Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5834/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(009)-974/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-974/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən qeyd olunan qərardaddan verilmiş şikayət məhkəmənin 24 avqust 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, iş üzrə apellyasiya şikayətini xx.xx.2023 tarixində ilk dəfə məhkəməyə göndərmişdir, Bakı Apellyasiya Məhkəməsi isə ərizəni birinci instansiya məhkəməsinə geri qaytarıb. İddiaçı prosessual müddəti ötürməmişdir. İlkin apellyasiya şikayətində olan nöqsanları aradan qaldırdıqdan sonra yenidən apellyasiya şikayəti vermişdir. Bütün tarixlər elektron məhkəmə portalında vardır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan poçt qəbzindən görünür ki, İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətini xx.xx.2023-cü il tarixdə almış, apellyasiya şikayətini isə müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə vermişdir. Bununla yanaşı, apellyasiya şikayətinə müddətin bərpası ilə bağlı ərizə əlavə edilməmişdir. Göründüyü kimi, cavabdeh apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmış və qətnaməni rəsmi qaydada aldığı xx.xx.2023-cü il tarixdən 1 ay müddətində apelyasiya şikayəti verməmiş, apelyasiya şikayətini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bununla da o, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, müddətin bərpası barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbindən görünür ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti geri qaytarılmaqla mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(009)- 974/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5834/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5834/2023
13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver