Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5837/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Alakhverdiyevin iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4677/2020 saylı iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 3,740,50 (üç min yeddi yüz qırx manat əlli qəpik) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 3,770.90 (üç min yeddi yüz yetmiş manat doxsan qəpik) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 12.05.2014-cü il tarixdə idarə etdiyi “Dodge Durango” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil Puşkin-Xəqani küçəsində işıqforun icazə siqnalı yanarkən yol ayrıcını girmiş və İddiaçı Sığorta şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobili buraxmayıb onunla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhəri DYPİ-nin CYP 098503 saylı İnzibati Xəta haqqında protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymş ziyanla bağlı “Euro Style” LTD-nin təqdim etdiyi Qüsur aktına uyğun olaraq, həmin avtomobilə 5480 manat ziyan dəymişdir. MİP-1201126- B36 saylı sığorta müqaviləsinə və № 007058 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 250 manat azadolma məbləği çıxılmaqla 5230 manat sığorta ödənişi həyxxxx keçirmişdir. Cavabdehin icbari sığortası “xxxx” Sığorta Şirkəti ASC-yə subroqasiya qaydasında İddiaçı Sığorta Şirkətinə 1489.50 manat məbləğində ödəmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4677/2020 saylı iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 3,740,50 (üç min yeddi yüz qırx manat əlli qəpik) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 3,770.90 (üç min yeddi yüz yetmiş manat doxsan qəpik) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə yeganə cavabdeh olaraq dəymiş zərərin əvəzinin Cavabdeh1 tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin birinci instansiya məhkəməsində baxılması ilə əlaqədar iddia müddətinin tətbiqi barədə ərizə göndərərək Azərbaycan Respublikası MM-nin 375.1-ci, 375.2-ci və 374.4-cü maddələrinə istinad edərək, "İddiaçı" Sığorta Şirkəti ASC-nin reqress öhdəliklər üzrə iddia müddətinin buraxılmasını bildirərək, həmin əsasla ona qarşı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin ərizəni əsassız hesab etmişdir. Qətnaməni qanunsuz və əsassız hesab edir. İşin faktiki hallarından məlum olduğu kimi "Dodge Durango" markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Eyni zamanda AR-İ № 325344 saylı 19 aprel 2014-cü il tarixli etibarnaməyə əsasən “Dodge Durango" markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil A.Ə.Ağalarov tərəfindən ünvan 1 ünvanda qeydiyyatda olun “xxxx" MMC-yə etibar etmişdir. 12.05.2014-cü il tarixli Cavabdeh1 yazdığı izahatda da qeyd olunduğu kimi etibarnamə əsasında idarə eldiyi “Dodge Duraııgo" markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil qəza etdiyi zaman sükan arxasında Cavabdeh1 olub. Bu halda Cavabdeh1 tərəfindən törədilmiş qəza nəticəsində dəyən zərərin əvəzinin iş üzrə cavabdeh tərəf kimi müştərək qaydada ondan da tutulması barədə Nəsimi Rayon Məhkəməsinin Qətnaməsi nəinki Azərbaycan Respublikasının qanunvericiliyinə, həm də hüququn ümumi prinsiplərinə zidd olaraq qəbul olunmuşdur. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Alakhverdiyev apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini iddia tələbinin Cavabdeh2 qarşı yönəlmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə Cavabdeh2 tərəfindən mübahisələndirməklə, həmin hissə ilə bağlı apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4677/2020 saylı iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 3,740,50 (üç min yeddi yüz qırx manat əlli qəpik) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 3,770.90 (üç min yeddi yüz yetmiş manat doxsan qəpik) manatın Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan 007058 saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti azadolma məbləği 250 manat azadolma məbləği çıxılmaqla 5230 manat sığorta ödənişi həyxxxx keçirmişdir. İş materiallarında olan “Euro Style” LTD tərəfindən tərtib edilmiş Qüsur aktından görünür ki, həmin avtomobilə 5480 manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati xəta haqqında CYP 098503 saylı protokolundan görünür ki, Cavabdeh1 12.05.2014-cü il tarixdə idarə etdiyi “Dodge Durango” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil Puşkin-Xəqani küçəsində işıqforun icazə siqnalı yanarkən yol ayrıcını girmiş və İddiaçı Sığorta şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobili buraxmayıb onunla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyxxxx keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati xəta haqqında CYP 098503 saylı protokolundan göründüyü kimi Cavabdeh1 12.05.2014-cü il tarixdə idarə etdiyi “Dodge Durango” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil Puşkin-Xəqani küçəsində işıqforun icazə siqnalı yanarkən yol ayrıcını girmiş və İddiaçı Sığorta şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobili buraxmayıb onunla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. 007058 saylı sığorta aktından göründüyü kimi İddiaçı Sığorta Şirkəti azadolma məbləği 250 manat azadolma məbləği çıxılmaqla 5230 manat sığorta ödənişi həyxxxx keçirmişdir. İş materiallarından görünür ki, hadisə baş verən zaman Cavabdeh2 “Dodge Durango” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin etibarnamə ilə istifadəsində olsa da, hadisə baş verən vaxt sükan arxasında Cavabdeh1 olmuş, məhz yol nəqliyyat hadisəsini o törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yol-nəqliyyat hadisəsi baş verərkən “Dodge Durango” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə etdiyindən onun öhdəsinə qoyulmalıdır. Belə ki, sığorta hadisəsini doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 təqsiri inzibati qaydada müəyyən edildiyindən sığorta hadisəsinə görə onun da mülki hüquqi məsuliyyəti yaranmışdır. Göründüyü kimi, Cavabdeh2 hazırki iş İddiaçı Sığorta Şirkəti qarşısında hər hansı şəkildə mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X1 “iddia müddətinin tətbiqi barədə” ərizəyə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Azərbaycan Respublikası MM-nin 377.4-cü maddəsinə görə reqress öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. İş materiallarından göründüyü kimi, sığorta hadisəsi 12.05.2014-cü il tarixdə baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC cavabdehin icbari sığortası “xxxx Sığorta” Şirkəti ASC-nə 1489.50 manat məbləğində ödəniş etmiş və hazırda 3740 manat 50 qəpik dəymiş zərər məbləği reqress qaydada cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda iş üzrə üç illik iddia müddəti deyil, on illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi, iddiaçı on illik iddia müddətini pozmamaqla reqress qaydada zərərin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 qızından alınmasına dair qənaətini də əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4677/2020 saylı iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 3,740,50 (üç min yeddi yüz qırx manat əlli qəpik) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 3,770.90 (üç min yeddi yüz yetmiş manat doxsan qəpik) manatın Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4677/2020 saylı iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Passat CC” markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 3,740,50 (üç min yeddi yüz qırx manat əlli qəpik) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 3,770.90 (üç min yeddi yüz yetmiş manat doxsan qəpik) manatın Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5837/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5837/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver