Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5844/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, OBA MTK-ya və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllə ev 1C-də yerləşən 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 saylı mənzilinin, OBA MTK-nın rəhbərliyi tərəfindən Cavabdeh3 razılığı ilə cavabdeh OBA MTK-nin əməkdaşı olan Cavabdeh1 adına, MTK-nın payçısı kimi qeydiyyata alınmasına, mənzilin adına rəsmiləşdirilməsi barədə protokol və aparılmış sənədləşdirmənin, bu sənədləşdirmə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh1 adına aparılmış xx.xx.2020-ci il tarixli, **********30- **********0 saylı reyestr qeydiyyatının, bu qeydiyyat əsasında hayata keçirilmiş xx.xx.2021ci il tarixli, AN-İ №0955912 saylı alğı-satqı müqaviləsinin və bu müqavilə əsasında mülkiyət hüququna dair Cavabdeh2 adına aparılmış xx.xx.2021-ci il tarixli, ********** saylı reyestr qeydiyyatının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 593864 saylı çıxarışın ləğv edilməsinə dair mülki iş üzrə İş №2(103)-5844/2023 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X19 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi X14, Cavabdeh3 və Cavabdeh4 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(001)-2333/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı icra sənədi üzrə borcunun əvəzi olaraq həmin icra sənədi üzrə tələbkar Cavabdeh3 təklif olunan daşınmaz əmlakın 1/2 hissəsi sonucu tərəfindən özgəninkiləşdirilmişdir. 2.Belə ki, İddiaçı mənzildə olan payı Binəqədi rayon İcra şöbəsinin rəsmi məktubuna əsasən Cavabdeh3 təklif olunmuş, təklif olunan əmlak qəbul edilmədiyi halda icra sənədinin icra olunmadan geri qaytarılacağı bildirilmiş, tələbkar təklif olunan payı borcun əvəzi olaraq qəbul edib, fərq dəyərini Binəqədi rayon İcra şöbəsinin depozitinə ödəmiş və mənzil üzərində sərəncam vermişdir. 3.Daha sonra mənzil bir neçə dəfə yeni mülkiyyətçilər tərəfindən özgəninkilədirilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, OBA MTK-ya və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllə ev 1C-də yerləşən 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 saylı mənzilinin, OBA MTK-nın rəhbərliyi tərəfindən Cavabdeh3 razılığı ilə cavabdeh OBA MTK-nin əməkdaşı olan Cavabdeh1 adına, MTK-nın payçısı kimi qeydiyyata alınmasına, mənzilin adına rəsmiləşdirilməsi barədə protokol və aparılmış sənədləşdirmənin, bu sənədləşdirmə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh1 adına aparılmış xx.xx.2020-ci il tarixli, **********30-**********0 saylı reyestr qeydiyyatının, bu qeydiyyat əsasında hayata keçirilmiş xx.xx.2021-ci il tarixli, AN-İ №0955912 saylı alğı-satqı müqaviləsinin və bu müqavilə əsasında mülkiyət hüququna dair Cavabdeh2 adına aparılmış xx.xx.2021-ci il tarixli, ********** saylı reyestr qeydiyyatının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 593864 saylı çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-22440/2016 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşı Cavabdeh3 ilə birgə nigah dövründə əldə etdiyi OBA MTK tərəfindən inşa edilən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət, 2 otaqlı, 47 saylı mənzilinə 1/2 hissədə İddiaçı, digər 1/2 hissədə Cavabdeh3 payı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)- 22440-2016 saylı qətnaməsi Binəqədi rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinin 1/2 hissəsinin İddiaçı, digər hissəsinin isə X6 verilməsinə dair qətnamə icra olunmaqla, OBA MTK tərəfindən həmin mənzil iddiaçı ilə Müşfiq Mirzayev arasında iki bərabər paya bölünmüşdür. Daha sonra, iddiaçının tələbi ilə məhkəmə İddiaçı həmin mənzilə köçürülməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda keçmiş hayat yoldaşı M.A.Mirzayevlə birgə nigah dövründə əldə olunmuş, Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57-də, yeni tikilmiş binada yerləşən öz adına qeydiyyatı aparılmış 141 saylı mənzil həyat yoldaşının razılığı ilə tərəfindən 90000 manata satıldığı və əldə olunmuş vəsaitin əksər hissəsinin cavabdehin problemlərinə xərclənməsinə baxmayaraq, satışdan əldə olunmuş vəsaitlə bağlı Cavabdeh3 İddiaçı qarşı qaldırdığı, əsassız olan qarşılıqlı iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-22440/2016 saylı həmin qətnaməsi ilə təmin olunmaqla, satış zamanı əldə olunmuş məbləğdən 40609 manatının İddiaçı tərəfindan ona ödənilməsi barədə məhkəmə qərarı çıxarılmaqla icraya yönəldilmişdir. Bu məhkəmə qərarı əsasında açılmış icra işi üzrə İddiaçı borclu hesab olunmuşdur. Lakin, maddi imkanı və pul vəsaiti olmadığından borclu kimi iddiaçıdan 40609 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh3 ödənilməsinə dair məhkəmə qətnaməsinin icrası təmin olunmamışdır. Belə ki, iddiaçının adına hər hansı daşınmaz əmlak və pul vasaiti aşkar edilməmişdir. Bundan sonra, iddiaçının heç bir məlumatı olmadan, atılan addımlar barədə ona heç bir məlumat verilmədən, icra məmuru OBA MTK tərəfindən inşa edilən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət, 2 otaqlı 47 nömrəli mənzilin iddiaçıya məxsus 1/2 pay hissəsinə həbs qoyulması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimatla müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(001)- 1914/2017 saylı qərardadı ilə, məhkəmə icraçısının təqdimatı təmin olunmuş və mənzil üzərinə həbs qoyulmuş, mənzil hərraca çıxarılaraq satılmış və xx.xx.2018-ci il tarixdə satışdan əldə olunmuş 40609 manat məbləğində pul vəsaitinin Cavabdeh3 ödənilməsinə dair məlumat vermişdir. Bu faktlardan xəbər tutduqdan sonra iddiaçı Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.msahədən ibarət, 2 otaqlı, 47 nömrəli mənzilin pay hissəsi üzərində, mülkiyyət hüququ olan əmlaka həbs qoyulması haqqında qərarın ləğv edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə etdiyi müraciət təmin olunmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(001)-952/2019 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzili üzərinə həbs qoyulmasına dair İcra şöbəsinin vəsatəti rədd edilmişdir. Lakin, bu yaxınlarda iddiaçı həmin mənzilə köçmək istəyən zaman məlum olmuşdur ki, keçmiş hayat yoldaşı Cavabdeh3, OBA MTK rəhbərliyinin bilavasitə yaxından yardımı və iştirakı ilə mənzili OBA MTK-nın əməkdaşı, yəni kommendantı olan, cavabdehlərdən Cavabdeh1 adına qeydiyyata alınmasını hayata keçirmiş, Cavabdeh1 isə öz növbəsində mənzil üzərində özünün mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmaqla çıxarış əldə etmiş, izi daha da azdırmaq üçün iddiaçının bildiyinə görə orada xadimə işləmiş cavabdehlərdən Cavabdeh2 satmışdır. Göründüyü kimi iddiaçının adına hər hansı digər daşınmaz əmlak olmadığı halda özünün və himayəsində olan xəstə uşağının yeganə yaşayış yeri olan Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinin pay hissəsi qanuna zidd olaraq və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(001)-952/2019 saylı qərardadı qüvvədə ola-ola özgəninkiləşdirilmişdir. Bu isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin fiziki səxs barədə icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə xx.xx.2002-ci il tarixli qərarının tələblərinə ziddir. Belə ki, iddiaçının keçmiş həyat yoldaşı və iddia ərizəsi üzrə Cavabdeh3, OBA MTK-nın sədri Sahib Əhmədovla əlbir olaraq pay hüququ iddiaçıya maxsus olan mənzilin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(001)-1914/2017 saylı qərardadı ilə həbs qoyulmasına nail olmuş, bundan sonra bilavasitə OBA MTK-nın rəhbərliyi ilə birgə qanunsuz əməllərə qol qoyaraq, mənzilin OBA MTK-nın əməkdaşı olan, Cavabdeh1 adına MTK-nın payçısı kimi qeydiyyata alınmasını həyata keçirmişdir. Daha sonra isə, mənzilə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Komitəsində Cavabdeh1 adına qeydiyyat aparılmışdır. Bu hallardan xəbər tutduqdan sonra iddiaçının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi özünün xx.xx.2019-cu il tarixli, 8(103)-335/2019 saylı qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, əmlak üzərinə həbs qoyulmasına dair qərarını ləğv etmişdir. Bundan sonra MTK sədri Sahib Əhmədov işçisi Cavabdeh1 göstəriş verərək, mənzilin üçüncü şəxsə satılmasına nail olmuşdur. Bu isə son nəticədə iddiaçının Azərbaycan Respublikası MM-nin 152-153-cü maddələri ilə nəzərdə tutulan mülkiyyət hüquqularının kobud surətdə pozulması ilə nəticələnmişdir. Predmet üzrə iddia məhkəmənin icraatında olmuş və müəyyən prosessual pozuntular olduğuna görə məhkəməninin e-2(001)-418/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Ona görə də Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllə ev 1C-də yerləşən 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 saylı mənzilinin, OBA MTK-nın rəhbərliyi tərəfindən Cavabdeh3 razılığı ilə cavabdeh OBA MTK-nin əməkdaşı olan Cavabdeh1 adına, MTK-nın payçısı kimi qeydiyyata alınmasına, mənzilin adına rəsmiləşdirilməsi barədə protokol və aparılmış sənədləşdirmənin, bu sənədləşdirmə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh1 adına aparılmış xx.xx.2020-ci il tarixli, **********30-**********0 saylı reyestr qeydiyyatının, bu qeydiyyat əsasında hayata keçirilmiş xx.xx.2021-ci il tarixli, AN-İ №0955912 saylı alğı-satqı müqaviləsinin və bu müqavilə əsasında mülkiyət hüququna dair Cavabdeh2 adına aparılmış xx.xx.2021-ci il tarixli, ********** saylı reyestr qeydiyyatının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 593864 saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. 6.İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etiraza mülahizəsindən müəyyən olunur ki, İddiaçı Binəqədi Rayon Məhkəməsinə mənzilə köçürülmə tələbi ilə Cavabdeh3 Ağamalı oğluna qarşı iddia ərizəsi ilə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-7158/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Daha sonra hazırki iş üzrə Cavabdeh2 apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3771/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-5796/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Bununla da cavabdeh tərəfin nümayəndəsi bildirmək istəyir ki, iddiaçının qeyd edilən mənzilin müxtəlif maxinasiyalarla başqalarının adına dafələrlə rəsmiləşdirməsindən məlumatlı olmuşdur. Halbuki qarşı tərəf özünün bu etirazı ilə bir daha sübut edir ki, İddiaçı mənzilin digər hissəsinin hələ də cavabdeh Müşfiq Mirǝzyevin adına olmasını güman edərək ona qarşı mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və mənzilin digər yarısı, yəni 1/2 hissəsi ona aid olduğundan iddiası tam əsaslı qəbul edilərək təmin edilmişdir. Cavabdeh2 adlı şəxs və qeyriləri, həmçinin aparılmış maxinasiyalar da iddiaçıya Bakı Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixli qətnamə çıxarılarkən məlum olmuşdur. Söz yox ki, Ali Məhkəməyə şikayət etməyin perspektivi olmamışdır. Mənzil əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun qərarında qeyd edilmişdir ki, borclu borcun ödənilməsi barədə ona verilmiş bildiriş əsasında tələbi təmin etmədiyindən mübahisəli mənzilin ona məxsus 1/2 hissəsi üzərinə həbs qoyulmuşdur. Daha sonra icra X20 heç bir hərrac aparılmadan, borclu İddiaçı hər-hansı məlumat vermədən tez-tələsik yazılmış əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi qərarı, həmin qərara cavab olaraq cavabdeh OBA MTK-nın adından sədri Sahib Əhmədovun digər Cavabdeh3 ünvanlanan xx.xx.2018-ci il tarixli ildırım surətli arayışı ilə mənzilin digər hissəsi 40609 manat borc əvəzində Cavabdeh3 hesab edilmişdir. Etirazdan görünür ki, Cavabdeh3 özü Respublikada olmadan işin maddi və sair tərəflərini qarşılamış, onun adından isə X21 çıxış etmişdir. Etirazdan o da aydın olur ki, təsadüfdən və/və ya qarşı tərəfin vəkili Vəkil3 bildirdiyi kimi mərhəmət hissindən çıxış edən cavabdeh OBA MTK-nın sədri Sahib Əhmədov bu əməliyyatlardan sonra mənzili Cavabdeh3 təklifi və müraciəti ilə öz oğlu X15 adına rəsmiləşdirmişdir. Həmçinin etirazdan o da bəlli olur ki, aparılmış maxinasiyaların üstündən bir müddət, təxminən bir il keçməsini gözlədikdən sonra Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllə, ev 1C-də yerləşən 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 saylı mənzil təsadüfən OBA MTK-nın kommendantı işləmiş, Cavabdeh1 adına rəsmiləşdirilir. Çıxarış alındıqdan sonra isə izi bir az da itirmək üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına keçirilir. Digər Cavabdeh3 səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş etirazda isə iddiaçının öz haqqını qorumaq üçün 2022-ci ildə prokurorluq orqanlarına müarciət etdiyini bildirir. Cinayət işinin açılmadığını, ona görə mülki iddianın da əsassız olduğunu bildirir. Halbuki aparılan əməliyyatların məzmunundan məlum olduğu kimi hazırki mülki iş daşınmaz əmlakın qanunsuz yolla özgəninkiləşdirilməklə iddiaçının mülki hüquqlarını pozulmasından yaranan bir iddiadir. Hər bir halda daşınmaz əmlaka dair qüvvədə olan məhkəmə qətnaməsinin və öz hüquqlarının kobud şəkildə pozulmasını İddiaçı 2022-ci ildə bilmiş və aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 7.Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, İddiaçı Cavabdeh3 qarşı mübahisəli mənzilə köçürülmə tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7158/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Daha sonra Cavabdeh3 və mübahisəli evin hazırkı mülkiyyətçisi Cavabdeh2 tərəfindən 2(001)- 7158/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3771/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7158/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5796/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3771/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı işlə əlaqədar İddiaçı məhkəmədən Bakı səhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllə, ev 1C-də yerləşən 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 saylı mənzilinin, OBA MTK-nın rəhbərliyi tərəfindən və Cavabdeh3 razılığı ilə cavabdeh OBA MTK-nın əməkdaşı olan, Cavabdeh1 adına, MTK-nın payçısı kimi qeydiyyata alınmasına, mənzilin adına rəsmiləşdirilməsi barədə protokol və aparılmış sənədləşdirmənin, bu sənədləşdirmə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh1 adına aparılmış xx.xx.2020-ci il tarixli, **********30-**********0 saylı reyestr qeydiyyatının, bu qeydiyyat əsasında həyata keçirilmiş xx.xx.2021-ci il tarixli, ANİN ******* saylı alğı-satqı müqaviləsinin və bu müqavilə əsasında mülkiyət hüququna dair Cavabdeh2 adına aparılmış xx.xx.2021-ci il tarixli, ********** saylı reyestr qeydiyyatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 593864 saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə etiraz edərək bildirir ki, iddia ərizəsində iddiaçının istinad etdiyi faktların heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fiziki şəxs barədə icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə xx.xx.2002-ci il tarixli qərarının tələbləri pozulmuş və nəticədə mənzilin iddiaçıya məxsus 1/2 pay hissəsi qanuna zidd olaraq keçmiş yoldaşının xeyrinə özgəninkiləşdirilmişdir. Bu epizodla bağlı qeyd edilənləri əsassız hesab edir və bildirir ki, əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə Binəqədi ravon İcra və probasiva şöbəsinin böyük icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun qərarında qevd edilmişdir ki, borclu borcun ödənilməsi barədə ona verilmiş bildiriş əsasında tələbi təmin etmədiyindən mübahisəli mənzilin ona məxsus 1/2 hissəsi üzərinə həbs qoyulmuşdur. xx.xx.2018-ci il tarixdə borclu İddiaçı ilə telefon rabitəsi vasitəsilə şöbəyə dəvət edilmiş və borcu ödəmədiyi təqdirdə tələbin onun həmin mənzildə olan payının 1/2 hissəsi hesabına təmin olunacağı bildirilmiş, lakin borclu borc tələbini ödəməkdən və şöbəyə gəlməkdən imtina etdiyini bildirmiş və bununla bağlı müvafiq olaraq xx.xx.2018-ci il tarixdə akt tərtib edilmişdir. O dövrdə borclu Bakı şəhəri Azadlıq prospekti ev 72 mənzil 1-də qeydiyyatda olsa da, Bakı səhəri F.X.Xoyski küçəsi ev 33, mənzil 34də yaşadığını göstərmişdir. xx.xx.2017-ci il tarixdə mübahisəli mənzilə baxış keçirilmiş, mənzilin təmirsiz olması və yaşayış olmadığı müəyyən olunmuşdur. xx.xx.2018-ci il tarixdə tələbkara ünvanlanmış təklifə cavab olaraq X3 adından X22 borclu tərəfindən ona ödənilməli olan 40609 manat məbləğində pul vəsaitinin mübahisəli mənzilə dair iddiaçının 1/2 pay hüququ ilə əvəzləşdirilməsini qəbul etdiyini bildirmişdir. İcra məmurunun qərarı OBA MTK-ya da göndərilmiş və sözügedən mənzil X4 adına rəsmiləşdirilmişdir. Bundan sonra M.A.Mirzəvev xx.xx.2018-ci il tarixli ərizəsi ilə OBA MTK-ya müraciət edərək onu payçılıqdan azad edib mənzilin X15 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Odur ki, mənzilin mülkiyyətçisi M.A.Mirzəvev deyildir. Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203- cü məhəllə ev 1C-də yerləşən 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli, **********30-**********0 saylı reyestr qeydiyyatının, bu qeydiyyat əsasında həyata keçirilmiş xx.xx.2021-ci il tarixli, AN-İN ******* saylı alğı-satqı müqaviləsinin əsasında rəsmiləşdirilmişdir. Həmin mülki iş üzrə qeyd olunan mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən, Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış AN-İ№ ******* seriya və nömrəli Daşınmaz əmlakın alğı-satqısına dair müqavilə əsasında satıcı Cavabdeh1 110000 manat ödəməklə alınmışdır. Qeyd olunan mənzili Cavabdeh2 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış AN-İ№ ******* seriva və nömrəli daşınmaz əmlakın alğı-satqısına dair müqavilə əsasında satıcı Cavabdeh1 110000 manat ödəməklə almış və nəticə etibarı ilə həmin mənzilə münasibətdə hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınaraq bu barədə ona **********30- 05301-093030 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən alğı-satqı müqavilələrinin və DƏDRX-dən çıxarışın ləğvinə dair istinad edilən dəlillər əsassız olmaqla yanaşı heç bir hüquqi əhəmiyyətə malik deyildir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. 8.Cavabdehlər OBA MTK-nın və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Prokurorluq tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Sözügedən qərar onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilin özgəninkiləşdirilməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli Dövlət Ədliyyə qulluqçusu X7, OBA MTK-nın sədri X17, OBA MTK-da komendant vəzifəsində işləyən Cavabdeh1 əməlində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azəbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. İddiaçının sözügedən mənzilin digər şəxsin mülkiyyətində olması barədə hələ 2020-ci ilin iyun ayından məlumatı olmuşdur. Lakin buna baxmayaraq iddia ərizəsi 2023-cü ildə məhkəməyə daxil olmuşdur. Bundan əlavə icraatda olan mülki işə əlavə olunmuş icra sənədlərindən və digər sənədlərdən aydın olur ki, iddiaçı cavabdeh X12 ilə ailəli olmuş, aralarında bağlanmış nikah pozulmuş, birgə nikah dövründə əldə olunan əmlakın satışından İddiaçı X8 borclu qalmış və həmin borc iddiaçının 1/2 payına yönəldilmiş və əmlak əsaslı olaraq cavabdeh tərəfindən digər şəxsə satılmışdır. Ona görə də iddia əsassız olduğundan və müddətinin keçməsi səbəbindən iddianın rədd olunmasına dair qətnamə çıxarılması xahiş olunur. 9.Məhkəmə iclasında Cavabdeh2 Zibeyi qızının nümayəndəsi X23 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, mənzil almaq istədiyi üçün vasitəçilərə müraciət etmiş, vasitəçinin köməyi ilə 2021-ci ildə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 3203-cü məhəllə 1C saylı evin, 47 saylı mənzilini tapmışdır. Mənzilin qiyməti əvvəl 130000 manata deyilsə də, razılaşma nəticəsində o, mənzili Rahimdən 110000 manata almış, mənzilin pulunu da Rahimə vermişdir. Onun anası Cavabdeh2 Zibeyi qızı heç vaxt OBA MTK-da xadimə işləməmişdir. Aldıqları mənzil təmirsiz olduğundan təmir işlərinə başlamışdır. 6 ay sonra, xx.xx.2021-ci il tarixdə, təmir işlərinin başa çatdığı gün iddiaçı mənzilə gəlmiş, mənzilin onların olmasını demişdir. O, iddiaçıya mənzili almasını, heç kimi tanımamasını, anasının heç vaxt MTK-da işləməməsini demişdir. xx.xx.2021-ci il tarixdən o, daimi olaraq ailəsi ilə birlikdə aldığı mənzildə yaşayır. Vicdanlı alıcı olduğundan iddia ərizəsi təmin edilə bilməz. Mübahisənin olmasını bilsəydi o, mənzili almazdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. 10.Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 04 iyul 2023-cü il tarixli, 2(001)-2333/2023 saylı qətnaməsi ilə (hakim-Səadət Səlimova) iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan: 11.OBA MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 238 saylı kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindənmüəyyən olunur ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən OBA MTK tərəfindən tikilmiş 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən 47 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 12.OBA MTK-nın xx.xx.2013-cü il tarixli 07/05 saylı arayışının surətindən müəyyən olunur ki, Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən OBA MTK tərəfindən tikilmiş 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən 47ci mənzilin dəyərini tam ödəmişdir. 13.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-4096/2016 saylı qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən müəyyən olunur ki, birgə nikah dövründə əldə edilmiş OBA MTK tərəfindən inşa edilən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3023-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilinə olan payın 1/2 hissəsinə İddiaçı, digər hissəsinə isə Cavabdeh3 payları müəyyən edilməlidir. 15.Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından müəyyən olunur ki, İddiaçı və Cavabdeh3 Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrası üçün vaxt müəyyən edilmişdir. 16.Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 16708/163782 №-li icra işində olan OBA MTK-nın xx.xx.2017-ci il tarixli 93/11-31 saylı məktubundan müəyyən olunur ki, OBA MTK tərəfindən inşa edilən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilə aid Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı xx.xx.2016 tarixli icra sənədinə əsasən mənzil üzərində hər birinə 1/2 pay olmaqla İddiaçı və digər 1/2 pay isə Cavabdeh3 aid edilmişdir. 17.Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 16708/163782 №-li icra işində olan Cavabdeh3 tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən İddiaçı 40609 manat məbləğ alınaraq Cavabdeh3 ödənilməlidir. İddiaçı ona olan borcunu indiyədək ödəməmiş, ona olan Bakı şəhəri Nərimanov rayonu İ.Dadaşov küçəsi, 57 saylı evin 141 saylı mənzilini sataraq payını mənimsəmiş və göstərilən faktlar Apellyasiya və Ali Məhkəmənin qətnamələrində göstərilmişdir. O, Cavabdeh3 Rusiya Federasiyasında yaşamasından və Bakı şəhərində olmadığından istifadə edərək evi sataraq ona çatan payı mənimsəmişdir. Bundan əlavə törətdiyi əməllərlə kifayətlənməyərək Binəqədi rayonu C.Xəndan küçəsi, 3203-cü məhəlləsində yerləşən 2 otaqlı, 47 №-li mənzilə 1/2 hissədə pay hüququ tələb etmişdir. Göstərilən mənzil təmirsizdir, yaşayış üçün yararsızdır. Bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün icra sənədinin icrasının qərəzli surətdə yayınan İddiaçı inzibati və cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü tədbir görməyi xahiş edir. 18.Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından müəyyən olunur ki, borclu xx.xx.1985-ci il təvəllüdlü İddiaçı barəsində axtarış elan edilmişdir. 19.Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 16708/163782 №-li icra işində olan İddiaçı izahatından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən, Binəqədi rayonu C.Xəndan küçəsi 3023-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilinə olan payın 1/2 hissəsinə İddiaçı, digər hissəsinə isə Cavabdeh3 payları müəyyən edilməli və ondan 40609 manat məbləğində pul alınaraq Cavabdeh3 verilməlidir. Hal-hazırda borc məbləğini ödəyə bilmir. Azyaşlı uşağı xəstə uşağı ilə kirayədə yaşayır, heç bir yerdə işləmir. Binəqədi rayonu C.Xəndan küçəsi 3023-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilinə onun 1/2 hissədə pay hüququ tanınmış, lakin həmin paya onun hüququ rəsmiləşdirilməmişdir. O, borcunu hissə-hissə ödəyə bilər. 20.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(001)-1914/2017 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(001)- 1914/2017 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(001)-1914/2017 saylı qərardadı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2244/2016 saylı icra sənədinin icrasını təmin edilməsi üçün borclu İddiaçı Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinə olan payının mənzilin 1/2 hissəsinin üzərinə həbs qoyulmuşdur. 21.Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzil cəmi 90000 manat dəyərində qiymətləndirilmişdir. 22.Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra X20 tələbkar Cavabdeh3 ünvanladığı xx.xx.2018-ci il tarixli xx/xx-16708-20 saylı borclunun üzərinə həbs qoyulmuş əmlakın tələbkara təklif olunması haqqında təklifinin surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2244/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş, OBA MTK tərəfindən inşa edilən, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3023-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinə olan payın 1/2 hissəsinə İddiaçı, digər 1/2 hissəsinə isə Cavabdeh3 payları müəyyən edilməli, ilk iddia tələbi üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 50% yəni, 10 manatı Cavabdeh3 alınaraq, tələbkar İddiaçı qızma ödənilməli, İddiaçı 40609 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh3 verilməli olaması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1914/2017 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən icra sənədinin icrasını təmin etmək üçün borclu İddiaçı Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinə olan payının, yəni mənzilin 1/2 hissəsinin üzərinə həbs qoyulması, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cüməhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzili cəmi 90000 manat dəyərində qiymətləndirilməsi, İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsini rəhbər tutaraq, 90000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinin borclu İddiaçı aid 1/2 hissəsini 45000 manat dəyərində borc əvəzində, əmlakın 4391 manat məbləğində fərqini Binəqədi rayon İcra və probasiya şöbəsinin depozit hesabına keçirilməklə qəbul etməsi icra məmuru tərəfindən tələbkara təklif olunmuş, təklifdən imtina edəcəyi halda göstərilən əmlakların imtina tarixindən 3 ay müddətində hərrac yolu ilə satılacağını, əmlaklar hərrac yolu ilə satılmasa, yenidən ona təklif olunacağı, təkrarən imtina edəcəyi təqdirdə həmin əmlakın borcluya, icra sənədinin məhkəməyə qaytarılacağı bildirilmişdir. 23.Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli əmlakın borc tələbi əvəzinə tələbkara verilməsinə dair qərarının surətindən müəyyən olunur ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələblərinə əsasən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilin 90000 manat dəyərində qiymətləndirildiyi və borclu İddiaçı aid 1/2 hissəsini 40609 manat dəyərində borc əvəzinə qəbul etməsi və əmlakın 4391 manat fərqinin isə borcluya ödənilməsi üçün Binəqədi rayon İcra və probasiya şöbəsinin depozit hesabına keçirməsi barədə tələbkar Cavabdeh3 xx.xx.2018- ci il tarixdə təklif verilmişdir. Tələbkar xx.xx.2018-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək göstərilən mənzilin borclu İddiaçı aid 1/2 hissəsini borc əvəzinə qəbul etdiyini bildirmiş və 4391 manat məbləğində qiymət fərqini və 10 manat dövlət rüsumunu, cəmi 4401 manat məbləğində pulu Binəqədi rayon İcra və probasiya şöbəsinin depozit hesabına köçürmüşdür. Qərara əsasən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 90000 manat dəyərində qiymətləndirilmiş 47 nömrəli mənzilin borclu İddiaçı aid 1/2 hissəsi 40609 manat borc tələbi əvəzinin Cavabdeh3 verilməsi və Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 90000 manat dəyərində qiymətləndirilmiş 47 nömrəli mənzilin borclu İddiaçı aid 1/2 hissəsi Cavabdeh3 əmlakı kimi adına rəsmiləşdirilməsi üçün aidiyyatı üzrə OBA MTK-ya göndərilməsi qərara alınmışdır. 24.OBA MTK-nın xx.xx.2018-ci il tarixli 93/11-31 saylı məktubunun surətindən müəyyən olunur ki, OBA MTK, 2-ci bina, 2 otaqlı, sahəsi 87.98 kv.m olan 47 saylı mənzilə aid Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən həmin mənzilin İddiaçı aid 1/2 pay hissəsi borc əvəzinə Cavabdeh3 verildiyinə görə mənzil tam olaraq Cavabdeh3 hesab edilir. 25.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 8(103)- 335/2019 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(001)-1914/2017 saylı qərardadı ləğv edilmişdir. 26.İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 17/68- 163782/29 saylı OBA MTK-ya ünvanlanmış məktubunun surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş OBA MTK tərəfindən inşa edilən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3023-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilinə olan payın 1/2 hissəsinə İddiaçı, digər hissəsinə isə Cavabdeh3 payları müəyyən edilməlidir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3023-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinə olan payın 1/2 hissəsinə İddiaçı, digər hissəsinə isə Cavabdeh3 payları müəyyən edilməklə Bakı şəhər Binəqədi Rayon İcra və probasiya şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. 27.Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X21 tərəfindən OBA MTK-ya ünvanlanmış ərizənin surətindən müəyyən olunur ki, o, OBA MTK-nın inşa etdiyi 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən 47 №-li 2 otaqlı 87,98 kv.m mənzilini X15 adına rəsmiləşdirərək onu payçılıqdan azad edilməsini xahiş etmiş, mənzilin dəyərindən 44000 manat aldığını, 46000 manat qaldığını bildirmiş və həmin pulu 1 ay ərzində, yəni xx.xx.2019-cu il tarixə qədər tam ödəməyi öhdəsinə götürmüşdür. 28.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-5412/2016 saylı qərardadından müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən İddiaçı Cavabdeh3 qarşı mənzildə yaşama hüququnun tanınmasına, mənzilə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. 29.OBA MTK-nın Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvaladığı xx.xx.2020ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsaslanaraq Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,9 kv.m ümumi sahədən ibarət 2 otaqlı 90000 manat dəyərində qiymətləndirilmiş 47 nömrəli mənzil X5 adına rəsmiləşdirmiş, yəni, xx.xx.2018-ci il tarixli icra qərarı tam icra olunmuşdur. xx.xx.2018-ci il tarixli qərarın X8 vermiş olduğu səlahiyyətə əsasən X12 xx.xx.2018-ci il tarixli ərizəsi ilə OBA MTK-ya müraciət edərək onu payçılıqdan azad edib, mənzilin X15 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Odur ki, sözü gedən mənzilin mülkiyyətçisi X12 deyildir. 30.Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmaqla Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu İ.A.Məmmədov tərəfindən təsdiq olunmuş AN-İ № ******* saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 3203-cü məhəllə 1C saylı evin 47 saylı mənzilini alıcıya 110000 manata satmışdır. 31.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 593864 saylı xx.xx.2021-ci il tarixli çıxarışının surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 3203-cü məhəllə 1C saylı evin, 47 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3419 nömrəli reyestr kitabının 320366 nömrəli vərəqində qeydiyyata alınmışdır. 32.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-7158/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia tələbi təmin edilərək İddiaçı övladı olan xx.xx.2009-cu il təvəllüdlü X10 birlikdə OBA MTK tərəfindən inşa edilən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. 33.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3771/2022 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh3 və maraqlarına toxunan şəxs Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-7158/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması qət edilmişdir. 34.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3771/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, “icra işi üzrə icraat zamanı İddiaçı həmin pulu Cavabdeh3 könüllü ödəməsi barədə təklif edilsə də, o bunu etmədiyindən məcburi icra hərəkətlərinə keçilmişdir. Həmin pulun ödənilməsinin təmin edilməsi məqsədi ilə mübahisəli mənzilin borclu İddiaçı məxsus 1/2 hissəsinin üzərinə həbs qoyulmuş, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən həmin mənzil 90000 manat dəyərində qiymətləndirilmişdir. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli təklif məktubuna əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən mübahisəli mənzilin borclu İddiaçı Mühman qızına aid 1/2 hissəsinin 45000 manat dəyərində borc əvəzində, əmlakın 4391 manat məbləğində fərqini icra şöbəsinin depozit hesabına keçirilməklə qəbul etməsi Cavabdeh3 təklif olunmuş, sonuncu bu təklifi qəbul etmişdir. Bundan sonra Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov əmlakın borc əvəzinə tələbkara verilməsi barədə xx.xx.2018-ci il tarixli qərar qəbul etmişdir.” 35.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5796/2022 saylı qərarından müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3771/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 36.Binəqədi Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilinin özgəninkiləşdirilməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli dövlət ədliyyə qulluqçusu X7, OBA MTK-nın sədri X17, OBA MTK-da komendantı vəzifəsində işləyən Cavabdeh1 əməlində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi qərara alınmışdır. 37.Qərardadan daha sonra müəyyən olunur ki, izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, .... təxminən 2019-cu ildə ona keçmiş əri Cavabdeh3 40600 manat pulunun ödənilməsinə dair Apellyasiya Məhkəməsinin icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Ələddin Hüseynov onun maddi imkanının yaxşı olduğunu və əlavə yaşayış yerinin olduğunu göstərək 1/2 pay hüququ olan Bakı səhəri Binəqədi rayonu Cəfər Xandan küçəsi 3023-cü məhəllədə yerləşən OBA MTK-ya olan mənzilinin üzərinə həbs qoyulmasına dair Binəqədi Rayon Məhkəməsinə təqdimatla müraciət etmiş, Binəqədi Rayon Məhkəməsi tərəfindən də həmin təqdimat təmin edilmişdir. Bundan sonra onun 40600 manat borcunun ödəliməsi Bakı şəhəri Binəqədi rayonu Cəfər Xandan küçəsi 3023-cü məhəllədə yerləşən OBA MTK-da olan həmin əmlaka yönəldilmiş, mənzil 90000 manata satılmış, yekun olaraq onun bank hesabında təxminən 1300 manat pul qalmışdır. ... O, həmin qətnamə ilə OBA MTK-ya müraciət edən zaman məlum olmuşdur ki, mənzilin sahibi Rahim alğı-satqı yolu ilə mənzili Cavabdeh2 satmışdır. ... Göründüyü kimi, Ələddin və Sahibin qanunsuz əməlləri nəticəsində ona və vicdanlı alıcı Cavabdeh2 maddi ziyan dəymişdir. 38.Qərardan daha sonra müəyyən olunur ki, X16 izahatında göstərmişdir ki, o, 1991-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyir, 2017-ci ilin iyun ayından isə Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(103)-2244/2016 saylı icra vərəqəsi icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və icranın təmin edilməsi xx.xx.2016-cı il tarixə ona həvalə edilmişdir. xx.xx.2016-ci il tarixdə onun tərəfindən icra işi açılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(103)- 2244/2016 saylı icra vərəqəsinə əsasən Cavabdeh3 və İddiaçı birgə nikah dövründə əldə edilmiş OBA MTK tərəfindən inşa edilmiş Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinin 1/2 hissəsi İddiaçı, digər1/2 hissəsi isə Cavabdeh3 yerilməli, həmçinin İddiaçı 40609 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh3 ödənilməli olmuşdur. O, icra işi barədə Cavabdeh3 və İddiaçı rəsmi olaraq məlumat vermiş, icranı könüllü olaraq 10 gün müddətində yerinə yetirmələrini təklif etmişdir. OBA MTK tərəfindən inşa edilən, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilinin 1/2 hissəsi İddiaçı, digər 1/2 hissəsi isə Cavabdeh3 verilməli olmasına dair OBA MTK-ya məktub ünvanlanmış, OBA MTK tərəfindən həmin mənzil Cavabdeh3 və İddiaçı arasında iki bərabər paya bölünmüşdür. İddiaçı 40609 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh3 ödənilməsinə dair İddiaçı izahatı alınmış, lakin sonuncu maddi vəziyyəti ilə bağlı icranı yerinə yetirə bilməyəcəyini bildirmişdir. İcranın təmin edilməsi üçün müvafiq sorğular verilsə də İddiaçı adına hər hansı daşınmaz əmlak və pul vəsaiti aşkar edilməmişdir. Bundan sonra o, İddiaçı OBA MTK tərəfindən inşa edilən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinin 1/2 payı olan hissəsinə həbs qoyulması üçün Binəqədi Rayon Məhkəməsinə təqdimatla müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(001)- 1914/2017 saylı qərardadı ilə onun təqdimatı təmin olunmuş və icra olunması üçün xx.xx.2018-ci il tarixdə Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. O, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə İddiaçı 40609 manat məbləğində pul vəsaitinin Cavabdeh3 ödəməsinə dair məlumat versə də, icra könüllü olaraq yerinə yetirilməmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə əmlakın qiymətləndirilməsinə dair qərar qəbul edib mütəxəssis dəvət etmiş, xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-dən hesabat təqdim edilmiş, əmlak 90000 manata qiymətləndirilmişdir. Daha sonra yenə də icranın könüllü olaraq yerinə yetirilməsi üçün xx.xx.2018-ci il tarixdə İddiaçı məlumat vermiş, yenə də İddiaçı könüllü olaraq icranı yerinə yetirmədiyinə görə xx.xx.2018-ci il tarixdə İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən OBA MTK tərəfindən inşa edilən, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 omrəli mənzilinin 1/2 hissəsini borc əvəzi olaraq götürməsini Cavabdeh3 təklif etmiş, sonuncunun etibarnamə əsasında nümayəndəsi X24 tərəfindən təklif qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə yenidən icranın könüllü olaraq yerinə yetirilməsi barədə İddiaçı məlumat vermiş, lakin İddiaçı könüllü olaraq icranı yerinə yetirməmişdir. X29 xx.xx.2018-ci il tarixdə təklifi qəbul etməsinə dair ərizə verdiyinə görə onun tərəfindən xx.xx.2018-ci il tarixdə əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə qərar qəbul edilmişdir. Bu barədə OBA MTK-ya məlumat vermiş və OBA MTK tərəfindən xx.xx.2018-ci il tarixli məktublar Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 omrəli mənzilinin Cavabdeh3 adına rəsmiləşdirilməsinə dair arayış verilmişdir. 40609 manat pulun Cavabdeh3 əmlak ilə verilən zaman yaranmış 4401 manat fərq X29 tərəfindən Binəqədi rayon İcra şöbəsinin hesabına köçürülmüş, bu barədə İddiaçı məlumat verilmiş, xx.xx.2019-cu il tarixdə İddiaçı 4401 manat pulu qəbul etməsinə dair ərizə versə də, sonradan ərizəni cıraraq bundan imtina etmişdir. Daha sonra İddiaçı Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinin 1/2 pay hüququna olan əmlaka qoyulmuş həbsi ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 8(001)-952/2019 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinin 1/2 hissəsinə qoyulan həbs ləğv edilmişdir. İddiaçı həmin mənzilə köçmək istəyən zaman isə məlum olmuşdur ki, Cavabdeh3 mənzili başqa şəxsə satmış, həmin şəxs isə mənzili digər şəxsə satmışdır. Həmin şəxslərin kim olması barədə məlumatı yoxdur. Çünki o, mənzili borc əvəzi olaraq verdikdən sonra icra işini başa çatdırmışdır. İddiaçı ondan şikayət etdiyinə görə icra işi xx.xx.2020-ci il tarixdə digər icra məmuruna həvalə edilmişdir. 39.Qərardan daha sonra müəyyən olunur ki, X30 izahatında göstərmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3023-cü məhəllədə yerləşən binalar 2005-2011-ci illərdə OBA MTK tərəfindən inşa edilmişdir. O, 2005-ci ildən həmin MTK-nın sədridir. Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzil xx.xx.2018-ci il tarixdə 238 saylı müqavilə əsasında Cavabdeh3 satılmış və dəyəri tam səkildə ödənilmişdir. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli xx/xx- 16708/20 saylı məktubu ilə OBA MTK-ya Cavabdeh3 və İddiaçı birgə nikah dövründə əldə edilmiş, OBA MTK tərəfindən inşa edilən, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinin 1/2 hissəsi İddiaçı, digər 1/2 hissəsi isə Cavabdeh3 adına qeydə alınması barədə məlumat daxil olmuşdur. OBA MTK-nın xx.xx.2017-ci il tarixli 93/11-31 saylı məktubu ilə Cavabdeh3 və İddiaçı birgə nikah dövründə əldə edilmiş, OBA MTK tərəfindən inşa edilən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinin 1/2 hissəsi İddiaçı, digər 1/2 hissəsinə isə Cavabdeh3 adına qeydə alınmasına dair məlumat verilmişdir. Onun tərəfindən daxil əmrlə mənzil xx.xx.2017-ci il tarixdə şəxslər arasında iki hissəyə bölünmüşdür. İddiaçı Cavabdeh3 olan borc tələbinin Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzilinin 1/2 hissəsi əvəz edilməsinə dair Binəqədi rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli 17/68- 16708-20 saylı məktubu OBA MTK-ya göndərilmişdir. Həmin məktub əsasında daxili əmrlə xx.xx.2018-ci il tarixdə mənzil tam olaraq Cavabdeh3 adına qeydə alınmışdır. Lakin həmin tarixdə texniki səhvə yol verildiyindən, məktub xx.xx.2018-ci il tarixdə deyil, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş və Binəqədi rayon İcra şöbəsinə xx.xx.2018-ci il tarixdə göndərilmişdir. Həmin vaxtlarda icra işini aparan Ələddin Hüseynov tərəfindən mənzilin qiymətləndirilməsi təmin edilmişdir. Daha sonra Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi X21 tərəfindən həmin mənzil onun oğlu X1. Belə ki, Müşfiq mənzili təcili olaraq satmaq istədiyindən, o mənzili almağı oğluna təklif etmiş, oğluna razılıq vermişdir. Oğlu xx.xx.2018-ci il tarixdə yaşayış yerini dəyişmək istədiyinə görə mənzili binada komendant işləyən Cavabdeh1 satmışdır. Rahim isə mənzil üçün öz adına çıxarış almışdır. Daha sonra Binəqədi rayon İcra şöbəsindən OBA MTK-ya göndərilmiş məktubda mübahisəli mənzilin yenidən İddiaçı və Cavabdeh3 adına qeydə alınması göstərilmişdir. Lakin artıq mənzilin çıxarış əsasında mülkiyyətçisi olduğundan onun tərəfindən müraciət müəllifinə Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən mənzilin X5 adına rəsmiləşdirilməsi, xx.xx.2018-ci il tarixli icra qərarın tam icra olunması, xx.xx.2018-ci il rarixli qərarının X8 vermiş olduğu səlahiyyətə əsasən sonuncu OBA MTK-ya müraciət edərək payçılıqdan azad edilib mənzilin X15 adına rəsmiləşdirilməsini xahiş etdiyindən sözügedən mənzilin mülkiyyətçisinin X12 olmaması barədə məlumat verilmişdir. O, Ələddin Hüseynovu şəxsən tanımır, onunla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq Binəqədi rayon İcra şöbəsinin OBA MTK-ya etdiyi rəsmi müraciəti əsasında müvafiq əmrlər verilmişdir. Ələddin Hüseynov ilk öncə mənzilin iki paya ayrılmasını, daha sonra mənzilin bir pay olaraq Cavabdeh3 verilməsini, daha sonra isə mənzili iki pay olaraq Cavabdeh3 və İddiaçı adına qeydə almağı bildirmişdir. Lakin sonuncu verilən icra tapşırıqlarının arasında uzun müddət keçməsini, mülkiyyətçilərin dəyişə biləcəyi ehtimalını yoxlamamış, icrası mümkün olmayan tapşırıq vermişdir. 40.Qərardan daha sonra müəyyən olunur ki, Cavabdeh1 izahatında göstərmişdir ki, o, OBA MTK-da komendant işləyərək ailəsinin dolanışığını təmin edir. Binəqədi rayonu C.Xəndan küçəsi 203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 47 nömrəli mənzili xx.xx.2018-ci il tarixdə X13 almış, xx.xx.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətində adına çıxarış əldə etmişdir. xx.xx.2021-ci il tarixdə isə maddi vəziyyəti ilə bağlı mənzili alğı-satıqı yolu ilə Cavabdeh2 satmışdır. 41.Məhkəmə ilk əvvəl qeyd etmişdir ki, iddiaçı məhkəmə aktına əsasən payı müəyyən olunan daşınmaz əmlaka dair bağlanan əqdlərin ləğv edilməsini xahiş etsə də, iddia ərizəsində istinad etdiyi maddi hüquq normalarından müəyyən olunur ki, iddiaçı əslində həmin əqdlərin etibarsız olmasını iddia edir. 42.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı icra sənədi üzrə borcunun əvəzi olaraq həmin icra sənədi üzrə tələbkar Cavabdeh3 təklif olunan daşınmaz əmlakın 1/2 hissəsi sonucu tərəfindən özgəninkiləşdirildikdən sonra, həmin daşınmaz əmlakı hazırkı icraatda iddiaçının mübahisələndirdiyi sənədlər üzrə əldə edənlərin həmin mənzilin mübahisəli olmasından məlumatları olmamışdır. Belə ki, İddiaçı mənzildə olan payı Binəqədi rayon İcra şöbəsinin rəsmi məktubuna əsasən Cavabdeh3 təklif olunmuş, təklif olunan əmlak qəbul edilmədiyi halda icra sənədinin icra olunmadan geri qaytarılacağı bildirilmiş, tələbkar təklif olunan payı borcun əvəzi olaraq qəbul edib, fərq dəyərini Binəqədi rayon İcra şöbəsinin depozitinə ödəmiş və mənzil üzərində sərəncam vermişdir. İddiaçı mənzilə dair müqavilə bağlayan cavabdehlərin qəsdən mənzilin özgəninkiləşdirilməsini bildirsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mənzili hər dəfə əldə edən yeni mülkiyyətçi müəyyən vaxt keçdikdən sonra onun üzərində sərəncam vermiş, sonucu əldə edən Cavabdeh2 isə təmirsiz aldığı mənzili təmir edərək ailsəi ilə birlikdə bu mənzildə yaşayır. 43.Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 3203-cü məhəllə 1C saylı evin 47 saylı mənzilini əldə edən cavabdehlər həmin əmlakın mübahisəli olmasını bilmədikləri üçün vicdanlı alıcı olduqlarından, iddiaçı mübahisəli mənzili əldə edən cavabdehin reyestrdəki qeydin qeyri-dəqiq olmasını bildiyini sübuta yetirə bilmədiyindən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan və vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanıldığından, iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququ olduğundan iddia tələbləri təmin edilə bilməz. 44.Məhkəmə həmçinin cavabdehlər OBA MTK-nın və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddiaçının tələbinə iddia müddətinin təbiqi ilə bağlı etirazında istinad etdiyi hala münasibət bildirib qeyd etmişdir ki, mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. (MM-nin 384.0.4.-cü mad.) 45.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı:Azərbaycan Respublikası Mülki Məcələsinin 140, 144.1, 144.2, 144.2-1, 144.3, 148.3, 149.2, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 567, 568.1, 568.2, 646.1, 646.2, 648.1, 384.0.4-cü: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 46.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 47.Apellyasiya şikayəti onunla əsaslandrılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2016-cı il tarixli 2(103)-2244/2016 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşı Mirzəyev Müşfiq Atamalı oğlu ilə, birgə nigah dövründə əldə etdiyi, Cavabdeh4 MTK tərəfindən inşa edilən, Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87.98 kv.m ümumi sahədən ibarət, 2 otaqlı, 47 saylı mənzilinin 1/2 hissəsi iddiaçıya aid edilmişdir. Faktiki olaraq mənzilin 1/2 hisəsində paylı mülkiyyətçisi idi. Binqədi İcra və Probasiya Şöbəsinin İcra X20 heç bir hərrac aparılmadan, borclu olaraq ona-iddiaçıya hər-hansı məlumat verilmədən tez-tələsik yazılmış “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi” Qərarı, həmin qərara cavab olaraq Cavabdeh4 MTK-nın adından sədri Sahib Əhmədovun digər Cavabdeh3 ünvanlanan 7 noyabr 2018-ci il tarixli ildırım surətli arayışı ilə mənzilin digər 1/2 hissəsi 40.609 AZN borc əvəzində Cavabdeh3 hesab edilmişdir. İcra işinin materiallarından da aydın olur ki, Cavabdeh3 özü respublikada olmadan işin maddi və sair tərəflərini qarşılamış, onun adından isə X21 çıxış etmişdir. Hazırki işdə cavabdehlərin vəkillərinin bildirdiyi kimi mərhəmət hissindən çıxış edən Cavabdeh4 MTK-nin sədri Sahib Əhmədov bu əməliyyatlardan sonra mənzili Cavabdeh3 təklifi və müraciəti ilə öz oğlu X15 adına rəsmiləşdirirmişdir. Daha sonra isə iz itirmək üçün Cavabdeh4 MTK-nın kommendantı Cavabdeh1, sonuncu olaraq isə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 593864 saylı çıxarışla Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87.98 kv.m ümumi sahədən ibarət, 2 otaqlı, 47 saylı mənzilinin bazar dəyəri orada "xxxx" MMC adında qiymətləndiricinin qeyd etdiyi kimi 90000 AZN yox, hal-hazırda 200000 AZN civarındadır. Onun bu aparılmış maxinasıyalardan xəbəri olmamış, ondan gizlədilmiş və heç bir şəkildə məlumat verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının adıçəkilən mənzildə olan 1/2 paya dair mülkiyyət hüququ xəbəri olmadan pozulmuşdur. Sözügedən mənzil iddiaçının yeganə yaşayış sahəsidir. O, hazırda oğlu ilə kirayələrdə yaşayır. Məhkəmənin heç bir təfsir etmədən, kifayət qədər əsaslandırmadan cavabdehlərin xeyrinə qətnamə çıxarması işin hallarına və sübutlara uyğun deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 48.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 49.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 50.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 51.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X23 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 52.Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və Cavabdeh4 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 53.İş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 54.Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 55.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 56.Maddə 60 -1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. -İİ.Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. -İİİ.Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. -İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 57.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 58.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 59.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 60.Maddə 144.1.Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 61.Maddə 144.2.Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 62.Maddə 144.2-1.Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur. 63.Maddə 144.3.Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X11 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 64.Maddə 148.3.Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır. 65.Maddə 149.2.Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 66.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 67.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 68.Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 69.Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 70.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 71.Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 72.Maddə 568.1.Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 73.Maddə 568.2.Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 74.Maddə 646.1.Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 75.Maddə 646.2.Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 76.Maddə 648.1.Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Apellyasiya baxışının hədləri 77.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 78.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 79.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 80.Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçı məhkəmə aktına əsasən payı müəyyən olunan daşınmaz əmlaka dair bağlanan əqdlərin ləğv edilməsini xahiş etsə də, iddia ərizəsində istinad etdiyi maddi hüquq normalarından müəyyən olunur ki, iddiaçı əslində həmin əqdlərin etibarsız olmasını iddia edir. 81.Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. 82.İş materiallarının araşdırlması ilə müəyyən olunur ki, İddiaçı icra sənədi üzrə borcunun əvəzi olaraq həmin icra sənədi üzrə tələbkar Cavabdeh3 təklif olunan daşınmaz əmlakın 1/2 hissəsi sonucu tərəfindən özgəninkiləşdirildikdən sonra, həmin daşınmaz əmlakı hazırkı icraatda iddiaçının mübahisələndirdiyi sənədlər üzrə əldə edənlərin həmin mənzilin mübahisəli olmasından məlumatları olmamışdır. 83.Belə ki, İddiaçı mənzildə olan payı Binəqədi rayon İcra şöbəsinin rəsmi məktubuna əsasən Cavabdeh3 təklif olunmuş, təklif olunan əmlak qəbul edilmədiyi halda icra sənədinin icra olunmadan geri qaytarılacağı bildirilmiş, tələbkar təklif olunan payı borcun əvəzi olaraq qəbul edib, fərq dəyərini Binəqədi rayon İcra şöbəsinin depozitinə ödəmiş və mənzil üzərində sərəncam vermişdir. 84.İddiaçı mənzilə dair müqavilə bağlayan cavabdehlərin qəsdən mənzilin özgəninkiləşdirilməsini bildirsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. 85.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 86.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 87.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 88.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 89.Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mənzili hər dəfə əldə edən yeni mülkiyyətçi müəyyən vaxt keçdikdən sonra onun üzərində sərəncam vermiş, sonucu əldə edən Cavabdeh2 isə təmirsiz aldığı mənzili təmir edərək ailəsi ilə birlikdə bu mənzildə yaşayır. 90.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 91.Belə ki, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da, alıcı vicdanlı hesab olunur. Həmçinin vurğulanmışdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Cələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. 92.Tədqiq edilmiş sübutlar əsasında kollegiya belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 3203-cü məhəllə 1C saylı evin 47 saylı mənzilini əldə edən cavabdehlər həmin əmlakın mübahisəli olmasını bilmədikləri üçün vicdanlı alıcı olduqlarından, iddiaçı mübahisəli mənzili əldə edən cavabdehin reyestrdəki qeydin qeyri-dəqiq olmasını bildiyini sübuta yetirə bilmədiyindən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan və vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanıldığından, iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququ olduğundan iddia tələbləri təmin edilə bilməz. 93.Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(001)-2333/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 94.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 95.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 96.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 97.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 98.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 99.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(001)-2333/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5844/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5844/2023
29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver