Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5842/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-795/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh evə çəkdiyi 80000 manat xərcin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-795/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 77000 manat pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması, Cavabdeh ekspertiza tədqiqatı dəyəri olan 100 (bir yüz) manat pulun "xxxx" MMC-nin (VÖEN: 100178711, "xxxx" ASC-nin Neftçilər filialı, Bankın kodu 507376, VÖEN: **********, M/h:AZ27NABZ********************, S.W.İ.F.T. BİC: JBBKAZ22, H/h: AZ82JBBK**********1147293A67) xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(102)-112/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əsassız varlanma obyektinin dəyəri olan 77000 manat hissəsində dəyişdirmiş və həmin məbləğ azaldılaraq 38120 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-2990/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Yeni apellyasiya baxışı zamanı İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, mübahisənin məhkəmədən kənar qaydada barışıqla həll olunmasını göstərmiş, bu səbəbdən iddia tələbindən tamamilə imtina edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini, həmçinin iddiadan imtina ilə bağlı ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, icraata xitam verilməlidir. Baxılan işdən görünür ki, iddiaçının iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi yazılı formada tərtib edilərək məhkəməyə təqdim etdiyi ərizədə əks olunmuşdur və onun iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı 100 manat qiymətləndiricinin rəyinə görə xərc, əvvəlki apellyasiya icraatı zamanı isə əlavə olaraq 50 manat ekspertiza xərci, 300 manat qiymətləndiricinin rəyinə görə xərc (məhkəmə xərcləri) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələblərini müdafiə etməyərək ondan imtina etdiyindən, həmin məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-795/2020 saylı, 09 iyun 2020-ci il tarixli ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “evə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki işin icraatına iddiaçı tərəfindən iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. İddiaçıdan aparılmış ekspertizanın dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK JTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34JTRE********************), qiymətləndiricilərin rəylərinə görə 100 (bir yüz) manat pul tutularaq "xxxx" MMC-yə (VÖEN: 100178711, "xxxx" ASC-nin Neftçilər filialı, Bankın kodu 507376, VÖEN: **********, M/h:AZ27NABZ********************, S.W.İ.F.T. BİC: JBBKAZ22, H/h: AZ82JBBK**********1147293A67), 300 manat pul tutularaq "xxxx" MMC-yə (VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X) ödənilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5842/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5842/2022
27.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver