Məhkəmə qərarları › İş №2(103)-5839/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5839/2025

27.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5839/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2226/2025 nömrəli 02 sentyabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41.000 manat və 213 manat dövlət rüsumunun, cəmi 41.213 manat (qırx bir min iki yüz on üç manat) məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli 2(006)-2226/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 41.000 manat borc pul və ödənilmiş 213 manat dövlət rüsumu, cəmi 41.213 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən 06 avqust 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2226/2025 nömrəli 08 avqust 2025ci il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli 2(006)-2226/2025 nömrəli qətnaməsindən 06 avqust 2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi-vəkili Vəkil məhkəməyə şikayətin verilmə müddətinin bərpasına dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş məhkəmənin icraatında oldığu və qətnamə qəbul edildiyi müddətdə Cavabdeh şəxsi işləri ilə əlaqədar Türkiyə Respublikasında olmuş və ona görə də məhkəmə qətnaməsindən bir neçə gün əvvəl icra şöbəsinə dəvət olunarkən məlumatı olmuşdur. İş materiallarından göründüyü kimi iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş və xx.xx.2025-ci il tarixdə yekun məhkəmə qərarı qəbul edilmişdir. İddia ərizəsində Cavabdeh qeydiyyat ünvanı ünvan 1eçə il əvvəl satılmış, lakin anası ilə birlikdə pasport qeydiyyatında qalmışdır. Onun faktiki yaşadığı ünvan Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 3-dür. Məhkəmə bildirişi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Yeni Y/M 2, ev 6 ünvanına göndərilmişdir. Bundan başqa, cavabdehin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla xx.xx.2022-ci il tarixdə SİMA ilə Asan imza əldə etsə də, bu yalnız Trend yolla alış-veriş məqsədi ilə ilk vaxtlar istifadə edilmiş, lakin son bir ildə həmin imzadan istifadəyə ehtiyacı olmadığından ümumiyyətlə istifadə etməmişdir. Bundan başqa, iş materiallrından göründüyü kimi məhkəmə tərəfindən Cavabdeh istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona xx.xx.2025-ci il tarixində məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Bununla bağla qeyd edir ki, Cavabdeh pasportunda olan ölkədən çıxış və giriş barədə qeydlərdən göründüyü kimi o, mülki işin məhkəmənin icraatında olduğu müddətdə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Türkiyə Respublikasında olmuş və bu müddət ərzində onun telefonu aktiv olmamışdır. Ona görə də göndərilmiş elektron məhkəmə bildirişləri ona çatmamışdır (Pasporundan çıxarışlar əlavə olunur). Məhkəmə iclasında olmadığından və qəbul edilmiş qətnamə həqiqəti tam əks etdirmədiyindən onun maraqlarına toxunur, ona görə də qətnamədən apellyasiya şikayəti vermək istəyir. Lakin qətnamədən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddəti üzürlü səbəbdən buraxmışdır. Onun Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2226/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən icra ilə əlaqədar Nəsimi rayon İcra şöbəsinə dəvət olunarkən məlumatı olmuş və 21 iyul 2025-ci il tarixində qətnamənin surəti ona rəsmi olaraq verilir. Qeyd edilənlərə əsasən qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzürlü səbəbdən olduğundan prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2226/2025 nömrəli 02 sentyabr 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan cavabdehin nümayəndəsi-vəkili şikayət verərək, onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 18 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, vəsatətə əlavə etdiyi cavabdehin pasportunun surətindən göründüyü kimi Cavabdeh - xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Türkiyə Respublikasında olmus, yəni işin məhkəmənin icraatında olduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasında olmadığından o, elektron məhkəmə sistemindən də istifədə etmək imkanına malik olmamışdır. Bu hal kifayət edir ki, məhkəmə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmiş prosessual müddəti üzrlü hesab etsin. Onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2226/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən icra ilə əlaqədar Nəsimi rayon İcra şöbəsinə dəvət olunarkən məlumatı olduğundan məhkəməyə müraciət edərək 21 iyul 2025-ci il tarixdə qətnamənin surətini rəsmi olaraq əldə etmişdir. Onun istifadəsində SİMA tətbiqi olsa belə onun Azərbaycan Respublikasından kənarda olması SİMA tətbiqinin istifadəsini, apellyasiya şikayətinin tərtib olunmasını, dövlət rüsumunun ödənilməsini və nümyəndəsinə etibarnamə verməsini mümkünsüz edir. Çünki Azərbaycan Respublikasından kənarda SİMA tətbiqi işləmədiyindən e-məhkəmədən gələn məlumatları əldə etmək və istifadə etmək mümkünsüzdür. Bütün bunlar üzrlü səbəblərdir. Cavabdeh Azərbaycan Respublikasında olsaydı onda məhkəmənin gəldiyi nəticədə haqlı olmuş olardı. Lakin hazırki durumda vətəndaş, yəni cavabdeh haqlıdır. Digər bir məsələ ondan ibarətdir ki, SİMA tətbiqi eməhkəmə üçün yaradılmamışdır. Cavabdeh ümumiyyətlə bu tətbiqdən istifadə etməklə eməhkəmə tətbiqinə daxil ola bilmir və ümumiyyətlə istifadə edə bilmir. Qeyd olunan hallar buraxılmış müddəti üzürlü hesab edir. Odur ki, qətnamənin surəti ümumiyyətlə cavabdeh tərəfdən rəsmi qəbul olunduğu tarixdən hesablanmalıdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2226/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadını ləğv edərək, buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizəyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qeyd etmişdir ki, qətnamə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Sonradan cavabdehin nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin surətinin təqdim olunmasını xahiş etmişdir. Vəkil müraciətinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2226/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixli məktubla yenidən Cavabdeh göndərilmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil isə elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, Cavabdeh nümayəndəsi-vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2226/2025 saylı qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərkən qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi buraxılmış müddətin bərpası barədə ərizəni rədd edərkən, cavabdehin ərizədə qeyd edilən dəlillərinə heç bir münasibət bildirməmiş və qeyd edilənlərlə bağlı hər hansı araşdırma aparmamışdır. Belə ki, cavabdehin məhkəmə icraatı zamanı ölkədən kənarda olması, olduğu təqdirdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə və imzaya əlçatanlıq məsələsi araşdırılmalıdır. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş giriş-çıxış məlumatlarından, həmçinin cavabdehin ümumvətəndaş pasportundan çıxarışdan da görünür ki, o, xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasını tərk etmiş, xx.xx.2025ci il tarixdə ölkəyə qayıtmış, lakin xx.xx.2025-ci il tarixdə yenidən ölkə hüdudlarından kənara çıxmış və yalnız xx.xx.2025-ci il tarixdə ölkəyə geri qayıtmamışdır. Lakin məhkəmə yuxarıda qeyd olunan hallara diqqət yetirməmişdir. Ona görə də Bakı şəhəri Nəsimi Məhkəməsinin 2(006)-2226/2025 nömrəli 02 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2226/2025 nömrəli 02 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin və cavabdehin şikayətinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar