Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5847/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (X14, X4, X9 və X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: yaşayış sahəsinin qazla təchiz edilməsi X1 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X14, X4, X9 və X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsinin qazla təchiz edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-2793/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsində yerləşən 15 saylı (yeni qaydalarla: ünvan 1 fərdi yaşayış evi üzərində X8 1/5 hissədə, X2 1/5 hissədə, X6 3/20 hissədə, X10 2/5 hissədə, İddiaçı (bundan sonra “iddiaçı”) 1/20 hissədə payları müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətində olan hissədə fərdi yaşayış evinin qazla təchiz edilməsi barədə Cavabdehnə (bundan sonra cavabdeh) müraciətlər etmiş, lakin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli cavab məktublarında həmin ünvanın daha öncə qaz təchizatı ilə təmin olunması, göstərilən ünvanda G4 markalı, **********9 sayıl qaz sayğacının quraşdırılması (abonent kodu **********00010) və həyətyanı sahədə inşa edilmiş ikinci yaşayış evinin mülkiyyət sənədləri təqdim edilmədiyindən, eyni ünvana 2-ci qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsinin mümkün olmadığı bildirilmiş və bu əsasla qeyd edilən məsələnin müsbət həllindən imtina edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialına edilmiş müraciətə cavab olaraq isə fərdi yaşayış evinin 3,65 kv.m. hissəsi üzərində iddiaçının mülkiyyət hüququ olduğu halda, onun 24 kv.m sahəsi olan 1 otaqlı yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsinin tələb edildiyi, həmin tikilinin sahəsinin mülkiyyət sənədlərinə uyğun olmadığı və mövcud tikilinin mülkiyyət sənədləri təqdim edilmədiyi üçün texniki şərtin verilməsinin mümkün olmadığı qeyd edilmiş və məsələ ilə bağlı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçıdan başqa bütün digər paylı mülkiyyətçilərlə cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələr bağlanmış və fərdi yaşayış evi onların paylı mülkiyyətlərində olan hissədə qazla təchiz edilmişdir. İddiaçının paylı mülkiyyətində olan hissədə fərdi yaşayış evinin su və elektrik enerjisi ilə təchiz edilməsi üçün müvafiq olaraq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X24 (xx.xx.2025-ci il) və "xxxx" ASC (xx.xx.2025-ci il) tərəfindən Texniki Şərtlər verilmiş və həmin sahə su və eleketrik enerjisi ilə təchiz edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan fərdi yaşayış evində pay sahibi olduğu hissənin qazlaşdırılması hüququnun təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qanuna zidd olan və hüquq normalarına əsaslanmayan iki fərqli məzmunlu qərar qəbul edilmişdir. Müraciəti qış aylarına təsadüf etdiyinə və xüsusən də qış aylarında qaz təminatının əvəzsiz rolu olduğuna baxmayaraq, cavabdeh tərəfindən qərəzli qərar qəbul olunarkən tək yaşaması, yaşlı nəslin nümayəndəsi olması və hətta mərhum həyat yoldaşı X5 İ Qarabağ Müharibəsi veteranı olması nəzərə alınmamışdır. Xüsusi mülkiyyətində olan fərdi yaşayış evində pay sahibi olduğu hissənin qazlaşdırılması üçün Cavabdeh İB-yə müraciət etdiyi qaydada digər orqanlar olan "xxxx" ASC-yə elektrik sayğacının və “ADSEA”ya su sayğacının quraşdırılması üçün müraciət etmiş, "xxxx" ASC tərəfindən elektrik sayğacı və “ADSEA” tərəfindən su sayğacı quraşdırılmış, lakin qaz sayğacı qanunsuz səbəblərə görə bu günədək quraşdırılmamışdır. Cavabdeh İB ilə yaranmış mübahisəli məsələnin həll olunması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı fillialına şikayət ərizəsi ilə müraciət edilmişdir. Müraicətlə əlaqədar həmin qurumdan aldığı cavab məktubunda qeyd olunan mübahisəli məsələ ilə bağlı iddia ərizəsi ilə Cavabdeh İB-yə qarşı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
4. Bundan sonra X14, X4, X9 və X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdilər.
5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, qeyd olunan iş üzrə məhkəmə aidiyyatı pozulmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası MPM-nin 217.2ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsi, ev 15 (yeni qaydalarla: ünvan 1 ünvanında yerində müayinə keçirilmişdir. Müayinə zamanı fərdi yaşayış evinin yerləşdiyi həyətdə ayrıca təcrid olunmuş, sahəsi təxminən 20 m2 olan, bir otaqdan ibarət tikili aşkar olunmuşdur. Həmin tikilinin yaşayış üçün yararsız vəziyyətdə, təmirsiz, yalnız beton döşəmə və tavandan ibarət, içəridə boş banka və s. digər əşyalar saxlanıldığı yardımçı sahə olduğu müəyyən olunmuşdur
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 2793/2025 saylı qətnaməsinə əsasən idddia təmin edilməmişdir. (hakim X13)
8. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, məişət təyinatlı tikinti obyektlərinin qazlaşdırılması üçün onun məhz fərdi yaşayış evi olması şərt deyil. Belə ki, həyətdə olan yardımçı tikililər də tikinti obyekti kimi ümumi qaydada təbii qazla təchiz edilə bilər. Bunu qanunla qadağan edən hər hansı norma yoxdur. Bununla belə nəzərə alınmalıdır ki, həmin tikilinin qazla təchiz edilə bilməsi üçün qanunvericilik bəzi tələblər müəyyən etmişdir. Belə ki, tikinti obyektinin qazlaşdırılması üçün tikinti obyektinin və ya onun yerləşdiyi torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi), eləcə də tikintiyə icazə sənədi mövcud olmalıdır. Lakin hazırkı iş üzrə mübahisə predmeti olan tikinti obyektinə münasibətdə bu sənədlərin heç biri mövcud deyil. Elə iş üzrə cavabdeh də iddiaçının müvafiq müraciətindən imtina edərkən onun tikinti obyekti üzərində hüquqmüəyyənedici heç bir sənədinin olmamasına istinad etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi olması, torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığı halda (sahə dövlət mülkiyyətindədir) ona torpaq sahəsi üzərində yerləşən tikili üzərində heç bir əşya hüququ vermir. Digər tərəfdən, bu tikilinin məhz fərdi yaşayış evi kimi istismarı nəzərdə tutulduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş tikintisinə icazə tələb olunmayan tikinti obyektlərindən hesab olunmur.
9. Məhkəmə qeyd etmişdir ki, istər hüquqmüəyyənedici sənədin, istər tikinti obyektinə icazə sənədinin, istərsə də texniki şərtin verilməsi üçün sözügedən tikinti obyektinin təyinatına uyğun prosedur aparılması qanunvericiliyin tələbidir. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evi – yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. Yardımçı tikili - fərdi yaşayış evinin sakinlərinin təsərrüfat-məişət ehtiyaclarının ödənilməsi məqsədilə nəzərdə tutulan tikililərdir (qaraj, anbar, talvar, yay mətbəxi, su quyusu, hovuz, istixana və s.).
10. Bu baxımdan məhkəmə hesab etmişdir ki, əgər iddiaçı sözügedən tikinti obyektini məhz fərdi yaşayış evi kimi təbii qazla təchiz etmək istəyirsə, bu obyekt fərdi yaşayış evi təyinatına uyğun gəlməlidir. Hazırkı işdə isə bunun əksi müəyyən edilmişdir. Digər tərəfdən, tikinti obyekti üzərində heç bir mülkiyyət sənədi və tikintiyə icazə sənədinin olmadığı da nəzərə alınmalıdır. Bu səbəblərdən Cavabdeh İB tikinti obyektinin qazlaşdırılmasından (texniki şərtin verilməsindən) imtina etməkdə haqlı olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə almışdır ki, sözügedən tikinti obyektinin digər kommunal xidmətlərlə təchiz edilməsi onun təbii qazla da təchiz edilməsini şərtləndirən amil kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda istinad edilmiş normativ aktlardan göründüyü kimi, təbii qazla təchiz edilmə ilə bağlı qanunvericilik ayrıca prosedur nəzərdə tutmuşdur və bunun digər kommunal xidmətlərin göstərilməsinə aidiyyəti yoxdur. Odur ki, iddia təmin edilməməlidir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia təmin edilmədiyindən tərəflərin heç birindən rüsum tutulmamalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci, 11-ci, 13-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1-ci, 1.2-ci, 1.7-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 1-3-cü bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin öz qətnaməsində istinad etdiyi hallarla gəldiyi nəticə bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində onun tələbinin əsaslı olduğunu dolayı yolla təsdiq etsə də, sonda əsaslı bir iddianı rədd etmişdir. Belə ki, məhkəmə, qazlaşdırmadan imtinanın əsası kimi cavabddehin məktubunda onun paylı mülkiyyətçi olduğu evə dair hər hansı mülkiyyət haqqında sənədin təqdim edilmədiyini qəbul etmiş, lakin iş materiallarında onun mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın olmasına və məhkəmənin özünün də həmin mötəbər və iddianın əsaslılığını təsdiq edən sənədə sübut kimi istinad etməsinə baxmayaraq, əsaslı bir iddianı rədd etmişdir. O, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisidir və həmin evdə yaşayaraq, təsərrüfat aparır. Onun eyni ünvanda ayrıca təsərrüfat aparmasına baxmayaraq, onun adına qaz kodunun olmaması və istifadəsində olan yaşayış sahəsinə görə ayrıca qaz sayğacının quraşdırılmaması səbəbindən, onun digər paylı mülkiyyətçilərdən asılılığı yaranır ki, bu da periodik olaraq onlar arasında narazılıq və mübahisələrin yaranmasına səbəb olur. Bu səbəbdən də adına ayrıca kodun açılaraq, qaz sayğacının quraşdırılmasını istəyir ki, bu asılılıq və mübahisələr sona çatsın. Qətnamədə qazlaşdırılması tələb olunan sahənin yaşayış üçün uyğun olmamasının əsas gətirilərək iddianın təmin olunmamaı isə əsassızdır. Belə ki, o, hazırda həmin fərdi yaşayış evində yaşayır və onun ayrıca yaşayış otağı mövcuddur. Lakin o, məhkəmədə qeyd olunan yardımçı sahədən mətbəx kimi istifadə etmək istəyir ki, bu səbəbdən də qaz sayğacının quraşdırılaraq, adına ayrıca kod açılmasını xahiş etmişdir. Lakin nədənsə, həm cavabdeh öz imtinasında, həm də məhkəmə öz qətnaməsində işin bu faktiki halını düzgün qiymətləndirməmişlər. Məhkəmənin özünün də qətnaməsində qeyd etdiyi kimi, qanunvericilikdə yardımçı tikililərin də qazlaşdırılmasına hər hansı qadağa nəzərdə tutulmamışdır. Həmçinin, qanunvericilikdə eyni ünvanda yaşayan bir neçə paylı mülkiyyətçinin hər birinin adına ayrıca kodun açılması və onların bu kodlarına uyğun olaraq, qaz sayğaclarının quraşdırılmasına da hər hansı qadağa yoxdur. Əksinə, praktikadan da məlumdur ki, Bakı şəhərinin qəsəbə və kəndlərində yerləşən evlərin bir çoxu bu vəziyyətdə bir neçə qardaşın və ya yaxın qohumların adına paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bir ünvan altında yerləşən evlər bir neçə ailə arasında faktiki bölünərək istifadə edilir və onların da hər birinin adına ayrıca kod açılaraq, qaz, su və işıq sayğacları quraşdırılmışdır. Elə hazırkı iş üzrə qətnamədə də göstərildiyi kimi, onun adına ayrıca su və işıq sayğaclarının quraşdırılaraq kodun açılması da bu halı təsdiq edir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; 13.10-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
21. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydasının: 1.1-ci yarımbəndinə əsasən “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası” (bundan sonra – Qayda) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə əsasən hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə onların qazpaylayıcı şəbəkəyə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: - ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması; - ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması; - ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması. 1.4-cü yarımbəndinə əsasən hər bir sifarişçinin (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci hissəsi nəzərə alınmaqla) bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsində yerləşən 15 saylı (yeni qaydalarla: ünvan 1 fərdi yaşayış evi 1/20 hissədə iddiaçının paylı mülkiyyətindədir. İddiaçı paylı mülkiyyətində olan hissədə fərdi yaşayış evinin qazla təchiz edilməsi barədə Cavabdehnə (bundan sonra cavabdeh) müraciətlər etmiş, lakin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli cavab məktublarında həmin ünvanın daha öncə qaz təchizatı ilə təmin olunması, göstərilən ünvanda G4 markalı, **********9 sayıl qaz sayğacının quraşdırılması (abonent kodu **********00010) və həyətyanı sahədə inşa edilmiş ikinci yaşayış evinin mülkiyyət sənədləri təqdim edilmədiyindən, eyni ünvana 2-ci qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsinin mümkün olmadığı bildirilmiş və bu əsasla qeyd edilən məsələnin müsbət həllindən imtina edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialına edilmiş müraciətə cavab olaraq isə fərdi yaşayış evinin 3,65 kv.m. hissəsi üzərində iddiaçının mülkiyyət hüququ olduğu halda, onun 24 kv.m sahəsi olan 1 otaqlı yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsinin tələb edildiyi, həmin tikilinin sahəsinin mülkiyyət sənədlərinə uyğun olmadığı və mövcud tikilinin mülkiyyət sənədləri təqdim edilmədiyi üçün texniki şərtin verilməsinin mümkün olmadığı qeyd edilmiş və məsələ ilə bağlı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
28. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinin onun paylı mülkiyyətində olmasına, onun həmin sahədən yaşayış sahəsi kimi istifadə etməsinə, fərdi yaşayış evinin digər paylı mülkiyyətçilərin mülkiyyətində olan hissələrin bağlanmış müqavilələrə əsasən qazla təchiz edilməsinə, ona məxsus hissədə fərdi yaşayış evinin su və elektrik enerjisi ilə təchiz edilməsinə istinad edərək, mülkiyyətində olan sahənin təbii qazla da təchiz edilməsi (qazlaşdırılması) öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
29. Məhkəmə kollegiyası mübahisə ilə bağlı ilk növbədə qeyd edir ki, əhalinin qazlaşdırılmasının məqsədi – ölkə əhalisinin təbii qazla dayanıqlı, təhlükəsiz və fasiləsiz təmin olunmasını həyata keçirməklə, yaşayış şəraitinin yaxşılaşdırılması, sosial rifahın yüksəldilməsi, enerji resurslarından səmərəli istifadə olunması və ekoloji tarazlığın qorunmasını təmin etməkdir. Məhz bu istiqamətdə cavabdeh ölkə ərazisində əhalinin təbii qazla fasiləsiz, təhlükəsiz və keyfiyyətli təminatını həyata keçirən səlahiyyətli qurumdur. Cavabdeh yaşayış məntəqələrinin qazlaşdırılması, qazpaylayıcı şəbəkələrin qurulması və istismarı, texniki təhlükəsizlik tədbirlərinin görülməsi, abonent uçotunun aparılması və istehlakçı hüquqlarının qorunması sahəsində dövlət siyasətinin icrasını təmin edir. Bu səbəbdən də qazlaşdırmadan imtina yalnız obyektiv, qanuni və əsaslandırılmış olmalıdır.
30. İddiaçının qazlaşdırılmasını tələb etdiyi sahə onun paylı mülkiyyətində olmaqla mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və iddiaçı hazırda orada yaşayır. Onun mülkiyyətini təşkil edən sahənin ölçü etibarı ilə kiçik olması (3,65 kv.m), habelə faktiki olaraq daha böyük ölçüdə olması (24 kv.m) onun mülkiyyət hüququnu (3,65 kv.m), habelə daha artıq sahəyə (24 kv.m) münasibətdə mülkiyyət huquna olan gözləntisini aradan qaldırmır.
31. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının paylı mülkiyyətində olan sahənin məhz mövcud olan faktiki vəziyyətində (ölçülərində) su və elektrik enerjisi ilə təchiz edilməsi üçün müvafiq olaraq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X24 (xx.xx.2025-ci il) və "xxxx" ASC (xx.xx.2025-ci il) tərəfindən Texniki Şərtlər verilmiş və həmin sahə hazırda mövcud olan vəziyyətində su və elektrik enerjisi ilə təchiz edilərək, sayğaclarla təmin edilmişdir.
32. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçıdan başqa bütün digər paylı mülkiyyətçilərin hər biri ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələrə əsasən onların paylı mülkiyyətlərində olan sahələr cavabdeh tərəfindən qazla təchiz edilmiş və buna uyğun olaraq qaz sayğacları quraşdırılmaqla onların hər birinə abonent kodu verilmişdir. İddiaçının mülkiyyətində olan sahənin təbii qazla təmin edilməsindən imtina edilməsi barədə cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda istinad edilmiş **********00010 saylı abonent kodunun isə iddiaçıya və onun mülkiyyətində olan sahəyə hər hansı aidiyyəti yoxdur. Bu abonent kodu üzrə istehlakçı kimi paylı mülkiyyətçilərdən biri olan X9 qeydiyyata alınmışdır. Bu səbəbdən həmin hala söykənən imtina əsaslı hesab edilə bilməz. X6 mülkiyyətində olan sahə də (3/20) ölçü etibarı ilə iddiaçının mülkiyyətində olan sahədən elə də böyük deyil. Lakin bu hal həmin sahəni qazla təchiz etməkdə cavabdehə maneə olmamışdır. Ümumiyyətlə cavabdehin bu mövqeyi əsas götürülsə idi (xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublar) həmin ünvanda, iddiaçıdan başqa digər dörd payçının əmlakı, xüsusilə də 3/20 hissə qazla təchiz edilməməli və sayğaclar quraşdırılmamalı idi. Lakin həmin vaxt cavabdeh bu mövqedən çıxış etməmiş və bunun nəticəsi olaraq 4 sayğac quraşdırılmışdır. Hər bir sayğacın quraşdırılmasından əvvəl texniki şərtlər tərtib edilmiş və bu zaman artıq mövcud olan sayğac (sayğaclar) yeni (növbəti) sayğacın quraşdırılmasından imtina üçün əsas olmamışdır.
33. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan Rəqabət Məcəlləsi Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, Həmin Məcəllənin 40.5.9-cu maddəsinə əsasən məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək qadağa edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir.
34. Bununla belə, qaz paylayıcısı təbii inhisar subyekti olaraq qanuni əsas olmadan istehlakçı ilə müqavilə bağlamaqdan və onu mülkiyyətində olan sahəni təbii qazla təchiz etməkdən imtina etmişdir. Halbuki, onun bu qaydada davranması yolverilməzdir. Əks hal, əmlak mülkiyyətçilərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına və nəticə etibarı ilə konstitusiya səviyyəsində təsbit edilən mülkiyyətin müdafiəsi prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan cavabdeh əsassız olaraq iddiaçının mülkiyyətində olan sahənin təbii qazla təchiz etməkdən (qaşlaşdırmaqdan) imtina etmişdir. Cavabdehin göstərdiyi səbəblər və istinad etdiyi hallar imtina üçün əsas deyil. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsi isə hazırki münasibətlərə, yəni iddiaçının paylı mülkiyyətində olan sahəyə münasibətdə ümumiyyətlə tətbiq edilə bilməz. Qeyd edilənlər öz növbəsində iddianın təmin edilməsini şərtləndirir.
35. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Cavabdeh iddiaçının paylı mülkiyyətində olan sahəni təbii qazla təchiz etməkdən (qazlaşdırmaqdan) hər hansı əsas olmadan imtina etmişdir. Bu səbəbdən apellyasiya şikayəti əsaslıdır və təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməlidir.
36. Eyni zamanda, iddianın qiyməti (mahiyyət etibarı ilə qiymətləndirilməyən iddiadır) nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 100 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-2793/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsində yerləşən 15 saylı (Yeni qaydalarla: AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülülə qəsəbəsi, Vüqar Bədəlov küçəsi, giriş 41) fərdi yaşayış evinin İddiaçı paylı mülkiyyətində olan hissəsinin təbii qazla təchiz edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddiaçı ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.