından görünür ki, sığortalanmış “VAZ 21074” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “X12” markalı **-MF-***, “Khazar LX” markalı **-BF-*** və “BMW 320” markalı **-UJ- *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Sığorta predmetinə dəymiş zərər "xxxx" MMC tərəfindən təqdim olunan akt əsasında müəyyən edilib. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 4600 manatdır. İddiaçı 2151.44 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, yol nəqliyyat hadisəsi törədilmiş VAZ 21074 minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olmuş, hadisə zamanı sürücü Cavabdeh1 olmuş, yol nəqliyyat hadisəsi baş verdiyi anda sürücü avtomobili etibarnamə əsasında idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Cavabdeh1 atası X5 məxsus idarə etdiyi VAZ 21074 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vasitəsi ilə 06.12.2020-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan “X12” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələnmişdir. Həmin hal tərəflərin izahatı, inzibati xəta haqqında protokol və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 idarə etdiyi VAZ 21074 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus olan “X12” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Bununla belə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi avtomobilin təmir-bərpa xərclərini hesablayanarkən kifayət qədər araşdırma aparmamış, eləcə də ödənilməmiş zərərin məbləğini hesablayarkən iddiaçıya ödənilmiş sığorta ödənişini nəzərə almamışdır. Belə ki, apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş məhkəməəmtəəşşünaslıq ekspertizasının 24 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC-nin 08.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “X12” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4470 manat müəyyən edilmişdir. İşin hallarından görünür ki, İddiaçı 2151,44 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Belə olan halda, ümumi ziyan məbləğindən sığorta ödənişinin məbləği çıxılmaqla ödənilməmiş qalan və cavabdeh Cavabdeh1 tutulmalı olan zərərin məbləği müəyyən olunmalıdır (4470 manat - 2151,44 manat =2318,56 manat). Odur ki, Kollegiya hesab edir ki, zərərin məbləği yuxarıda göstərilən qaydada müəyyən olunmalı, qətnamə həmin hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən zərərin məbləğinə münasibətdə işin faktiki hallarını kifayət qədər araşdırmamış, bu hal isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş üzrə ekspertiza tədiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsi sığorta ödənişinin əvəzinin məbləği hissəsində dəyişdirilərək, Cavabdeh1 2318,56 (iki min üç yüz on səkkiz manat əlli altı qəpik) manat maddi zərər tutularaq İddiaçı ödənilsin. Qətnamə Cavabdeh1 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5830/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5830/2021
25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver