Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-585/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK –ya qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair (Bakı şəhəri 9 saylı Notariat Ofisini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5852/2021 saylı işi üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə 26/C saylı evin 6 saylı mənzili üzərində vərəsəlik hüququnun tanınması, atasının vərəsəsi kimi mənzilin onun sahibliyinə və istifadəsinə verilməklə, mənzilə dair öz adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasının "xxxx" MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunur ki: doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı xx xxxxxxx 1990-cı il tarixdə anadan olmuşdur, atası X18, anası X2r;- 11 iyun 2014-cü il tarixdə X18 ilə "Bulaq 2” MTK-nın sədri X7 arasında mənzil tikintisinə dair müqavilə imzalanmaşdır; -11 iyun 2014-cü il tarixdə "Bulaq 2” MTK-nın sədri X7 tərəfindən X14 Cəfər Xəndan küç. 3202-ci məh. yerləşən "Bulaq 2” MTK-ya məxsus yaşayış binasının payçısı olduğu və payçı olduğu 2 otaqlı 6 saylı mənzilin dəyərini tam ödəyib borc qalığının olmaması barədə arayış verilmişdir; -20 dekabr 2014-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamənin məzmununa əsasən, X18 öldüyü günə qədər, harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını tam həcmdə qızı xx xxxxxxx 1990-cı il təvəllüdlü X8 vəsiyyət etmişdir; - Bakı şəhəri 9 saylı notariat ofisinin 08 iyul 2021-ci il tarixli qərarına əsasən, 04 noyabr 2019-cu il tarixdə vəfat etmiş X11 vərəsəlik işi üzrə notariat hərəkətlərin aparılmasından imtina olunmuş, qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən "Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən, "mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.” maddələrini rəhbər tutaraq, həmçinin, miras qalmış "Bulaq-2” MTK tərəfindən inşa olunan, Bakı şəhəri, C.Xəndan küçəsi, 3202-ci məhəllə, 2 otaqlı, ümumi sahəsi 76,5 kv.metr olan 6 saylı mənzilə dair sənədləri, mənzilə olan pay dəyəri haqqında arayışı təqdim edilmişdir. Həmçinin, həmin qərarda İddiaçı qərardan 10 gün müddətinə məhkəməyə şikayət verilməsi qaydası izah olunmuşdur (iş,səh.7,11,9,16). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5852/2021 saylı işi üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı atası X6 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə 26/C saylı evin 6 saylı mənzili üzərində vərəsəlik hüququnun tanınması, atasının vərəsəsi kimi mənzili onun sahibliyinə və istifadəsinə verməklə, mənzilə dair öz adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasını cavabdeh "Bulaq 2” MTK-ya həvalə edilməsi barədə iddiası rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145, 1151, 1152, 1246; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qanunvericilikdə yalnız o əmlakın miras əmlak hesab edilməsinə yol verilir ki, həmin əmlak miras qoyanın mülkiyyətində olsun. Lakin halhazırkı mülki iş üzrə mübahisə predmeti olan evin ümumiyyətlə hər hansı bir şəxsin mülkiyyətində olması barədə sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki halda İddiaçı mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti üzrlü səbəblərdən buraxmasına dair ərizə ilə məhkəməyə müraciət etmədən birbaşa əmlakın miras əmlak kimi onun adına qeydə alınmasını xahiş etmiş, halbuki, bununla bağlı etməli olduğu prosessual hərəkətlər notariat ofisinin 08 iyul 2021-ci il tarixli qərarında öz əksini tapmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385.1.1, 386, 387.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mərhum atası X18 ilə Cavabdeh MTK arasında 11.06.2014-cu il tarixdə mənzil tikintisinə dair müqavilə bağlanmış, atası müqaviləyə əsasən üzərinə düşən öhdəliyi icra edərək mənzilin dəyərini MTK-ya tam ödəmiş, buna dair atasına müvafiq maliyyə arayışı verilmişdir. Həmin müqaviləyə əsasən MTK tikilməkdə olan müvafiq mənzili atasına təhvil verməyi öhdəsinə götürmüş, mənzil tikilib hazır edilmişdir. Atası 04.11.2019-cu il tarixdə rəhmətə getmişdir. Atası rəhmətə gedəndən sonra o, mütəmadi mənzilə baş çəkərək mənzilə faktiki sahibliyi həyata keçirir. Mənzilin su təchizatı ilə bağlı tərəfindən "xxxx" ASC ilə də 13.02.2020-ci il tarixdə müqavilə imzalanmışdır. Mənzilə dair çıxarış alınması üçün o, MTK-ya müraciət edərək atasının vərəsəsi kimi müqavilənin adına dəyişdirilməsini xahiş etsə də, MTK-nın sədri rəhmətə getdiyindən və onu əvəz edən şəxs olmadığından müqavilənin onun adına dəyişdirilməsi mümkün olmamışdır. Cavabdeh MTK-nın sədri X7 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmündən də müəyyən olunur ki, E.Şirinova ölmüş, buna görə də AR CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, CPM-in 44.2.1-1 -ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Tərəfindən notariusa da müraciət edilərək sözügedən mənzillə bağlı atasının vərəsəsi kimi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, mənzilin çıxarışı olmadığından, MTK tərəfindən müvafiq sənədlər verilə bilmədiyindən şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasından imtina olunmuşdur. Məhkəmənin gəldiyi qənaətlə aşağıdakı səbəblərə görə narazıdırlar. İddianı rədd edən məhkəmə ona əsaslanmışdır ki: “Qanunvericilikdə yalnız o əmlakın miras əmlak hesab edilməsinə yol verilir ki, həmin əmlak miras qoyanın mülkiyyətində olsun. Lakin hal-hazırkı mülki iş üzrə mübahisə predmeti olan evin ümumiyyətlə hər hansı bir şəxsin mülkiyyətində olması barədə sübut təqdim olunmamışdır. ”Halbuki yuxarıda qeyd olunan işin faktiki hallarında da göstərdiyi kimi mübahisəli mənzilə dair mərhum atası ilə Cavabdeh MTK arasında 11.06.2014-cu il tarixdə müqavilə bağlanmış, atası müqaviləyə əsasən üzərinə düşən öhdəliyi icra edərək mənzilin dəyərini MTK-ya tam ödəmiş, buna dair atasına müvafiq maliyyə arayış verilmişdir. Göründüyü kimi mənzilə dair mərhum atası öz adına çıxarış ala bilməsə də mənzilin pay haqqı atası tərəfindən tam şəkildə MTK-ya ödənilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinir şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Azərbaycan Respublikası Mülk Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.Qeyd olunanlardan göründüyü kimi mübahisəli mənzil mərhum atasının adına müvafiq qaydada dövlət reyestrində qeydə alınmasa belə, Konvensiyanın 1 Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və atasının “mülkiyyəti” hesab olunur. Buna görə də atası rəhmətə getdikdən sonra mənzilin faktiki sahibliy istifadəsini həyata keçirir, mənzilə dair "xxxx" ASC ilə də 13.02.2020-ci il müqavilə bağlamışdır. Tərəfindən əmlaka sahiblik etməyi və əmlakı idarə etməyə başlamağını sübut edən Təlimatda göstərilmiş sənədlər (kommunal xidmətlərin adına olması və onun tərəfindən ödənilməsinə dair arayış və qəbzlər) notariusa təqdiq edilsə də, notarius əlavə-əsassız olaraq mənzilə olan pay dəyəri haqqında arayış tələb edir ki, həmin arayışı da MTK-nın sədri rəhmətə getdiyindən və onu əvəz edən şəxs olmadığından təqdim etmək mümkün deyildir. Göründüyü kimi birinci instansiya məhkəməsinin bu dəlili açıq-aşkar əsassızdır iddianın rədd edilməsinə səbəb ola bilməz. İddianı rədd edən məhkəmənin digər dəlili isə ondan ibarət olmuşdur ki: “Bakı şəhəri 9 saylı notariat ofisi vərəsəlik işinin açılmasından imtinaya dair 08 iyul 2021-ci tarixli Qərarında onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirdin müddətin ötürülməsini göstərmişdir. ”Məhkəmənin bu qənaəti də açıq-aşkar əsassızdır. Belə ki, Bakı şəhəri 9 saylı notariat ofisi vərəsəlik işinin açılmasından imtinaya dair 08 iyul 2021-ci il tarixli Qərarında həmçinin göstərmişdir ki, mənzilə olan pay dəyər haqqında arayış təqdim etməlidir ki, yuxarıda da bu arayışın tələb edilməsinin əsassız olması və təqdim edilməsinin qeyri-mümkün olmasının səbəblərini göstərmişdir. 9 saylı notariat ofisinin onun tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürməyi bağlı dəlili ilə əlaqədar isə yuxarıda da istinad olunan Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə ya mirası qəbul etməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə 3-6 ay ərzində müraciət etməli, ya da əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Göründüyü kimi qanunvericilik bu 2 (iki) halı fərqləndirmişdir, müddət o zaman keçərli sayılır ki, vərəsə miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamasın. O isə faktiki başladığından müddət məsələsi ümumiyyətlə, ona şamil oluna bilməzdi. Birinci instansiya məhkəməsi isə maddi hüquq normalarını pozaraq, bu halların heç birini araşdırmadan, işin hallarına, işdə olan sübutlara uyğun olaraq düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. X19,X15, X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, MTK tərəfindən tikilən binalarına dair müqavilələr, lahiyə, akt və s.bu kimi sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 23.11.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, atası 22.10.1958-ci ii təvəllüdlü X18, anası isə 20.05.1969-cu il təvəllüdlü X5 olan xx.xx.1990-cı il təvəllüdlü Mahirə Əliyevanın, 12.03.1994-cü il təvəllüdlü Kamran Əliyevin doğumunun Bakı şəhəri, Nizami rayon qeydiyyat şöbəsində, 03.08.2004-cü il təvəllüdlü Kamilə Əliyevanın doğumunun isə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Araşdırma nəticəsində Mahirə Hacıyevə 10.04.2015-ci ildə 1 saylı Bakı “ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsində 30.04.1983-cü il təvəllüdlü X20 ilə nikaha daxil oiduğu, həmin nikahın pozulmasının isə 11.08.2021-ci ildə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alındığı məlum olmuşdur.Həmçinin valideynləri A.Hacıyev və İddiaçı olan 30.05.2017-ci il təvəllüdlü Amirə Hacıyevanın doğumu 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. X10 03.12.2021-ci il tarixli və X16 03.06.2021-ci il tarixli ərizə ilə 05.11.2019-cu il tarixində vəfat etmiş X6 miras qalmış əmlakdan onlara düşən vərəsəlik payını qəbul etməmişlər və gələcəkdə mirasın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanlarından iddia qaldirmıyacaqlarını bildirmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10457/2021 saylı işik üzrə 20.12.2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə 26/C saylı evin Cavabdeh MTK-nin inşa etdiyi müvafiq olaraq mübahisəli 6 saylı mənzilin (tikilinin) hazırki mülki-hüquqi-texnki statusunun (qeydiyyatlarının mövcudluğu) mənzilə (tikiliyə) dair mərhum X11 Cavabdeh MTK–ya ödənişin həyata keçirilməsi (məbləği), onun (maliyə-mühasibat qeydiyyatları üzrə) alqısatqı, maliyyə vəsaitlərinin dövriyyəsi, əvəzləşdirmə və ya digər əsaslarla mənzil-pay hüququnun əldə etməsinin (kooperativ üzvü olması), iddia tələbi, etiraz və apellyasiya şikayəti üzrə ixtisaslı səlahiyyət çərçivədə zəruri olan digər halların müəyyən edilməsi məqsədi ilə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanını aparılması həvalə edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 07.02.2022-ci il tarixli audit hesabatı ilə qeyd edilmişdir ki, Bakı şəhəri,Binəqədi rayonu,C.Xəndan küçəsi,3202-ci məhəllə 26/C saylı binanın 6(altı) saylı mənzili məhrum X12 qızı İddiaçı adına rəsmiləşdirilməmişdir.Bakı şəhəri,Binəqədi rayonu,C.Xəndan küçəsi,3202-cİ məhəllədə "xxxx"MTK-nm inşa etdiyi 26/C saylı binanin ösaylı mənzilinin dəyərinin tam şəkildə ödənilməsi haqqında yalnız maliyyə arayışı yazılmış, ödənişi təsdiq edən sənədlər(xəzinə mədaxil orderinin qəbzi,bank çıxarışı) mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə audit yoxlması zamanı iştirak etdiyini, MTK-nın direktorunun vəfat etdiyini və mənzilin rəhbərliyi ilə bağlı məlumat əldə edə bilmədiklərini, mənzilə faktiki sahibliyin iddiaçı tərəfindən həyata keçirildiyini, X3 miras əmlakdan imtina etməsi ilə bağlı ərizəsini təqdim etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, Cavabdeh MTK və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin Bakı şəhəri 9 saylı Notariat Ofisini, X19,X15, X4 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 29; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-113; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-113, 178, 1134.2, 1166, 1178, 1202, 1243, 1255, 1256, 1272; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57-60; Mülki Prosessual Məcəllənin 14.2, 76 -77, 80 - 82, 106.2, 216, 217.3, 217.4, 227, 233, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim (təmin) edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübut və faktlara düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlmədiyindən qanuni olmayan nəticə hasil olmuşdur. Belə ki, vərəsəlik üzrə mübahisə olmamış, ərizəçi miras paydan faktiki olaraq vəsiyyət üzrə tam pay almış və bu pay mənzilə olan hüquqda ifadə olunur, mənzili faktiki qəbul etmiş və sahibliyindədir. Kooperativdə tam ödəniş etməklə mənzilə hüquq əldə etmiş şəxsin daşınmaz əmlak kimi müvafiq qeydiyyatlardan keçməməsi onun bu mənzilə olan (pay) hüququndan mərhum etmir. Ona görə bu hüquqların vərəsəliklə keçməsi (vərəsəlik hüquqlarının tanınması) təsdiq edilməli və iddiaçının adına çıxarış alınması (yəni kooperativdə və müvafiq dövlət qeydiyyatına alınması) üçün sənədləşmənin aparılması (aidiyyəti sənədlərin təqdim edilməsi) müvafiq olaraq cavabdehə həvalə edilməlidir. Belə ki, münasibətlər yaranan zaman Mülki Məcəllənin qüvvədə olan 178.8-ci maddəsində qeyd edilrdi ki, “Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər”. Məcəllənin 112.4, 1134.2, 1166, 1243.1, 1243.2 və 1151.1ci maddələrinə əsasən diqqətə çatdırılmalıdır ki, Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4, 110.5, 112.1-ci və 113-cü maddələrinə görə: Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu MPM-nin 119.5-ci maddəsinə əsasən onu ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5852/2021 saylı işi üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MTK–ya qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia təmin edilsin. X6 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə 26/C saylı evin 6 saylı mənzili üzərindəki paya İddiaçı vərəsəlik hüququ tanınsın, mənzil onun sahibliyinə və istifadəsinə verilməklə, mənzilə dair çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılması "xxxx" MTK-ya həvalə edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-585/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-585/2022
28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver