Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5839/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-1738/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh vurduğu mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır, hazırki iddiasının səbəbi cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Cavabdeh ona qərəzli münasibət bəsləməsi və nəticədə mənəvi ziyan vurması ilə bağlıdır. Belə ki, cavabdehi daha əvvəldən tanımamış, onu Yasamal Rayon Məhkəməsinin hakimi cənab Orxan Məmmədlinin sədrliyi ilə cavabdeh F.Şükürovaya qarşı qaldırdığı mülki iddiası üzrə keçirilən məhkəmə iclası zamanı cavabdehin vəkili qismində tanımışdır. Təbii ki, cavabdehin vəkil qismində iştirak etməsi və qanunla və ona verilmiş səlahiyyətlər çərçivəsində onunla zidd mövqedə olması normal haldır. Lakin bu ona o haqqı vermir ki, məhkəmə zalında onu söysün, təhqir etsin, barəsində nalayiq ifadələr işlətsin və üzərinə tüpürsün. Həqiqətən, Azərbaycan vəkilinin bu cür hərəkət etməsi utancvericidir, Azərbaycan hüquq sisteminə ziddir. “Vəkillərin davranışı haqqında" Əsasnamənin 2.4-cü maddəsində qeyd edilir ki, loyallıq - vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Lakin görünür ki, 28 ildir ki, vəkil olaraq fəaliyyət göstərən cavabdeh bu əsasnamədən xəbərsizdir. Onun bu cür hərəkətləri nəinki vəkilə, heç bir Azərbaycan qadınına yaraşmaz. Onun vəkil olması iclas zalında üstümə tüpürməsinə, mənə “alçaq”, “şərəfsiz”, “arvadından, qızından xəbərsiz” deyərək onu ağır formada təhqir etməsinə haqq vermir. Həqiqətən, həmin an nələr keçirdiyini, hansı hisləri yaşadığını, mənəvi sarsıntını izah edə biləcəyi söz yoxdur. 22 il Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmiş və bu xidmət illərində kişi olmağına baxmayaraq heç kəsi bu formada təhqir etməmiş, onun şərəf və ləyaqətini alçaltmamışdır. Yuxarıda sadalanan hadisələr məhz məhkəmə iclas zalında baş vermişdir. Bu barədə video görüntü və audio səs yazıları da vardır və həmin görüntülər ilə şəxsən Yasamal Rayon Məhkəməsinin sədri, hörmətli İslam Əliyevin köməkliyi ilə tanış olmuş və İslam müəllim də onun hərəkətlərini qınamışdır. Bu barədə tərəfimdən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına şikayət edilmişdir. Hesab edir ki, Cavabdeh qanun qarşısında cavab verməli, bu hərəkətinə, ona yaşatdıqlarına, vurduğu mənəvi ziyana görə cavabdehdən 10000 (on min) manat məbləğində pul tutulmalıdır.
3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1738/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva ) iddia qismən təmin edilmiş, Cavabdeh mənəvi zərərə görə 1000 (min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi iddia tələblərinin təmin edilməyən hissəsində yalnız cavabdehin korporativ maraqlarına uyğun qərar qəbul etmişdir. Bu səbəbdən də, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək məhkəmənin maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyini, mühüm əhəmiyyətli faktiki halları aydınlaşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini göstərərək şikayətin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı özünün apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin vediyi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdeh özünün verdiyi apellyasiya şikayətini müdafiə etdi, iddiaçının şikayətinə etiraz edərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddanın rədd edilməsini xahiş etdi, bildirdi ki, iddiaçı qərəzli olaraq ona qarşı belə bir iddia qaldırmışdır, əslində iddiaçı onu təhqir etmişdir, onun barəsində olan hökm də uydurma və əsassızdır, o, həmin hökmdən kassasiya şikayəti vermişdir. Sübutların tədqiqi:
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Yasamal Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş bir ədəd “Verbatim” markalı DVD diskdə qeydə alınmış “Camera2_zallar_zallar_**********4000 _**********4359.mp4” başlıqlı video materialda Cavabdeh İddiaçı ünvanına işlətdiyi “tərbiyəsiz”, “ədəbsiz”, “tfu sənin şərəfinə” söz və ifadələr təhqir hesab olunur. Təqdim edilmiş materialda Cavabdeh İddiaçı ünvanına “alçaq” və “şərəfsiz” sözlərini işlətmədiyi, eyni zamanda “arvadından və qızından xəbərsiz” ifadəsini işlətdiyi müəyyən edilmişdir. “Arvadından və qızından xəbərsiz” ifadəsi təhqiredici mənada deyil, ailəsindən xəbəri olmayan, onların qayğısına qalmayan, dərdini, fikrini çəkməyən, yalnız özünü düşünən adam haqqında məzəmmət etmək məqsədilə işlədilmişdir. Ekspertizaya təqdim olunmuş bir ədəd “Verbatim” markalı DVD diskdə qeydə alınmış “Camera2_zallar_zallar_**********4000 _**********4359.mp4” adlı videoyazının 40-cı san-də Q 1 diktoru tüpürmə üçün xarakterik jest edir. Lakin həmin anda videoyazıdakı görüntülərə görə Q1 diktorunun tüpürüb-tüpürməməsini müəyyən etmək mümkün olmadı.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5852/2022 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2622/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5852/2022 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 5852/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır
12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5852/2022 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5852/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 3304/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X3 12314.88 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Azərbaycan Milli Elmlər X2 adına Dilçilik İnstitutu tərəfindən verilmiş Cavabdeh müraciətinə xx.xx.2023-cü il tarixli, 8- 1-14/2-121/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki: “1. Arvadından və qızından xəbərsiz – arvadından və qızından xəbəri olmayan, onların qayğısına qalmayan, dərdini, fikrini çəkməyən, yalnız özünü düşünən adam haqqında deyilir; 2. Şərəfsiz sözü sözü ümumişlək mənada şərəfi, heysiyyəti olmayan, vicdansız anlamını ifadə edir; 3. Haramyeyən, haramqazanan sözləri zəhmətlə, əməklə, düz yolla qazanılmayan, əldə edilməyən hər hansı bir şey mənasında işlədilir; 4. Tfu – danışanın bir şeyə və şəxsə qarşı əsəbiləşdiyini, hiddətləndiyini ifadə etmək üçün işlədilir. Nəticə olaraq bildiririk ki, müraciət etdiyiniz şərəfsiz sözü ümumişlək mənada təhqiramiz olsa da, hüquqi termin kimi təhqir hesab edilmir. Müraciətdə göstərilən digər sözlər də təhqiramiz deyil”
15. Azərbaycan Respublikasının Vəkillər X1 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1137 nömrəli məktubda qeyd edilmişdir ki: “Fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh barəsində Vəkillər X1nə daxil olmuş müraciətiniz Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır. Bildiririk ki, qəbul edilmiş qərara əsasən peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğuna görə vəkil Cavabdeh irad tutulmuşdur”.
16. Bir ədəd CD-dən görünür ki, İddiaçı və Cavabdeh olduğu məhkəmə iclas zalının 2 dəqiqə 2 saniyəlik audio-video görüntüsü qeydə alınmışdır. Audio-video görüntüdən görünür ki, zalda İddiaçı və Cavabdeh başqa üç nəfər də var. Bunlardan biri məhkəmə iclas katibi stulunda, biri Cavabdeh yanında, digəri isə məhkəmə iclasında iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi oturacaqlarda əyləşmişdir.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin (hakim H.Səfərov) 1(004)-249/23 saylı, 21 iyul 2023-cü il tarixli hökmü ilə Cavabdeh AR Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilmişdir.
18. Hökmdən Cavabdeh tərəfindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin (hakim F.Əyyubov) 1(103)-1783/23 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmamış, qeyd edilən hökm dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Maddə 47. Fikir və söz azadlığı. İ. Hər kəsin fikir və söz azadlığı vardır. İİ. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ. 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Maddə 10. Fikri ifadə etmək azadlığı. 1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 23. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli Qərarı. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
20. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli Qərarı. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Tətbiq edilən prosessual hüquq normaları:
21. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
22. İddiaçı qətnamənin təmin edilməyən hissəsini, cavabdeh isə təmin olunan hissəni mübahisələndirdiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, hazırkı işin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh F.Şükürovaya qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə prosesində F.Şükürova və onun nümayəndəsi (vəkili) kimi Cavabdeh iştirak etmişdir. Hakim müşavirədə olduğu vaxt iddiaçı ilə vəkil Cavabdeh arasında mübahisə yaranmış, həmin vaxt məhkəmə iclas zalında tərəflərdən başqa daha üç nəfər olmuş, onlardan biri həmin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan F.Ağayeva, hansı ki, İddiaçı keçmiş arvadıdır. Yaranmış mübahisə zəminində İddiaçı Cavabdeh onun ünvanına səsləndirdiyi ifadələrin şərəf və ləyaqətini ləkələdiyini iddia edərək, cavabdehdən 10000 manat məbləğində mənəvi ziyana görə pul tələb edir.
25. Cavabdeh isə iddiaçıya “alçaq” və “şərəfsiz” kimi sözlər demədiyini, “arvadından, qızından xəbərsiz” ifadəsini iddiaçı ailəsi ilə maraqlanmadığına, onların qayğısına qalmadığına, yalnız özünü düşündüyünə görə işlətdiyini, ümumiyyətlə iddiaçının ünvanına onun şərəf və ləyaqətini ləkələyən, təhqir hesab oluna biləcək heç bir ifadə işlətmədiyini, əksinə, iddiaçının onun barəsində “haram yeyən”, “haram qazanan”, “şərböhtançı”, “Mədəniyyətin olsun” kimi ifadələr işlədərək onu təhqir etdiyini bildirmişdir.
26. İddiaçı, həmçinin eyni epizodla bağlı xüsusi ittiham qaydasında Bakı şəhəri
27. Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin (hakim H.Səfərov) 1(004)-249/23 saylı, 21 iyul 2023-cü il tarixli hökmü ilə Cavabdeh AR Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilmişdir.
28. Hökmdən Cavabdeh tərəfindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1783/23 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmamış, qeyd edilən hökm dəyişdirilmədən saxlanılmışdır.
29. Kollegiya iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, məhkəmə mənəvi ziyanın həddini 1000 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir, belə ki, hazırkı işin halları baxımından məhkəmənin müəyyən etdiyi həmin məbləğ ədalətli və ağlabatdır. Bu səbəbdən də iddiaçının şikayətinin təmin olunması üçün əsaslar müəyyən olunmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.vropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) . Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə Məhkəmə Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, qeyd edilməlidir ki, cavabdehin həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında qətnaməyə etirazının əsasını iddiaçı barəsində, onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmədiyini, iddiaçını təhqir etmədiyini bildirmişdir. Bu baxımdan nəzərə alınmalıdır ki, iddiaçının ərizəsində istinad etdiyi tərəflər arasında insidentin yarandığı həmin məhkəmə iclasında baş verənlərlə bağlı, yəni eyni faktlara istinadən iddiaçının Cavabdeh barəsində xüsusu ittiham qaydasında verdiyi şikayət Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd edilən hökmü ilə təmin olunmuş, cavabdeh AR CM-nın 147-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Həmin hökmdən Cavabdeh verdiyi apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmamış, hökm dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda isə cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinin əsassız olması müəyyən olunur. Nəticə:
30. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya qeyd edir ki, hazırkı qətnamədən MPM-in 402.1-ci maddəsinin tələbi ilə cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır, qətnamədən yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
32. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1, 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və cavabdeh tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1738/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov